Kitabşünaslıq

Əl-Bürhan təfsiri

Əl-Bürhan təfsiri

 

Hicri qəməri tarixinin XII əsrinin əvvəlində şiənin ən mühüm rəvayi təfsirlərindən biri ərəb dilində yazılmış müəllifi Seyid Haşim ibn Süleyman Hüseyn Tubəli Bəhrani olan “Əl-Bürhan”dır. Təfsirin müəllifi rəvayi üslubu ilə şiə alimi, müfəssir və mühəddisdir. O, rəvayət üslubunda yazdığı beş cilddən ibarət bu təfsirində şəri elmləri, hekayələri, Peyğəmbər (s) haqqında xəbərləri və hər şeydən mühüm Əhli-beytin (ə) fəzilətiləri kimi mövzuları Quran ayələri ilə bəyan etmişdir. Əl-Bürhan təfsiri qədim gizli qalmış kitablarda təfsir barəsində olan Quran elmlərinin bir çox sirrlərini və hədislərini özündə cəmləmiş, müasir zəmanəmizin təfsirlərində naməlum qalan bir çox rəvayətləri oxuculara açıqlayır.

 

Müfəssirin həyatı ilə tanışlıq

 

“Bəhrani” adı ilə tanınmış Seyid Haşim ibn Süleyman Hüseyn Tubəli təfsirçi, mühəddis və şiənin böyük müəlliflərindən olmuşdur. O, hədis məsləkli alim kimi tanınmışdır. Seyid Haşim Süleyman Seyid Mürtəza ələmul-Hudanın nəvələrindən olmuş və onun nəsli yeddinci imama (Musa ibn Cəfərə) çatır. O, hicri qəməri ilini təqribən 1050-ci ilində ruhani ailəsində, Bəhreynin Tubəli vilayətində “Kutəkan”da dünyaya göz açmışdır. O, zahirən öz təhsilinin mühüm dövrünü Məvtəneşdə keçirmiş, Məşhəd və Nəcəf kimi şəhərlərə səfər etmişdir. Məşhəddə Şeyx Bəhainin şagirdi olan hədis alimi Əbdüləzim Busi Abbas Əcmərabadinin hüzurunda olmuşdur. Nəcəf şəhərində də Şeyyx Fəxriddin Tərihi Rəmahidən rəvayət nəql etmək izni aldı. Onun digər rəvayət nəql edən böyükləri “Əl-Bürhan”da qeyd olunduğu kimi, Kuleyni, Şeyx Səduq və Şeyx Tusi olmuşdur. O, Bəhreyndə xüsusi müvəffəqiyyətə malik bir şəxs idi. Tədris və təlifdən əlavə, fiqhi rəhbərli və dini-ictimai mərciyyəti öhdəsinə almışdır. Qəzavətlə məşğul olur, məzlumların və zülm altında olanların işlərinə yetişir, Bəhreyn hakimləri və sultanları ilə mübarizə aparır, yaxşılıqlara dəvət və pisliklərdən çəkindimək işində çox ciddi şəkildə çalışırdı. Ona görə də camaatın arasında çox sevgiyə sahib idi. Çox sayda əsərlərinə və mərciyyət adına malik olduğuna baxmayaraq, heç bir əsərində fətva görülməyib. Bəziləri deyirlər ki, o təqvasının çoxuna görə risalə yazmaqdan çəkinib.

Bəhrani hicri qəməri ilinin 1107 və ya 1109-cu ilində doğulduğu Tubəlidə dünyasını dəyişdi və sonralar onun məqbərəsi şiə və qeyri-şiələrin ziyarətgahına çevrildi.

Təsisçi və baş redaktor

Quran elmləri üzrə mütəxəssis: Səadət Əlizadə

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 4981, 

Dostların veb səhifələri

14271306
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
725
8985
30280
14090902
163119
173495
14271306

sizin IP ünvanınız: 3.236.55.137
2024-03-29 01:53

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!