Print this page

Müqəddəs Məkanlar

"Məşhəd" İmam Rzanın (ə) müqəddəs hərəmi

 
(1 Vote)

                                                                               "Məşhəd"  İmam Rzanın (ə) müqəddəs hərəmi

Müqəddəs məkanlardan sayılan Məşhəd şəhəri əhli-şiənin səkkizinci imamı həzrət imam Əli İbni Musa (ə) Rzanın mübarək məzarının yerləşdiyi yerdir. Əli İbni Musa Rza (ə) 11-Zilqədə 148-Qəməri ilində (Miladi tarixi ilə 765) Mədinədə anadan olmuşdur. 55 yaşında İrana dəvət olunmuş və Abbasi xəlifəsi Məmunun əli ilə qətlə yetirilmişdir. İmam Rzanın (ə) tarixi ilə bağlı bəzi ixtilaflar meydana gəlib və onlardan da biri bu idi ki, o, cumə günü və ya bazar ertəsi, Ramazan ayının 17-si və ya 21-i, yaxud da 18 və ya 23 Camadiul-əvvəl, Zilqədənin sonu 203 və ya 206-202 hicri-qəməri ilində dünyadan köçmüşdür. Şeyx Səduq daha dəqiq tarixlə “Uyunul-əxbar”-da bu tarixi 24 Ramazan, cümə günü, 203 hicri ili demişdir. Tusda vəfat etmiş və bu hadisə Novqanın kəndlərindən birində Sinebadda baş vermişdir. Cənazəsi Harun Rəşidin qəbrinin yuxarı tərəfində dəfn etdilər. Sonralar bu məkan imamın məhz burada şəhid olması səbəbindən “Məşhəd” adı ilə tanınmağa başladı və müsəlmanlar həmin vaxtdan bu məkana ziyarətə axışdılar. İmamın dəfn olunduğu yer əvvəllər gül-çiçəkli böyük bir bağ olub. Dəfn olunduqdan sonra bu məkan tədricən memarlıq əsərinə dönmüş və bu gün ən böyük ziyarət mərkəzidir.

Pak hərəmin özü dünyanın ən gözəl dini və tarixi şah əsərlərindən sayılır. İmam Rzanın müqəddəs bargahı İranın ən gözəl, ən böyük və ən qiymətli məzhəbi yerlərindəndir. Mütəhhər hərəmin tikililəri İslami İranın ən gözəl memarlıq nümunələrindəndir. Müqəddəs qəbrin üstündə olan əsas günbəz, giriş eyvanları, habelə minarələr qızıl örtüklə örtülmüşdür. Divar və tavanların güzgü ilə işlənməsi həndəsi və gül oymalaları ilə işlənmiş haşı mazaykalarla divarlarda ərəbi, xüsusi ilə Kufi yazıları ustadlıq nümunələri ilə örtülmüşdür. Hərəm böyük, mənəvi bir fəzanı yaratmış və onu əks etdirir. Memarlıq daşları müxtəlif dövrlərin nümayişidir. Böyük günbəz İran memarlıq əsərinin ən aşkar nümunələrindəndir. Bu günbəzin hündürlüyü yerdən 20 tam 100-də 31 m. dir ki, yazıları Əli Rza Abbasinin əl işidir.

                                                                              İmam Rzanın (ə) pak mütəhhər hərəmi 10 hakimiyyət dövründə

1- Qəznəvilərin zamanında (998-1030 Miladi)

Bəzi rəvayətlərə əsasən Mahmud Qəznəvi şah hakimiyyətdə olanda sökülmüş binanı təmir edib və yenidən abadlaşdırıb. Əbulhəsən Əraqi həmin dövrdə dövlət xadimlərindən və Qəznəvi şahın katibi olub. Qəməri 425-ci ildə təmir əsnasında ilk dəfə oraya bir bina əlavə edib və yuxarıda yerləşən boyük, tanınmış məsciddir.

2- Səlcuqluların zamanında (1038-1157 Miladi)

600-cü h.şəmsi ilində Sultan Səncər Səlcuq şahın fərmanı ilə ilk dəfə günbəzin örtüyü tikilmiş, məqbərədə camaat namazı üçün böyük və geniş, xalçalı səhn təsis olunmuşdur. Həmçinin Sultan Səncərin vəziri Şərafəddin Qummi hərəmi təmir etmiş, günbəzin parlaq kafellərlə bəzədilməsində səy göstərmişdir. Binadan başqa iqamətgahı rəngli şüşələrlə və güzgü parçaları ilə çökək formada yığdırmışdır.

