Səbr eylə könül, Sahibi dövran gələcəkdir
Dünyada kədər-qəmdən əsər qalmayacaqdır,
Bir də heç ürək niskil ilə dolmayacaqdır,
Açmış təzə güllər saralıb, solmayacaqdır,
Axır ki, dönüb bağına bağban gələcəkdir.
Bu zülmətə nuruyla gəlib son qoyacaqdır,
Həqqi bəzəyib, batili üryan qoyacaqdır,
Küffarı zuhuruyla O, heyran qoyacaqdır,
Həq dini edib aləmə elan gələcəkdir.
Zülmün yapışıb həlqinə canın alacaqdır
Şükr eyliyib öz Rəbbinə, təzim qılacaqdır
Abbasın o yenmiş ələmin qaldıracaqdır
Dar eyliyəcək düşmənə meydan gələcəkdir
Aşiqlərə söylün ki, dəxi ağlamasınlar,
Yəqub kimi qəmdən sinəni dağlamasınlar.
Göndərmiş O, pirahəni göz bağlamasınlar,
Olsunlar ayıq Yusifi Kənan gələcəkdir.
Çərxi-fələyin çərxi fələknən dolaşırsa,
Batil çoxalıb dəhrdə həddinən aşırsa,
Tənnuri-zülüm zülm ilə qaynırsa, daşırsa,
Yəqin ki, o Nuh ilə o tufan gələcəkdir.
Hamı o dəm Allaha ibadət edəcəkdir,
Şirk eyləməyib cümlə dəyanət edəcəkdir,
Quran oxuyub, xəlqi hidayət edəcəkdir,
Təkbir ilə, həmd ilə Subhan gələcəkdir.
Ol yarın üzündəqara bir xal olacaqdır,
Hüsnün görüb İlqar əbədi lal olacaqdır.
Bilməzsən o gün hal necə hal olacaqdır,
Çün yerlərə həm göylərə sultan gələcəkdir.
Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir