Nur Silsiləsi

Nuh peyğəmbər (ə)

Nuh peyğəmbər (ə)

 

Adəmdən (ə) sonra bəşəriyyətin ikinci atası Nuh (ə) hesab olunur. O, ilk müstəqil ilahi din, kitab sahibi olmuş və doqquz yüz əlli il ümməti arasında təbliğ etmişdir. Bu uzunmüddətli təbliğə baxmayaraq, ümmətindən yalnız səksən nəfər onun dinini qəbul etmiş, qalanları isə töhmət, iftira, etirazlar etməkdən belə çəkinməmişdilər. Müqəddəs Qurani-kərimdə iyirmi səkkiz surənin qırx üç ayəsində Nuh peyğəmbərin əhvalatı nəql olunmuşdur. Qövmünün etdiyi zülümlər, ona verilən narəvə nisbətlər və s. öz əksini belə tapmışdır:

 

كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ فَكَذَّبُوا عَبْدَنَا وَقَالُوا مَجْنُونٌ وَازْدُجِرَ

“...Bizim bəndəmizi (Nuhu) yalançı adlandıraraq “cin vurmuş bir dəlidir” – demişdilər” (“Qəmər” surəsi, ayə 9).

 

قَالَ يَا قَوْمِ لَيْسَ بِي ضَلالَةٌ وَلَكِنِّي رَسُولٌ مِنْ رَبِّ الْعَالَمِينَ

أُبَلِّغُكُمْ رِسَالاتِ رَبِّي وَأَنْصَحُ لَكُمْ وَأَعْلَمُ مِنَ اللَّهِ مَا لا تَعْلَمُونَ

“Peyğəmbər (ə) də öz simasında onları cavablamağa çalışırdı”.

“Dedi: “Ey mənim qövmüm, mən zəlalətdə deyiləm, əksinə, aləmlərin Rəbbi tərəfindən (göndərilmiş) bir peyğəmbərəm. Rəbbimin tapşırıqlarını sizə çatdırır, sizin xeyrinizi istəyir və Allah tərəfindən sizin bilmədiyiniz şeyləri bilirəm” (“Əraf” surəsi, ayə 61-62).

 

Nuh (ə) qövmü peyğəmbərin bu qədər israrına baxmayaraq, öz batil və puç əqidələrindən əl çəkmirdilər. Onlar yeri-göyü yaradan Allahın əvəzinə, ruhsuz, cansız, əldədüzəltmə bütlərə pərəstiş edirdilər. Zərrə qədər belə haqq sözü dinləməkdən çəkinərək, deyilənləri eşitməməkdən ötrü baş və qulaqlarını tutardılar. Nəhayət, Nuh peyğəmbər qövmünün bu itaətsizliyindən təngə gələrək, Allahına üz tutur:

وَقَالَ نُوحٌ رَبِّ لا تَذَرْ عَلَى الأرْضِ مِنَ الْكَافِرِينَ دَيَّارًا

إِنَّكَ إِنْ تَذَرْهُمْ يُضِلُّوا عِبَادَكَ وَلا يَلِدُوا إِلا فَاجِرًا كَفَّارًا

“Və Nuh dedi: Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma”.

“Çünki, Sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir doğub-törədəcəklər”  (“Nuh”surəsi, ayə 26-27).

 

Nuh (ə) Allahdan kafirlər üçün bəla istəyərkən onun səbəbini açıqlayaraq deyir ki, onlar fəsad içində qərq olaraq həm özlərini, həm də dünyaya gələcək yeni nəsli də uçuruma doğru aparırlar. Bu səbəbdən də, Nuhun (ə) istəyinə müsbət cavab olaraq buyurulur:

 

وَأُوحِيَ إِلَى نُوحٍ أَنَّهُ لَنْ يُؤْمِنَ مِنْ قَوْمِكَ إِلا مَنْ قَدْ آمَنَ فَلا تَبْتَئِسْ بِمَا كَانُوا يَفْعَلُونَ

“Nuha belə vəhy olundu: Əvvəlcə iman gətirənlərdən başqa, tayfadan daha heç kəs iman gətirməyəcək. Onların etdikləri əməllərə görə kədərlənmə!”  (“Hud” surəsi, ayə 36).

وَاصْنَعِ الْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا وَلا تُخَاطِبْنِي فِي الَّذِينَ ظَلَمُوا إِنَّهُمْ مُغْرَقُونَ

وَيَصْنَعُ الْفُلْكَ وَكُلَّمَا مَرَّ عَلَيْهِ مَلأ مِنْ قَوْمِهِ سَخِرُوا مِنْهُ قَالَ إِنْ تَسْخَرُوا مِنَّا فَإِنَّا نَسْخَرُ مِنْكُمْ كَمَا تَسْخَرُونَ

حَتَّى إِذَا جَاءَ أَمْرُنَا وَفَارَ التَّنُّورُ قُلْنَا احْمِلْ فِيهَا مِنْ كُلٍّ زَوْجَيْنِ اثْنَيْنِ وَأَهْلَكَ إِلا مَنْ سَبَقَ عَلَيْهِ الْقَوْلُ وَمَنْ آمَنَ وَمَا آمَنَ مَعَهُ إِلا قَلِيلٌ

“Nəzarətimiz altında və vəhyimiz üzrə gəmini düzəlt...”

“Hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə (ölümünə) əvvəlcədən hökm verilmiş şəxslər istisna olmaqla, qalan ailə üzvlərini və iman gətirənləri gəmiyə mindir!”

“Və o, gəmini düzəldirdi. Qövmünün böyükləri hər dəfə onun yanından keçəndə (“quruda gəmi?! Peyğəmbərlikdən sonra xarratlıq?!” – deyib) ona məsxərə edərdilər. Dedi: “Əgər siz bizə istehza edirsinizsə, şübhəsiz, biz də məsxərə etdiyiniz kimi sizə (ağaclara, divarlara və təpələrə pənah apardığınız vaxt ) məsxərə edəcəyik” (“Hud” surəsi, ayə 37- 40).

 

Nəhayət, belə bir şəraitdə ilahi əzabın vaxtı gəlib çatdı. Qəflətən çaxan şimşək və ildırım səsləri ürəkləri titrətdi. Yer yarılaraq altındakı suları çölə çıxartdı. Göydən yağan şiddətli yağış aləmi yuyub apardı. Hamı heyrətlə, həqiqətən, ilahi əzabın şahidi oldu. Bu ilahi əzabdan yalnız gəmidə olanlar amanda qaldılar:

وَقَالَ ارْكَبُوا فِيهَا بِسْمِ اللَّهِ مَجْرَاهَا وَمُرْسَاهَا إِنَّ رَبِّي لَغَفُورٌ رَحِيمٌ

وَهِيَ تَجْرِي بِهِمْ فِي مَوْجٍ كَالْجِبَالِ وَنَادَى نُوحٌ ابْنَهُ وَكَانَ فِي مَعْزِلٍ يَا بُنَيَّ ارْكَبْ مَعَنَا وَلا تَكُنْ مَعَ الْكَافِرِينَ

قَالَ سَآوِي إِلَى جَبَلٍ يَعْصِمُنِي مِنَ الْمَاءِ قَالَ لا عَاصِمَ الْيَوْمَ مِنْ أَمْرِ اللَّهِ إِلا مَنْ رَحِمَ وَحَالَ بَيْنَهُمَا الْمَوْجُ فَكَانَ مِنَ الْمُغْرَقِينَ

“Nuh dedi: Gedəndə də, dayananda da gəmiyə Allahın adı ilə minin. Həqiqətən, Rəbbim bağışlayan və rəhm edəndir”.

“Gəmi onları dağlar kimi (yüksək) dalğaların içi ilə apardığı zaman Nuh gəmidən aralı olan oğlunu (Kənanı) haraylayıb dedi: Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma! Oğlu ona belə cavab verdi: Mən bir dağa sığınaram, o da məni qoruyar. Nuh dedi: Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs (insanları) Onun əzabından qoruya bilməz ! Nəhayət, dalğa ata ilə oğlun arasına keçib onları bir-birindən ayırdı və o da suda boğulanlardan oldu” (“Hud” surəsi, ayə 41-43).

 

Ayədən göründüyü kimi bəla zamanı belə, onlar öz batil inadkarlıqlarından əl çəkmirdilər və istisnasız olaraq hamısı, hətta Peyğəmbərin öz oğlu və arvadı belə layiqli cəzalarına çatdılar. Bəlanın qurtarması üçün Allahdan əmr gəldi:

وَقِيلَ يَا أَرْضُ ابْلَعِي مَاءَكِ وَيَا سَمَاءُ أَقْلِعِي وَغِيضَ الْمَاءُ وَقُضِيَ الأمْرُ وَاسْتَوَتْ عَلَى الْجُودِيِّ وَقِيلَ بُعْدًا لِلْقَوْمِ الظَّالِمِينَ

قِيلَ يَا نُوحُ اهْبِطْ بِسَلامٍ مِنَّا وَبَرَكَاتٍ عَلَيْكَ وَعَلَى أُمَمٍ مِمَّنْ مَعَكَ وَأُمَمٌ سَنُمَتِّعُهُمْ ثُمَّ يَمَسُّهُمْ مِنَّا عَذَابٌ أَلِيمٌ

