Evlilik sirləri
Müvəffəqiyyət yolları
Əgər qadın dünyasını tanıyıb, onlarla ünsiyyət sirlərini mənimsəniz, özünüzü xoşbəxt hiss edərsiniz. Həmçinin öz həyat yoldaşınızı da bu yolla xoşbəxt edə bilərsiniz. Səmimi ünsiyyətlə insani gözəllikləri qəlbdən oyatmaq olar və bu yolla ilahi razılığa nail olmaq mümkündür.
Daimi olaraq məhəbbətin ifadə edilməsi
Mümkündür siz həyat yoldaşınızın dərdindən dəli-divanə olasız amma bu eşqinizi gizlətsəniz o, heç vaxt sizin bu məhəbbətinizin xəbərdar olmayacaq. Başqa sözlə, həyat yoldaşınızı nə qədər çox sevsəniz, amma ona eşq və məhəbbətinizi bəyan etməsəniz, ailədə heç bir xeyr qazanmayacaqsınız və ondan məhəbbət və sevgi gözləmək yersiz olardı. Adətən qadınlar məhəbbət və sevgi intizarında olarlar. Qadınlar, sevilməyi çox sevər və qarşı tərəfin sevgi etirafını gözləyərlər. Hər gün bunu eşitmək istərlər. Heç bir şey qadın üçün ərlə məhəbbət və dostluq etməkdən üstün deyil. Əgər həyat yoldaşınızın məhəbbətinin sultanı olasınız, alovlu eşqinizi əməldə göstərin. Öz məhəbbətinizin xəzinələrini sinənizin dərinliyindən çıxarın. Şirin sözlərlə, sevgi dolu səmimi rəftarlarınızla öz məhəbbətinizi həyat yoldaşınıza göstərin. Daha yaxşı olar ki, ona hörmətlə müraciət edərək qarşılıqlı olaraq məhəbbətini qazana biləsiniz.
Dağ kimi möhkəm olun
Qadın nə qədər möhkəm və güclü qadın olarsa belə, fitrətində etibarlı əks cinsin nümayəndəsinə arxalanmaq və söykənmək istər. Adətən belə bir xüsusiyyətə ərin malik olması, daha təqdirə layiqdir. Qadın istər ki, həyat yoldaşı möhkəm bir dağ kimi onun arxasında olsun. Etibarlı insan olmadan, ona arxalanaraq xoşbəxt həyat keçirmək mənasız bir şeydir. Kişi də etibarlı olması ilə, qadının məhəbbətini qazana bilər. Əgər sizdə hayat quracağınız kişinin etibarlı və hər bir anda arxanızda olmasına istəyirsinizsə, çalışın diqqətli və tədbirli olun. Həyat yoldaşınıza anladın ki, həmişə onun yanındasınız. Həm çətin həm də xoş günündə. Həmişə onunla irəli gedib, sevginizi daha da möhkəmlədəcəksiniz. Misal üçün, bilməyərəkdən səhv edərsə, görməmiş kimi qəbul edin. Güzəşt edin ta ki, çətinliyin həlli üçün yol olsun.
Əzizləmək yaddan çıxmasın!
Qadınlar adətən onu sevən şəxs tərəfindən əzizlənməsini, nəvaziş göstərilməsini istər. Bəzən qadınlar ərləri tərəfindən kobudluğa məruz qalırlar. Bu çox pis bir haldı. Amma nə qədər çalışırsa, qadından əvvəlki sevgini qazana bilmir. Hər bir şeyə rəğmən qadınınızla daha pis rəftar etməyin. Ona əsəbləşməyin. Bu, əlavə səvh olar. Səhvinizi etiraf edin. Yara olmuş uzvə, duz səpməyin. Bu səhvlər olmasın deyə çalışın ki, bütün dostlar, qohumlar xüsusəndə övladlarınızın yanında ona hörmət edəsiniz.
Qohumlarına hörmət edin
Evilik vasitəsi ilə qohum olanlar, çox diqqətcil və xüsusi həssaslığa mailk olurlar. Bu mühüm məsələyə adətən kişilər soyuq yanaşırlar. Nəticədə hörmət pərdəsini yırtar və xanımına haqq-nahaqq zəhərli və acı sözlər deyər. Hətta onları təhqir edər, özünü onlardan üstün sanar. Məsələn: Kişilərdən bəzisi nalayiq hərəkət edərək yolsaşının ailəsinə minnət qoyaraq, sanki dalaşmaq istəyir. Hətta məsələ ailələrin hörmətsizliyinə gətirib çıxarır. Yaxşı olar ki, öz seçiminizə hörmət edib, qəbul edəsiniz. "Başa düşmək lazımdır ki, xanımınız tez bir zamanda eynən sizin ailəniz xasiyyət də ola bilməz". Çünki o da başqa bir ailədən gəlin gələrək, ər evinin xasiyyət və qaydalarına alışmaq üçün vaxta ehtiyacı vardır. Buna görədə çalışın ki, özünüzü görməməzliyə vurasınız, hər şeyi söhbət etməyəsiniz. Eşidilməli olmayan məsələni, eşitməyə şalışmayasınız. "Səhvi olarsa, ananızın yanında deməyin. Ananızın da səhvi olarsa, yoldaşınızın yanında deməyin". Necə deyərlər, bu yolla ananızı gəlinin ayağına və gəlini ananızın ayağına verməmiş olacaqsınız. Əgər kimsə hörmətsizlik etsə, sonda xətakar o olacaq. Yaxşı olar ki, həyat yoldaşınızın ailəsi haqqında mübahisə etməyin. Çünki o, ailəsinə cavabdeh deyil.
İlahiyyatçı, islamçünas: Muhəmməd Nicat
MÜƏLLİFLİK HÜQUQU ƏBƏDİ NUR MÜƏSSİSƏSİNƏ AİDDİR