Övladların tərbiyə edilməsində məhəbbətin möcüzəvi təsiri
Övladların tərbiyə edilməsində ən mühüm amillərdən biri onların məhəbbətlə doyurulmasıdır. Uşaqların psixoloji inkişafına məhəbbətin göstərdiyi təsir, eynilə bitki toxumunun inkişafına işıq və istiliyin göstərdiyi təsir kimidir. Bir ailənin övladları məhəbbət istisi ilə qızınıb, doyuzdurulmadıqda, onların psixika və şəxsiyyət inkişafı təbii şəkildə həyata keçmir.
Təcrübələr göstərir ki, yeniyetmələrin bir çox özbaşınalıqları ailədəki mənəvi çatışmazlıqlardan irəli gəlir. Ailəsindən az məhəbbət görən yeniyetmə bir qız yolunun üzərində dayanıb ona məhəbbət elan edən hər kəsə maraq göstərər; zərərli dostluqlara yenilib, çox yəqin ki, bu yolda puç olar. Təəssüflər olsun ki, həyatda buna aid nümunələr heç də az deyil.
İslam təlimlərində övladlara məhəbbət göstərmək haqqında çoxlu tövsiyələr verilmişdir. Hətta o yerə qədər ki, belə buyurulur: «Atanın övladının üzünə məhəbbətlə baxması ibadətdir» («Müstədrək-əl vəsail», «Əbvab-əl övlad», 44-cü fəsil).
Əziz Peyğəmbərdən (s) nəql edilən bir rəvayətdə deyilir ki, valideynin öz övladına bəxş etdiyi hər öpüş ona Сənnətdə bir dərəcə qazandırır(Həmin mənbə, 89-cu fəsil), digər rəvayətdə isə deyilmişdir ki, övlada məhəbbət ata-anaya məhəbbət kimidir, öz övladı ilə daha çox maraqlanan şəxsə Allah rəhmət göndərər (Həmin mənbə, 88-ci fəsil).
Qəlblərin yumşaldılmasında heç bir amil məhəbbət qədər təsirli deyil.
Övladlarımızın tərbiyə edilməsində məhəbbətin möcüzəvi təsirlərini unutmamalıyıq!
Məhəbbətdə həddi aşmaqdan çəkinək
Məhəbbət məsələsi üzərində təkid etmək məhəbbətdə həddi aşmaq mənasını bildirmir.
İmam Baqirdən (ə) olan bir rəvayətdə belə deyilmişdir: “Ən pis atalar öz övladlarına qarşı yaxşılıq edib, məhəbbət göstərməkdə həddi aşanlardır!”
Məhəbbət elə tərzdə olmalıdır ki, əvvəla övladlar həddindən çox asılı vəziyyətdə böyüməməlidir.
İkincisi özlərindən razı, təmənnalı və ərköyün yetişdirilməməlidirlər. Valideynləri tərəfindən həddindən çox sevilən övladlar başqalarından da bu cür sevgi gözləyir və cəmiyyətə daxil olduqları zaman bu şəkildə sevilmədikdə (yəni onların bu təmənnaları təmin edilmədikdə) ürəyisınıq, naümid, düşgünvə dilxor olurlar.
«Valideynin övladlarla davranışı» kitabından istifadə olunmuşdur.
Hazırladı: Fəlsəfəçi Aynur Əzimova
Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir