Nur Silsiləsi

Həzrət Yəqub (ə)

Həzrət Yəqub (ə)

Həzrət Yəqub (ə) Həzrət İshaqın (ə) oğludur və İbrahim peyğəmbərin nəvəsidir. İbrahim peyğəmbərin bir neçə övladı olub, o cümlədən İsmail də İshaqın qardaşıdır. Həzrət Yəqub (ə) Adəm peyğəmbərin dövründən təxminən 3483 ildən sonra qədim Kənan, indiki  Fələstində dünyaya göz açmışdır. Bu nəslin silsiləsini Bəni-İsrail adlandırmışlar. Onun adı Qurani-Kərimdə 16 dəfə qeyd olunmuşdur (Yəqub adı ilə«Bəqərə», «Ali-İmran», «Nisa», «Ənam», «Hud», «Yusif», «Ali-İmran» və «Məryəm» surələrində 2 dəfə İsrail adı ilə yazılmışdır). Bu ayələrə əsasən, onun adlarından biri İsraildir.

Tövratda həm İshaq peyğəmbər (ə), həm də onun arvadının hamilə olması barədə belə qeyd olunur: İshaq  peyğəmbər (ə) Bituilin qızı Rufqə ilə evlənəndə 40 yaşında idi və yoldaşının övladı olmurdu. O yoldaşı üçün dua edir və Allahdan övlad istəyirdi. Sonunda Allah onun duasını qəbul etdi və ona iki əkiz övlad bəxş etdi. Onlar İysu və Yəqubdur. Yəqub hər cəhətdən qardaşı İysudan üstün olduğu üçün İysu həmişə ona həsəd aparıb. Elə bu səbəbdən də Yəqub aramlıq tapmaq üçün Fədan şəhərinə dayısı Labanın yanına gəlib və ömrünün çox hissəsini orada çobanlıqla məşğul olub.

Yəqubun həyat yoldaşları Labanın qızları Lea və Rahel idi. Əlbəttə, bu hadisə İslamdan əvvəl olub, çünki İslamda kişiyə iki bacıyla eyni vaxtda evlənməyə icazə verilmir. Amma bəzi rəvayətlərdə nəql olunub ki, Yəqub ikinci bacını (Leanı) Rahel vəfat edəndən sonra alıb. Yəqubun 12 oğlu olub və onlardan biri Yusifdir (ə). Yəqub ona çox məhəbbət bəslədiyi üçün qardaşları Yusifə həsəd aparmışlar və bir gün onu çöllüyə apararaq dərin bir quyuya atdılar. Atalarının yanına qayıdanda isə yalandan dedilər ki, Yusifi canavar parçalayıb. Yəqub uzun illər Yusifin ayrılığından göz yaşı tökür və nəticədə gözləri tutulur.

Tarixdə qeyd olunur ki, bu ayrılıq 50 il sürür və nəhayət Yusifə qovuşur. Amma uzun illərin əziyyəti, hicranı ömrünü sona çatdırır və 140 (və ya 147) yaşında Misirdə vəfat edir. Həzrət Yəqub (ə) vəfat etməmişdən əvvəl öz oğlanlarını yanına çağırıb dua edib və tək olan Allahasitayiş etmələrini, cəddi İbrahimin (ə) ayinini qorumağı möhkəm tapşırır.

İbrahim və (sonra da) Yəqub bunu (müsəlman olmağı) öz oğlanlarına vəsiyyət edib (hər biri dedi): «Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün (belə bir) din (islam dini) seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!»

(Ey yəhudilər!) Yoxsa Yəqubun ölümü yetişdikdə siz onun yanında idiniz?! O: «Məndən sonra nəyə ibadət edəcəksiniz?» – deyə oğlanlarından soruşduğu zaman, onlar: «Sənin Allahına və ataların – İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha təslim olacağıq (Ona ibadət edəcəyik)!» – dedilər («Bəqərə» surəsi, 132-133).

