Hikmət Xəzinəsi

Səmanın rənginin sirləri

 

Səmanın rənginin  sirləri

 

         Səmanın rəngi, hikməti və onun tədbirinin savabına bax. Bu rəng gözün qüvvətlənməsi üçün ən münasib və ən yaxşı rəngdir. Hətta təbiblər gözü zərər görmüş şəxsə tapşırırlar ki, həmişə tündə mail olan yaşıl rəngə baxsınlar. Bəzi mahir təbiblər gözü zəifləmiş şəxsə göstəriş verirlər ki, su ilə dolu olan yaşıl qaba baxsınlar.

         Gör ki, necə Allah Taala  səmanı bu rəngdə yaradıb ki, gözləri heyran qoysun. Onu daim görmək gözü zəiflətməsin. Deməli, hikmət sahiblərinin, alimlərin təcrübələrlə əldə etdikləri yaradılışda mövcuddur ki, ibrət əhli dərs alsın və mülhədlər düşünsünlər.

Günəşin çıxmasının və qürübunun faydaları

 

         “Ey Müfəzzəl! Gecə və gündüzün əmələ gəlməsi və fırlanması üçün günəşin çıxması və batması barədə düşün. Əgər günəş doğmasaydı, dünyanın işi qarışardı, insanlar yaşamağa və öz işlərinə yetişməyə qadir olmazdılar. Qaranlıq dünya onların ziyanına olardı, işıqsız (nursuz) həyatın dadı olmazdı və ondan ləzzət almazdılar."

Günəşin doğmasına ehtiyac aşkardır və bundan artıq şərhə ehtiyac yoxdur. Amma günəşin qürubu barədə düşün, əgər qürub olmasaydı camaat aramlıq və rahatlıq tapmazdılar. Halbuki onlar hər şeydən daha çox cismin, ruhun, istirahət etməsinə, həmçinin, yeməyin həzm olmasına onun bütün bədənə yayılmasına ehtiyaclıdırlar. (Əgər qurub olmasaydı) hərislik insanları daim işləməyə vadar edərdi və onların canı düşərdi. Əgər gecə düşməsəydi, qaranlıq çökməsəydi, insanlardan çoxu hərisliyə, mal-dövlət və azuqə yığmağa görə rahatlıqlarını əllərindən verərdilər.

 Həmçinin yer günəşin daima saçmasından külə dönərdi, bütün canlılar, istər bitkilər olsun istərsə də heyvanlar istidən məhv olardılar. Hikmət sahibi olan Allah bucür tədbir tökdü ki,bir müddət çıxib sonra isə batsın. Bir çıraq kimi ki, ev əhli bir iş üçün ou yandırır və sonraistirahət üçünsındürür. Bir –birinin ziddi olan zülmət və nur elə itaətdədirlər ki, dünyanın islahı və nizam-intizamı birlikdə təmin edirlər.

 

Gecə-gündüzün ölçüsü

 

"Ey Müfəzzəl! Gecə-gündüzün ölçüsü və onun camaatın halına uyğun olması barədə yaxşı düşün."

Gecənin və yaxud gündüzün saatlari 15 saata çatmır. Əgər gündüzün saatları 100, yaxur, 200 saat olsaydı nə olardı? Belə olduğu təqdirdə insandan tutmuş bitkilərə və heyvanlaracan bütün cünlılar məhv olmazdılar? İnsan və heyvanların məhvinə səbəb bu olardı ki, nə heyvan bütün gün boyu otlamaqdan çəkinərdi, nə də insan işləməkdən əl çəkərdi və bu onların məhvinə səbəb olardı.  Bitkilər quruyardılar, çünki günəşin davamlı və isti şuası  onları məhv edərdi.

Gecə də belədir. Əgər davamlə olsaydı və vaxtı uzansaydı heyvanlar hərəkətdən, şalışmaqdan,ruzi əldə etməkdən qalardılar və aclıqdan ölırdilər. Bitkilərdə öz təbii hərarətlərini itirərdilər, çürüyərdilər.

 

Ay işığıın faydaları

 

Gecənin qaranlığında ay işığına və ona olan ehtiyac barədə düşün. Baxmayaraq ki, canlıların rahatlığı,  bitkilərə görə havanın hərarətinin azalması üçün qaranlığa ehtiyac var. Amma məsləhət olmadı ki, gecələr qaranlıq mütləq şəkildə hakim olsun və heç bir iş görülməsin. Çünki camaatdan bəzisi gecələr işləməyə məcburdurlar. Bəzən gündüz bəzi işləri çatdırmırlar. Bəzən isə havanın istiliyindən bəzi işləri gecəyə saxlayırlar. Beləliklə, ay işığı camaat üşün köməkdir. Həmçinin müsafirlər ondan bəhrələnirlər. Ay bəzi gecələr saçıd, bəzi gecələr isə saşmır, bəzən çoxalır, bəzən isə azalır, bəzən də tutulur. Bunların hamısı Yaradanın qüdrətinin dəlilidir. O bütün bu halları dünya və onunun əhli üçün yaratmışdır ki, bəlkə ibrət əhli dərs ala.

 

İmam Sadiqin Mufəzzəl bin Ömərə keçdiyi dərslərdən

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!

 


 4405, 

Dostların veb səhifələri

15653011
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
1415
7422
48558
15456216
128150
160067
15653011

sizin IP ünvanınız: 18.217.89.130
2024-12-22 05:05

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!