Zeynəbi-Kubranın müqəddəs hərəmi
(Seyidə Zeynəb məscidi)
Həzrət Zeynəb Əli ibn Əbutalib (ə) və Fatimeyi-Zəhranın üçüncü övladıdır. Xanımın müqəddəs hərəmi Suriyanın paytaxtı Dəməşqdə (Şam şəhərində)yerləşir. Bu məkan əhli-şiənin mühüm ziyarətgahlarından və Suriyanın böyük məscidlərindən biri hesab olunur. Zeynəbin qəbrinin yerləşdiyi mahal keçmişdə «Raviyyə» və hal-hazırda isə «Zeynəbiyyə» adı ilə məşhurdur. İndi bu qəsəbə artıq şəhərə birləşmiş və Dəməşqin şərqinin yeddi kilometrliyində, təyyarə meydanının yaxınlığındadır. Bu yerdə qəbrin günbəzi uzaqdan görünür. Günbəz qızıldan tikilmişdir və onun şərq və qərb hissəsində iki hündür minarə qərar tutur. Mütəhhər hərəmin uca və gözəl minarələri incə naxışlarla işlənmişdir.İstifadə olunmuş gozəl sənət əsərləri müasir dövrdə ən üstün və zəngin sayılan əl işlərindəndir. Bu sənət əsərlərini isfahanlı bir mərhum sənətkar və mahir usta Əli Pəncehur təxminən on il müddətində işləmişdir. Zeynəbin qəbrinin qərb hissəsində, sağ tərəfdə kiçik bir otaq var. Otağın daxilində digər üç qəbir yerləşib və onlardan biri Seyid Hüseyn Yusif Məkki Amuli Mutəvvəfi, digər biri Mühsin Ələmin Amuli (məşhur«Əyənul-şiə» əsərinin müəllifi) və üçüncü isə Mirzə Təqi Behbehaninin qızının qəbridir. Zeynəbin qəbrinin tavanında dördbucaqlı hündür ayrıcı çərçivə inşa edilib,həmin dördkünc çərçivə günbəzin alt hissəsi və hərəmin mərkəzidir. Həmçinin bu dördbucaqlının hər bir küncü hərəmin giriş hissəsi sayılır.
Şərq tərəfdə Zeynəbiyyənin böyük və hündür bir ibadət yeri var. Bura İran İslam Respublikası rəhbərliyinin nümayəndəsi Fəhri Zəncaninin himayədarlığı ilə tikilmişdir. Camaat namazı, «Kumeyl» duası və cümə namazıda burada təşkil olunur. Zeynəbiyyənin bu hissəsi çox böyük və genişdir. Ümumi sahəsinin ölçüsü təxminən on min metrdir. Məqbərədə cəm formada 114 otaq var və onun 64-ü böyük səhnlərdir. Qalanları isə ikinci dərəcəli səhnlər və ətraf hüseyniyyələrdən ibarətdir. Zeynəbin qəbri hərəmin mərkəz hissəsindədir və gümüş zərihlə örtülmüşdür. Zərihin ətrafı isə səkkiz sütunla işlənmişdir ki, bu sütunlarda dayaq kimi günbəzi öz üstündə saxlamışlar. Məqbərənin divarlarının yarısı ağ daşla, qalan hissəsi isə məşhur müsəlman memarlarının əl qabiliyyəti ilə ayna parçalarından İranın məşhur memarları tərəfindən işlənmişdir. Təxminən bir çox illər öncə binanın daxili və xarici, həmçinin günbəz və minarələri əsrarəngiz naxışlarla bəzədilmişdir, amma böyük otaqlar və səhnlərin xüsusi sənət əsərləri ilə işlənməsi İran İnqilabından əvvəl olmuşdur. Belə ki xanım Zeynəbin (s.ə) hərəminin binası Muhəmməd Rza Şah Pəhləvi və onun xanımı Şahbanu Fərəh Pəhləvinin göstərişi ilə qızılla bəzədilmişdir.
Mötəbər mənbələrdə qeyd olunur ki, xanım ZeynəbMədinədə «Horra» hadisəsindən sonra hicri qəməri 62-ci ildə həyat yoldaşı Abdullah ibn Cəfərlə Dəməşqə mühacirət etdi vərəcəbin 15-də həmin şəhərdə dünyasını dəyişdi.
İstifadə olunan mənbə: Tarixu Dəməşq
İlahiyyatçı, Sara Zahidqızı
Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir