ZEYTUN QURANDA
Zeytun sözü Quranda altı dəfə işlədilib. Beş dəfə digər meyvələrlə işlədilib. (Üzüm, xurma, nar, əkinəcək, əncir – "Əl-ənam" sur. Ayə - 99 və 141,
"Ən-nəhl" sur. Ayə - 11,
"Əl-əbəsə" sur. Ayə -29,
"Ət-tin" sur. Ayə - 1. Bir dəfə tək zeytun işlədilib,
"Ən-nur" sur. Ayə 35,
Bir dəfə də zeytun deyil, zeytunun yağ ünvanında işlədilib ("Muminun" sur. Ayə - 20).
Təfsir
"Ən-nur" surəsinin 35 - ci ayəsində zeytun, əvəzsiz, bərəkətli və mübarək ləqəbləri ilə adlandırılıb. Qeyd edək ki, bu ləqəblər yalnız Quran, Kəlam və Müqəddəs məkanlara aid olan ləqəblərdir. Alimlər, ayədəki “nə şərqdən nə də qərbdəndir” ifadəsi barəsində belə qeyd ediblər ki, zeytunun əmələ gəlməsində günəşin çıxıb-batması ilə heç bir əlaqə yoxdur. Yəni zeytunu günəş göyərdib, əmələ gətirmir və ya heç vaxt günəş şüası və kölğəsi altında qalmır. Ona görə də meyvəsi nə kal olar, nə də turş. Nə üzü şərqədir nə də qərbə. Nə şərqindir nə də qərbin. Bəlkə ortadadır. Nə məsihidir nədə yəhudi. Bəlkə müsəlmandır. İbrahim peyğəmbərin ağacıdır. O da nə qərbli idi nədə şərqli.
Zeytun və tarix
Əttar Nişaburi və Məşhur Yunan şairi Humer və s… zeytun və zeytun yağı barədə şerlər yazmışlar. Bəzi dövrlərdə zeytun budaqlarından bayramlarda, qəhrəmanlıq əfsanələrində, tac qoyma mərasimlərində istifadə olunmuşdur. Bu gün də həmçinin dimdiyində zeytun budağı tutmuş göyərçindən, zülh rəmzi kimi istifadə olunur. Əncir surəsinin 1-ci ayəsində Allahın zeytuna and içməsi yersiz deyil. Çox peyğəmbərlərin yaşayış məntəqəsi olan iki dağın üzərində yerləşən Beyrul – Müqəddəsdir. Bu dağa zeytun adının verilməsi, orada əncirin yetişməsidir. Nuh peyğəmbərin dövrünə aiddir. Çünki Nuh, quru torpaqın tapılması məqsədi ilə, tufanın sonlarına az qalmış bir göyərçin azad etdi. Quş zeytun budağı ilə qayıtdı. Nuh anladı ki, su dayanıb. Artıq su altında olanlar üzə çıxıb. O vaxtdan zeytun budağı sülh rəmzidir.
Zeytun və müalicə
Zeytun Fars, Ərəb və Azərbaycan dilində işlənən bir sözdür. Zeytun, Sami dilində Ziytu adlanır. Bəzi meyvələrin bir neçə növü var. Misal üçün Alma dedikdə, bir neçə növ alma zehində canlanır. Amma zeytun bir növdür. Başqa növü yoxdur. Zeytun yağından yanacaq maddəsi kimi də istifadə olunur.
Vitaminlə doludur. Tərkibində kalsium, fosfor, dəmir, kükürd, manqan metalı var. Həmişə sağlam qalmaq , böyrəklərin ağrımaması, böyrəklərdə, sidik kanalında və öd kisəsindəki daşların yox olmasına, ciyər ağrılarına, qəbzə xeyirlidir. Zeytun yağından və sarımsağdan alınan mərhəm, rematizma əleyhinədir.
İslam Peyğəmbəri buyurub: Zeytun, gözəl fırçadır. Dişlərin dibindəki daşları təmizləyir. Mənim və məndən qabaqkı peyğəmbərlərin fırçasıdır.
İmam Əli (ə) buyurub: Yavanlıq ünvanında zeytun yağı və sarımsaq olan ev, heç vaxt qidasız qalmaz. Bu peyğəmbərlərin qidasıdır.
İmam Sadiq (ə) buyurub: Zeytun yağı ilə sıyıq yemək kökəldir, sümüyü möhkəmləndirir, dərini zərifləşdirir və cinsi qabiliyyəti artırır.
İmam Rza (ə) buyurub: Zeytun yağı yaxşı yeməkdir. Ağzı xoş iyli, bəlğəmi yox edir. İnsanın üzünü təravətli edər. Əsəsbləri sakit edər, zəifliyi və hirsi yox edər.
Hazırladı: Muhəmməd Nicat
İlahiyyatçı, islamşünas, aykido müəllimi.
Beynəlxalq Aykido Akademiyasının üzvü 1-ci kyu (qəhvəyi kəmər)
MÜƏLLİFLİK HÜQUQU ƏBƏDİ NUR MÜƏSSİSƏSİNƏ AİDDİR