Hikmət Xəzinəsi

Təvafın hikməti

 
(0 votes)

                                                                                                      Təvafın hikməti 

Həcc əməllərində ən mühüm əməl təvafdır. Allah evinin ətrafına yeddi dəfə dövrə vurmaq artıq həcc əməllərinin məsuliyyətini insana xatırladır. Yeddi dəfə bu əməli yerinə yetirməyin hikməti nədir?

Təvaf edən hər bir kəs gərək daşı da Kəbə kimi təvaf etsin. Çünki burada gənc qadın Allaha xatir Məkkə çöllüklərində tənha qalmışdı və o qadının övladı atasına demişdi:

فَلَمَّا بَلَغَ مَعَهُ السَّعْيَ قَالَ يَا بُنَيَّ إِنِّي أَرَى فِي الْمَنَامِ أَنِّي أَذْبَحُكَ فَانْظُرْ مَاذَا تَرَى قَالَ يَا أَبَتِ افْعَلْ مَا تُؤْمَرُ سَتَجِدُنِي إِنْ شَاءَ اللَّهُ مِنَ الصَّابِرِين [1]

"Ey ata əgər sən məni qurban etmək üçün məmur olmusansa elə isə yubanma, mən Allahın fərmanına təslim oluram".

Bu mühacir qadının və itaətkar övladın qəbri də gərək Kəbə kimi olsun və hamı dünyanın hər yerindən buraya gəlib onların məzarı ətrafında pərvanə kimi fırlanmalıdır. Şübhəsiz, Allah Təala hər kəsin əməlinə şahiddir və yaxşı iş görənlərin əmməllərini zay etmir, onları mükafatlandırır. Həzrət İbrahim (ə) büt inşa etməklə məşğul olan əmisinin evindən canını qurtarmaqla daha uca məqama yetişdi və Kəbənin banisi oldu. Həzrət İsmail (ə) də Allahın fərmanına təslim olmaqla Allah əbədiyyən hamını onun ətrafına pərvanə etdi və bunun mənası bir ayədə qeyd olunur.[2]

"فَاذْكُرُونِي أَذْكُرْكُمْ وَاشْكُرُوا لِي وَلَا تَكْفُرُون"          

"Siz məni yad edin Mən də sizi yad edim".

                                                                                            Təvafda bir neçə incə nöqtə

1- Təvafda elə hərəkət edilməlidir ki, Kəbə sol tərəfdə olmalıdır. Onun fəlsəfəsini bilmirik. Amma bu cür hərəkət etməyin rəmzi oudur ki, insanın qəlbi sol tərəfdədir və insanın qəlbi Kəbəyə doğru aramlıq tapır.

2- Təvaf edərkən həzrət İsmailin (ə) Hacərin (s.ə.) qəbrini Kəbənin aşağı səmtində görürük.

Bəlkə də bu bizə o dərsi verir ki, hər bir işi təsis edən öz işinin sonuna qədər müqavimət göstərməli və hətta işinin uğrunda bütün ömrünü verməlidir və lazım gələrsə orada ölməlidir. Həqiqətən də »Məscidun-Nəbi«-nin banisi olan həzrət Muhəmmədin (s) mütəhhər qəbri əgər o məscidin kənarında olmasaydı həmin məkan bu qədər rövnəqverici olmazdı.

3-Təvafa künc tərəfdən başlayırıq ora Zəm-zəm quyusudur (qara daşın qarşı tərəfi) və həmin küncün sağında axıra şatırıq. Zəm-zəm quyusu ilə qara daşın üzbəüz olmasında görəsən nə hikmət var?! Bəlkə də hikməti budur ki, hər bir işdə qüdrət, bacarıq və kömək tələb olunur, habelə, insan vücudunun həyatın davamiyyəti üçün ruhlandırılmasına ehtiyacı var. Bunun su içməlidir ki, güc toplayıb təvaf edə bilsin. Yaxud da təvafın sonunda ev sahibi hər bir dərdin dərmanı olan Zəm-zəm suyu ilə öz qonaqlarını sirab edir.

4-Yeddi dəfə dövrə vururuq. Bundan başqa Allah evinin ətrafında fırlanmaq yeddi dəfədir. Həmçinin atılan daş parşaları da yeddi ədəddir. Yeddi ədədinin nə hikməti var?! Yalnız bunu bilirik ki, səma yeddidir, yer də yeddi qatdan ibarətdir, həmçinin Səfa və Mərva arasında səy etmək də yeddi dəfədir.

Təvaf halında insan İlahi əzəmətin nurunda və mənəviyyatda bir hal tutur. Hər hansı bir ayə, dua və zikr oxumaq olar.

Təvafda gərək iradə və könüllü hərəkət edəsən. Əgər ixtiyarını kimsə alsa təvaf batildir. Elə isə nizamla, çiyin-çiyinə cəm olduğun camaatla bərabər Allah üçün təvaf etməlisən, yəni sənin camaatla iradən Allah üçün olmalıdır.

                                                

                                                                                                              Təvaf namazı

وَإِذْ جَعَلْنَا الْبَيْتَ مَثَابَةً لِلنَّاسِ وَأَمْنًا وَاتَّخِذُوا مِنْ مَقَامِ إِبْرَاهِيمَ مُصَلًّى وَعَهِدْنَا إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ أَنْ طَهِّرَا بَيْتِيَ لِلطَّائِفِينَ وَالْعَاكِفِينَ وَالرُّكَّعِ السُّجُودِ [3]

"(Ya Rəsulum!) Yadına sal ki, Biz evi (Kəbəni) insanlar üçün savab (ziyarətgah) və əmin-amanlıq yeri etdik. (Ey möminlər! Sizə də: ) »İbrahimin durduğu yeri (özünüzə) namazgah edin! « – (dedik). İbrahimə və İsmailə də: »Evimi (Kəbəni) təvaf edənlər, orada qalıb həmişə ibadətdə olanlar, rüku və səcdə ilə namaz qılanlar üçün (bütlərdən) təmizləyin! – deyə tövsiyə etdik".

Yeddi dəfə dövrə vurmaq başa çatdıqdan sonra hansı istiqamətdən daxil olmusansa, yəni qara daşın küncündən, elə o yerdən də çıx. Bizim bu dünyaya daxil olmağımız və bu dünyadan xaric olmağımız Allahın iradəsi ilədir və Onun qanunundan kənar deyil. Amma bizim hərəkətimiz (bu dünyadakı hərəkətimiz) isə Allahın bizə bəxş etdiyi qüdrətdir və öz iradəmizlədir. Dünyaya gəlib-getməkdə seçim haqqına sahib deyilik, amma hərəkətimiz və onun necəliyində seçim haqqımız var.

Baxmayaraq ki, təvaf da namaz kimi Allahın evinə yaxınlaşmaqdır, amma bu kifayət deyil gərək təvafdan sonra namaz qılıb alını möhürün üzərinə qoymaqla təvafı təsdiqləmiş olasan. İki rükət təvaf namazı »Məqami-İbrahimin« (ə) arxa tərəfində qılınır, bu həmin yerdir ki, orada bir daş var və İbrahim (ə) o daşın üstündə qalmaqla Kəbəni tikmişdir. Bəli, İslamda imamət çox mühümdür, çünki bir daş ki, imamın ayağının altında qalıb, o daş gərək namazda bizim qarşımızda olsun və biz gərək o daşın arxasında namaz qılaq.

Təvafda da Kəbə ilə məqam arasında fasilə verib uzaqlaşmağa haqqımız yoxdur, bizim hərəkətimiz gərək Kəbə ilə məqam arasında olsun, yəni tovhid və imamət arasında Allaha bəndəçilik və məsum imamın rəhbərliyinə itaətlə olsun. »Məqami İbrahim«-in (ə) arxasında namaz qılmağın hikməti budur ki, yəni ey həci sən »Məqami İbrahim-«in qaimi olmusan.

 

[1] Saffat surəsi, 102-ci ayə

[2] Bəqərə surəsi, 152-ci ayə

[3] Təvaf namazının yerini »Məqami İbrahim« də qərar verin. Bəqərə surəsi, 125-ci ayə

 

"Həccin sirri" Möhsün Qiraəti

Hazırladı: Sara Zahidqızı

                                                                                  Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir


 2317, 

Dostların veb səhifələri

15652650
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
1054
7422
48197
15456216
127789
160067
15652650

sizin IP ünvanınız: 3.135.201.101
2024-12-22 03:28

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!