Munacatlar

ƏLQƏMƏ DUASI - دعای علقمه

 
(5 votes)

 

ƏLQƏMƏ DUASI -  دعای علقمه

 

Aşura ziyarətindən sonra oxunan bir duadır. Bu duanı Səffan ibn Mehran imam Sadiqdən (ə) nəql etmişdir. Ancaq ravisinin adı Əlqəmə olduğundan və “Aşura ziyarəti” hədisinin ardınca oxunduğu üçün “Əlqəmə duası” adı ilə məşhur olmuşdur.

Bəziləri bu duanı Aşura ziyarətindən sonrakı dua deyə tanıyırlar. Bu duanı Şeyx Tusi (r) “Misbahul-Mutəhəccid” kitabında nəql etmişdir. Dua ən çox Əhli-beyt imamlarının (ə) məqam və fəzilətlərini bəyan etməkdədir. Əlqəmə duası Məfatihul-Cinan kitabında Aşura ziyarətindən sonra yer almışdır.

 

ADININ QOYULMASI

Bəzi araşdırmaçılar bu duanı “Əlqəmə duası” kimi məşhurlaşan “Səffan duası”nı bilirlər. Bəziləri isə Aşura ziyarətindən sonra oxunan dua bilirlər. Hər nə olursa olsun bu dua ravisinin adı ilə Əlqəmə olduğundan və Aşura ziyarətindən sonra oxunduğu üçün Əlqəmə duası ilə məşhurlaşmışdır.

 

DUANIN MƏZMUNU

Əlqəmə duası dərin anlamı olan dünyəvi və uxrəvi ehtiyacları özündə cəm edən xüsusilə də Təvəlla və Təbərra mövzularını əhatə edən bir duadır. Oxucu bu duanı ilk olaraq Allahın sifətlərini yada salmaqda və beş Ali-əbanın (Həzrəti Muhəmməd, imam Əli, Xanım Fatimə, imam Həsən və imam Hüseyn (ə)) haqqı hörmətinə Allaha təvəssül etməkdə imamları (ə) özünə şəfaətçi bilməkdədir. Əlqəmə duası imamların (ə) məqam və fəzilətlərini bəyan edir. Mömin bu dua vasitəsilə Allahdan peyğəmbər (s) və onun Əhli-beytinə (ə) salavat istəməklə yanaşı Ondan istək və hacətlərinin qəbul olmasını, düşmənlərin şərrindən qorunmasını, bu ziyarətin son ziyarət olmamasını və onunla Əhli-Beyt (ə) arasına ayrılıq düşməməsini istəyir.

 

DUANIN SƏNƏDİ

Əlqəmə duasını Şeyx Tusi “Misbahul-Mutəhəccid” kitabında nəql etmişdir. Bu kitabda Səfvan ibn Mehranın Aşura ziyarətini oxuduqdan sonra Ya “Allahu, ya Allahu, ya Allah ya muciybə dəvətil muztərinə...” kimi başlayan bu duanı oxuduğu zikr olunmuşdur. Səyf ibn Ümeyrə deyirki, Səffana dedim “Əlqəmə ibn Muhəmməd bu duanı bizə imam Baqirdən (ə) rəvayət etmədi. O, yalnız Aşura ziyarətini rəvayət etdiyini dedim."

Səffan dedi imam Sadiqin (ə) yanına daxil oldum, o bizim kimi ziyarət etdikdən sonra bizim kimi iki rükət namaz qıldı vida etdikdən sonra bu duanı oxudu.”

Səffan davamında deyir: "İmam Sadiq (ə) mənə buyurdu ki, “bu ziyarətə (imam Hüseynin (ə) ziyarətinə) diqqətli ol və bu duanı oxu (Əlqəmə duası), onu Aşura ziyarəti ilə oxu. Zəmanət verirəm ki, hər kim bu ziyarətlə (Aşura ziyarəti) ziyarət edərsə və bu dua ilə (Əlqəmə duası ilə) dua edərsə istər uzaqda olsun, istər yaxında ziyarəti qəbul olar, səyi qiymətləndirilər. O həzrətə (ə) salamı çatar, yanılmaz və Allah-Taala hər nə qədər hacəti varsa qəbul edər, onu ümüdsüz qoymaz."

