Print this page

Misralar

Olsun ibarət və əyan cəmi müsəlmana Hüseyn

 
(1 Vote)

 

Olsun ibarət və əyan cəmi müsəlmana Hüseyn

 

Olsun ibarət və əyan cəmi müsəlmana Hüseyn,

Çəkilmisən nə müsibətli imtəhana Hüseyn.

***

Bir gecə gəldi səda Hüseynə Cananından,

Dedi: varmı xəbərin? Bir neçə qurbanından,

O da Cananı üçün keçdi şirin canından,

Şövqlə verdi şirin canını Canana Hüseyn.

***

Belə çatdırdı İmam aləmə həqqin səsini,

Eşidib körpə Əliəsğərinin naləsini,

Qundağı al-qan içində görərək körpəsini,

Verdi dəfn eyləməyə Zeynəbi nalana Hüseyn.

***

Xeyməyə su gətirə bilmədi qəlbi sıxılıb,

Qolları oldu qələm, məşkidəki su dağılıb,

Çox xəcalətlidi Abbas həmi atdan yıxılıb,

Ver təsəlli gedib o qəlbi nigaranə Hüseyn.

***

Bizə vacibdi ki, bu halı düşünmək hərdən,

Hansı tövsiyə qalıb həzrəti Peyğəmbərdən,

Sənə çox oldu çətin keçmək Əliəsğərdən,

Bu bir ibrət idi hər sahibi imanə Hüseyn.

 

Hacı Elşən Xəzər

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 

 

 

 


 1565,