“Ey yer! Suyunu ud! Ey göy! Yağışını saxla, açıl!” – deyildi. Su çəkildi. Gəmi Cudi dağı üzərində oturdu və “Zalimlər məhv olsun” – deyildi. (Sonra) belə deyildi: “Ey Nuh! Sən və səninlə birlikdə olan camaatdan törənəcək (mömin) ümmətlərə Bizdən əmin-əmanlıq və bərəkətlər bəxş edilməklə gəmidən en...” (“Hud” surəsi, ayə 44-48)

 

Beləliklə, yeni bir yaşayış, Nuhun nəslindən yeni bir həyat davam etməyə başlayır. Bu səbəbdən də, Nuhu bəşəriyyətin ikinci atası hesab edirlər. Tarixə əsasən, indiki bütün bəşər əhli Nuhun (ə) övladlarından törəyiblər. Övladlarından “Sam” adlı biri ərəb və əcəmin babası, “Yafəs” adlı oğlu türk və “Ham” isə üçüncü övlad olaraq Sudanın (qaradərililər) babasıdır.

 Nuh (ə) peyğəmbərin arvadı da xəyanətkar bir qadın kimi kafirlərin sırasına daxil idi:

“Allah kafirlərə Nuhun arvadı ilə Lutun arvadını misal çəkir. Onlar bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahdan (Allahın əzabından) heç vəchlə qurtara bilmədilər...”

 

Qeyd etdiklərimiz Nuh (ə) haqqında olan Quran ayələrindən bir icmal idi. İndi isə Nuhun (ə) həyatından bəzi anları və ibrətləri nəzərinizə çatdırırıq:

  • Nuh (ə) şəriəti olan ilk peyğəmbər kimi məşhurdur. Ondan əvvəlki peyğəmbərlərin kitabı və səhifələri var, şəriətləri, vacib və haramları bəyan edən, insanların hüquqlarını müəyyən edən əhkamları isə yox idi.

 

Bəzi rəvayətlərdə Nuh, İbrahim, Musa, İsa və Rəsuli-Əkrəmin (s) şəriət sahibləri olduqları və peyğəmbərlərin ağaları, mehvərləri olduqları bəyan edilir (Məcməul-bəyan, c.4, səh.275; Əl-Mizan, c.16, səh.118).

Bu şəriət sahibləri olan Peyğəmbərlərin hər birinin zamanı yetişdikdə özündən əvvəlki Peyğəmbərin şəriəti qüvvədən düşmüş hesab edilir.

Bəzi rəvayətlərdə gəlmişdir ki, Nuhdan İbrahimə qədər olan zaman kəsiyində hər bir Peyğəmbər Nuhun şəriətinə tabe olmuşdur. Həmçinin Musa ilə İbrahim arasında gələn hər bir Peyğəmbər İbrahimin şəriətinə tabe olmuşdur. Bu qayda ilə bu dörd şəriət sahibləri olan peyğəmbərlərin zaman fasiləsində gələn peyğəmbərlərin hər biri özlərindən əvvəlki şəriətin təmsilçiləri olmuşlar (Biharul-ənvar, c.15, səh.145; Kafi, c.2, Şəriət bölməsi, səh.17).

  • İnsanın üstünlüyü onun iman və təqvasındadır. Necə ki, kafirlər Nuhdan (ə) istəyirlər imkansız və kimsəsiz şəxsləri özündən uzaqlaşdırsın. Nuh (ə) isə öz növbəsində onlarla mübarizə aparır.
  • Nuhun (ə) doqquz yüz əlli il göstərdiyi dözüm və səbr, Nuhun (ə) bu uzun illər ərzində dözümü cəmiyyəti islah edənlərə səbr dərsi keçir.
  • Nuhun (ə) övladı sanki diridən ölünün meydana gəlməsinin misalıdır. (“Rum” surəsi, ayə 19)
  • Nuhun (ə) tufanı kafirləri cəzalandırmaqdan da başqa bir növ ətraf mühiti paklaşdırmaq xarakteri daşıyırdı.
  • Nuhun (ə) həyat yoldaşı peyğəmbərlə bir yerdə yaşamasına baxmayaraq, nicat tapmadı. Bu onu göstərir ki, peyğəmbərlərlə ünsiyyətdə olanların hamısını müqəddəs və günahsız hesab etmək düzgün deyildir. Peyğəmbəri görən və onun ilə ünsiyyətdə olan şəxsləri iki qrupa bölmək lazımdır:                                                                

 

  1. Müttəfiqlərə və pəhrizkarlara;
  2. Günahkarlara və itaətsizlərə;

 

Nuhun əhvalatlarından belə nəticəyə gəlmək olar ki, Allahın imtahanı ümumi də ola bilər.

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 


 5782, 

Dostların veb səhifələri

14264166
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2570
3903
23140
14090902
155979
173495
14264166

sizin IP ünvanınız: 44.221.46.132
2024-03-28 10:24

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!