Vəsiyyətinin biri də bu idi ki, cənazəsini Beytül-müqəddəsə aparıb babasının yanında dəfn etsinlər. Yusif (ə) bu vəsiyyətə əməl etdi və ölümündən sonra  Fələstinə doğru hərəkət etdi, həmin qəbrin yanında atasını dəfn edib Misirə qayıtdı. Həmçinin uzun illər görmək həsrəti ilə yaşayan atası üçün bir müddət əzadarlıq məclisi qurdu.

İsrail adı Quranda

Bu ad Quranda iki dəfə  və nübuvət şəcərəsi mənasında zikr olunur («Məryəm» surəsi, ayə 58).

«Bunlar Adəmi və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin (Yəqubun) nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın nemət bəxş etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın (Allahın) ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar. [İdris Adəmin, Nuh İdrisin, İbrahim Nuhun (və ya Nuhun gəmisində olanlardan birinin), İsmail, İshaq, Yəqub İbrahimin nəslindən, Musa, Harun, Zəkəriyya və İsa isə Yəqubun nəslindən olan peyğəmbərlərdəndir]».

İsrail Həzrət Yəqubdur, yəni İbrahimin (ə) sülaləsindən olan peyğəmbər. Digər ayə isə «Ali-İmran» surəsinin 93-cü ayəsində belə zikr olunur:

Tövrat göndərilməmişdən əvvəl İsrailin (Yəqub peyğəmbərin) yalnız özü özünə haram etdiyi şeylərdən başqa bütün təamlar (yeməklər) İsrail övladına halal idi. (Ya Rəsulum! Yəhudilərə) de: «Əgər doğru danışanlarsınızsa, (düzgün, əsl) Tövratı gətirin və onu oxuyun!»

Bu ayə o yeməklərdən söhbət açır ki, Yəqub (ə) o yeməkləri özünə haram etmişdi. Tövratdan əvvəl İsrail bəzi yeməkləri özünə haram etdiyi üçün bu ayə nazil oldu. Onlardan biri də bu idi ki, Yəqub dəvə ətini yeməyi özünə qadağan etmişdi. Təbii ki, bu səbəbsiz deyildi.

Bəzi insanlar dəvə ətini yeyəndən sonra əhvalının pisliyə doğru dəyişdiyini müşahidə edib çəkinmişdilər. Həmçinin Yəqub bel ağrısı səbəbindən dəvə ətini yeməyi tərk etmişdi. Deyilənə görə, Yəqub əcəm (qeyri-ərəb) adlarındandır. İsrail kəlməsinin də kökü əcəm elminə qayıdır və ərəb dilinə heç bir bağlılığı yoxdur.

İsrail oğulları

İslamın nəzəri ilə İsrail Yəqubdan ayrılan bir nəsildir. Yəqub 12 övladı, nəvə-nəticəsi ilə Misirə köç edəndə onları bu adla tanıyırdılar. Quran Yəqubun övladlarını Bəni-İsrail adlandırıb, yəni Allahın Peyğəmbərinin (s) övlad, nəvə-nəticələri.

Bu ad Quranda 40-dan çox zikr olunmuşdur. Yəqubun sülaləsi Musa, Harun və daha qədim əsrin peyğəmbəri Davuda qədər uzanır. İsraillilər əsil-nəcabət, mənsəbə görə qədim peyğəmbərlərə yaxındırlar.

İsrail və Bəni-İsrail adları İsraillilər və yəhudilər üçün dini, müqəddəs məna daşıyır. Həmçinin onlar bu mənanı İsrail (ə) peyğəmbərlə əlaqələndirirlər. Əgər İsraillilər özlərini İsrailə (ə) nisbət verirlərsə, irq baxımından oxşar olsalar da, həqiqətdə o mənsəbdən sayılmırlar. Çünki bu sifətə malik olmaq üçün gərək nəslin kökü İsrailə (ə) çatsın. Hətta dini, etiqadı olan hər hansı bir yəhudinin də əsil-nəsəbinin İsraillə (ə) bağlılığı yoxdur. Qeyd olunan mətləblərdən belə nəticə əldə etmək olar ki, yəhudi olan hər şəxs İsrailli deyil, çünki İsrailli deyiləndə peyğəmbərin nəsli nəzərdə tutulur.

