Özünə İnan və Çalış

Yuxu nədir?

 
(0 votes)

                                                                            Yuxu nədir?

Yuxu və onun təbiəti ilə tanış olmaq hamını düşündürən məsələdir. Tibb sahəsində yuxunun səbəbi yeməkdən sonra orqanizmdə buxarın beyinə doğru hərəkət etməsidir. Həmin buxar iki xüsusiyyətinə görə faydalıdır:

1. Bütün bədən üzvləri və hissiyyat orqanları istirahət edir,

2. Qəbul edilmiş qida həzm olunur.

Təbir biliciləri bu cür yuxuları təbii yuxu adlandırır. Bəzi həkimlərin fikrincə yuxu ruhun duyğularla böğuşmasıdır. Bəzilərinə görə isə yuxu beynin təbii fəaliyyətlərindən biridir, başqa sözlə təxəyyül, təfəkkür və s. qüvvələr yuxu vasitəsilə güclənir. Bu qüvvələr ruhun fəaliyyət sferasına aiddir və beyinlə əlaqədardır. Məsələn, bir şəxs uzun müddət mütaliə ilə məşğul olaraq az yatarsa, nəticədə istilik və quruluq onun beyin fəaliyyətinə təsir göstərəcək və beləliklə, insan ruhu bədənin ağır fəaliyyəti nəticəsində yorğun düşəcəkdir. Bu da öz növbəsində həmin şəxsin xəstələnməsinə səbəb olacaqdır. Bu cür xəstələr sərin təbiətli maddələrlə müalicə edilməlidir.

Həkimlər yuxunun üç növü olduğunu deyiblər: təbii, qeyri-təbii və açıq gözlə görülən yuxu.

Həkim sözü qədimdə alim kimi tanınıb. Orta əsrlərdə İslam dünyasında həkim deyərkən hikmət elminin biliciləri nəzərdə tutulurdu. Hikmət antik yunan mədəniyyətində bütün elmləri özündə ehtiva edən fəlsəfə anlayışı kimi yalnız müasir terminologiyada başa düşülən fəlsəfə elmini deyil, ilahiyyatdan təbii elmlərə, riyaziyyatdan astronomiyaya qədər geniş sahələri əhatə edən bir anlayış idi. Burada həkim sözü ali tibb təhsilli mütəxəssis təbib mənasında deyil, hikmət elminin alimi kimi mənalandırılır.

Qədim filosoflar da yuxunun üç növ olduğu fikrini təsdiqləyiblər. Təbii yuxu təbii qüvvələri (orqanizmin fizioloji fəaliyyətini) gücləndirir. Çünki bədənin daxili hərarətini normada saxlayır və beləliklə fizioloji qüvvəti artırır. Lakin normadan artıq yuxu bu qüvvəni azaldır. Çünki rütubət halı orqanizmə hakim olur. Bədəndə süstlük bu səbəbdən yaranır. Ancaq normal yuxu yorğunluğu aradan qaldırır və bədəndə yığılan zəhərli maddələrin tər vasitəsilə ifrazını təmin edir.

Qeyri-təbii yuxu da öz növbəsində üç hissəyə bölünür:

1) ruhi və fizioloji xəstəliklərdən, patologiyalardan qaynaqlanan yuxu,

2) qan, səfra (sarı öd), bəlğəm (fleqma) və sövdanın (qara ödün) qarışması nəticəsində yaranan yuxu,

3) ağır yeməklərlə qidalanma nəticəsində meydana gələn yuxu.

Yuxu təbiət etibarilə soyuqluq və rütubət halətidir. Çünki yuxu əsnasında ifraz olunan maddə beynin soyuması və rütubəti nəticəsində meydana gəlir. Bu faktı sübut edən dəlil isə bundan ibarətdir ki, insanın beynində hərarət və quruma gücləndikdə onda narahatlıq yaranır, soyuma və rütubət gücləndikdə isə çox yatır və yuxudan doya bilmir. Beləliklə “yuxunun beyin fəaliyyətlərindən biri olduğunu hardan bilirsiniz və onun təxəyyül, təfəkkür və əql qüvvələri ilə nə kimi əlaqəsi vardır?” sualına belə cavab vermək olar. Yuxu səbəbi ilə hər üç qüvvədə zəifləmə və fəaliyyətsizləşmə baş verir, əqli fəaliyyətdə müvəqqəti ətalət yaranır və bir sözlə, yuxu rahatlıq səbəbi olub beyin fəaliyyətinin dincəlməsinə şərait yaradır. Beləliklə, təsbit etmiş oluruq ki, yuxu bir növ beyin fəaliyyətidir.

Ardı var...

Şeyx Əbulfəzl Hüseyn ibn Muhəmməd Ət-Tiflisi "Təbir ruya"

Hazırladı: İlahiyyatçı, Sara Əmirzadə

                                                        Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir


 451, 

Dostların veb səhifələri

14688705
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
724
3967
33702
14514632
93431
142479
14688705

sizin IP ünvanınız: 44.192.48.196
2024-06-23 07:08

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!