Gizli Xəzinələr

Əllamə Hilli

Əllamə Hilli

Həsən ibn Yusif ibn Mütəhhər Hilli - (حسن بن یوسف بن مطهّر حلّی)

Şiələrin fəqih və mütəkəllimlərindəndir.

 

Əllamə Hilli olaraq məşhurlaşan Həsən ibn Yusif üsul, fiqh, təfsir, məntiq, kəlam və rical elmlərini öyrənmiş, bu və digər sahələrdə 120 dən artıq əsər qələmə almışdır. Əsərlərindən bəziləri hövzələrdə və elm ocaqlarında araşdırma, dərslik vəsaitlərinin mənbələrindən hesab olunur. Şiə fiqhin yayılmasında önəmli rolu olan Əllamə şiənin kəlam və etiqadın əsaslarını əqli təməllərə söykənərək bəyan etmişdir.

Nəsrəddin Tusinin “Təcridul-etiqad” əsərinin şərhi olan “Babu Hadi-aşər” və “Kəşful-murad” kitabları şiələrin təməl qaynaqlarından sayılır. “Nəhcul-haqq və Kəşfus-sidq”, “Xülasətul-əqvəl”, “Əl-cuhərun-Nəzid”, “Təzkiratul-Füqaha”, “Qəvaidul-əhkam” və “Muxtələfuş-şiə” kitabları da Əllamə Hillinin ən məşhur əsərlərindəndir.

Ayətullah olaraq yad edilən ilk insan Əllamə Hilli olmuşdur. Qutbuddin Razi, Fəxrul-Muhəqqiqin, İbn-i Məiyyə və Muhəmməd ibn Əli Curcani onun ən məşhur şagirdlərindəndir. Əllamənin bir müddət İranda yaşaması şiə məktəbinin İranda yayılmasındakı ən böyük faktorlardan biri olaraq tarixə düşmüşdür.

 

HƏYATI VƏ TƏHSİLİ

Əllamə Hilli hicri tarixi ilə ramazan ayının 29 (yanvarın 1-i 1251-ci ildə), cümə axşamı, 648-ci ildə İraqın Hillə şəhərində dünyaya gəlmişdir. Atası Yusif ibn Mütəhhər Hillə şəhərinin mütəkəllim və usul elmi üzrə alimlərindəndir. Əllamə çox balaca yaşlarında atasının yol göstərməsi ilə Quran təhsili almaqdan ötrü məktəbə getmiş yazıb-oxumağı öyrənmişdir. Daha sonralar müqəddimat, ərəb ədəbiyyatı, fiqh elmlərini, usuli-fiqhi, hədis və kəlam elmi dərslərini atası və dayısı Mühəqqiq Hillidən almışdır. Əllamə, məntiq, fəlsəfə və həyat elmlərini isə xüsusi olaraq Hacı Nəsrəddin Tusi ilə yanaşı digər ustadların da yanında oxumuş və həddi-buluğa çatmadan ictihad məqamına yüksəlmişdir. Əllamə Hilli kiçik yaşlarında xeyirxah və fəzilət sahibi olduğuna görə ailəsi alimlərin yanında “Cəmaluddin” kimi tanınmışdır.

 

ELMİ MƏQAMI

676-cı ildə Mühəqqiq Hilli vəfat etdikdən sonra şiələrin mərciəlik vəzifəsi Əllamə Hilliyə keçmişdir. Hillənin tələbə və alimləri şiələrin mərciəlik vəzifəsinə layiq olacaq birini çox araşdırmışdılar. Sonda Əllamə Hillinin bu önəmli işə uyğun olduğunu görmüşdülər. Beləliklə Əllamə 28 yaşında şiələrin mərciəsi olmuşdur.

Əllamə Hilli üstün elminə və fəzilətlərinə görə “ayətullah” adını qazanan ilk adamdır. İbn Həcər Əsqalani (vəfat h.q.852) onu “ayətun fiz-Zuqa” olaraq yad etmişdir. Şərəfuddin Şulistani, Şeyx Bəhauddin Amuli və Molla Muhəmməd Bəqir Məclisi öz şagirdlərinə yazdıqları icazə vərəqələrində Əllamə Hilli haqqında “Ayətullah fil-aləmin” adı altında söz açmışdılar.

 

ŞAHIN HƏYATINDA DÖNÜŞ ETDİ

Əllamə Hillinin İrana hansı tarixdə daxil olması haqqında qəti bir məlumat yoxdur. Ancaq çox güman ki, hicri-qəməri ilinin 705-ci ildən sonra Sultan Muhəmməd Xudabəndinin istəyi ilə İrana getmişdir. Sultan Muhəmməd Xudabəndi İlhanlının şahlarındandır. Əllamənin İrana daxil olmasını Tacuddin Avi (və ya Avcı) təşkil etmişdir və Əllamə İrana daxil olduqdan sonra Hacı Nizamuddin Əbdulməlik Məragi kimi əhli-sünnənin dörd məzhəbinin alimləri ilə münazirədə olmuşdur. Əllamə bu münazirədə imam Əlinin (ə) vəlayət və imamətini və şiə məzhəbinin həqqaniyyətini şahın hüzurunda isbat etmişdir. Bu hadisə şahın şiə məzhəbini seçməsinə Olcaytunun adını Sultan Muhəmməd Xudabəndə olaraq dəyişdirməsinə və İranda şiəliyin yayılmasına səbəb olmuşdur. Tarixi mənbələrdə Sultan Muhəmməd Xudabəndənin şiə olmasında Əllamənin roluna işarə edilmişdir.

