Nur Silsiləsi

İdris peyğəmbər

İdris peyğəmbər

 

آمَنَ الرَّسُولُ بِمَا أُنْزِلَ إِلَيْهِ مِنْ رَبِّهِ وَالْمُؤْمِنُونَ كُلٌّ آمَنَ بِاللَّهِ وَمَلائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ لا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْ رُسُلِهِ

  “Peyğəmbərimiz Rəbbi tərəfindən ona nazil olana iman gətirdi və möminlər hamılıqla Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə (peyğəmbərlərə) iman gətirdilər (və dedilər): “Onun elçilərinin heç biri arasında fərq qoymuruq” (“Bəqərə” surəsi, ayə 285).

 

   Quran Adəm (ə) və Nuh (ə) arasında olan zaman fasiləsində açıq şəkildə hər hansı bir peyğəmbərin adını çəkmir. Lakin tarixi mənbələrə görə bu dövrdə Adəm övladlarından bir çox peyğəmbərlər gəlib getmişdir ki, onlardan biri də Quranda adı iki dəfə çəkilən İdris (ə) peyğəmbərdir:

وَإِسْمَاعِيلَ وَإِدْرِيسَ وَذَا الْكِفْلِ كُلٌّ مِنَ الصَّابِرِينَ

“Həmçinin İsmaili, İdrisi və Zəlkifli (İlyası yada sal) ki, onların hamısı səbirlilərdən idilər (peyğəmbərlik yükünün ağırlığına və onun gözəl icrasının və ümmətin tərbiyə edilməsinin çətinliklərinə dözürdülər)” (“Ənbiya” surəsi, ayə 85)

 

وَاذْكُرْ فِي الْكِتَابِ إِدْرِيسَ إِنَّهُ كَانَ صِدِّيقًا نَبِيًّا

“Və bu kitabda İdrisi xatırla ki, o, çox doğru bir peyğəmbər idi” (“Məryəm” surəsi, ayə 56).

  Muhəmməd İştihadinin “Qissehayi Quran” (“Quran hekayələri”) kitabında qeyd olunur ki, əsl adı “Uxnux” olan İdris (ə) Kufə yaxınlığında, indiki Səhlə məscidinin yerləşdiyi yerdə yaşayırdı. O, dərzi idi və üç yüz il ömür sürmüşdü.

  Səmavi kitablardan otuz səhifə ona nazil olmuşdu. O, dərzilik edən ilk şəxs olmuş, libas tikməyin üsulunu insanlara öyrətmişdi. Ona qədər insanlar bədənlərini örtmək üçün heyvan dərisindən istifadə edirdilər. Ondan sonra insanlar tədriclə tikili libaslardan istifadə etmişlər. Qələmlə ilk dəfə yazı yazan şəxs də Həzrət İdris (ə) olmuşdur. Həmçinin nücum və hesab elminə malik olub onları insanlara tədris edərdi. Asimani kitabları insanlara öyrədər, öz nəsihətləri ilə onları hidayət edərdi. Bu səbəbdən ona “dərs” sözündən götürülən “İdris” adı verilmişdir.

 

İdrisin arzusu

Allah tərəfindən bir mələk İdrisin (ə) yanına gələrək ona əməllərinin qəbul olunması müjdəsini verir. İdris (ə) çox xoşhal olur və Allaha şükr edir. Sonra arzu edir ki, həmişə diri qalıb Allaha şükr etməklə məşğul olsun.

Mələk ondan soruşur: “Nə arzun var?”

İdris deyir: “Diri qalıb Allaha şükr etməkdən başqa arzum yoxdur. Çünki bu vaxtadək dua edirdim ki, əməllərim qəbul olunsun və qəbul olundu. İndi istəyirəm ki, Allaha əməllərimi qəbul ediyi üçün şükr edim və bu şükr davamlı olsun”.

Mələk İdrisi (ə) qanadlarına alıb onu göylərə apardı. İndi İdris (ə) diridir və Allaha şükr etməklə məşğuldur. Bəzi rəvayətlərə görə İdris (ə) bir müddət göylərdə qaldıqdan sonra Əzrail (ə) onun ruhunu dörd və beşinci səma arasında təhvil alır.

 

İdris (ə) peyğəmbərin buyurduqlarından

 Ey insanlar! Bilin və inanın ki, təqva böyük hikmət, əzəmətli nemətdir. Yaxşılıq və səadətə sövq edən amil, xeyir, anlayış və əqlin qapılarının açarıdır. Çünki Allah bəndəsini sevdikdə əqli ona bəxş edər (ona düşünmək nemətini bəxş edər).

Vaxtınızın çoxunu Allahla razu-niyaz və dua ilə keçirin. Allaha pərəstişdə və Onun yolunda bir-birinizə yardım edin. Belə ki, əgər Allah sizin həmrəyliyinizi görsə, istəklərinizi yerinə yetirər və sizi arzularınıza çatdırar. Öz bol və əbədi nemətləri ilə sizi mükafatlandırar.

Oruc tutduğunuz vaxt öz nəfsinizi hər cür pislikdən pak edin və saf, xalis qəlblə Allah üçün oruc tutun. Çünki Allah tezliklə xalis olmayan ürəklərə qıfıl vurar. Oruc tutmaq, yemək və sudan çəkinməklə yanaşı bədən üzvlərinizi də günahdan qoruyun.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 5237, 

Dostların veb səhifələri

14268887
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
7291
3903
27861
14090902
160700
173495
14268887

sizin IP ünvanınız: 35.169.107.177
2024-03-28 21:19

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!