Məsləhətlər

Təbabət

 

Təbabət

İslam qanun və hökmlərinin fəlsəfəsi bəşər cəmiyyətini maddi və mənəvi baxımdan təkmilləşdirməkdir. İslam can sağlığını ilahi nemətlərin ən əsası sayır. Ondan da böyük nemət ruhun sağlamlığıdır. Həmçinin, İslama görə ən təhlükəli bəla cismin xəstələnməsidir. Ondan da təhlükəli ruhun xəstəliyidir.

İmam Əli (ə) bu haqda buyurur: “Yoxsulluq bəladır, bundan da böyük bəla xəstələnməkdir. Xəstələnməkdən də böyük bəla qəlbin (ruhun) xəstəliyidir. Malın çoxluğu nemətdir. Bundan da üstün nemət can sağlığıdır. Ondan da üstün nemət qəlbin pəhrizkarlığıdır” (Şeyx Tusi “Əmali”, səh.146; hədis 240; “Tuhəful-uqul”, səh.203; “Biharul-ənvar”, c.70, səh.51, hədis 8).

 

Tibb elminin başlanğıcı

Böyük mütəfəkkir və tədqiqatçı alim Şeyx Müfid deyir: “Tibb elmi dəqiq və doğru elmdir. Bu elm sabit olub, yolu isə vəhydir. Belə ki, alimlər bu elmi peyğəmbərlərdən öyrəniblər. Çünki dərdi və onun dərmanını yalnız onu bilən qüvvədən eşitməklə bilmək olar. Deməli, bu elmi bilməyin yolu bütün gizlinlərdən xəbərdar olan Allahdan öyrənməkdir”.

Bu fikirdən belə anlaşılır ki, ilk yaradılan insanın ehtiyacları onun həyatı üçün lazım olan bəzi təcrübi elmlərin vəhy yolu ilə ona öyrədilməsini zəruri edirdi. Bu rəyi seyyid Rəziyud-din Əli bin Tavusun bəzi kitablarından nəql etdiyi sözlər də təsdiq edir:

“Allah-təala Adəmi Cənnətdən endirdi və ona hər şeyi öyrətdi. Öyrətdiklərinin içində astronomiya (nücum) və tibb elmləri də vardı”.

Bundan belə nəticə çıxarmaq olar ki, tibb elminin başlanğıcı vəhy yolu ilə olmuşdur. Sonralar alimlərin təcrübələri bu elmi artırmış və beləcə tədricən genişlənmişdir.

 

Tibbi göstərişlər

Əmirəl-möminin Əli (ə) oğlu imam Həsənə (ə) dedi:

Sənə dörd şey öyrədim ki, təbabətə daha ehtiyacın olmasın?

– Bəli, ey Əmirəl-möminin (ə).

– Acmadan yemək yemə, gözün yeməkdə qala-qala süfrədən çəkil, yaxşı çeynə, yatmamışdan qabaq ayaqyoluna get. Bunlara əməl etsən, təbabətə ehtiyac duymazsan.

İmam Əli (ə): Nə üçün Quranda tibb elmindən savayı bütün elmlər var? Sualının cavabında: Quranda bir ayə var ki, bütün təbabəti özündə ehtiva edir: “Yeyin, için, amma israf etməyin!”

Peyğəmbər (s): Bədənin xəstəliyi daşıya bilirsə, dərmandan qaç. Elə ki, daşıya bilmədi, onda dərman iç.

Peyğəmbər (s): Hər kəsin sağlamlığı xəstəliyinə qalib gələrsə, müalicə olunmasın.

Peyğəmbər (s): Hər kəsin xəstəliyi yüngüldürsə, dərman qəbul etməsin. Çünki çox dərmanlar var ki, xəstəlik gətirər.

İmam Əli (ə): Bədən üçün dərman paltar üçün sabun kimidir: təmizləyir, amma xarab edir, köhnəldir.

İmam Əli (ə): Xəstəlik səninlə yola gedirsə, sən də onunla yola get (bacardıqca müalicədən qaç).

İmam Əli (ə): Müsəlman xəstəliyi onun sağlamlığına qalib gəlmədən müalicə olunmaz.

 

 Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 4943, 

Dostların veb səhifələri

14267584
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5988
3903
26558
14090902
159397
173495
14267584

sizin IP ünvanınız: 44.221.43.88
2024-03-28 20:01

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!