Print this page

Daimi düşmən

Riba və onun zərərləri

 
(0 votes)

                                                                                                       Riba

Riba böyük günahlardan hesab olunur. Həzrət Peyğəmbər (s), Əmirəl-möminin (ə), İmam Sadiq (ə), İmam Kazım (ə) və İmam Cavaddan (ə) gəlib çatmış hədislərdə, onun böyük günah olması açıqlanmışdır. Həmçinin, Qurani-Məciddə riba üçün əzab vədəsi verilmiş və onun əzabı bir çox böyük günahların əzabından daha şiddətli olduğu buyurulmuşdur.

Ali-İmran surəsində buyurulur: “Ey iman gətirənlər, artıq və bir neçə qat gəlir olan sələmi yeməyin və Allahdan qorxun, bəlkə nicat tapasınız. Kafirlər üçün hazırlanmış oddan çəkinin”Ali-İmran 130-131

Yəni, sələm vasitəsilə özünüzü kafirlər üçün olan atəşə layiq bilməsin.

Bəqərə surəsində buyurulur: “Sələm yeyən kəslərin duruş və rəftarları şeytanın toxunaraq dəli etdiyi kəsin rəftarı kimidir. Bu onların - «şübhəsiz, alış-veriş də sələm kimidir» - demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmi isə haram etmişdir. Buna görə də kimə Rəbbi tərəfindən bir nəsihət gələr və o çəkinərsə, keçənlər onundur və işi (axirət cəzası baxımından) Allaha aiddir. (Sələm yeməyə) qayıdan kəslər isə Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.” Bəqərə-275

Şəriət və ağıldan uzaq olmaq

Yəni, sələm yeyənlər və alanlar qiyamət günü dəli (divanə) kimi qəbirlərindən qalxar və məhşər əhli onu bu nişan ilə tanıyarlar. Sələm yeyənlərin bu şəkildə məhşərə gəlməsinin səbəbi budur ki, onlar dünyada ağıl və şəriət yolundan azmış, insani həyatın ayrılmaz hissəsi olan mehribanlıq, ədalət və bir-birinə kömək etməkdən uzaqlaşdırılmışdır. Həqiqətdə isə sələm yeyənlər elə bu dünyada dəli, şeytanın vəsvəsə etdiyi və hərəkətə gətirdiyi şəxslərdirlər.

Sələm alverdirmi?

Hər zaman onlara “niyə sələm yeyirsiniz?” deyilsə, “sələm də müamilənin bir növüdür və sələmlə müamilə arasında heç bir fərq yoxdur, müamilə halal olduğu kimi sələm də halaldır” deyərlər. Belə bir halda bu divanə şəxs bilmir ki, müamilə ilə sələm arasında çox fərq vardır. Çünki müamilə ehtiyacsız olduğu malı, ehtiyacı olduğu mala dəyişməsindən ibarətdir. Bu ağıllı və ədalətli bir işdir və insanın ictimai həyatının ayrılmaz hissəsidir. Bir şərtlə ki, geri qaytardıqda artıqlaması ilə qaytarsın, yaxud da əgər müəyyən olmuş vaxtda qaytarmasa, artıqlaması ilə qaytarmaq şərti ilə ona möhlət versin.

Sələm ayrı seçkilik və inqilab yaradır

Şübhəsiz, bu mümilə, zalımcasına və ədalətli olmayan, insan fitrətinin və vicdanın əksinə olan, ictimai nizam-intizamı bir-birinə vuran müamilədir. Çünki tələbkarın (borc sahibinin) sərvəti heç bir iş görmədən yığılmış olur və borclu şəxsin fəqirlik və kasıblığı artır. Bu fasilə fəqirlərin sərvətlilərə qarşı şiddətli dərəcədə nifrət və kin bəsləməsinə səbəb olur. Onun bəşərin ictimai nizamı üçün zərəri və təbəqələr arası ixtilafdan doğan qanlı inqilabları çox görülmüşdür. Belə ki, alim və tədqiqatçıların bir çoxu bu mövzunu, dünya müharibəsinin səbəblərindən biri bilirlər.

