İlahi möcüzələr

Quranda ildırım və şimşəklə yağışın rabitəsi

                                                                                       Quranda ildırım və şimşəklə yağışın rabitəsi

Quranda “رعد” (rad) və “برق” (bərq), "ildırım" və "şimşək" kəlmələri yanaşı işlənmişdir və azca fasilə ilə ondan sonra yağışın yağmasına işarə olunur.

وَمِنْ آيَاتِهِ يُرِيكُمُ الْبَرْقَ خَوْفًا وَطَمَعًا وَيُنَزِّلُ مِنَ السَّمَاءِ مَاءً فَيُحْيِي بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَعْقِلُونَ 

   “Sizə həm qorxu, həm də ümid verən (sizi vurmasından qorxduğunuz, dalınca isə yağış yağmasına ümid bəslədiyiniz) ildırımı göstərməsi, göydən yağmur endirib öləndən sonra (onunla) torpağı diriltməsi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda ağılla düşünən bir qövm üçün ibrətlər vardır” Rum-24

هُوَ الَّذِي يُرِيكُمُ الْبَرْقَ خَوْفًا وَطَمَعًا وَيُنْشِئُ السَّحَابَ الثِّقَالَ

 Sizə qorxu və ümid (bir tərəfdən ildırımın verəcəyi tələfatdan qorxmaq, digər tərəfdən də yağış istəmək) məqsədilə şimşək göstərən, (yağışla yüklənmiş) ağır buludları yaradan da Odur. Rəd-12

İldırımın təbiətdə əhəmiyyətli rolu

Keçmiş zamanlarda insanlar ildırım və şimşəyin hardan və nədən yarandığını dəqiq bilmirdilər. Qədim mifalogiya (dünya haqqında ibtidai icma cəmiyyəti insanına məxsus fantastik təsəvvür və mifləri öyrənən elm) elminin sahibləri ildırım və şimşəyi bir növ əfsanəvi fərziyyə hesab etmişlər.

Amma müasir əsrdə artıq müəyyən olmuşdur ki, səmadakı ildırım cərəyanı elektriklərin boşalmasıdır. İki buludun toqquşması nəticəsində əmələ gələn gurultu səs və qığılcım əsasən onların arasındakı mənfi və müsbət molekullardan yaranır. Beləki elektrik yüklənmiş molekul iki buludun (mənfi və müsbət) arasında şimşək əmələ gətirdikdən sonra səmada iki böyük qığılcım simi görünür. Bu zaman buludda olan müsbət yüklər yerə doğru axmağa başlayır və yerdə olan mənfi yüklər isə buluda tərəf hərəkət edir. Quranda adı çəkilən “برق” kəlməsi həmin böyük qığılcımdır və “رعد” kəlməsi isə qığılcımın səsi mənasındadır.

Həmçinin yerə düşən hərarətli qığılcım əgər böyükdürsə təbiətdə fəsada səbəb ola bilər, o cümlədən, çölləklərdə, meşələrdə yanğın törətməsi mümkündür və ya çöllükdə otlayan heyvanlara toxunduqda öldürür. Elə buna görə də ildırım çaxan zaman ehtiyyatlı olmaq tövsiyyə olunur. Bəzən hərarət o qədər şiddətli olur ki, hətta dağa düşdükdə dağdan bir parça daşı külə döndərir. Hətta dəniz səthinə düşərsə, qığılcım axan məntəqədəki dəniz heyvanları yox edər. Bütün bunlar yüksək hərarətin yaranması nəticəsindəndir. Qığılcımın istilik dərəcəsi 15 000 (C°- dir) təxminən günəşin iki istilik dərəcəsinə bərabərdir. İldırımın külə döndərmək xüsusiyyəti ilə yanaşı təbiət üçün başqa faydaları da vardır və bunlardan ən mühümü təbiətə dirçəliş, bərəkət verən yağışdır. Çünki, ildırımın hərarətindən ətrafda quraqlıq və atmosferdə hava sıxlığı yaranır və güclü yağan yağış bu hava sıxlığını aradan qaldırır. Heç diqqət yetirmisinizmi nə üçün həmişə bərk ildırım çaxandan sonra güclü yağış yağmağa başlayır və ara-sira xəfif külək də müşahidə olunur? Bu Qurani-kərimin ayəsində işarə olunan həmin mətləbdir ki, güclü şimşəkdən sonra yağışın yağması mütləq gözlənilir və əsas səbəbi də bundan ibarətdir ki, hərarətli qığılcımlardan sonra əmələ gələn ağır atmosfer yalnız yağışla yüngülləşə bilər. Həmçinin külək də buna gorədir ki, yağış damcılarını ətrafa yaxşı səpələyib quraqlığı aradan aparsın.

