Print this page

Məhəbbət Ocağı

Ailələrə nəsihət

 
(1 Vote)

 

Ailələrə nəsihət

Əziz valideynlər! Övladlarınız haqda çox düşünün. Onları sevmək yalnız dünyaya gətirməklə kifayətlənmir. Həyatı onlar üçün maraqlı edin. Qoy zövq ilə yaşasınlar.

Maraqlı həyat yalnız imkan və sərvətlə məhdudlaşmır. Bu gün valideynlər maddi imkanları bəhanə edərək övladları üçün yaşamağı o qədər maraqsız və cansıxıcı edirlər ki, uşaqlar öz sevinclərini evdən kənarda axtarmalı olurlar. Bax bu əsl faciədir. Əgər övladlarımız nəyi isə evimizdə yox, biganələrin yanında axtarırlarsa bu sabahın fəlakətidir. Qulaq asın, siz televizor qarşısında keçirdiyiniz vaxtı öz övladlarınızla çox maraqlı bir oyun oynamaqlar keçirə bilərsiniz.

Sizin daima məşğul olmağınız onun ruhiyyəsində heç vaxt silinməyəcək izlər buraxır. Unutmyın ki, siz gələcəyin ailə təməllərindən birini böyüdürsünüz. O sizdən necə yaşamaq lazım olmasını öyrənir. Hər şeyi maddiyatın üzərinə qoymaq olmaz. Siz hətta bazardan aldığınız meyvə-tərəvəzlərlə çox məzəli və şən oyuncaqlar düzəldə bilərsiniz.

Evinizdə hər il nə qədər geyim köhnəlir və atılır. Onları niyə atırsınız? Onunla belə öz övladınızı sevindirə blərsiniz. Hər halda sizdə qayçı və iynə-sap tapılar.  İstifadəsiz geyimlərdən onları sevindirən nə qədər oyuncaqlar düzəldə bilərsiniz.

Bəzən otağı verin onlara və deyin ki, sizə qonaq gələcəm. Qoy sizin üçün bir bayram hazırlasınlar. Qorxmayın eviniz dağılmaz. Dağılsa belə bu uşaqlarınızın qəlblərinin qırılmasından, bezməsindən daha yaxşıdır.

Ona şəxsiyyət verin. Qoy özünün sizin üçün nə qədər dəyərli olduğunu bilsin. Əgər övladınız sizdən uzaqlaşmağa can atırsa bu sizin nə qədər qüsurlu olduğunuzu göstərir. Onun qəlbini fəth etməyə çalışın, o sizin qalanızdı. Bir-birinizə məktub yazın. Belə etsəniz daxili aləmini sizin üçün açar. Heç vaxt onu aldatmayın, onun sözünü bir kəsə deməyin. Siz onun üçün ən cazibədar bir insan olmalısınız.

Bəzi günləri yalnız ona həsr edin. Birlikdə gəzintiyə çıxın, belə vaxtlarda qonaq da getmək olar. Amma bunu daim etməyin, yoxsa ona ayırdığınız vaxtı qonaqlıqda keçirməli olarsınız.

Yeniyetmələrin problemlərindən biri də özlərini çirkin hesab etmələridir. Bu hal qız uşaqlarında özünü daha çox biruzə verir. Çalışın onu diqqətsiz qoymayın. Daima, heç olmasa gecələr onunla söhbət edin, onun daxili istedadını, ona məxsus olan gözəlliyini aşkara çıxarın. Öz vücudunda Allahın ona bəxş etdiyi nemətləri görməyə istiqamətləndirin və gözəl olmağın heç bir problemin həlli olmadığını ona anladın. Bir sözlə, onu hissləri ilə baş-başa buraxıb özünü məhv etməsinə razı olmayın.

Yaddan çıxarmayın ki, bütün bunları böyük bir şəfqət və məhəbbətlə etməlisiniz. Axı siz valideynsiniz!

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 


 4837,