Mənfəətsiz qərzul-həsənə (xeyirli borc)

O cümlədən, mal və sərvət heç bir mənfəət və gəlir olmadan ehtiyaclılara ödənilməlidir ki, dostluq, mehribanlıq, şəfqət və səmimiyyət ruhu və ictimai həmkarlığın həqiqəti camaat arasında güclənsin. Odur ki, sələm yemək ictimai nizamın əksidir və kin, ədavət, həsəd, nifrət və nəhayətdə həlak olmağa gətirib çıxarır.

Sələm yeyən xeyirlərdən məhrumdur

Sələm yeməyin böyük mənəvi fəsadları vardır. İşləmək, kəsb etmək, dolanışığı əldə etmək üçün çalışmaq və hərəkət etməkdəki xeyir və bərəkətin mənəvi təsirlərindən məhrum olmaqdır. Belə ki, Allah Rəsulu (s) buyurdu: ibadət yetmiş qisimdir. Onun ən fəzilətlisi halal ruzi əldə etməkdir. Həmçinin buyurur: Doğru danışan və düzgün iş görən tacir, peyğəmbərlərlə məhşur olar və üzü on dörd gecəlik ay kimi parıldayar.

Allaha təvəkkül etməkdən məhrum olmaq

O cümlədən, Allaha təvəkkül, Onun dərgahına yalvarmaq, təvəssül edərək Ondan bərəkət istəməkdən məhrum olar. Çünki sələm yeyənin bütün ümidi, yazıq borcludan aldığı o mənfəətdir və bu aşkar şirkdir ki, şirk bəhsində geniş şəkildə qeyd olundu.

Qərzul-həsənə üçün çoxlu savablar var

O cümlədən, “qərzül-həsənə” üçün qərar verilmiş böyük mənfəətdən məhrum olar. Belə ki, sədəqənin (yəni, əvəzsiz olaraq ehtiyaclı şəxsə bir mal vermək) on savabı var, amma borc verməyin (yəni malı müəyyən müddətə artımsız geri almaq şərti ilə vermək) on səkkiz savabı var. Əgər kimsə borclu şəxsə - əlavə mənfəət tələb etmədən - möhlət versə, həmin şəxsin hər gününə, o malı Allah yolunda sədəqə verməyin savabı yazılar. Həqiqətən də sələm yeyən Allahın sədəqə və qərzul-həsənə barəsindəki vədələrinə iman gətirməyib, paxıllıq və hərislik xəstəliyinə tutulmuşdur. Şübhəsiz paxıllığın aqibəti atəş və cəhənnəmdir.

Ağrıdıcı və əbədi əzab

Sələm yeməyin insanın özünə və cəmiyyətə olan fəsadları, başqa günahlardan daha çox olduğu üçün Qurani-Məciddə və Əhli-beytdən (ə) olan rəvayətlərdə onun haram olması haqqında çox təkid olunmuşdur. Çünki hər bir günahdan böyük sayılmış, əzabı böyük bilinmişdir. Belə ki, əgər sələm yeyən öz işindən peşman olmayaraq, bu yöndəmsiz işə israr edərsə və ilahi haram hökmünü qəbul etməzsə, cəhənnəm odunda əbədi qalan şəxslərdən olacaq və onun üçün heç vaxt bir nicat olmayacaqdır. Belə ki, buyurur: “Buna görə də kimə Rəbbi tərəfindən bir nəsihət gəlsə və o (sələm yeməkdən) çəkinsə, keçənlər onundur və işi (axirət cəzası baxımından) Allaha aiddir.” Bəqərə 275-276

Şirk kimi bəzi günahlar üçün müəyyən tədarük buyurulmamışdırsa, bu ona görədir ki, nə zaman müşrik tövbə etsə əfv olunar, keçmişi bağışlanar, tədarük (əvəzini ödəmək) də istənilmir. Amma bəzi günahlar üçün tədarükü lazım bilir. Necə ki, namaz qılıb sonradan onu tərk edir, sonra yenidən tövbə etdikdə qəzası lazım olur, yaxud sələmdən ələ gətirdiyi qazancı üçün aldığı malı tövbə etdikdən sonra sahibinə qaytarmaq lazımdır. Sonra buyurur: “Allahın qadağan etdiyini tərk etməyib o günaha qayıdan şəxs isə Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar”. 

