Məhəbbət Ocağı

Qızın ərə getməsində atanın razılığı

Qızın ərə getməsində atanın razılığı


Qız ərə gedərkən atasından icazə almalıdır? Atanın bu barədə razılığı şərtdir? İslam alimləri arasında bu məsələ barəsində fikir ayrılığı olub. Son illərin alimlərinin fikri budur ki, atanın razılığı şərt deyil. Amma bu fikirlə razı olmayan alimlər də var. Cünki insan mədəniyyəti atadan razılıq almağı tələb edir.


Müqəddəs İslam şəriətində qız və oğlan yetkinlik çağına çatarsa, müstəqil həyata malik olur. Amma yetkin olmasalar atalarına tabe olurlar. Yetkinlik vaxtına çatmasalar bu halda ata öz qızının və ya oğlunun kəbinini kiməsə kəsə bilər. Qədimdə bəzi məntəqələrdə buna "göbək kəsdi" deyərdilər. Təbii ki, bəzən hökmlər vəziyyətə görə dəyişir. Baxmayaraq ki, atanın qızına hakimliyi var amma ata öz qızını şərabxor, qumarbaz və s.. kimi məsləhət olmayan insana ərə vermək istəsə, bu hakimlik ləğv olunur. Yəni ağlı başında və yetkin bir qız əslində özü ixtiyar sahibidir. Sadəcə mədəniyyət və hörmətsizlik olmaması baxımından, atanın razılığı yaxşıdır.
Sadəcə hörmətsizlik olmaması baxımından, atanın razılığı yaxşıdır. Amma boşanan və ya dul olan qadın heç kimə tabe deyil. Heç kim onun üzərində hakimiyyətlik edə bilməz. Boşanan və ya dul qadın ikinci dəfə ailə qurursa atasından icazə alması vacid deyil. Alırsa o onun şəxsi işidir. Yaddan çıxarmaq lazım deyil ki, boşanan qadın üç dəfə aylıq adətini görməli, qurtardıqdan sonra qusl almalı sonra isə ailə qura bilər. Dul qadın isə dörd ay on beş gün gözləməli sonra isə ailə qura bilər. Təbii ki, qadın hamilə olarsa, azad olan vaxta qədər (iddə) gözləməlidir. Əgər ata qızını bu işdə sərbəst buraxarsa, qız özürə ər seçməkdə müstəqildir. Hər bir halda məsləhətləşmək daha yaxşı olar.


Atanın böyüklüyünü nəzərə almalı, onun neçə illər övladlarının tərbiyə və təminatı üçün gecə - gündüz əziyyət çəkməsini itirməmək üçün, ən azından məsləhət almaq lazımdır. Atadan icazə almaq o demək deyildir ki, qız müqəssir və ya ağlı kamil deyil. Xeyir! Əgər ağlı çatışmamazlıq iddia edilərsə, bəs niyə Allahla rabitəyə kişidən altı il öncə başlayırlar? Allah onları daha tez qəbul edir. Yəni qadınlarda ağıl, kişiyə nisbətdə daha tez inkişaf edir. Doqquz yaşında qadınlara, on beş yaşında isə kişilərə namaz, oruc, həcc və s.. vacib olur. Təsəvvür edək ki, bir qız iyirmi yaşında ərə gedir. Ağlı kamil deyil deyə atasından icazə alır. Bir-iki ay ərdə olur sonra əri vəfat edir və 2-3 ay gözldikdən sonra (iddə) ərə getmək hüququna malik olur. Bu halda ata razılığına ehtiyac yoxdur. Qadının ağlı qüsurluğunu iddia edənlərə sualımız budur ki, məgər o xanım bu bir-iki ay ərzində kamil ağla malik oldu? Əvvəllər ağlı kamil deyildi? Ona görədə icazəyə ehtiyac duymadı?


Əksinə qadının bir sıra xüsusəndə, iqtisadi məsələlərdə yüksək bacarığa malik olmasını bilirik. Bu, qadın və kişinin psixologi məsələrinə aiddir. Kişi şəhvətin, qadın isə məhəbbətin əsiridir. Psixoloqların fikrinə əsasən kişini qüvvədən salan və onu dözümsüz edən onun şəhvətidir. Amma qadınlarda tam əksinədir. Onlar şəhvət barəsində çox səbirli və dözümlüdürlər. Amma qadını da şəhvətinə əsir edən kişinin ona dediyi təriflər, eşq şerləri və məhəbbət musiqiləridir. Qadının inam və etibar etməsinə əsas amil budur. Kişi gözü ilə, qadın isə qulaqı ilə sevər. Kişi qadının təbəssümü qarşısında tab gətirmirsə, qadın da kişinin şer, müsiqi və tərifləri qarşısinda tab gətirmir.
Qadın subay olduğu halda yəni kimisə sevmədiyi bir halda, belə şeylərə aldana bilər. Belə bir halda dünyagörüşünə malik olan, kişilərin fikir və hissiyatını gözəl anlayan atasından məsləhət alması yerinə düşər. Ən azından ki, hər bir ata qızının xoşbəxtçiliyini istəyir. Təcrübəyə malik olmayan qız, təcrübə sahibi olan atası ilə məsləhətləşsə, gözəl olar. Allah hər bir insanı xoşbəxt etsin. Amin.

İlahiyyatçı, islamşünas Muhəmməd Nicat

 

MÜƏLLİFLİK HÜQUQU ƏBƏDİ NUR MÜƏSSİSƏSİNƏ AİDDİR

 


 4483, 

Dostların veb səhifələri

15699240
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2432
2851
5283
15540485
174379
160067
15699240

sizin IP ünvanınız: 3.145.51.35
2024-12-30 16:24

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!