3- Xarəzmşahlar hakimiyyəti (1097-1128 Miladi)

Qəməri təqviminin 7-ci yüz illiyinin əvvələrində, Muhəmməd Xarəzmşahın dövründə hərəm, seçilmiş və yüksək küyfiyyətli kafellərlə (Sultan Səncərin adı ilə tanınmış kaşiflər və ya bəzəkli şüşə parçaları) yenidən bəzədildi. Bu təmir 612-qəməri ilində olmuşdur və bundan başqa hərəmə iki mehrab da əlavə edildi. Həmin iki mehrab hərəmin muzeyində yerləşir.

4- Moğollar İmperiyası (1219-1256 Miladi)

İbni Hədid nəhcul bəlağənin şərhində deyir: - 618 h.q. ilində Moğollar Tus şəhərinə hücum edərək oranı qarət etdilər. Camaatı öldürdülər və sonra Məşhədə daxil olub oranı viran etdilər.

Astan Quds Rzavi tarixinin müəllifi İbni Hədidin sözünü belə təbir edir: - Moğollar Məşhəd əhalisini öldürdülər, amma imam Rzanın (ə) məqbərəsini azacıq belə olsa da dağıtmadılar. Ehtimal olunur ki, onlar hərəmin malını və əsas sənət əsərlərini qarət etməklə kifayətləndilər.

5- Teymurilər dövranı (1370-1507 Miladi)

Gövhərşad məscidi

İranın Xorasan əyalətində, Məşhəd şəhərində Teymurlular dönəminə aid məsciddir.

Gövhərşad məscidi 1418-ci il, Məşhəd şəhərində Teymurlular hökmdarı Şahrux mirzənin arvadı Gövhərşad bəyimin əmri ilə tikilmişdir. Tikintinin memarı Qəvaməddin Şirazidir.

Bu tarixi bina müqəddəs hərəmin cənub tərəfində yerləşir və Darül Səyadə və Darül Hifaz tağlarına birləşir.

Məscidin kaşıları Teymurlular dövrünün şah əsərləridir. Məscidin günbəz şəkilli tağları və onun xüsusi bəzəyə malik minarələri qabarıq üsulla bəzədilmiş, həmçinin divarın naxış və xətləri gips üzərində Teymurilər dövrünün ən yaxşı kaşıları bu binaya təkrarolunmaz gözəllik vermişdir. Bu qədim bina İran incəsənətinin kamil və seçilmiş nümunələrindən sayılır və qədim memarlığın bütün xüsusiyyətləri burada işlədilmişdir.

Teymurlular dövrünün ən yaxşı süls xətti ustalarından olan Baysanqurun (Gövhərşadın oğlu) tarixi və gözəl kitabəsi gözəl süls xətti ilə eyvanda gözə çarpır və məscidin tarixi naxışları damara oxşayan kaşı üzərində bu kitabədə yazılmışdır.

Mehrab mərmər daşından olub oyma, bəzək və kitabə ilə o dövrlərin memarlığının göstəricisidir. Eyvan mehrabının yanında yerləşən Sahibəzzaman (ə.c) minbəri qədim olması baxımından mühümdür. Bu nəfis minbər mismar işlədilmədən qoz və armud ağacından çox gözəl şəkildə ustad Məhəmməd Nəccar Xorasani tərəfindən Fətəli şah Qacar əsrinin məşhur taxta üzərində naxış üslubu ilə düzəldilmişdir.

Eyvan üzərindəki hündür günbəz bu binanın əzəmətini daha da artırmışdır. Günbəzin hündürlüyü 41 metr və eni 10 metrdir. Onun xarici səthi minalanmış kərpic və kufi xəttində olan bir kitabə ilə bəzədilmişdir. Bu eyvanın iki tərəfində məscidin döşəməsindən ucalan 43 metrlik iki minarə düzəldilmişdir və onlar bir neçə kitabəyə malikdir.

Gövhərşad məscidi 2800 kvadrat metrlik həyətə malikdir və onun təməli 9400 kvadrat metrdir. Məscid binasının 8 böyük eyvanı və yeddi otağı var. Məscidi inşa etdirən Gövhərşad xanımın adı məscidi şimal eyvanında (Darül Siyadə) sarı rəngli kaşı üzərində süls xətti ilə yazılmışdır.

Səfəvilər dönəmi (1501-1736 Miladi)

Səfəvilərin zamanında hərəmin şan-şöhrəti, əzəməti daha da artmış, Qəznəvilərin dövründə İbni Motəzim Hakim Nişapurun göstərişi ilə bərpa olmuş günbəzin yaxınlığındakı minarələr şah Təhmasibin əmri ilə yenidən qızıl işləmələrlə təmir olundu. H.q. 932-ci ildə (Miladi-1528) Şah Təhmasib günbəzin kaşı mozaykalarını qızıl kərpiclərlə əvəz etdi.

Sonrakı illərdə (997 h.q. Şah Abbasın şahlığının 2-ci ili) Özbəkistan hakimi Əbdülmömin xan qoşunu ilə Məşhəd şəhərinə həmlə etdi və əmr verdi ki, Məşhəd əhalisini elə qətlə yetirsinlər ki, hərəmin səhnlərindən qan axsın.

Özbəklərin Məşhədə hücumu zamanı Əbdülmömin xan öz qoşunu ilə mütəhhər hərəmə hücum edib günbəzin bütün qızıllarını, qədim sənət əsərlərini, xalçaları, nəfis qabları qarət etdi. Bu hadisədən sonra Əbdülmömin xan əziyyət içində vəfat etdi. Şah Təhmasib Səfəvinin zamanında günbəz yünidən qızıl kərpiclərlə örtüldü. H.q. 1009- da şah Abbas Səfəvi paytaxtdan (həmin dövrdə İsfahan paytaxt idi) Məşhədə piyada yola düşdü. Bir müddət Məşhəddə qaldı və göstəriş verdi ki, günbəzi mis və qızıl örtüklərlə yenidən təmir etsinlər. Bu iş Kəmaləddin Mahmud Yəzdinin səyi nəticəsində bərpa oldu. Gunbəzin üzərindəki yazı işləri 1010-cu (h. q.) ildən başlayaraq 1116-ci ildə bitdi. Bu yazılar nəfis xətt ustası Əlirza Abbasinin qızıl hərflərlə yazdığı sənət əsəridir. Həmçinin firuzə və qızıla boyanmış suls xətti yazıları hərəmə ecazkar bir zinət verir.

H. q. 1084-cü ildə Süleyman şah Səfəvinin dövründə, yer titrəməsi nəticəsində hərəm də zərər çəkmiş və günbəzin qızıl kərpiclərinin sayı titrəyiş zamanı bir-birinə keçərək sıxılıb azalmışdı. Süleyman şah günbəzin yenıdən təmirinə və üzərindəki qızıl yazı sətirlərinin tamamlanması üçün sərəncam verdi. Hal-hazırda bu yazılar günbəzin ətrafında dörd turunc şəklində nəzərə çarpır.

7- Nadirilər dövranı (1736-1747 Miladi)

Teymurilər dönəminin xanı Sultan Hüseyn Bayqaranın zamanında Teymuri səhni tikilmiş və şah Abbasın göstərişi ilə genişlənmiş, həmçinin Nadir şahın fərmanı ilə qızıl işləmələrlə davam etdirilmişdir. Eyvanın divarları nəfis naxışlarla işlənib. Minarələrin şimalında, inqilab səhninin yuxarı hissəsində Abbasi eyvanı (şah Abbasın dövründə inşa edilmiş) qızılla örtülmüş və eyvanın cənub tərəfi də həmçinin qızıl oymalarla bəzədilmişdir.

8- Qacarlar dönəmi (1796-1925)    

Qacar şahın fəthindən sonra hərəmdə əsasən iki yeni tikinti işi olub; 1) “Rivaq darul-ziyafə” və səkkizinci zərihin inşası. “Azadlıq” səhninin binası h.q. 1233-cü ildə Nəsrəddin şahın fərmanı ilə tikilmiş və onun eyvanının qərb tərəfi qızıl işləmələrlə təmir olunmuşdur. “Darul-səadə” rivaqı isə “Azadlıq” səhninə əlavə edilmişdir (1251-h.q.) Əli Nəqi Mirzə mədrəsəsi (sonradan “Daruz-zikr” rivaqı adı ilə əvəz olunub) də bu dövrdə insha olunmuşdur.