Sələmli mal bərəkətsizdir

Daha sonra buyurur:Allah sələmi məhv edir və sədəqələri(n bərəkətini) artırır. Allah heç bir günahkar nankoru sevmir”. Bəqərə-278

Doğrudur, faizli mal firavan və çox olsa da, sonu yoxsulluq və bədbəxtliyə aparır. Belə ki, təcrübələr sübut edir ki, faizli mal davam gətirmir ya özünün, ya da övlad və varislərinin əlindən çıxır.

Allah və Peyğəmbərlə müharibə

Başqa bir yerdə buyurur:“Ey iman gətirənlər, Allahdan qorxun və əgər imanınız varsa, sələmin qalanından (sərmayədən artıq aldığınız miqdardan) əl çəkin.” (çünki imanın dəlili, Allahın əmrinə itaət etməkdir).

Və əgər belə etməsəniz (və sələmçiliyi davam etdirsəniz), onda Allah və Onun peyğəmbəri tərəfindən olan müharibəyə yəqin edinBəqərə 278-279

Minhac təfsirində buyurulur: (فَأْذَنُواْبِحَرْبٍمِّنَاللّهِوَرَسُولِهِ) Allahla müharibə peyğəmbərlə müharibədir. Məqsəd, Allah və Peyğəmbərlə (ə) düşmənçilik və bu günahın böyüklüyündən xəbər verməkdir. Allahla müharibə deməkdə məqsəd, atəş və Peyğəmbərlə (s) müharibədə məqsəd isə onun qılıncıdır. Bu onu bildirir ki, sələm yeyənlə döyüşmək lazımdır ki, Allahın hökmünə qayıtsın. Rəvayət olunur ki, bu ayələr nazil olduqdan sonra Allahın Rəsulu (s) Məkkə valisinə buyurdu: Əgər Bəni Muğeyrə tövbə etməzsə, onlarla döyüşün və həmçinin, Məkkəyi-Müəzzəmədə söylədiyi bir xütbədə bir cümləni bəyan etdi ki, cahiliyyət dövründəki hər bir sələm aradan gedibdir və mənim aradan qaldırdığım ilk sələm, əmim Abbasın sələmidir.

Sələm və rəvayətlər

Həzrət Sadiqdən (ə) rəvayət olunur: "Bir dirhəm faiz almaq, Allah yanında öz məhrəmi ilə yetmiş dəfə zina etməkdən daha pisdir. "Həzrət Peyğəmbər (s) sələm yeyəni, yedirəni, alanı, satanı, yazanı və onun müamilədəki iki şahidini lənətləmişdir". Kafi, əl-Fəqih, əl-Təhzib 

Həzrət Sadiqin (ə) hüzurunda dedilər: “Sələm yeyən bir kişi deyir; sələm ananın südü kimidir (yəni, ana südü kimi halal və dadlıdır), o Həzrət (ə) buyurdu: Əgər Allah mənə qüdrət versəydi və bir maneə olmasaydı, onun boynunu vurardım". Kafi

Quranda sələm barədə təkid

Səmaəh İmam Sadiqdən (ə) soruşdu: Allahın Qurani-Məciddə sələmin haramlığını çox təkrar etməsinin səbəbi nədir? Həzrət buyurdu: Ona görə ki, camaat yaxşı işləri, o cümlədən, sədəqə və qərzül-həsənəni tərk etməsinlər.

Həzrət Baqir (ə) buyurub: "Mənfəətlərin ən pisi, sələmli müamilədir". Vəsailüş-Şiə.

Dini aradan aparır

Zürarə deyir: İmam Sadiqə (ə) dedim ki, Allah Qurani-Məciddə buyurur: “Allah sələmli malı azaldar və onun bərəkətini aparar, sədəqələri çoxaldar”. Buna baxmayaraq, bir şəxsin sələm yediyini və malının da artdığını görürəm. O Həzrət (ə) buyurdu: Bundan da pis hansı bərəkətsizlik və azaltmaq olar ki, bir dirhəm sələm yemək onun dinini aradan aparır və əgər tövbə edərsə, malı əlindən çıxar və dilənçi olar". Vasilüş-Şiə.

Sələm yeyən od yeyir

Peyğəmbər-Əkrəm (ə) buyurur: "Allah, sələm yeyən şəxsin qarnını, yediyi miqdar qədər odla doldurar. Əgər sələmlə bir mal əldə etmişsə, əməlini qəbul etməz. Nə qədər ki, onun yanında sələmin malından var Allahın və mələklərin lənətinə gələr". Müstədrək

Sələm yeyənin bərzəxdəki əzabının nümunəsi

Həmçinin buyurur: "Merac gecəsi elə bir kütləni gördüm ki, onlardan kimsə ayağa durmaq istəyirdisə, qarnının ağrısından dura bilmirdi. Cəbrayıldan (ə) soruşdum: Bunlar kimlərdir? Dedi: Sələm yeyənlərdir, Qiyamət günü onlar cin vurmuş şəxslər kimi ayağa durarlar. Birdən onları ali Fironun yolunda gördüm, onlara hər sübh və axşam od vurulurdu və onlar deyirdilər: İlahi, Qiyamət nə zaman bərpa olacaq?" (Aydındır ki, buradakı oddan məqsəd bərzəxdəki əzabdır).

Ali Fironun əl və ayağının altı

Başqa bir hədisdə buyurulur: Ali Fironu görən kimi durub onlardan qaçmaq istəyirdilər, amma qarınlarının böyüklüyündən dura bilməyərək yıxılırdılar. Odur ki, ali Firon öz get-gəlini onlarının üstündən edirdi (gedib gələndə onların üstündən keçirdilər). Həmçinin, Peyğəmbər-Əkrəmdən (s) rəvayət olunur ki, hər vaxt bir şəhərdə zina və sələm yemək çoxalarsa, onun camaatının həlak olmasına icazə verilər. Müstədrəkül-Vəsail

Həmçinin buyurur: "Mənim ümmətim, nə zaman sələm yeyən olarsalar, zəlzələ və yerin çökməsi kimi bəlalara düçar olarlar". Müstədrəkül-Vəsail

Sələm öz-özlüyündə zinadan da pisdir

Buyurdu: Sələm günahı yetmiş qisimdir, onun ən aşağısı, Allahınn evində öz anası ilə zina etmək kimidir.  İmam Sadiqdən (ə) nəql olunan bir çox rəvayətlərdə buyurulur: "Bir dirhəm riba, Allah yanında öz məhrəmi ilə iyirmi dəfə, başqa bir rəvayətə əsasən, yetmiş dəfə zina etməkdən daha pis və daha ağırdır". Vəsail, ticarət bölməsi, 1-ci bab, s.598. Sələmin əzabını bildirən hədislərin müxtəlif olmasının səbəbi, ola bilsin zaman, məkan, hansı şəxslər və hansı halda onu almağın müxtəlif olmasına görədir. 

Borc sələmi

Borc sələmi, bir şəxsin öz malını digər şəxsə, bir müddət sonra artıqlaması ilə qaytarması üçün verdiyi borcdur. İstər artım həmin cinsdən olsun- məsələn on tümən verib, on bir tümən qaytarmasını şərt qoysun və ya on ədəd yumurta verib on bir ədəd qaytarmasını şərt qoymuş olsun, istər artım iş cəhətdən olsun, məsələn, on tümən borc versin, on tümən qaytarmasını və paltarını yumasını şərt qoysun. (Riba və girov arasında olan fərq, budur ki, girovda yalnız ev, girov ünvanı ilə tələbkarın öhdəsində olur amma onun mənfəəti sahibinin olur. Bəli onun mənfəətini başqasına o cümlədən də tələbkarın öhdəsində qoya bilər və həqiqətdə iki iş görmüş olur. Biri borc və vəsiqə, digəri isə mənfəətini bağışlamaq. Bu da riba borcu deyil ki, bir işlə həm borc verir həm də əvəzində verdiyindən çox tələb edir).

Həmçinin, artım mənfəət və bəhrə cəhətdən də ola bilər, məsələn, min tümən verib min tümən də geri alsın, bu şərtlə ki, bir il ödənişsiz olaraq borc alanın evində qalsın. Artım, cinsin sifəti cəhətdən də ola bilər, məsələn, on misqal emal olunmamış qızılı verib on misqal emal olunmuş qızıl almasını şərt qoysun.

Şübhəsiz, qeyd olunanların bütün növü sələm və haramdır. İstər borcun artım ilə ödənilməsində olan şərtin haramlığında, borc verən zaman şərt qoyulmasında, istərsə də əvvəlcədən şərt qoymuş və şərtə əsasən borc verməsində heç bir fərq yoxdur.

Bir neçə qeyd

  1. Sələm almaq haram olduğu kimi sələm vermək də haramdır. Çünki sələmin kökü əsli mənşəyi haram və fəsad törədəndir. Odur ki, borc alan şəxs, o malın sahibi olmur və əgər onu istifadə edib mənfəət əldə edərsə, o mənfəət, borc verənin malıdır və onun əsl sahibidir. Məsələn, əgər buğdanı sələm borcu kimi alıb əkərsə, əldə eldilən məhsul buğda sahibinindir. Bəli, əgər borc alan əmin olsa ki, borc sahibi onu artımla ödənməsi şərt qoymasa da o maldan öz ehtiyaclarını aradan qaldırmaq üçün istifadə etməyə razıdır, o halda eybi yoxdur.
  2. Əgər insan bir miqdar pulu başqa bir şəhərdə onun tərəfindən az alsın deyə bir tacirə versə, məsələn Şirazda min tümən verib Tehranda 990 tümən onun tərəfindən geri alsa, bunun heç bir maneəsi yoxdur və buna “bərat sərfi” deyilir və onun əksi haram sələmdir. Çünki bu surətdə çox pul verib az alır, əlbəttə əgər burada 990 tümən verib Tehranda min tümən alarsa sələm və haramdır.
  3. Öncədən qeyd olunanlar, o halda haram və sələm olar ki, onda artıq qaytarmaq şərt qoyulmuş olsun. Amma əgər artıq ödəmək şərt qoyulmazsa, qərzul-həsənə adı ilə verilsə, əgər borclu şəxs öz istəyi ilə ona nə isə artırsa bunun maneəsi yoxdur. Həm də müstəhəbdir ki, borclu şəxs vəd verilmiş vaxtda, borc sahibi tələb etmədən öncə borcun ödəsin. İkincisi, hədiyyə adı ilə borc verən şəxsə nəsə versin.[23] Digər tərəfdən də müstəhəbdir ki, borc sahibinə hədiyyə adı ilə aldığı şeyi əsil borcdan hesab etsin.

Sələmli müamilə

Hər alverdə bu iki şey olarsa sələmdir, fəsadlıdır və haramdır:

  • "ثمن و مثمن" yəni, cins və onun əvəzi, eyni cinsdən və bir tərəfi o biri tərəfindən çox olarsa. Məsələn, düyünü düyü ilə, yağı yağla artıqlaması ilə dəyişdirsinlər. Odur ki, əgər başqa bir cinslə dəyişdirilsə, onda heç bir sələm yoxdur, məsələn, yağı düyü ilə dəyişmək kimi.
  • O cins də çəki və peymanəölçü ilə olsun. Deməli, yumurta və qoz kimi ədədlə satılan şeylərdə (bəzi yerlərdə, əlbəttə bu hökm də həmin məkanlar haqqındadır) və ya parça və yer kimi metr və zira, əkin ilə satılan şeylərdə sələm yoxdur. Məsələn, on ədəd yumurtanı on bir ədəd yumurtaya satarsa, bunun maneəsi yoxdur və ticarəti düzgündür. Sələmli ticarət çəki və peymanə ölçü ilə satılan cinsi, həmin növündən olan artıq miqdara satmaqdır. Məsələn 1 batman buğdanı, bir "batman" və bir "vəqihə" dəyişsinlər və bu əməliyyatın haramlığında cinsin və onun əvəzinin eyni hər ikisinin bütün cəhətlərdən bərabər olması ilə yaxud birinin sağlam, digərinin eyibli olması, yaxud birinin əla növ düyü, digərinin orta səviyyəli olması, yaxud yalnız qiymət cəhətindən müxtəlif olmaları, məsələn qiyməti iki tümən olan bir mən buğdanı qiyməti on beş rial olan bir batman yarım buğdaya, yaxud emal olunmamış misi öz çəkisi ilə artıq miqdarda satmaq arasında heç bir fərq yoxdur. Həmçinin bu qəbildən olan müamilənin haram olmasında artıq olan miqdarın, bir batman buğdanın 1.5 batman buğdaya satılması kimi həmin cinsdən olması ilə bir batman buğdanın bir batman buğda və bir sir (75 qrama bərabər olan çəki vahidi) düyüyə satılması kimi digər bir cinsdən olması arasında heç bir fərq yoxdur.