 

MƏŞHUR MÜNAZİRƏSİ

Mirzə Muhəmməd Əli Müdərris “Reyhanətul-ədəb” kitabında Əllamə Məclisinin “Mən lə Yəhzuruhul-Fəqih” kitabının şərhində nəql olunur:

“Günlərin birində sultan Olcaytu Muhəmməd Manqol əhli-sünnə alimlərini bir araya toplayaraq elmi bir toplantı məclisi düzəldir və toplantıntıya Əllamə Hillini də dəvət edir. Əllamə Hilli toplantıya ayaqqablarını qoltuğunun altına qoyaraq daxil olur və sultana salam verəndən sonra sultanın yanında oturur. Əllaməyə niyə sultanın qarşısında əyilib (ruku şəklində) təzim etmədiyini soruşdular. Əllamə bu cavabı verir: “Peyğəmbər (s) sultanların sultanıydı və xalq (onun önündə əyilməzdi) ona salam verərdi. Necə ki, ayədə buyurulur:

 “فَإِذَا دَخَلْتُم بُيُوتًا فَسَلِّمُوا عَلَى أَنفُسِكُمْ تَحِيَّةً مِّنْ  عِندِ اللَّهِ مُبَارَكَةً طَيِّبَةً sizinlə bizim aramızda bir fərq yoxdur və Allahdan başqasına ruku və səcdə edilməz.

Bəs niyə sultanın yanında oturdun, deyə soruşanda bu cavabı verdi: Sultanın yanından başqa bir yerin boş olmadığını gördüm, ora oturdum. Çünki nəbəvi hədisində “bir yerə daxil olduqda boş yerə otur” deyilmişdir.

Bəs nə üçün (ədəbə zidd olaraq) ayaqqablarını qoltuğunun altına alaraq toplantıya girdin soruşanda “lideriniz (Əbu Hənifənin) peyğəmbərin (s) ayaqqablarını götürdüyü kimi şahın yanındakı hənəfi məzhəbinə mənsub olan şəxslərin də mənim ayaqqablarımı götürəcəklərindən qorxdum” deyə cavab verir. Bunu eşidən orada olan hənəfi məzhəfi alimləri Əbu Hənifənin peyğəmbərin (s) zamanında yaşamadığını söyləyərək etiraz etməyə başladı. Bu etirazı eşidən Əllamə Hilli belə davam edir: “Yanıldım Şafeyi eləmişdi bu işi”. Bu söz şafeyilər, hanbəli və malikilər haqqında da bu cür deyir. Orada olanlar: Necə olur axı? Həzrəti Peyğəmbər (s) zamanında məzhəblər yoxdu ki! Məzhəblər onun vəfatından yüz və ya daha sonrakı illərdə meydana gəldi. Daha sonra Əllamə Hilli Sultana dönüb belə dedi: “Alimlərin etirafını eşitdiniz. Məzhəb imamlarının heç birinin peyğəmbər (s) zamanında olmadığını etiraf etdilər. O halda imamların ictihadlarının mənbəyi nədir?” Bundan sonra Olcaytu orada olan alimlərə: “Peyğəmbərin (s) və səhabənin zamanında bəyəm heç bir məzhəb yox idi ki?” soruşdu. Alimlər: “Xeyr yox idi” dedilər. Əllamə Hilli “Biz məzhəbimizi həzrət Əlidən (ə), peyğəmbərin canı, qardaşı, əmioğlusu və vəsisindən, ondan sonra da övladlarından alırıq” dedi və münazirəsinin davamında bir xütbə oxudu. Sultan bu münazirənin sonunda şiə oldu”.

Əllamə Hilli Sultan Muhəmməd Xudabəndinin vəfatına qədər İranda qaldı və şiə maarifinin, mədəniyyətinin yayılması üçün çalışdı. Əllamə səfərləri zamanı sultana yoldaşlıq edirdi. Onun tövsiyəsi ilə yaradılan səyyar mədrəsə ilə getdiyi və qonaq olduğu hər yerdə bilik və savadlanma ilə məşğul olurdu.

 

ƏSƏRLƏRİ

Əllamə Hilli fiqh, üsuli-fiqh,kəlam, hədis, təfsir, rical, fəlsəfə və məntiq kimi fərqli elmlərdə bir çox kitablar yazmışdır.
Əllamənin qələmə aldığı əsərlərin sayı haqqında fərqli fikirlər söylənib. O, özü “Xilasatul-əqvəl” kitabında 57 əsərinin olduğunu qeyd etmişdir.

Seyyid Möhsün Əmin “Əyanuş-şiə” kitabında bu cür yazır: “Əllamənin yüzdən çox əsəri vardır və mən onların bir çoxunun bir neçə cilddən ibarət olan 95 əsərini gördüm.”

MƏZARI

Əllamə Hillinin məzarı Həzrət Əlinin (ə) mübarək hərəmində yerləşir.

 

LALƏ ZƏHRAYİ 

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 3940, 

Dostların veb səhifələri

15652508
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
912
7422
48055
15456216
127647
160067
15652508

sizin IP ünvanınız: 18.226.98.244
2024-12-22 02:46

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!