Məhəbbət Ocağı

Nümunəvi valideyn necə olmalı?

 

Nümunəvi valideyn necə olmalı?

 

Övladın üçün nümunəvi valideyn olmaq istəyirsən?

Onda öz vəzifənə əməl et və sənə vacib olanları yerinə yetir:

  1.  Övladına yaxşı ad qoy;

  2.  Ona gözəl tərbiyə ver;

  3.  Ona Quran öyrət;

  4.  Ona idmanı və ehtiyac duyulan elmləri təlim et;

  5.  Ailə qurmaq istədikdə ona layiqli həyat yoldaşı seçməkdə kömək et;

  6.  Övladını öz seçdiyin şəxslə ailə qurmağa məcbur etmə;

  7.  Övladını sev, məhəbbət göstər, öpüb əzizlə ki, onlar başqalarının zahiri məhəbbətinə aldanmasınlar;

  8.  Onun rahat yaşamasını təmin et və hərtərəfli inkişafına şərait yarat;

  9.  Övladına hörmət et və onunla bir şəxsiyyət kimi davran;

  10.  Onu Əhli-beytin (ə) və Peyğəmbərin (s) məhəbbəti ilə böyüt;

  11.  Ona namaz, oruc və s. ibadətləri öyrətməklə mənəvi boşluğunu doldur;

  12.  Nə qədər ki, qəlbi pakdır ona İslam həqiqətlərini və Əhli-beytin (ə) yolunu öyrət;

  13.  İlahi halal-haramı ona başa sal;

  14.  Övladların arasında ədalətə riayət et və heç zaman ayrıseçkilik salma.

 

Hər bir qayğıkeş valideyni “Övladım hansı kitabı oxuyur? Hansı filmə baxır? Dostları kimlərdir? Namaza, dini məsələlərə nə dərəcədə əhəmiyyət verir?” kimi suallar narahat etməlidir.

Sən indiyədək əxlaqi, dini kitab oxumusan və oxumağı tövsiyə etmisənmi? Faydalı filmlərə baxmağa təşviq etmisəmi? Onu şəri halal-haramla nə dərəcədə tanış etmisən? Onu nə dərəcədə anlayırsan və onun mənəvi, maddi ehtiyaclarını ödəyirsənmi? Onun səadəti haqqında düşünürsənmi? Ümid edirəm ki, sən nümunəvi valideynsən.

Abbas Rəhimi

 

Müəllifliklik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 5454, 

Dostların veb səhifələri

15650182
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
6008
8065
45729
15456216
125321
160067
15650182

sizin IP ünvanınız: 18.191.202.67
2024-12-21 19:01

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!