Ey Səffan! Bu duanı bu zəmanətlə atamdan, o da öz atası Əli ibn Hüseyndən(ə), o da eyni zəmanətlə imam Hüseyndən (ə), imam Hüseyn (ə) də qardaşı imam Həsəndən (ə), imam Həsən (ə) də Möminlərin-əmirindən (ə), Möminlərin-əmiri də eyni zəmanətlə Allahın Rəsulundan (s), o da Cəbraildən (ə), Cəbrail (ə) də Allahu-Təaladan qəbul etmişdi. Uca Allah Öz müqəddəsliyinə and içmişdi ki, hər kim Hüseyni (ə) istər yaxında olsun, istərsə də uzaqda bu şəkildə ziyarət edərsə (Aşura ziyarəti ilə) və bu dua ilə (Əlqəmə duası) dua edərsə onun ziyarətini qəbul edərəm, hər nə qədər istək və hacəti varsa yerinə yetirərəm. Beləliklə mənim hüzurumda ümüdsüz və çarəsiz deyil, istəkləri yerinə yetirilmiş, Cənnəti qazanmış, Cəhənnəmdən qurtulmuş və gözü aydın bir şəkildə geri göndərərəm və hər kim üçün şəfaət istəyərsə qəbul edərəm.”

İmam Sadiq (ə) buyurur: “Allah-Taala Öz zatina and içmiş və mələkləri şahid tutmuşdur ki, biz Əhli-beytin (ə) düşmənləri barəsində bu qəbul olmaz."

Sonra Cəbrail (ə) dedi: “Ya Rasulullah! Allah məni, səni, Əlini, Fatiməni, Həsəni, Hüseyni və Qiyamət gününədək gələcək sənin övladlarından olan imamları xöşbəxt etmək və müjdələmək üçün göndərmişdir. Elə isə sənin, Əlinin, Fatimənin, Həsənin, Hüseynin, imamların və sənin tərəfdarlarının xöşbəxtliyi və sevinci qiyamət gününə qədər sabit və davamlı olsun ".

Sonra Səffan dedi ki, imam Sadiq (ə) mənə buyurdu: “Ey Səffan! Hər nə zaman Allaha bir hacət və diləyin olarsa harda olmağından asılı olmayaraq bu ziyarət (Aşura) ilə (imam Hüseynin (ə) qəbrini) ziyarət et və bu duanı (Əlqəmə duası) oxu! Sonra Allahdan nə hacətin varsa istə. Allah tərəfindən istəyin yerinə yetiriləcək. Allah Rəsuluna verdiyi vədin əksini etməz. Kəramətli və Səxavətli Allaha həmd olsun”.

 

Dua belə başlayır:

یَا اللَهُ یَا اللَهُ یَا اللَهُ یَا مُجِیبَ دَعْوَةِ الْمُضْطَرِّینَ

Sonra deyilir:

اللَهُمَّ مَنْ أَرَادَنِی بِسُوءٍ فَأَرِدْهُ! وَ مَنْ کَادَنِی فَکِدْهُ! وَ اصْرِفْ عَنِّی کَیْدَهُ وَ مَکْرَهُ وَ بَأْسَهُ وَ أَمَانِیَّهُ! وَ امْنَعْهُ عَنِّی کَیْفَ شِئْتَ وَ أَنَّی شِئْتَ! اللَهُمَّ اشْغَلْهُ عَنِّی بِفَقْرٍ لَا تَجْبُرُهُ، وَ بِبَلَآءٍ لَا تَسْتُرُهُ، وَ بِفَاقَةٍ لَا تَسُدُّهَا، وَ بِسُقْمٍ لَا تُعَافِیهِ، وَ ذُلٍّ لَا تُعِزُّهُ، وَ بِمَسْکَنَةٍ لَا تَجْبُرُهَا

اللَهُمَّ اضْرِبْ بِالذُّلِّ نَصْبَ عَیْنَیْهِ، وَ أَدْخِلْ عَلَیْهِ الْفَقْرَ فِی مَنْزِلِهِ، وَ الْعِلَّةَ وَ السُّقْمَ فِی بَدَنِهِ، حَتَّی تَشْغَلَهُ عَنِّی بِشُغْلٍ شَاغِلٍ لَا فَرَاغَ لَهُ، وَ أَنْسِهِ ذِکْرِی کَمَا أَنْسَیْتَهُ ذِکْرَکَ؛ وَ خُذْ عَنِّی بِسَمْعِهِ وَ بَصَرِهِ وَ لِسَانِهِ وَ یَدِهِ وَ رِجْلِهِ وَ قَلْبِهِ وَ جَمِیعِ جَوَارِحِهِ، وَ أَدْخِلْ عَلَیْهِ فِی جَمِیعِ ذَلِکَ السُّقْمَ، وَ لَا تَشْفِهِ حَتَّی تَجْعَلَ ذَلِکَ لَهُ شُغْلًا شَاغِلًا بِهِ عَنِّی وَ عَنْ ذِکْرِی، وَ اکْفِنِی یَا کَافِیَ مَا لَا یَکْفِی سِوَاکَ، فَإنَّکَ الْکَافِی لَا کَافِیَ سِوَاکَ، وَ مُفَرِّجٌ لَا مُفَرِّجَ سِوَاکَ، وَ مُغِیثٌ لَا مُغِیثَ سِوَاکَ، وَ جَارٌ لَا جَارَ سِوَاکَ.

