Münacat
وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ فَلْيَسْتَجِيبُوا لِي وَلْيُؤْمِنُوا بِي
لَعَلَّهُمْ يَرْشُدُونَ
“Mənim bəndələrim səndən Mənim barəmdə soruşanda (de ki,) Mən həqiqətən, (hamıya) yaxınam, Məni çağıran zaman dua edənin duasını qəbul edirəm. Odur ki, Mənim dəvətimi qəbul etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə yolu tapdılar” (“Bəqərə” surəsi, ayə 186).
İmam Hüseynin (ə) Ərəfə günü oxuduğu duadan
Ravi nəql edir ki, Ərəfə günü zöhrdən sonra Ərəfat çölündə İmam Hüseynin (ə) xidmətində idik. Həzrət (ə) çox böyük bir təvazökarlıqla öz xeyməsindən əhli-beyti (ə) və tərəfdarları ilə çölə çıxdı. Dağın sol tərəfində dayanıb mübarək üzünü Kəbəyə tərəf çevirib əllərini təam diləyən miskin tək göyə qaldırıb bu duanı oxumağa başladı (Duanın həcmi böyük olduğundan burada ondan yalnız bəzi cümlələri gətiririk): “Şükr olsun o Allaha ki, hökmünü qaytaran, əta etdiyinə mane olan tapılmaz.
İlahi! Sənin hansı nemətlərini sayım və yada salım və yaxud sənin hansı lütf etdiyinə şükr edim. Bir halda ki, onu saymaq sayanların qüdrətindən kənardır.
İlahi! Məni elə et ki, Səni görürmüş kimi Səndən qorxum. Məni pəhrizkarlıqla xoşbəxt et və üsyan etməyimlə bədbəxt etmə.
İlahi! Giriftarlığımı aradan apar. Xətalarımı bağışla, şeytanımı qov, borcumu ödə. Mənim üçün, ey Məbudum, axirət və dünyada yüksək bir dərəcə qərar ver.
İlahi! Nəfsimin xarlığından mənə nicat ver. Qəbrə daxil olmadan öncə məni şəkk və şirkimdən paklandır.
İlahi! Zəifliyimdən qabaq, sən özünü mənə lütfkar və mehriban vəsf etdin.
İlahi! Varlı olduğum halda fəqirəm, necə fəqirliyimdə fəqir olmayım?!
Səndən başqa İlahi yoxdur, təksən, Sənin şərikin yoxdur.
Hakimsən, xalis şükr Sənə məxsusdur və hər bir şeyə qadirsən, İlahi, İlahi...”
Həzrət İmam Sadiqdən (ə) nəql olunur ki, duadan əvvəl əgər Allaha tərif, həmd və səna edilməzsə, o dua səmərəsizdir. O, Həzrətdən (ə) ən ən kiçik tərifin nədən ibarət olduğunu soruşduqda buyurur ki, bu sözləri deyin:
İlahi, Sənsən əvvəl, Səndən qabaq heç bir şey yoxdur.
Və Sən sonuncu, Səndən sonra heç bir şey yoxdur.
Və Sənsən zahir, Səndən üstün olan yoxdur.
Və Sənsən batin, Səndən başqa heç bir şey yoxdur.
Və Sən əziz və həkimsən!
İmam Əli (ə) buyurur: “Allah dərgahında yer üzündəki əməllərin ən sevimlisi duadır” (Kafi, c.2).
İlahi, qəlbimizi Quran nuru ilə işıqlandır!
İlahi, bizi Quranın şəfaəti ilə Cənnətə daxil et!
İlahi, bütün Muhəmməd (s) ümmətinə Quran hörmətinə rəhm et!
Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir