Munacatlar

Nisanda yağan yağışın suyunun faydaları

 

Nisanda yağan yağışın suyunun faydaları

Yağış yağarkən ətrafı çox gözəl ətir bürüyür. Əslində gələn bu ətir yağışın damlalarından ətrafa yayılmır, bu yağışın təsirindən qeosmin maddəsindən ayrılan siano və antibakteriyaların ətridir.

Bir yağış da var ki, özünün yaratdığı möcüzələrə görə xüsusi seçilən bir yağışdır. Onun adı nisan yağışıdır. Bu da miladi təqvimlə aprel ayının 14-dən etibarən 30 gün ərzində yağan yağışa aiddir.

Seyyid Əli ibni Tavus nəql edir: “Bir gün səhabələr əyləşmişdilər. Peyğəmbər (s) daxil oldu və onlara salam verdi. Səhabələri Həzrətin salamının cavabını verdilər.

Peyğəmbər (s) buyurdu: “Həkimə ehtiyacımın olmaması üçün Cəbrayilin (ə) mənə öyrətdiyi dərmanı sizə təlim verimmi?”.

Əmirəl-möminin (ə), Səlman və başqaları soruşdular ki, "bu dərman nədir?"

Həzrət Peyğəmbər (s) Əmirəl-mömininə (ə) xitab edərək buyurdu:”Romalıların Nisan adlandırdığı ayda yağış suyunu yığırsan və (bu suya)

“Həmd”,

“Ayətül-kürsü”,

“Qadr”,

“Əla”,

“Fələq”,

“Nas”,

“Kafirun”, 

“Tövhid” surələrini 70 dəfə oxuyursan”.

Sonra

“Lə iləhə illəllah”,

“Allahu Əkbər”,

"salavat",

“Təsbihəti-ərbəə”ni 70 dəfə oxuyursan. Sonra yeddi gün səhər çağı və axşam çağı o sudan içirsən”.

Həzrət Peyğəmbər (s) buyurdu: “Cəbrayil (ə) dedi: “Allah bu suyu içən insandan bədənində olan hər bir dərdi götürər və ona salamatlıq bəxş edər. Ağrıları bədənindən və sümüklərindən çıxardar. Əgər Lövhi (Məhfuzda) onun üçün ağrı təqdir edilibdirsə məhv olar”.

Həzrət (s) davam edərək buyurdu: “Məni haqq olaraq göndərən Pərvərdigara and olsun ki, əgər övladı olmazsa, nisan suyunu o niyyətlə içərsə ona övlad ruzi verilər. Əgər həyat yoldaşının uşağı olmursa, bu niyyətlə həmin sudan içərsə övladı olar. Əgər qız və ya oğlan uşağı istəsələr, həmin sudan içsələr məqsədləri hasil olar. Əgər kiminsə baş ağrısı vardırsa, bu sudan içsin və Haqqın qüdrəti ilə ağrısı sakitləşər. Əgər göz ağrısı vardırsa, gözünə bu sudan bir damcı töksün və gözlərini onunla yusun. Allahın izni ilə şəfa tapar. Bu sudan içmək dişlərin dibini möhkəm edər. Ağızı xoşətirli edər. Bəlğəmi azaldar. Bel və qarın ağrısına düçar olmaz. Zökəmdən əziyyət çəkməz. Diş ağrısına düçar olmaz. Kor, kal və lal olmaz. Gözlərinə qara su gəlməz. Şeytanın vəsvəsələrini görməz”. (İrfan)

Hədislərimizdə oxuyuruq ki, yağış suyunun insan bədəninə xeyri çoxdur, bu, istər nisan ayında götürülsün və ya istərsə də başqa aylarda. Belə ki, Əmirəl-möminin (ə) buyurur: “Səma suyundan için ki, sizin bədəninizi pak edəndir. Dərdlərinizi dəf edər, necə ki, Allah Təala buyurur: “O zaman (Allah) Onun tərəfindən xatircəmlik olsun deyə, sizi mürgü ilə bürüdü və sizi paklaşdırması, şeytanın murdarlığını (şeytanın vəsvəsəsini və ya cənabətliliyi) sizdən təmizləməsi, qəlblərinizi möhkəmləndirməsi və qədəmlərinizi sabitləşdirməsi üçün göydən sizə su endirirdi”. (“Ənfal” surəsi, ayə-11)

İlahiyyatçı, islamşünas Lalə Zəhrayi

 

 Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir.

 

 


 7919, 

Dostların veb səhifələri

15658302
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
6706
7422
53849
15456216
133441
160067
15658302

sizin IP ünvanınız: 18.226.180.253
2024-12-22 19:37

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!