İlahi möcüzələr

Quran möcüzəsi

 

Quran möcüzəsi

 

قُلْ لَئِنِ اجْتَمَعَتِ الإنْسُ وَالْجِنُّ عَلَى أَنْ يَأْتُوا بِمِثْلِ هَذَا الْقُرْآنِ لا يَأْتُونَ بِمِثْلِهِ وَلَوْ كَانَ بَعْضُهُمْ لِبَعْضٍ ظَهِيرًا

“De: “Şübhəsiz, əgər insan və cin tayfası bu Quranın bənzərini gətirmək üçün bir yerə toplaşsa, hətta bir-birilərinə kömək və arxa olsalar belə, onun bənzərini gətirə bilməzlər” (“İsra” surəsi, ayə 88).

 

Həqiqi İlahi peyğəmbərləri tanıya bilmənin yollarından biri də onların göstərdikləri möcüzələrdir. Allah-Taala peyğəmbərlərinə iddialarını sübut edib özlərini təsdiq edə bilmələri üçün möcüzələr bəxş etmişdir.

Möcüzə peyğəmbərlik iddiası və mübarizəyə çağırış ilə yanaşı olan xariqüladə işə deyilir. İnsanların onu təkrarlaya bilməmələri, öyrənmək (təlim) yolu ilə əldə edilməsinin qeyri-mümkünlüyü möcüzəni digər qeyri-adi işlərdən fərqləndirən cəhətlərdəndir.

Ən yaxşı möcüzə göstərildiyi dövrdə ən çox yayılmış və inkişaf etmiş sənətə və sahəyə uyğun olanıdır. Buna əsasən, peyğəmbərlərə verilən möcüzələrin nə üçün müxtəlif olmasının səbəbi də aydınlaşır. Çünki yalnız belə olan təqdirdə peyğəmbərlərin göstərdikləri xariquladə işlər möcüzə kimi qiymətləndirilə bilər. Nümunə üçün tarixə nəzər salsaq, Həzrət Musanın (ə) dövründə sehrbazlığın rəvac tapdığını görürük. Ona görə də ona əsanın əjdahaya çevrilməsi, əlin parıldaması kimi sehrə oxşarlığı olan möcüzələr verilmişdir.

Məhz sehrbazlar sehrlə möcüzənin fərqini yaxşı bildikləri üçün bu möcüzələri gördükdə Həzrət Musaya (ə) iman gətirən ilk qrup olur.

 

فَأُلْقِيَ السَّحَرَةُ سُجَّدًا قَالُوا آمَنَّا بِرَبِّ هَارُونَ وَمُوسَى

“(Musa əsanı atdı və o, əjdaha şəklinə düşüb hər şeyi uddu). Beləliklə, sehrbazlar səcdə halında üzü üstə yerə düşüb “Musanın və Harunun Rəbbinə iman gətirdik” dedilər” (“Taha” surəsi, ayə 70).

 

Həzrət İsanın (ə) dövründə isə təbabət sahəsi yunanlar arasında inkişaf etdiyindən onun möcüzələri də məhz bu qəbildən idi. Belə ki, Allahın izni ilə korları və əlacsız xəstələri sağaldar, ölüləri dirildərdi.

“Və bir peyğəmbər olaraq İsrail övladlarına (göndərəcək və o, onlara deyəcək) ki: “Mən sizə Rəbbiniz tərəfindən bir nişanə gətirmişəm; mən sizin üçün gildən quş surətində bir şey düzəldər, sonra ona üfürərəm, Allahın izni ilə anadangəlmə koru və cüzamı sağaldar, ölüləri dirildərəm və sizə evlərinizdə yediyiniz və yığıb-saxladığınız şeylərdən xəbər verərəm” (“Ali İmran” surəsi, ayə 49).

İslamın meydana gəldiyi dövrdə isə ərəblər arasında ədəbiyyat, şeir və söz sənəti elə bir dərəcədə inkişaf etmişdi ki, tarix nə onlardan əvvəl, nə də onlardan sonra digər bir millət üçün belə bir inkişafın şahidi olmamışdır. Keçirilən şeir müsabiqələrində bəyənilən yeddi ən yaxşı qəsidə qızıl suyu ilə yazılaraq Kəbənin divarlarında asılardı. İslam Peyğəmbəri (s) söz sərraflarının meydan oxuduğu bu məkana elə bir kəlamla qədəm basdı ki, hamını heyrətə gətirdi. Bu kəlamın cazibəsi o qədər güclü idi ki, bəziləri onu şeir, bəziləri də sehr adlandırır, onun təsiri altına düşməmək üçün qulaqlarını tuturdular. Elm və insaf sahibləri isə bəşərin belə bir söz demək qüdrətinə  malik olmadığını etiraf edir, İlahi kəlam qarşısında təslimiyyətlərinin izharı kimi səcdəyə düşərək göz yaşları içində bu neməti onlara bəxş etmiş Ulu Yaradana həmd-səna edirdilər.

Bəli, İslam Peyğəmbərinin (s) ən böyük möcüzəsi Allahın müqəddəs kəlamı olan Qurandır.

Quran bir çox cəhətdən möcüzədir. Bunların bəziləri alimlər tərəfindən açıqlanmış, lakin hələ bir çoxu isə araşdırılmamış olaraq qalmaqdadır.

Quranın əvvəlki peyğəmbərlərin möcüzələrindən fərqli xüsusiyyətlərinə gəlincə qısaca olaraq onun hidayətedici, tərbiyəvi, əqli, əbədi olmasını və hər bir kəsin onu əldə etmək, ondan istifadə edə bilmək imkanına malik olmasını qeyd etmək olar.

Başqa sözlə desək, əvvəlki möcüzələr yalnız onları göstərən peyğəmbərlərin haqq olduğunu sübut edirdi. Quran isə bundan əlavə insanların mənəvi dünyasına xitab edir, onların kamala çatmasını özünün əsas hədəfi bilir.

Digər möcüzələrdə olan zaman və məkan məhdudiyyəti Quran üçün mövcud deyil. Hər bir kəs istədiyi vaxt onunla ünsiyyətdə olmaq, onu görmək və oxumaq imkanına malikdir.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 


 3648, 

Dostların veb səhifələri

14386909
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5207
5858
14646
14222443
95633
183089
14386909

sizin IP ünvanınız: 18.219.236.62
2024-04-16 17:21

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!