Nur Silsiləsi

ASSURiYALI PEYĞƏMBƏR SAHiBiNi GƏZDiRƏN QƏBR

 

ASSURiYALI PEYĞƏMBƏR

SAHiBiNi GƏZDiRƏN QƏBR

İndiki İrak və Türkiyənin ərazisində yerləşən qədim Assuriya ölkəsi. İndi bu ölkə rəsmi olaraq yoxdur. Qurani – Kərimdə 4 yerdə adına rast gəlmək olur. Quranın 10 – cu surəsinə onun adı verilmişdir. Qədim Asur dövlətinin paytaxtı Nineva şəhərindəndir və oranın camaatına peyğəmbərlik etmişdir. 33 il peyğəmbərlik edib. Mürsəl peyğəmbərlərdəndir. Süleyman peyğəmbərdən sonra, İsa peyğəmbərdən öncə yaşayıb. Yüz min nəfərdən bir az çox əhalisi olan məntəqəyə təbliğat edib. (Saffat sur. ayə-129,147). 40 il yaşayıb. Bəzi tarixə əsasən 30 və ya 33 yaşında peyğəmbər oldu və 33 il peyğəmbərlik etdi. Yəni 40, 63 və ya 66 il yaşayıb. Qəbri, İrakın Kufə şəhərindədir. O, Məta oğlu Yunus peyğəmbərdir.                                                                                              

Hər bir peyğəmbərin duası qəbuldur. Tayfasına nifrin etmək haqqına da malikdir. Amma nifrindən öncə Allaha deməli və ondan izn almalıdır. Tayfasının itaətsizliyini görən Yunus (ə), nifrin etmək istədi. Onun yanında ağıldan az, odunçu, cahil və ifratçı olan Məlixa ( və ya Tənuxa) adlı abid və hələ peyğəmbərliyindən öncə ünsiyyəti olan, sürü otaramaqla dolanan Rubil adlı alim var idi. Abid nifrin etməyini bildirdi. Amma alim isə, etmə dedi. Çünki Allah sənin dualarını rədd etməz. Amma camaatı da həlak etmək istəmir. Yunus (ə) abidə qulaq asıb, nifrin etdi. Yunus (ə) bir az səbirsiz idi deyə, tez nifrin etməyə tələsdi. Alim dedi: Qadınları uşaqlardan, heyvanlarıda bir – birindən ayırın və ağlayaraq dua edin. Nəhayət Allah əzabı götürdü. Yeganə məntəqədir ki, əzab gələcəyə yaxın tövbə etdilər, iman gətirdilər və əzab gəlmədi. İlahi elmlə onların tövbəsi yazılmışdı. Bunu da Allahdan başqa heç kim bilmirdi. Yunus (ə) – a o cəhətdən Yunus deyərlər ki, tayfasına qəzəb etdi, oradan çıxıb Allahla ünsiyyət tapdı. Tayfasına qayıdanda da onlarla ünsiyyətdə oldu.

 

Məhbusunu gəzdirən zindan

Allah bu işi cəzasız qoymadı. Yunus (ə) tayfasından çıxdı. Yük və adamla dolu bir gəmiyə mindi. Gəmiyə minəndə gəmi yerindən tərpənməmiş, bunu görən sərnişinlər: “Yəqin ki içərimizdə ağasından qaçmış bir qul kölə vardır” , dedilər. Kölənin kim olması barədə püşk atdılar. İki şəxs barəsində püşk atılıb. Biri Həzrət Məryəm biri də Yunus (ə) – dır. Barəsində 3 püşk atdılar, hər üçü ona düşdü. Dəryaya atılası olur. Onu, ağacı və bitgisi olmayan səhraya atdıq və tağı bitkisindən ona kölğə yaratdıq. Balığın qarnından çıxanda yeni doğulmuş uşaq kimi olmuşdu. (Saffat sur. ayə-140,141,142,145,146). Həzrəti Muhəmməd (s) buyurur ki, Allah məni göyə (meraca) aparmaqla və Yunusu da yerə aparmaqla, oranın qəribəliklərini bizə öyrətdi. Allah balığa, ”Mən Yunusu sənin qidan qərar verməmişəm. Sümüyünü sındırma, ətini yemə” deyə əmr etdi. ”İlahi nemət olmasaydı, pis halda biyabana düşərdi”. (Qələm sur. ayə-49). Balığ, Misir dənizinə, oradan Təbəristan dənizinə və oradanda Bağdad dəcəlləsinə daxil oldu. Balığın qarnında 9 saat, 3 gün, 7 gün, və ya 40 gün qalması qeyd olunur. Mərhum Şeyx Tusi, Yunus (ə) – ın balığın qarnından çıxma tarixini məhərrəm ayının 9 – u qeyd edir.

 

Yunusiyyə zikri

“Əgər o, Allahı təsdiq edən olmasaydı, təsbeh deməsəydi yəqin ki qiyamət gününə qədər balığın qarnında qalardı”. (Saffat sur. ayə-143,144). ”Balığın qarnında məhbus olmasına baxmayaraq, o dua edirdi”. (Qələm sur. ayə 49) Dua etməsi, Allahı zikr etməsi, Yunus (ə) – ı diri saxladı. Yunusiyyə zikri ilə məşhur olan bu dua, nəinki peyğəmbəri sağ saxladı, hətta giriftarçılıqdan qurtarmaq üçün, oxunan duadır. Duanın tərcüməsi belədir: ”İlahi, səndən başqa məbud yoxdur. Sən paksan. Mən, özümə zülm edənlərdən oldum”.

 

Təkrarlanan möcüzə

1891 – ci ildə Folklend adaları ətrafında “Star of the East” adlı gəmi, böyük bir erkək kaşalota (balinalar qrupundan olan dəniz məməlisi) tutmaq istərkən, qəfildən başlayan dalğa Ceyms Bertlini dənizə atdı. Balıq, Ceymsi uddu. Təxminən bir gün balinanın qarnında qaldı. Balinanın ovlanması çox vaxt apardı. Onu tutub, mədəsini yardılar. Ceyms, balinanın mədə şirəsinin təsirindən ağappaq olsa da hələdə yaşayırdı. Gün yarımdan sonra özünə gəldi. Bu hadisə Amerikalı yazıçı Keyt Smit tərəfindən bütün dünyaya çatdırıldı. Balinanaların mədələrində oksigen var və bu da bir insana 24 saat ərzində kifayət edir. Aparılan son tədqiqatlara görə, əgər Yunus (ə)–ı udan balinadırsa, bunun daha çox kaşalot olması ehtimal edilir. Çünki kaşalotların başı onların bədənlərinin uzunluğunun üçdə birini təşkil edəcək qədər böyükdür. Kapitan Jak Kusto demişdir ki, bir insanın çəkisi 500 kq olan dişli xanı balığı tərəfindən udulması mümkündür.                                      

Bəli, milyonlarla insanı ana bətnində, o qaranlıq aləmdə 9 ay qoruyan, çətin işlərimizdə bizi amanda saxlayan o Allaha, sonsuz şükürlər olsun…

Hazırladı: Muhəmməd Nicat

İlahiyyatçı, islamşünas, aykido müəllimi 

Beynəlxalq Aykido Akademiyasının üzvü 1-ci kyu (qəhvəyi kəmər)

 

MÜƏLLİFLİK HÜQUQU ƏBƏDİ NUR MÜƏSSİSƏSİNƏ AİDDİR

                                          


 4616, 

Dostların veb səhifələri

15653487
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
1891
7422
49034
15456216
128626
160067
15653487

sizin IP ünvanınız: 3.142.36.215
2024-12-22 06:24

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!