9- Pəhləvi şah dönəmi (1925-1941)

Muhəmməd Rza Pəhləvi şahın zamanında hərəmin nəzarət işləri Xorasanın rəhbəri Əbdüləzimə tapşırıldı və “Astan Quds Rzavi” şöbəsi bərpa oldu. Həmin illərdə günbəzin qillarının şəffaflığı aradan getmişdi və Əbdüləzimin göstərişi ilə günbəzin üzəri yenidən qızıl su ilə boyalandı. Bu dövrdə əsasən hərəmin ətrafında yeni dəyişikliklər oldu və bunlardan ən şoxu səhnlərin artırılması idi. Qadınlar məscidi, Rza məscidi, İpək Mirzə günbəzi, arxa rivaq, səqqaxana dəhlizi, çılçıraqlar məkanı, qonaqların qəbul otaqları (həmin məkanlarda xadimlər qonaqlarla görüşürlər), mədrəsə kimi xidmət göstərən rivaqlar və ya yuxarı eyvanları açıq olan rivaqlardan darul-feyz, daruş-şukr, daruş-şərəf, darus-səlam, daruz-zikr, darul-izzə, darul-ibadə, və s. bnlar Əbdüləzimin səyi nəticəsində inşa edilmişdir. Muzeyin yerləşdiyi səhn, bu rivaq hal-hazırda imam Xomeyninin adını daşıyır. Abbasi fondu, həmçinin zərihin dörd tərəfi də bu dövrdə gümüşlə bərpa olmuşdur.

10- İslam Respublikası dönəmində (1979)

İslam inqilabından sonra hərəmin bir çox yerlərində yeni artırmalar tikildi. Əsasən hərəmin giriş qapıları və çıxış koridorları genişləndi. İnqilab səhni, Rzavi məscidi, darul-hidayə, darul-kavsər və imam Xomeyni rivaqı bu dövrdə tikildi. Ümumilikdə hərəmin 12 hektarlıq sahəsi yeni tikililərlə 30 il ərzində 70 hektara çatdı. İki mərtəbəli bir binada yerləşən Quran muzeyi 1985-ci Miladi ilində mərkəzi muzeyin arxa tərəfinə açılmış və nəfis Quran məcmuələrindən biridir. Birinci mərtəbədə islam əl işləri sənəti və təsvirləri nümayişə qoyulmuşdur. İkinci mərtəbə nəfis xətt ilə yazılmış Quranlara şamildir. Bu xətlər növbənöv və müxtəlif zamanlara aiddir. Ən qiymətli nəfis Quranlar imamət və risalət ailəsinə aid olub və muzeyə xüsusi əhəmiyyət verir.

Astani Quds Rzavi mədəniyyət və təsviri incəsənət mərkəzi də bu dövrdə daha çox inkişaf etmişdir.

                                                                                      Hərəmin dağılması ilə bağlı tarixi məlumat

Əli İbni Musa Rzanın (ə) hərəmi dörd dəfə dağıntı hadisəsinə məruz qalıb.

1- Özbəkistan şahı Əbdülmömin xanın hərəmdəki kərpicləri dağıdıb qarət etməsi hadisəsi və bu dağıntının şah Təhmasib Səfəvi tərəfindən aradan qaldırılması.

2- H.q. 1084-cü ildə şiddətli zəlzələ nəticəsində hərəmə də az ziyan dəyməmişdi. Güclü titrəyiş günbəzin qızıl kərpiclərini yerindən oynatmışdı və Süleyman şah Səfəvi təbii fəlakətin törətdiyi bu dağıntıları yenidən qızıl kərpiclərlə təmir etdirdi.

3- H. şəmsi 1330-cu ildə Ruslar günbəzi top atəşiylə elə yerdən deşdilər ki, dəfələrlə təmir olmasına baxmayaraq hələ də günbəzin iç dərinliyində bu zədə müşahidə olunur. 1331- ci ildə Xorasanın valisi Niruldəvihin günbəzin təmirinə sərəncam verdi.

4- 1373-cü ilin aşura günündə bir terorist tərəfindən bompa partladıldı və hərəmdə 26 nəfər öldü, 300 nəfər isə yaralandı. Amma binaya az bir ziyan toxundu və yalnız kaşı mazayka, qədim ayna naxış işləmələrinə zərər dəydi və qisa bir müddətdə təmir olundu.                        

www.aqr.ir

İlahiyyatçı: Sara Əmirzadə

                                                                             MÜƏLLİFLİK HÜQUQU ƏBƏDİ NUR MÜƏSSİSƏSİNƏ AİDDİR


 2368,