 

“Pərvərdigara! Hər kəs mənə münasibətdə pis niyyət və qərardasa, Sən özün ona qarşı pis niyyət və qərarda ol. Kim mənə hiylə qurursa Sən özün onu hiyləyə sal. Belələrinin məkrini, pis arzularını məndən uzaq et. Onu istədiyin yolla, istədiyin vaxtda, istədiyin yerdə məndən uzaqlaşdır. Pərvərdigara! Onu çarəsiz yoxsulluğa, aradan qalxmayan bəlaya, sağalmayan xəstəliyə, qurtuluşsuz zillətə, əlacsız dərdə mübtəla et. Bütün vaxtı və gücünü özünə sərf etsin, mənə əziyyət üçün macalı qalmasın.

Pərvərdigara! Onun xar və zəlil olmasına qərar ver. yoxsulluq və zəlaləti evinə sal. Bədənini sağalmaz xəstəlik və halsızlığa mübtəla et. Başını özünə elə qarışdır ki, mənə təcavüz üçün vaxtı qalmasın. Adımı yadından çıxar, necə ki, öz adını (Allahı) onun yadından çıxarmısan.

Onun qulağını, gözünü, dilini, əl-ayağını, qəlbini, bütün bədən üzvlərini elə bir dərdə yoluxdur ki, birdəfəlik məndən əl çəksin. Başı öz dərdlərinə elə qarışsın ki, məni yada salmağa gücü qalmasın. Mənim üçün kifayət et, Səndən başqa kifayət edən yoxdur. Yalnız Sənsən kifayət edən. Səndən başqa açılış edən, qəm-qüssəni aradan qaldıran yoxdur. Sənsən dada yetişə, yoxdur Səndən başqa köməyə gələn. Elə bir sığınacaqsan ki, Səndən başqa sığınacaq verən yoxdur.”

Bəli, Allah övliyalarından zərər yoxdur, onların söz və əməli tam xeyirdir. Həmin şəxsin cavabı bu oldu ki, İmamın duası zahirən lənət və nifrin olsa da, əslində tam xeyirdir. Çünki bu dua və duadakı lənət təcvüzkara qarşıdır.

Təqvalı möminlər öz işinə məşğuldur və lənətin onlara təsiri yoxdur. Bəzilərinə Allah nə qədər güc və imkan versə bunları zülmə sərf edir. Onun sağlamlığı, gücü nə qədər az olsa, zərəri də bir o qədər az olar.

Mərhum Həddad deyir: Biz təbii hisslərimiz əsasında düşünürük ki, yalnız xoş sözlər xeyirdir. Əslində belə deyil. Ömür insan üçün o zaman xeyirli olur ki, ömrün günləri xeyrə sərf olunsun. İnsan vaxtını şərə sərf edirsə artıq onun yaşamasında xeyir yoxdur.

Məfatihul-cinanda İmam Məhəmmədtəqidən (ə) nəql olunur ki, Peyğəmbər namazdan sonra deyərmiş:

 

اللَهُمَّ اغْفِرْ لی ما قَدَّمْتُ وَ ما أخَّرْتُ، وَ ما أسْرَرْتُ وَ ما أعْلَنْتُ، وَ إسْرافی عَلَی نَفْسی، وَ ما أنْتَ أعْلَمُ بِهِ مِنّی. اللَهُمَّ أنْتَ الْمُقَدِّمُ وَ الْمُؤَخِّرُ لا إلَهَ إلّا أنْتَ، بِعِلْمِکَ الْغَیْبَ وَ بِقُدْرَتِکَ عَلَی الْخَلْقِ أجْمَعینَ ما عَلِمْتَ الْحَیَوةَ خَیْرًا لی فَأحْیِنی؛ وَ تَوَفَّنی إذا عَلِمْتَ الْوَفاةَ خَیْرًا لی…

“Pərvərdigara! Səndən istəyirəm ki, qeyb elmin və bütün varlıq üzərində gücünlə, ömrüm mənə xeyirli olana qədər məni yaşat. Ölüm mənə xeyirli oluduğu zaman məni öldür.”

Duadan göründüyü kimi, bəzən həyat, bəzən ölüm insan üçün xeyirli olur. Bıçaq o zaman xeyirlidir ki, cərrah onunla bədəndəki bədxassəli şişi çıxarır. Əməliyyat nə qədər ağrılı olsa da xəstənin xeyrinədir. Həmin xəstə üzv özünü yaxşı saya bilər. Həqiqət isə başqadır. Köklük, yağlı xörəklər və şirni yemək həmişə xeyirli olmur. Bəzən arıqlıq, aclıq insana xeyir gətirir.