İldırım olmasa insan həyatı zərərlə üzləşər

Alimlər təbiətdə baş verən bu hadisənin digər bir sirrini də açıqlamışlar və ibarətdir: Alimlər qeyd etmişlər ki, əgər ildırım, şimşək olmasa insan həyatı zərərlə üzləşər. İldırım nəticəsində yaranan elektrik simi əvvəcə ətrafda quraqlıq yaradır və ardından yağan yağış isə su damcıları yerə enərkən oksigenlə qarışıb tərkibləşir, məhz həmin ağırlaşmış tərkibdə (H2O2) ani olaraq qeyri-adi bir hal yaranır və həmin hal bundan ibarətdir ki, ətrafdakı güclü mikrobları öldürür. Həmçinin alimlər ildırımla bağlı araşdırma aparıb nəzər bildirmişlər ki, şimşək bərk çaxanda təbiətdə gizli qalan mikrobları da uzə çıxarır və karbon turşusu ətrafa yayılır. Həmçinin qeyd etmişlər ki, təbiətdə bu hal yalnız şimşək çaxan zaman baş verir və sonra mikrobların yağış vasitəsilə yox olmasını sübut etmişlər. Bu hadisə Qurani-kərimdə öz əksini tapmış və Allahın kainatdakı açıq möcüzəsidir.

أَلَمْ تَرَ أَنَّ اللَّهَ يُزْجِي سَحَابًا ثُمَّ يُؤَلِّفُ بَيْنَهُ ثُمَّ يَجْعَلُهُ رُكَامًا فَتَرَى الْوَدْقَ يَخْرُجُ مِنْ خِلَالِهِ وَيُنَزِّلُ مِنَ السَّمَاءِ مِن جِبَالٍ فِيهَا مِن بَرَدٍ فَيُصِيبُ بِهِ مَن يَشَاءُ وَيَصْرِفُهُ عَن مَّن يَشَاءُ يَكَادُ سَنَا بَرْقِهِ يَذْهَبُ بِالْأَبْصَارِ 

Məgər görmürsənmi ki, Allah buludları qovar, sonra onları bir araya toplayar, sonra da üst-üstə yığıb topa halına salar. Və görürsən ki, (o buludların) arasından yağmur çıxar, sonra Allah göydən dağlar kimi (çox və böyük) dolu yağdırar, sonra da onunla istədiyini bəlaya düçar edər, istədiyindən də onu sovuşdurar. Buludların şimşəyinin parıltısı az qala gözləri kor edər. Nur-43  

Bəzi mühəqqiqlər deyirlər; “يُؤَلِّفُ kəlməsində məqsəd həmin buludlarda toplanmış elektrik molekullarıdır ki, ardından yağışın yağmasını xəbər verir, mənfi və müsbət ionlarla yüklənmiş buludlar bir-biri ilə toqquşduqda elektron qığılcımlar işıqlanaraq gurultulu səslə zahir olur.

Qeyri-müsəlman alimləri ildırım haqqında nəzəriyyəni Quranla sübut edir

Əvvəldə qeyd olunduğu kimi buludlar elektron qüvvəyə malik olurlar. Bu elmi faktı ilk dəfə 1752-ci ildə Franklin sübut etmişdir. Sonralar bu nəzəriyyəyə əks düşüncə ilə yanaşan alimlər də çox olmuşdur. Amma müsəlman olmayan digər alimlər bu həqiqəti Qurani-kərimlə əlaqələndirib nəzər yazmışlar.

Fransız alimi və tədqiqatçısı Doktor Mores Bokai ömrünün bir neçə ilini Qurani-kərimlə elmi araşdırmalara sərf etmış və nəticədə müsəlmançılığı qəbul etmişdir. O, yuxarıda qeyd olunan iki ayə haqqında belə fikir söyləmişdir:

“Bu iki ayədə iki yüklənmiş buludun toqquşma zamanı əmələ gətirdiyi qığılcım aşkar surətdə bəyan olunur və birincisi faydalıdır. İkincisi isə qorxulu və vahiməlidir. Qurani-kərimə istinad etmədən bu həqiqəti isbat etmək mümkün deyil, çünki bu, Yaradanın bənzərsiz nişanələrindəndir və həmçinin Quran nazil olandan çox-çox illər sonra alimlər bu həqiqəti anlamışlar”.

Qurani-kərimin ayələri dünyanın tanınmış təbiətşünaslarını, təhqiqatçılarını heyrətə gətirmiş və yağış barəsində qeyd etmişlər:

“Bir ildə hər saniyədə yer üzərinə 17-miliyon yağış damcısı düşür və bu damcılar 536-triliyona bərabərdir. Bu rəqəm dəyişməz və sabitdir. Təəccüblüsu budur ki, bu geniş elmi bəhsi Quran əsrlər öncə müxtəsər formada bir ayədə faydalarıyla birlikdə bəyan etmişdir”.

وَالَّذِي نَزَّلَ مِنَ السَّمَاءِ مَاءً بِقَدَرٍ فَأَنشَرْنَا بِهِ بَلْدَةً مَّيْتًا كَذَلِكَ تُخْرَجُونَ 

O Allah ki, göydən bir qədər (sizin ehtiyacınızı ödəyə biləcək miqdarda) su endirdi. Biz onunla ölü bir məmləkəti dirildirik. Siz də (qiyamət günü dirildilib qəbirlərinizdən) belə çıxardılacaqsınız! Zuxruf-11

Hazırladı: İlahiyyatçı, Ə. Sara 

                                                                                       Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə Məxsusdur


 103, 

Dostların veb səhifələri

6439261
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
1437
4283
22312
6268341
25708
199391
6439261

sizin IP ünvanınız: 35.169.107.85
2020-08-06 07:51

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!