İsrail adının mənası

İsrail Həzrət Yəqubun təxəllüsü olub. Habelə yəhudi qövmünün sonrakı rəhbərləri 12 oğlu olduğuna görə onu Bəni-İsrail adlandırdılar. Yəquba İsrail adının verilməsinin bir səbəbi də qeyri-müsəlman alimlərinin xurafat dolu mövzularında özünü göstərir.

«Qamusu kitabu muqaddas» kitabında onların xurafi fikirləri belə şərh olunur: İsrail kəlməsinin bir mənası da «Allaha zəfər çalan»dır və əlavə olunur ki, bu məna Yəqub İbn İshaqa nisbət verilir. Çünki həm çətinliklərə qələbə çalmış və həm də o, Allahla yaxud da cinlə mübarizə aparıb onları məğlub etmişdir. Elə buna görə də Allah onun adını dəyişib İsrail qoyub.Həmin yazıçı «Yəqub» kəlməsinin altında yazır: Yəqub imanında möhkəm olduğu üçün Allah onun adını dəyişib İsrail qoydu.

Yazıçıların bu cür əsassız nəzər yürütmələri səbəbsiz deyil və onlardan biri də budurki, məqsəd bütün İsrailliləri Yəqubun nəsli ilə əlaqələndirməkdir. Amma tanınmış müfəssir, alim Təbərsi «Məcməul-bəyan» da bu barədə nəzərini bildirir: «İsrail Həzrət İshaqın oğlu Yəqubdur. «İsr» sözünün mənası «əbd», (qul, bəndə), «İl» isə «Allah» mənasında işlənmişdir. Bütövlükdə bu sözün mənası «Əbdullah»dır (yəni, Allahın qulu). Cini ram etmə hadisəsinə gəlincə isə bu bir dastan və uşaq nağılına bənzəyir. Allahın nazil etdiyi Tövrat da hal-hazırda təhrif olunmuş surətdədir. Odur ki, ilk öncə Qurani-Kərim və mötəbər mənbələrin köməkliyi ilə məsələyə aydınlıq gətirmək lazımdır.

«Biz ona (İbrahimə) İshaqı, üstəlik Yəqubu da bəxş edib onların hamısını saleh kimsələr etdik» («Ənbiya» surəsi, ayə72).

Bu 4-cü ayədir ki, Allahın İbrahimə böyük məhəbbətini bəyan edir.Bir zamanlar o, öz Tanrısından ləyaqətli bir övlad istəmişdi, Allah da ona İshaqı və Yəqubu əta etdi. Ayədəki «nafilə» kəlməsi lüğətdə müstəhəb ibadətlər mənasındadır.

Əllamə Təbatəbai deyir: «Nafilənin buradakı mənasıbəxş, əta kimi işlənmişdir».

Biz İshaqı və Yəqubu Ona əta etdik. Onların hər birini hidayətə (peyğəmbərliyə) çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri (yaxşılıq edənləri) belə mükafatlandırırıq(«Ənam» surəsi, ayə 84).

Ayədəki «hidayətə çatdırdıq» mətləbi təkcə İbrahimə nisbət verilmir, müstəqil məna daşıyır. Yəni, Allah-taala onların hər birini ayrı-ayrılıqda hidayət etmişdir. Yəqubun iftixarı təkcə peyğəmbər nəslindən olmasında deyil, çünki Allah hidayət nurunu onun pak qəlbində yerləşdirmiş və bu nur da əməllərində təcəssüm tapmışdı. Başka bir ayədə onun Allah tərəfindən seçilmiş saleh bir bəndə kimi tanınması nəzərə çarpır.

Şübhəsiz ki, onlar dərgahımızdan seçilmiş ən yaxşı kimsələrdəndirlər! («Sad» surəsi, ayə 47)

Biz onları əmrimizlə (insanları) doğru yola gətirən imamlar (rəhbərlər) etdik. Biz onları xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər («Ənam» surəsi, ayə73).

(Ya Rəsulum!) Qüvvət və bəsirət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və Yəqubu da yad et! («Sad» surəsi, ayə 45)

Biz yurdu (axirət yurdunu) anmaq xislətini onlara məxsus elədik. (Onlar naz-nemətə, şan-şöhrətə uymayıb ömürlərini Allaha ibadət və itaət içində keçirdər, dünyalarından daha çox axirətləri haqında düşünərdilər) («Sad» surəsi, ayə 46).