Uşaq atasından həmişə şirni istəyir. Amma ata şirninin zərərini nəzərə alıb məhdudiyyət qoyur. O övladının xeyrini istəyir. Övladını çox sevdiyi halda onun xəstəlikdən sağalması üçün həkimin bıçağı altında qoyur. Uşaq bu səhnədən narazıdır. O atasını, həkimi düşmən sayır. Əslində isə ata da, həkim də onun xeyrinə çalışır. Övladın xəstəliyi atanın yuxusnu gözündən alır. Sübhədək övladının başı üstə dayanıb yatmır. Mərhəmət həmişə birinə şirini vermək deyil. Bəzən ağrı mərhəmət olur.

Peyğəmbərlər və İmamlar (ə) insanların əbədi səadəti üçün çalışıb. Onlar bəzən azad həyatı qorumaq üçün kafirlər və müşriklərə qarşı cihada çağırıb. Münafiqlər, təcavüzkarlar cəzalandırılır və bu cəza xeyrədir.

Təcavüzkar insanın yoxsul, xəstə, bəla içində olması xeyirdir. Çünki onlar əmmarə nəfsin hökmü altındadır və zərər vurmağa çalışır.

Səhifeyi-Səccadiyyədə Əlqəmə duasına oxşar dua var. Əllamə Tehrani deyir:

Məsumlardan nəql olunan əksər dualarda oxşar ifadələrlə rastlaşırıq. İmam Səccaddan (ə) İslam torpaqlarını qoruyan sərhəd keşikçiləri üçün dua var. İmam bu keşikçilərin düşmənləri haqda belə deyir:

 

اللَهُمَّ افْلُلْ بِذَلِکَ عَدُوَّهُمْ، وَ اقْلِمْ عَنْهُمْ أَظْفَارَهُمْ، وَ فَرِّقْ بَیْنَهُمْ وَ بَیْنَ أَسْلِحَتِهِمْ؛ وَ اخْلَعْ وَثَآئِقَ أَفْئِدَتِهِمْ، وَ بَاعِدْ بَیْنَهُمْ وَ بَیْنَ أَزْوِدَتِهِمْ، وَ حَیِّرْهُمْ فِی سُبُلِهِمْ، وَ ضَلِّلْهُمْ عَنْ وَجْهِهِمْ، وَ اقْطَعْ عَنْهُمُ الْمَدَدَ، وَ انْقُصْ مِنْهُمُ الْعَدَدَ، وَ امْلأ أَفْئِدَتَهُمُ الرُّعْبَ، وَ اقْبِضْ أَیْدِیَهُمْ عَنِ الْبَسْطِ، وَ اخْزِمْ أَلْسِنَتَهُمْ عَنِ النُّطْقِ، وَ شَرِّدْ بِهِمْ مَنْ خَلْفَهُمْ، وَ نَکِّلْ بِهِمْ مَنْ وَرَآءَهُمْ، وَ اقْطَعْ بِخِزْیِهِمْ أَطْمَاعَ مَنْ بَعْدَهُمْ! اللَهُمَّ عَقِّمْ أَرْحَامَ نِسَآئِهِمْ، وَ یَبِّسْ أَصْلَابَ رِجَالِهِمْ، وَ اقْطَعْ نَسْلَ دَوَآبِّهِمْ وَ أَنْعَامِهِمْ! لَا تَأْذَنْ لِسَمَآئِهِمْ فِی قَطْرٍ، وَ لَا لِارْضِهِمْ فِی نَبَاتٍ!

“Pərvərdigara! Keşikçi müsəlmanlara verdiyin güclə onların düşmənlərini gücdən sal. Düşmənin caynağını onların başı üzərindən çək. Düşməni silahından uzaq sal. Düşmənin qəlbində ümid bağlarını qır. Əlləri azuqəyə çatmasın. Məqsədlərinə doğru hərəkətdə çətinlik yarat, onları azdır. Onlara gələn bütün köməkləri kəs. Saylarını əskilt, qəlblərinə qorxu sal, əllərini süstləşdir, dillərini bağla, onları və onların arxasında dayananları qaçmağa vadar et, pərakəndə sal. Onları elə pis aqibətə düçar et ki, başqa düşmənlərə ibrət olsun. Onları zəlil etməklə sonrakı düşmənlərin tamahına son qoy.

Pərvərdigara! Qadınlarını və özlərini sonsuz et. Kişilərinin nütfəsini qurut. Minikləri və mal-qaralarının nəslini kəs, onları quraqlığa düçar et. Belə ki, torpaqlarında ot bitməsin.”

İlahiyyatçı, islamşünas Lalə Zəhrayi

 

MÜƏLLİFLİK HÜQUQU ƏBƏDİ NUR MÜƏSSİSƏSİNƏ AİDDİR

 


 17537, 

Dostların veb səhifələri

15656279
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
4683
7422
51826
15456216
131418
160067
15656279

sizin IP ünvanınız: 18.188.233.69
2024-12-22 14:36

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!