Misralar

Olmaz idi

 

Qəzəl

 

Ey olub bürhani-ülüvvi-şan sənə!

Yerə enmiş göydən istiqbal edib Fürqan sənə.

 

Hiyni-dəvayi-məhəbbət ilzaminə,

Cahil ikən el, kəmali-elm bəs bürhan sənə.

 

Kilki hökmün çəkdi hərfi-sairi ədyana xətt,

Hökm isbat etdi nəfyi-sairi-ədyan sənə.

 

Baqiyi-möciz nəhacət əmri-həqq isbatinə,

Aləm içə möcizi-baqi yetər Quran sənə.

 

Vəsf Cibrili-əmin etmiş qəbuli-xidmətin,

Sirri-həqq kəşfinə onunla edib fərman sənə.

 

Sənsən ol xatim ki, rəf etmiş tamami-hakimi,

Xatəmi-hökmi risalət tapşırıb dövran sənə.

 

Ol qədər zövqi-şəfaət cövhəri-zatında var,

Kim gəlir ərzi-xəta mənidə ehsan sənə.

 

Mahi-novdur, yoxsa sən etdikdə seyri asiman,

Qaldırıb barmaq gətirmiş asiman iman sənə.

 

Ya Nəbi, Füzulidən kəm etmə ol zaman

Kim olur təslim miftahi-dəri-ğüfran sənə.

 

Məhəmməd Füzuli

 

Olmaz idi

 

Olmasaydı Əli, din içə səfa olmaz idi.

Murtəzasız nə səfa ruha qida olmaz idi.

 

O Əlidir bizə göstərdi həqiqət yolunu,

Yoxsa ondan səvayi ragi-huda olmaz idi

 

Əliyə söylədi mizani-ədalət o Nəbi,

Əli olmazsa ədalətli-qəza olmaz idi.

 

Rəxtixabında yatıbdır o Peyğəmbərdən ötür,

Ki Əli tək bu işə kimsə razı olmaz idi.

 

Zülfüqar ilə Əmr ibn Əbdəvüd başına,

Vurmasaydı Əli, küfr-əhli gəda olmaz idi.

 

Bir əlilə qoparıb cəngidə Xeybər qapısın,

Əlisiz kimsədə bil öylə şüca olmaz idi.

 

Vurduğu zərbəyə xatir o Əli şənində,

“La fəta” kəlməsi göylərdə səda olmaz idi.

 

Vurmasaydı yerə yüzlərcə o aslan kürəyin,

Adı dillərdə bu gün şiri-Xuda olmaz idi.

 

Verdi ənqüştərini sailə əsnayi-namaz,

Kimsə əshabidə bir böylə səxa olmaz idi.

 

Danmasaydı Əlinin haqqını nadanlar əgər,

İndi din içrə inan bircə xəta olmaz idi.

 

Uymasaydı o zaman munkiri-mövlaya çoxu,

İndi Mövlayi-Əlidən o cüda olmaz idi.

 

Hansı millət ki, Əlisizdi ona yox çarə,

Olara indi düçar dərdi bəla olmaz idi.

 

Cahida dərk edə bilsəydik Əli həqqini biz,

Əlidən qeyri zikir dildə dua olmaz idi.

 

Hacı Yaşar Cahid

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 


 3952, 

Dostların veb səhifələri

14263647
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2051
3903
22621
14090902
155460
173495
14263647

sizin IP ünvanınız: 3.227.239.9
2024-03-28 09:05

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!