Şeytani düşüncə
Allahı yaradan
أَفَمَنْ يَخْلُقُ كَمَنْ لَا يَخْلُقُ أَفَلَا تَذَكَّرُونَ
Heç yaradan (Allah) yaratmayana (bütlərə) bənzəyərmi?! Məgər düşünmürsünüz?! (Belə bir sadə, açıq-aydın həqiqəti xatırlayıb bütlərə ibadət etməyin səhv olduğunu anlamarsınız?!) (Nəhl surəsi, ayə -17)
Bir gün bir kişi Allah Rəsulunun (s) yanına gəldi və ərz etdi:
" -Ey Allahın Rəsulu (s) mən münafiq oldum (çünki, fikir, düşüncə, əql və ürəyimdə bu şəkk vücuduma gəlmiş ki, Allahı yaradan kimdir)".
Həzrət buyurdu: " -Allaha and olsun ki, sən münafiq olmamısan, əgər münafiq olsaydın mənim yanıma gəlməzdin ki, məni bundan agah edəsən. Səni tərəddüd və şəkkə salan nədir? Zənnimcə o düşmən sənin qəlbinə gəldi və sənə dedi: Səni kim yaratmış? Sən dedin: Məni Allah yaratmış. Sonra sənə dedi: Bəs Allahı kim yaratmış?"
O kişi ərz etdi: “Bəli, Səni haqq olaraq göndərən Allaha and olsun ki, həmin hissə bu cür olmuşdur.”
Həzrət buyurdu: “Həmin şeytan sizin işlərinizin yolundan (yaxşı əməl etdiyinizdən) sizin yanınıza gəlir, amma sizə əl uzada bilmir və qələbə çala bilmir, o vaxt bu yoldan varid olur, sənin sorağına gəlir, ta səni aldadaraq, yolundan azdırsın. Hər vaxt ki, bu cür oldu, sizlərdən biri ağıl, ürək və düşüncəsində bu kimi səhv fikirlər etsə, tək olan Allahı yad et (ki, şeytani fikirlər sənin vücudundan çıxa)." ("Usuli-kafi" - "Vəsvəsə" babı və "Nəfs" hədisi)
Cəmil bin Dərrac deyir: "İmam Sadiqə (ə) ərz etdim: Hərdən qəlbimdə böyük bir şey vücuda gəlir ( və fikrimdə səhv düşüncələr yaradır)."
Həzrət buyurdu: "(Hər vaxt ki, bunun kimi hallar baş verdi) “Lə iləhə illəllah”de."
Cəmil dedi: “Ondan sonra hər vaxt ki, ürəyimdə bir şey aşkar etdim (fikrimdə səhv məsələlər yarandığını gördüm) deyərdim: “Lə iləhə illəllah” və həmin an o mövzu (fikrimdən) qəlbimdən uzaqlaşıb gedərdi).” ("Usuli-kafi" - "Vəsvəsə" babı və "Nəfs" hədisi)
Şeyx Əttar deyir:
Hər kimdə şəkk olsa
Məluni din olar
O şeytana daim
Həmneşin olar (həmortaq)
Hər kimin şəkki var
Allah bizardı ona
Cəhd edər camaat
Yad olmaya ona
Rəhmani və şeytani düşüncə
Həqq və batil, pislik və yaxşılıq
Peyğəmbəri-əkrəm (s) buyurur:
"Şeytanın Adəm övladıyla bir növ rabitə (əlaqəsi) vardır. Allah ilə isə başqa bir rabitəsi vardır."
Şeytanın yanaşması: pisliyə və çirkinliyə dəvət, haqqı inkar və təkzib etməsi.
Allahın yanaşması: yaxşılığa və xeyrə dəvət (vəd), haqqı təsdiq və şəhadət etməkdir.
Hər kəs bu cür bir hal özündə tapsa (görsə) bilməlidir ki, Allah tərəfindəndir və Ona şükür və razılıq yerinə yetirməlidir.
Hər kim ki, özündə başqa o biri halı tapsa şeytandan Allaha pənah aparmalıdır." ("Əvariful-məarif" səh- 176. "Nəhcül-fəsahə" səh.178, "Vəhcül-fəsahə" səh.377 c.776)
Başqa bir cümlədə Allahın Rəsulu (s) buyurur:
"İnsanın qəlbində iki düşüncə var - Mələkdən (məlik, mülk) olan düşüncə ki, xeyrə və haqqı təsdiqə dəvət edir.
Şeytandan olan bir düşüncə ki, pisliyə və haqqı təkzibə çağırır. " ("Camius-səadət" c.1 səh.178 "Məhcətul-bəyda" c.5 səh 48 "Məfatihul-ğeyb Molla Sədra Tərcume-xəvacu" səh.356)
الَّذِينَ يَذْكُرُونَ اللَّهَ قِيَامًا وَقُعُودًا وَعَلَى جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَذَا بَاطِلًا سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru! (Ali-İmran surəsi, ayə -191)
İlahiyyatçı, islamşünas Lalə Zəhrayi
Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir