Məsləhətlər

İslam nəzərində idman 1

 

İslam nəzərində idman 1


Dünyada bir sıra dinlər vardır ki, hər birinin özünəməxsus inancları vardır. Hər bir inanclıda öz inamına əməl etməkdə məsuldurlar. Dünya dinlərinin inanc və önəmli mövzularını araşdıran alimlər, İslam dininin idmana çox əhəmiyyət verdiyinin şahidi olmuşlar. İslam dini kamil və uca bir din olaraq, həyatın bütün sahələri üzrə əmr və qadağaları vardır. Görəsən İslam dini idman haqqında insanlar nə buyurur? Hansı idman növləri qadağandır? Müqəddəq Quranda, peyğəmbərlər və imamların kəlamlarında bu haqqda nə buyurulur?

                                                                            İdmanın tərifi və tarixi


İdman, müxtəlif məqsədlərə çatmaq və sağlam bədən quruluşuna malik olmaq üçün, bədənin proqramlaşdırılmış formada və ardıcıl olaraq hərəkətlərindən ibarətdir. Deməli proqramlaşdırılmadan və insan sağlamlığına zərər vuran hərəktlər, əslində idman sayılmır. Bu gün idmana və yarışlara, dünyada baş verən siyasi, iqtisadi və ictimai məsələlər kimi önəm verilir. Keçmişdə idmanın bir neçə məhdud növləri vardır. Amma bu gün idmanın bir çox növləri vardır. Tarixi baxımdan bir sıra idman növləri hər hansı bir nəsilin məşğuliyyəti olmuşdur. Məqsəd isə münasib bədənə malik olmaq, döyüş bacarıqlarının nümayişi, tayfalar arası yarışların təşkili, azyaşlıların və yaşlı nəslin istirahət vaxtlarının səmərəli keçməsi və bəzən də müalicə üçün olmuşdur. Miladdan (İsa peyğəmbərin doğumundan) 2500 il öncə idman, Çinlilər tərəfindən xəstəliklərin müalicəsi və uzun ömürlülük üçün istifadə edilirdi. Aşurlular, Babillilər, Misirlilər və İranlılar arasında çox genis yayılmışdır. Amma əsasən Yunanlıların vasitəsi ilə idman daha geniş yayılmağa başlayaraq yüksək pilləyə çatdı. İnsan qədim zamanlardan cisminin, ruhunun və psixologiyasının inkişafı üçün çalışmışdır. Məsələn: Meşə, dəniz və dağlardan qida əldə etməkdə yaxud düşmənlə mübarizədə gərək güclü və sağlam bədənə malik olsun. Deməli insan, yer üzünə ayaq qoyan gündən idmana və sağlamlığa önəm vermişdir.
Məşhur Yunan tarixçisi Herodot demişdir: Bir çox xalqlar öz övladlarına bes yaşından at çapmağı, ox atmağı və düzgün danışmağı öyrətmişlər. Gün doğandan qaçmaq, nizə və daş atmaq, at çapmaq, ov etməklə məşğul idilər. Həmçinin Yunan alimi Hensteyn demişdir: Partalılar döyüş və ov etməyi çox sevirdilər. Bu tayfa uşaq vaxtlarından ox atmaq, ov və çətin döyüş üslublari ilə məşğul olublar.



                                                                                     İdman növləri


1) Sadə idman.  Misal üçün, dərindən nəfəs almaq və piyada gəzmək.

 

2) Xüsusi vəsaitlərlə baş tutan idmanlar.  Misal üçün, top, minik, dəmir alətləri və s... .

  

3) Geyim əşyaları ilə baş tutan idmanlar. Misal üçün, üzgüçülük və boks.

 

 

4) Parça geyimləri ilə baş tutan idman növləri. Misal üçün, karate, güləs, aikido, cido və s... .
Bir çox insanlar elə düşünürlər ki, hər hansı bir idmanla məşqul olmaq üçün, maddiyyata ehtiyac vardır. Məşğul olmaq istədikləri idman növünün ləvazimatlarını maddi sıxıntıları olduğu üçün, ala bilmədiklərini düşünərək idmandan uzaq olular. Amma əslində belə deyil. Çünki bir çox idman növləri ilə vardır ki, xərc tələb etmir. Buna misal olaraq: Piyada gəzmək, qaçmaq, dağa dırmanma, ip atdı, futbol, güləş və s... . İdman dedikdə məqsəd sırf yarışlarda iştirak etmək və qalib olmaq deyil. İdman, insanın sağlamlığı üçün bədən hərəkətlərindən ibarətdir.

 

Beynəlxalq Aykido Akademiyasının üzvü 1-ci kyu (qəhvəyi kəmər)

İlahiyyatçı, islamşünas, aykido müəllimi Muhəmməd Nicat

 

MÜƏLLİFLİK HÜQUQU ƏBƏDİ NUR MÜƏSSİSƏSİNƏ AİDDİR

 


 4588, 

Dostların veb səhifələri

15651909
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
313
7422
47456
15456216
127048
160067
15651909

sizin IP ünvanınız: 3.133.153.110
2024-12-22 01:11

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!