Artıq olan miqdarın həmin cinsdən olması ilə artıq olmaq hökmündə olmağın heç bir fərqi yoxdur. Məsələn, bir batman nağd buğdanı iki ay sonra alacağı bir batman buğdaya satsın və bu, camaatın nəzərində artıq almaq kimi hesab olunur. Çünki, müddət baxımından qiymətdən bir (hissə) ödənişdir.

Üç nöqtə

  • Arpa və buğda sələm məsələsində eyni növdən hesab olunurlar. Deməli, əgər bir batman buğdanı 1.5 batman arpa ilə müamilə etsələr, sələm və haramdır. Həmçinin, bir şeyin əsli ilə tərkib hissəsi eyni hesab olunur. Məsələn, süd, yağ, pendir, qatıq, şor və ayran kimi. Odur ki, bunlardan biri digəri ilə artıq miqdarda müamilə olunarsa, haram və sələm sayılır. Həmçinin, üzüm, onun meyvə suyu, sirkəsi və yaxud şəkər, qənd, nobatın biri digəri ilə artıq miqdarda müamilə olunsa haramdır.
  • Sələmdən nicat tapmaq üçün daha az verən şəxs, o cinsin yanında bir şey verərsə, müamilə doğru olar. Məsələn, bir batman buğda və bir dəsmalı 1.5 batman buğda ilə müamilə etsin və yaxud hər iki tərəfdən bir şey əlavə olunsun. Məsələn, hər biri buğdaya bir dəsmal əlavə etsinlər, həmçinin ayrı-ayrılıqda iki müamilə etməkləri də mümkündür, yəni, özünün bir batman buğdasını iki tümənə satır və başqasının 1.5 batman buğdasını iki tümənə alır. Bu, həqiqətdə haramdan halala, batildən haqqa doğru qaçmaqdır. Mümkündür ki, Zeyd özünün bir batman buğdasını Əmrə satsın və Əmr də özünün yarım batman buğdasını Zeydə bağışlasın və ya bu barədə onunla razılığa gəlsin.

Aralarında sələm olmayan şəxslər

İstər borc, istərsə də ticarət sələmi, dörd dəstə arasında düzgündür:

  • Ata və övlad, hər biri digərindən bir şeyi artıqlaması ilə ala bilər. Amma bunu ana ilə övlad edə bilməz və bu, sələm hesab olunur.
  • Ər və arvad hər biri digərindən artıq ala bilər.
  • Müsəlman hərbi kafirlə ticarət sələmi edə və borc sələmi ala bilər. Bu şərtlə ki, artıq alan müsəlman, artıq ödəyən kafir olsun. Onun əksi, yəni, müsəlmanın artıq verib kafirin artıq alması düzgün deyil. Amma zimmi kafir, yəni, İslamın pənahında olan kafirlə sələm qəti şəkildə haramdır, istər almış, istərsə də vermiş olsun.
  • Qul ilə ağa arasında sələm yoxdur

 

Şəhid Həzrət Ayətullah Seyid Əbdülhüseyn Dəstğeyb "Böyük günahlar"

 İlahiyyatçı, İslamşünas Səadət Əlizadə 
 
 
                                                                                       Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir      

 2957,