Xuda məni , xəlq edib, var edəndə sevindim.
Bu dünyaya gələndə, bir gedəndə sevindim
Ömür yolu çox çətin, tikan dolu, daş dolu
Hərə bir cür, ömr edir,addımlayır bu yolu
Təkdi daim həyatda, insan olsa sağ-solu
Görüb cəfa cahanda, tərk edəndə sevindim
Xuda məni , xəlq edib, var edəndə sevindim.
Bu dünyaya gələndə, bir gedəndə sevindim
Gah üzülür görürsən, gahi dəki şad olur
Gah əziz insanlara, gahi dəki yad olur
Düşüb-çıxır həyatda, bərk-boşa, ustad olur
Həyat bir imtahandır, mən verəndə sevindim
Xuda məni , xəlq edib, var edəndə sevindim.
Bu dünyaya gələndə, bir gedəndə sevindim
İnsan eşqi tapmağa, gəzir cümlə cahanı
Məyus olur sonunda, sevibdi bi vəfanı
Kordu bəsirət gözü, görmür uca Xudanı
Sevgi elə Xudadır, dərk edə sevindim
Xuda məni , xəlq edib, var edəndə sevindim.
Bu dünyaya gələndə, bir gedəndə sevindim
Bəndə düşər, dərd-qəmə, dost olar əğyar ilə
Əğyar aldadar onu, dövlət ilə var ilə
Baxar görər, gəc düşüb, sevdiyi o, yar ilə
Racim deyib əğyari, dəf edəndə sevindim
Xuda məni , xəlq edib, var edəndə sevindim.
Bu dünyaya gələndə, bir gedəndə sevindim
Seyyid Orxan Neynəvayi
Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir