Gizli Xəzinələr

Ayətullah Seyyid Əli Şüştəri

Ayətullah Seyyid Əli Şüştəri

 

Ayətullah Seyyid Əli Şüştəri sonuncu əsrdə ariflər səmasının ən nurlu ulduzlarından idi.  Şeyx Ənsarinin vəsisi və onun cənazə namazını qılmaq şərəfinə nail olmuş bu əvəzsiz şəxs İslam aləmində misilsiz xidmətləri ilə yaddaşlara həkk olmuşdur. O, Şeyx Ənsarinin vəfatından sonra onun minbərinə çıxıb tədrisə başladı. Seyyid Əli Süştəri Muhəddis Cəzairinin nəslindəndir.

“Əl-məsur vəl-əsər” kitabının müəllifi yazır: “Seyyid Əli Şüştəri abidlik və nəfsi mübarizədə məşhur idi. Məzhəb başçılarından ali məqamına görə hər yerdə tanınan, öz tayfasının şeyxi idi. Murtəza Ənsari elm və əməlinə görə onu bütün yaxınlarından üstün bilirdi”.

“Darus-salam” kitabında onun barəsində belə yazılıb: "Mərhum hacı Seyyid Əli Şüştəri abidlik və təqvada əsrinin Salmanı, dövrünün Miqdadı idi. Səhlə və Kufə məscidinin etikafına çox diqqət edərdi. Camaat elə hesab edirdi ki, o imam Zamanın (ə) xidmətinə yetişir. Həmçinin, o camaat arasında kəraməti ilə də məşhur idi".

Əllamə Təbatəbai Mərhum Şüştərinin şəxsiyyətini bir macərada belə bəyan edir: "Təxminən yüz il əvvəl Şüştər şəhərində çox hörmətli, alim, camaatın müraciət etdiyi bir qazi var idi. Ağa Seyyid Əli Şüştəri adı ilə tanınan bu alim başqa ələm alimlər kimi tədris və qəzavət işlərinə rəhbərlik edirdi. Bir gün qəfildən evinin qapısı döyüldü. Qapının arxasından bir nəfər: “Qapını aç! Səninlə işim var!” – dedi. Mərhum Ağa Seyyid Əli qapını açdıqda qarşısında bir şəxsi gördü. Həmin şəxs ona: “Mülk haqda verdiyiniz filan hökm səhih deyil. O mülk filan yetim uşağa aiddir, onun sənədi də filan yerdə basdırılıb” – dedi. Ayətullah Şüştəri deyir: “Məgər mən səhv etmişəm?” Toxucu: “Məsələ dediyim kimidir” – deyib uzaqlaşır. Ayətullah fikrə gedir: “Görəsən, bu kişi kim idi? Bu nə söz idi dedi?! O, bu məsələni araşdırmağa başladı. Məlum oldu ki, həmin məhəllədə bir yetimin evinin sənədi basdırılıb, şahidlər isə yalançı imişlər. Ayətullah verdiyi hökmlərin çoxunun bu cür səhv ola biləcəyindən qorxdu.

Ertəsi gün həmin kişi yenə də qapını döydü və dedi: “Ağa seyyid Şüştəri! Seçdiyiniz yol düzgün deyil”. Üçüncü gecə bu hadisə yenə də təkrarlanır və toxucu kişi bu dəfə seyyidə belə göstəriş verir: “Yubanma! Tez evinizi satın və Nəcəfi-Əşrəfə gedin, dediklərimi yerinə yetirin və altı aydan sonra Nəcəfdə “Vadius-Səlam”da məni gözləyin”.

Mərhum Şüştəri göstərişləri yerinə yetirir, evi sataraq Nəcəfi-Əşrəfə yola düşür. Nəcəfi-Əşrəfə daxil olar-olmaz günəş doğan vaxt “Vadius-Səlam”da toxucu kişi ilə rastlaşır. O yenə də seyyidə göstəriş verib gedir.

Mərhum Şüştəri Nəcəfə daxil olur, toxucu kişinin göstərişlərinə uyğun əməl edir, nəticədə sözlə vəsf edilməyəcək qədər böyük bir məqama çatır. O, Şeyx Ənsarinin üsul və fiqh dərslərində iştirak edir. Şeyxin vəfatından sonra isə onun yerində oturub, dərslərini qaldığı yerdən tədris etməyə başladı. Amma ömrü vəfa etmədi və az sonra Mütəal Allahın əbədi rəhmətinə qovuşdu".

Mərhum Axund Molla Hüseynqulu Həmədani mərhum Şüştəridən ilahi maarif dərsi almış, müasirlər arasında əxlaq və nəfsi cihadda məşhur olmuş və çox qiymətli şagirdlər tərbiyə etmişdir. O şagirdlərin hər biri İslam aləmində mərifət və tövhid mərkəzi olmuşlar.

Axund Həmədaninin ən adlı-sanlı  tələbələrindən biri ağa seyyid Əhməd Kərbəlayidir. O, böyük ustad, əvəzsiz arif Mərhum hacı Mirzə Əli ağa Qazi Təbrizinin  müəllimi olub. Ağa Qazi Təbrizi isə Əllamə Təbatəbainin ustadı olub. Əllamə Təbatəbainin ustadlar silsiləsi Mərhum Şüştəri və nəhayət, o toxucu kişiyə çatır. Amma o toxucu kişinin kimliyi və kimlərlə əlaqədə olması, bu maarifi hardan və necə əldə etməsi müəmmalı qaldı.

Bəli mərhum seyyid Əli Şüştəri və onun kimi yüzlərlə ilahi alimin yetişməsində qeybin köməyi, yardımı və bir başa əli olmuşdur. Allah qəlblərində elm nuru olan təqvalı şəxsləri belə mükafatlandırar.

 

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 


 6221, 

Dostların veb səhifələri

15652594
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
998
7422
48141
15456216
127733
160067
15652594

sizin IP ünvanınız: 18.116.63.107
2024-12-22 03:08

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!