Evliliyin zərurəti
Allahın Rəsulu (s) buyurmuşdur:
«Evlilik mənim sünnətimdir. Hər kəs mənim sünnətimdən üz çevirsə məndən deyil».
İzdivac həyatımızın ən mühüm hadisəsidir. Bu işə kifayət qədər diqqət yetirməyib, tələsik qərar versək, hisslərimizi ağlımıza hakim etsək və seçkimiz düşüncəyə əsaslanmasa, çox ziyan görəcəyik.
Elə isə gəlin aqilanə evlənək və aşiqanə həyat sürək
İnsan mütləq ailə qurmalıdır?
Əgər qurmasa hansı problemlə üzləşər?
Ailə həyatı insan təbiətinin tələblərindəndir. Bütün varlıqlar arasında cütlük mövcuddur: insanlar, heyvanlar, hətta bitkilər arasında belə. Quran ayələrinin birində belə buyurulur:
«Bütün cütləri yerin yetişdirdiklərindən və onların özlərindən və bilmədiklərindən yaradan Allah pakdır» («Yasin» surəsi, ayə 36).
İnsan təbii olaraq öz cütünə tərəf meyl edir. Alman psixoloqu Erik From deyir:
«İnsan dünyaya gəldiyi gündən ölüm anına qədər hər bir işi özünün tənhalıq hissini aradan qaldırmaq üçün görür»
Evlilik kamala çatmaq üçündür. Əflatunun dediyinə əsasən, insan özünün itmiş yarısını axtarır.
İmam Baqir (ə) evlənmədən kamillik zirvəsinə çatmaq istəyən qadına belə buyurdu: «Bu işi görmə. Əgər evlənməməkdə fəzilət və kamal olsaydı Həzrət Fatimə (s.ə) bu fəziləti əldə etmək üçün səndən daha ləyaqətli idi» (Biharul-ənvar, Əllamə Məclisi, c. 100, s.219).
Səbəbsiz olaraq subay qalmaq bir çox problemlər yaradır ki, onları evliliklə aradan qaldırmaq olar. O problemlərin bəziləri bunlardır:
- Ailənin dəyərdən düşməsi.
Subay qalmaqla ailə təşkil olunmur. Ailə təşkil olunmadıqda isə tədricən cəmiyyətdə ailə məfhumu dəyərini itirir. Beləliklə, fərdi və ictimai ziyanlar üçün zəmin yaranır. Necə ki, günümüzdə bir çox ölkələr bu ziyanlarla üzləşmişlər.
- Günah üçün şəraitin yaranması.
Subay qalmaqla günah üçün şərait yaranır. İslamın əziz Peyğəmbəri (s) Əkkaf adlı bir şəxsə buyurur: «Evlən. Yoxsa günahkarlardan olacaqsan».
- Şər işlər üçün zəmin yaranması.
Subaylıq azadlıq mənasındadır. Azad olan şəxsdə şər işlər üçün zəmin daha çoxdur. Çünki evli olan insanın öhdəsində ailəsi olduğundan onların təhlükəsizliyini və başqa problemlərin törənməməsini daha çox düşünür. O başa düşür ki, onun əməllərinin ziyanı ailəsinə yönələcəkdir. Odur ki, evli olanlarda şər işlərə zəmin daha azdır. Bu səbəbdən İslam Peyğəmbəri (s) öz ümmətinin ən şər iş görənini subay olanlar hesab edir.
Evlilik üçün ən münasib yaş həddi hansıdır?
Qızla oğlanın evliliyi üçün müəyyən bir yaşı qeyd etmək olmaz. Məsələn: İsti ölkələrdə qızlar və oğlanlar daha tez cinsi yetkinliyə çatırlar.Çünki kəndlərdə yaşayış tərzi şəhər həyatından uzaqdır və ailələr gənclərin erkən ailə qurmalarına daha çox önəm verirlər.
Qızların və oğlanların evlənməsinə zəmin yaradan amillər bunlardır: ilkin maddi imkanın olması, şəri cəhətdən yetkinliyə çatmaq, cinsi yetkinliyin olması, fikri yetkinlik, cismi və ruhi cəhətdən inkişaf, ictimai və şəxsi inkişaf, düşüncə cəhətindən müstəqil olmaq, sabit məhəbbət (yeniyetmə dövründə – 12 ilə 18 yaş arasında – məhəbbət sabit olmur. Bu dövrdə,xüsusənqızların evlilik qərarlarına diqqət etmək lazımdır. Çünki onların evlilik qərarları sırf hisslərindən doğur və çoxaz vaxtlarda ağıla söykənir. Yalnız o zaman qərar verə bilər ki, bu qərarın hisslərdən deyil, ağıldan qaynaqlandığına yəqin etsin),həyatın böhranlı anlarında rəhbərlik qabiliyyətinə malik olmaq. Əgər deyilən bu şərtlər evlənmək istəyən şəxsdə nisbətən cəm olarsa evlənə bilər.
Məcburi evlilik
Sual: Əmim qızına qarşı ürəyimdə heç bir sevgi yoxdur. Amma atam və anam onunla evlənməyim üçün israr edib deyirlər ki, evləndikdən sonra məhəbbət yaranacaq. Bu belədirmi?
Cavab: Evlilik haqqı hər şəxsin özünə aid olan bir məsələdir. Baxmayaraq ki, ata-ana çox dəyərli bir məqama malikdirlər və yaxşı olar ki, evlilik məsələsində onların razılğını əldə edəsən,amma eyni zamanda onlar evlənənlərin yerinə rəy verə bilməzlər.
Bu cür evlənmələr zor gücünə evlənməkdir və onların sonu heç də yaxşı nəticələnmir. Əksər hallardabu cür evlənmələr ayrılığa gətirib çıxarır. Hətta müqəddəs İslam dinində bağlanılan nikahın düzgün olması üçün qızla oğlanın hər birinin razılığı şərtdir.
Ehtiyatlı olun! Valideynlərinizin göz yaşlarının, ah-nalələrinin, yalvarışlı baxışlarının təsiri altında,yaxud onların qarğış etməklə qorxutmalarına görə bu cür evliliyi qəbul etməyin.
Əgər sizin əminiz qızı sizi cəzb etmirsə, ona qarşı nifrət hiss edirsinizsə, arxayın olun ki, evləndikdən sonra məhəbbət yaranmayacaq. Elə isə belə evliliyə razı olmayın. Amma ona qarşı nifrət hiss etmirsinizsə, yalnız ona qarşı etinasız olsanız və o, bəzi cəhətlərdən nisbətən sizinlə uyğun gəlsə (yəni, etiqad, əxlaq, əsil-nəcabət və s. baxımından) sonradan məhəbbət yaranmasına ehtimal vermək olar. Bir çox hallarda bu cür olur, bir şərtlə ki, gələcək həyat yoldaşınızın zahiri görünüşünə həddindən artıq həssas olmayasınız.
Hüseyn Dəhnəvi
Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir