İmam Zaman (ə.c) Quran ayələrində
- Möminlərin şadlığı.
يَوْمَئِذٍ يَفْرَحُ الْمُؤْمِنُونَ
“O gün möminlər Allahın köməyindən şad olacaqlar” (“Rum” surəsi, ayə 4).
İzah: İmam Sadiq (ə) bu ayənin təfsirində buyurmuşdur: “İmam Zamanın (ə.c) zühuru elə bir gündür ki, möminlər Allahın köməyindən şadiman olacaqlar”.
- İmam Məhdinin (ə.c) dostları.
وَمِنْ قَوْمِ مُوسَى أُمَّةٌ يَهْدُونَ بِالْحَقِّ وَبِهِ يَعْدِلُونَ
“Və Musanın qövmündə haqq əsaslanaraq hidayət edən və haqqa əsaslanaraq ədalətli olan bir dəstə vardır” (“Əraf” surəsi, ayə 159).
İzah: İmam Sadiq (ə) buyurub: “Ali Muhəmmədin qaimi (ə.c) qiyam etdikdə 27 nəfər Kəbədə onun yanında olacaq. 15 nəfər Musanın həqiqi ardıcıllarından, 7 nəfər Əshabi Kəhfdən, Musanın canişini olan Yuşe, Salman, Miqda, Malik, Əştər onun dostları və hakimləri olacaqdır”.
- Əimməni (ə) tanıma.
مَنْ كَانَ يُرِيدُ حَرْثَ الآخِرَةِ نَزِدْ لَهُ فِي حَرْثِهِ وَمَنْ كَانَ يُرِيدُ حَرْثَ الدُّنْيَا نُؤْتِهِ مِنْهَا وَمَا لَهُ فِي الآخِرَةِ مِنْ نَصِيبٍ
“Kim axirət əkini istəsə onun əkinini artırarıq və kim dünya əkini istəsə ondan ona verərik və həmin şəxsin daha axirətdə bir payı olmayacaqdır” (“Şura” surəsi, ayə 20)
İzah: İmam Sadiq (ə) buyurmuşdur: “حَرْثَ الآخِرَةِ” yəni “Əlini (ə) və Əimməni tanıma”. “حَرْثَ الدُّنْيَا” yəni “İmam Zamanın (ə.c) haqq dövlətindən bəhrələnməyən kəslərin çalışmaqları”.
- Haqqın qələbəsi.
وَيَمْحُ اللَّهُ الْبَاطِلَ وَيُحِقُّ الْحَقَّ بِكَلِمَاتِهِ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
“Allah Öz kəlmələri vasitəsilə batili məhv edir və haqqı gerçəkləşdirir” (“Şura” surəsi, ayə 24).
İzah: İmam Sadiq (ə) buyurub: “Bu atədə olan kəlmələr imamlar (ə) və Ali Muhəmməd (s) ailəndən olan Qaim imama işarədir ki, Allah onun vasitəsilə ilə haqqı qalib edəcəkdir”.
- Haqq din.
هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَكَفَى بِاللَّهِ شَهِيدًا
“Bütün dinlərə qalib etmək üçün Öz peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur” (“Fəth” surəsi, ayə 28).
- Dirilik.
اعْلَمُوا أَنَّ اللَّهَ يُحْيِي الأرْضَ بَعْدَ مَوْتِهَا
“Bilin ki, Allah yeri ölümündən sonra dirildir” (“Hədid” surəsi, ayə 17).
İzah: İmam Sadiq (ə) buyurub: “Yerin ölümü”, yəni “sakinlərin ölümü” deməkdir. Bu da küfrə işarədir. Allah-təala İmam Zamanın (ə.c) zühuru ilə ədaləti bərpa edəcək və yerin sakinlərini dirildəcək”.
- İlahi nur.
يُرِيدُونَ لِيُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَاللَّهُ مُتِمُّ نُورِهِ وَلَوْ كَرِهَ الْكَافِرُونَ
“Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər, halbuki, kafirlərin xoşuna gəlməsə də Allah Öz nurunu tamamlayacaqdır” (“Səff” surəsi, ayə 8).
İzah: İmam Sadiq (ə) buyurub: “Əlinin (ə) vilayət nurunu söndürmək istəyirlər. Lakin Allah zühur ilə imamət nurunu kamil edəcəkdir”.
- Qaib imam.
ذَلِكَ الْكِتَابُ لا رَيْبَ فِيهِ هُدًى لِلْمُتَّقِينَ
“Barəsində heç bir şəkk-şübhə olmayan bu uca məqamlı kitab pəhrizkarkar üçün hidayət mənbəyidir” (“Bəqərə” surəsi, ayə 2).
İzah: İmam Sadiq (ə) buyurub: “Təqva əhli”, yəni “həzrət Əlinin (ə) tərəfdarları”. “Qeyb”, yəni “İmam Zaman (ə.c)”.
أُولَئِكَ حِزْبُ اللَّهِ أَلا إِنَّ حِزْبَ اللَّهِ هُمُ الْمُفْلِحُونَ
“Onlar Allahın firqəsidirlər, bil ki, şübhəsiz, Allahın firqəsi həmin nicat tapanlardır” (“Mücadilə” surəsi, ayə 22).
İzah: Cabir ibn Abdullah deyir: “Peyğəmbər (s) sonuncu məsum İmam Höccət ibnil-Həsəni (ə.c) yad edib buyurdu: “Xoş o kəsin halına ki, onun məhəbbətində sabitqədəmdir. Onlar o kəslərdir ki, Allah-təala onların vəsfində buyurub: “Onlar Allahın firqəsidirlər”.
- Peyğəmbərin canişinləri.
أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الأمْرِ مِنْكُمْ
“Allaha itaət edin, Onun peyğəmbərinə və öz əmr sahiblərinizə tabe olun” (“Nisa” surəsi, ayə 59).
İzah: Cabir ibn Abdullah deyir: Peyğəmbərdən (s) soruşdum: “Əmr sahibləri kimlərdir?"
Buyurdu: “Onlar mənim canişinlərim və müsəlmanların rəhbəridirlər. Onların birincisi Əli ibn Əbu Talib (ə), sonuncusu Höccət ibnil-Həsəndir (ə.c)"
Cabir dedi: “Şiələr onun qeybəti dövründə ondan faydalana biləcəklərimi?” Peyğəmbər buyurdu: “Bəli. And olsun məni peyğəmbərliyə seçən Allaha ki, onun nurundan və vilayətindən bəhrələnəcəklər. Necə ki, camaat bulud arxasında olsa belə günəşdən bəhrələnirlər”.
Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir