Hacət duaları
Uveys həzrətlərindən nəql olunmuşdur: «Hər duadan əvvəl Allah-Təalanın Yaradan adlarından 8 ədədini zikr etmək təcrübə olunmuşdur:
«Ya Daimu»,
«Ya Həyyu»,
«Ya Vətru»,
«Ya Fərdu»,
«Ya Əhədu»,
«Ya Qaviyyu»,
«Ya Qadimu»,
«Ya Qadiru».
Mərhum Kuleyni (Allahın rəhməti ona olsun!) deyir: «Səmaət nəql edir: «İmam Rza (ə) mənə buyurdu: «Ey Səmaət, Allah-taaladan hər vaxt bir hacət istəsən de: «Allahummə inni əsəlukə bi həqqi Muhəmmədin və Əliyyin fə innə ləhumə indəkə şənən minəş-şəni və qadran minəl qadri fə bihəqqi zəlikə şəni və bi həqqi zəlikəl qadri ən tusalliyə ələ Muhəmmədin və ali Muhəmməd və ən təfələ bi».
Mərhum Seyid Əbdülkərim Kəşmiri (r) «Yasin» surəsinin xətmi haqqında deyir: Şəban ayının 15-i gecəsində 3 dəfə «Yasin» surəsi oxunur. Birinci salamatçılıq niyyəti ilə, ikinci ruzi üçün, üçüncüsü isə ömrün uzanması niyyətilə surə xətm olunur.
«Nəsr» surəsinin xətmi
Hurui deyir: Əgər bir şəxs «Nəsr» surəsini hər gün 40 dəfə oxusa, o qeybi elmlərdə zəfər qazanar və yüksəlişə səbəb olar.
Cənab Ruziyi ağa deyir: «Bəzi yazılmış dualardan olan bu duanı Şeyx Bəhaliddinə nisbət vermişlər və qaydası bu cür şərh olunur. Əvvəlcə iki rükət namaz qılınır, ardınca istiğfar zikri deyilir və 70 dəfə deyilir: «La ilahə illəllahu bihəqqi həqqikə. La ilahə illəllahu bi izzətikə və qudratikə. La ilahə illəllahu fərric bi rahmətikə». Sonra hacət tələb olunur.
Müəlliflik hüququ "Əbədi nur" jurnalına məxsusdur