Onların şəninə deyilən bu mətləblərdən aydın olur ki, Allah axirət elmini dərk etməyi onlara məxsusi elm kimi öyrətmiş və bəsirət sahibi etmişdir. Axirəti hər hansı bir insana tanıtdıranda iman gətirsə də, yenə şübhələri bitmir və anlayışı mükəmməl olmur. Peyğəmbərlərdə isə bu məsələylə bağlı heç bir qaranlıq nöqtə qalmayıb.

(Yuxuda gördüyü kimi) Rəbbin səni (başqalarından) seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək, bundan əvvəl babaların İbrahimə və İshaqa nemətini tamamlayıb (peyğəmbərlik) verdiyi kimi, sənə və Yəqub nəslinə də tamamlayıb verəcək. Həqiqətən, Rəbbin (hər şeyi) biləndir, hikmət sahibidir!» («Yusif» surəsi, ayə 6)

«Yusif» surəsinin 6-cı ayəsində də Həzrət Yusifin (ə) ata-babalarının bəsirət sahibi olmasını aydın görmək olar. Həmçinin Yusifə yuxu yozma hikməti də verilmişdir.

Yəqubun səbri

 

(Bu sözlərdən sonra Yəqub) onlardan (oğlanlarından) üz döndərdi. (Bin Yaminin başına gələn bu iş onun yadına sevimli oğlu Yusifin müsibətini saldı) və: «(Heyf sənə) yazıq Yusif!» – dedi. Dərd-qəmdən (həmişə ağlamaqdan Yəqubun) gözlərinə ağ gəldi. O, (bütün dərdini) içində çəkirdi (oğlanlarına bildirmirdi).

(Oğlanları Yəquba) dedilər: «Allaha and olsun ki, sən Yusif deyə-deyə xəstələnib əldən düşəcək, ya da öləcəksən!»

(Yəqub) belə cavab verdi: «Mən dərd-sərimi yalnız Allaha ərz edirəm və Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi (Yusifin vaxtilə gördüyü yuxunun çin çıxacağını, sizin və mənim ona təzim edəcəyimizi) bilirəm! («Yusif» surəsi, ayə 84-86)

Tarixdə bu hadisə məşhurdur və Yəqub uzun illər səbr etməsi sayəsində Allahdan öz mükafatını aldı.

Yəqubun qeybi elmi

Karvan (vətənə qayıtmaq üçün Misirdən) ayrılanda ataları (Yəqub yanındakı övladlarına) dedi: «Əgər məni səfeh hesab etməsəydiniz (və ya yalançı hesab edib danlamasaydınız), deyirdim ki, Yusifin ətrini alıram!» («Yusif» surəsi, ayə 94)

Muştuluqçu gəlib köynəyi (Yəqubun) üzünə sürtən kimi onun gözləri açıldı və o: «Məgər sizə demədimmi ki, mən Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!» söylədi («Yusif» surəsi, ayə 96).

 

Yəqubun Allaha ümid bəsləməsi

Oğullarım! Gedin Yusifdən və qardaşından (Bin Yamındən) bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!» («Yusif» surəsi, ayə87)

 

Yəqub çox mehriban və rəhmli idi

(Oğlanları ona:) «Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq!» dedilər («Yusif» surəsi, ayə 97).

(Yəqub) dedi: «Mən Rəbbimdən sizin bağışlanmağınızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır, rəhm edəndir!» («Yusif» surəsi, ayə 98)

www.tahoor.com elmi araşdırmalar mərkəzi

Tarixi Təbəri, c.1, səh.225

Nəccar, Qəsasul-ənbiya, c.6, səh.119

 İlahiyyatçı, islamşünas: Vəsilə Zahidqızı

 

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir 


 6280, 

Dostların veb səhifələri

15655150
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
3554
7422
50697
15456216
130289
160067
15655150

sizin IP ünvanınız: 3.138.60.175
2024-12-22 11:08

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!