Məhəbbət Ocağı

Təlim-tərbiyə

 

Təlim-tərbiyə

 

وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْوَاجًا لِتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَرَحْمَةً

“Onları yanında aramlıq tapasınız deyə sizin üçün öz cinsinizdən zövcələr yaratması və sizin aranızda dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir” (“Rum” surəsi, ayə 21).

 

Təlim-tərbiyə cəmiyyətdə aparıcı rola malik olmuş və cəmiyyətin paklığı daim ondan asılı olmuşdur. Tərbiyə də öz növbəsində ailədən başlayır. Deməli, cəmiyyətin nizamı, saflığı əsasən ailədən asılıdır. Hər bir şəxs düşünməlidir ki, bu gün hansı bir övladı bu cəmiyyətə təhvil verir. O övladdan özü razımıdırmı?! Əgər yalnız böyütmək məqsədi ilə analar övlad dünyaya gətirib “necə olursa-olsun təki böyüsün” fikiri cəmiyyətə fərd təhvil versələr, bəs bu cəmiyyət necə səfa tapa bilər?! Cəmiyyət bir bağa bənzəyir. Əgər abad edib yaşıllıq gülzar edərsənsə, faydası sənədir və əgər dağıdarsansa, yenə də zərbəsi sənədir.

Ailənin paklığı, təmizliyi üçün gərək kişi ilə qadın birgə səy göstərsinlər. Ailənin bir quşa bənzətsək kişi ilə qadın onun qanadları kimidir. İslam dünyasında bu iki əsas ünsürün hər biri üçün müxtəlif vəzifələr və göstərişlər gəlmişdir. Müqəddəs dinimiz bu işi nə tək ataya, nə də ki, tək anaya tapşırır. Ailəni qorumaq, onun qayğısına qalmaq, gələcək üçün qurucu, saf əxlaqlı övladlar tərbiyə etmək kişi ilə qadının hər birinə aiddir. Odur ki, İslam dini çox böyük bir zərifliklə kişi və qadını bir-birinin hüquqlarını tapdalamamağa çağırır.

Bir tərəfdən əgər “kişi öz qadının incitsə, ibadəti qəbul olunmaz” deyirsə, digər tərəfdən kişini də  müdafiə  edərək buyurur: “Əgər Allahdan başqasına səcdə etmək caiz olsaydı, qadına öz ərinə səcdə etmək əmri verilərdi”.

Hər bir cəmiyyət üzvlərinin boynuna düşən ən böyük vəzifələrdən biri gözəl ailəyə sahib olmaq, onu qorumaq və onun vasitəsilə cəmiyyətə xidmət etməkdir. İlk öncə ailə qurmazdan əvvəl gərək kişi ilə qadın özlərinə  münasib bir həyat yoldaşı seçməlidirlər. Həyat yoldaşı seçdiyi zaman İslami dəyərlərə fikir verib öz nəfsi istəklərinə görə yox, Allahın əmrlərini icra etmək üçün ailə qurmalı olduqlarını unutmamalıdırlar.

Sima, cism və zahiri gözəlliyə görə qurulan evliliyin təməli çox zəif və süstdür. İnsan düşünməlidir ki, əgər zahirə görə evlənirsə, hər hansı bir hadisə üzündən bu zahiri görkəmini itirsə, necə olar. Əgər evlilik mənəvi və ruhi üstünlüyə görə qurularsa, bu halda evlilik daha möhkəm olar. Çünki daxili gözəllik insanda sabit qalan bir xüsusiyyətdir. Bu daxili gözəllik nə solar, nə də ki, qocalar. Ailə yalnız İlahi dəyərlərlə qurulduqda möhkəm və yenilməz bünövrəyə malik olar.

Təsəvvür edin ki, iki gənc yalnız Allaha xatir ailə qurublar. Onlar həyatın bütün acılı-şirinli günlərində o böyük Yaradana sığınıb ondan kömək diləyəcəklər. Kasıblıq, qıtlıq üz verdikdə özgələrə əl açmayıb, izzəti nəfs ilə az olana qane olacaqlar. Onlar Allahı sevdikləri üçün hər yanda Onun nurunu görüb bütün dünyaya aram bir qəlb ilə baxacaqlar. Onlar həyatda yalnız yaxşılıqları görüb pisliklərə göz yumar və çətinlikləri Allahın imtahanı hesab edib mətinlik göstərəcəklər. Onlar xalqı da yaxşı işlər görməyə səsləyərlər. Onlardan olan övladlar da valideynlərindən ülgü götürüb onların yolunu getməyə səy edirlər. Əgər bu iki gəncin arasında ixtilaf düşsə belə tezliklə ayrılmağa qərar verməyib və bu işi özləri üçün ar hesab edərlər.

Həyatın hər bir anında, problemli vaxtında din, iman və ixlas özünü göstərər.

Yox, əgər iki gənc dünyəvi istəklərə və zahiri gözəlliyə görə ailə qursalar, elə ilk toqquşmada dağıla bilər. Dünya problemləri çoxalan zaman, maddi çətinliklər özünü göstərdiyi an aralarında olan mehri-məhəbbət alt-üst ola bilər. Onlar bir-birlərində istədiklərini tapa bilmədikləri üçün gözləri başqalarında qalar və beləliklə də o ailənin dağılmasına imza atarlar.

Ailə qurmaq istəyən gənclər ilk öncə özlərini ailə qurmağa hazırlamalıdırlar. Bütün əxlaqi, mənəvi keyfiyyətləri mənimsəməlidirlər.

Onlar ailəni Allahın böyük imtahanı  hesab edib daim yaxşı qiymət almağa can atmalıdırlar. Kişi qadını öz evində Allahın əmanəti sanmalı, onu müdafiə edərək qorumalıdır. Qadın kişinin rahatlığını evdə təmin etməklə Allahın razılığını qazanmağa çalışmalıdır. Yalnız belə olduqda o ailədən saleh övladlar gözləmək olar.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 


 5026, 

Dostların veb səhifələri

15698949
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2141
2851
4992
15540485
174088
160067
15698949

sizin IP ünvanınız: 3.12.71.166
2024-12-30 15:53

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!