Print this page

Nur Silsiləsi

YƏQUB PEYĞƏMBƏR.(ə)

 
(1 Vote)

                                    

YƏQUB PEYĞƏMBƏR (ə)

Həzrəti İbrahimin (ə) bəzi mənbəələrə əsasən bir neçə övladı olub. İshaq və İsmail peyğəmbərlər də  İbrahim peyğəmbərin oğlulları olublar . Atası İshaq peyğəmbər, anası isə Rufqə olub.  O, Adəm peyğəmbərin yer aləminə enişindən (Hibti Adəm tarixi) 3483 ildən sonra, qədim Kənan,  indiki  Fələstində dünyaya gəlib. Yəqubun  əkiz  doğulduğu qardaşının  adı, İys olub. Qardaşından sonra dünyaya gəldiyi üçün, adını Yəqub (yəni sonradan gələn) qoydular. Ləqəbi  İsra və ya İsrail olub. Bu ləqəblərin bir neçə  səbəbi və mənası vardır: Mənası, Allah bəndəsi və Allah qüvvəsi deməkdir. Ləqəbinin verilmə səbəbi isə bir sıra yeyintiləri özünə qadağan etməsi üçün yaxud  gecələr  yol gedib gündüzlər gizləndiyi üçün və yaxud insanlara ziyan verən cini həbs etdiyi üçün bucür  ləqəblərə təyin olunmuşdur. Hadisəni bele qeyd edirlər: Yəqub  Beytul – Müqəddəsdə xidmət edirdi. Hamıdan əvvəl ora daxil olur və hamıdan sonra oradan çıxardı. Oranın çirağını da özü yandırardı. Amma səhər gəldikdə çirağların söndüyünü  gördü. Nəhayət  bir gecə  Beytul – Müqəddəs məscidində gecelədiyi  zaman bir də onu gördü ki, cinlərin biri gəlib işığı söndürdü. Yəqub qalxıb cini tutdu və məscidin sütununa bağlayıb, onu əsir etdi.     Səhər olduqda camaat  cini,  əsir edilib   sütuna  bağlandığını  gördülər. O cinin adı “ İl ” olduğu üçün, Yəquba “ İsrail ” (yəni İli əsir edən)  dedilər. Bəni – İsrail dedikdə, Yəqub peyğəmbərin nəsli nəzərdə tutulur.

 

Yəqubun (ə) özünə qadaqan etdikləri.

Ali  - İmran surəsinin 93 – cü ayəsində  Allah buyurur:  “ Tövrat nazil olmamışdan qabaq İsrailin öz – özünə haram etdiyindən başqa, bütün yeyintilər İsrail övladlarına halal idi ” . Yəqub dəvə ətini yeməyi özünə qadağan etmişdir. Bunun bir neçə səbəbi olmuşdur. Bəziləri  dəvə ətini yeyərkən halının  pisləşdiyini, qabırğa və bel ağrısına düçar olduğu  üçün özünə dəvə ətini qadağan etmişdir demişlər.  Yaxud tutulduğu xəstəliyinin sağalması müqabilində, ən sevimli olan dəvə ətini bir daha yeməyəciyini nəzir etmişdir.

 İki həyat yoldaşı olmuşdur. Rahil adlı həyat yoldaşından Yusif və  Binyamin dünyaya gəlmişdir. O biri 10 oğlu isə o biri həyat  yoldaşından dünyaya gəlmişlər. Bəzi alimlər bu  iki xanımın, bacı olduğunu qeyd etmişlər. İki  bacı ilə eyni  zamana evlənmə məsələsinin İslamdan öncə  düzgün olduğun  qeyd  etmişlər. Beləliklə 12 oğlu olmuşdur. Təxminən 50  il təbliğat etmişdir. Fələstinlə arasında 12 günlük məsafəsi olan,  Misir şəhərində 17 il yaşamışdır. Oğlu Yusifi  Allahın əmri ilə özündən sonra  canişin təyin etmişdir.

 

Yəqub (ə) və Yusifin (ə) ayrılma səbəbi.

Həftənin cümə günü idi. İmam Sadiq (ə) yaxın səhabəsi  Sabit Əbu Həmzeye Sumali  ilə evinə gələrkən, kənizi Səkinəyə buyurur: “ Bugun evə kim gələrsə, əliboş geri qaytarma ”. İmamın öz cümləsini  bir neçə dəfə təkrar və təkidllə deməsi, səhabədə sual yaratdı. Səhabə maraqla soruşdu: İmam, bu cümə günündə nə vardır ki, bu qədər  təkid etdiniz? Imam buyurdu: ” Istəmirəm Yəqubun başına gələn hadisə başıma gəlsin ”. Səhabə dedi: Hansı hadisə? İmam buyurdu:  ” Ramazan ayı və Həftənin cümə günü idi. Zimyal adlı bir kasıb Yəqub peyğəmbərin evinə gəlib, qapısını döydü. Düşündü ki, həm imkanı olan həmdə bir peyğəmbər  olan Yəqub onu əliboş geri qaytarmaz. Yəqub peyğəmbər  (kasıbın qapıni ya az ya da yavaş döyməsindən)  qapının səsini eşitmədi. Həmin kasıb iftar etmədən, ac yatdı. Allah Yəqub peyğəmbərə vəhy yolu ilə buyurdu ”. “ Ey Yəqub, sən hazırlaş sənə göndərəciyimiz bəlaya ” .

Həmin  gecə Yusif yuxuda  günəşin, ayın və 11 ulduzun ona səcdə etdiyini gördü. O gündən Yəqub ən çox sevdiyi  Yusifdən illərlə  ayrı qaldı. Yəqub ailəsinin başına gələn ilk hadisə bununla başladı. Yəqubun  Yusifə olan qəmi, övladlarını itirən 70 qadının qəmi idi.

 

Yəqubun (ə) ölüm zamanı öz oğlanları ilə söhbəti.

Yəqubun həyatına dair  Qurani – Kərimdə  başqa bir mövzu onun öz oğlanlarına ölüm ayağında etdiyi vəsiyyətdir. Bəqərə surəsinin 132 , 133 – cü ayələrində Allah buyurur:  “ İbrahim öz oğullarına vəsiyyət etdi. Yəqubda öz oğullarına vəsiyyət edərək dedi: Ey oğlanlarım ! Allah bu dini sizin üçün seçdi. Odur ki, yalnız müsəlman halında ölün ” . Yəqubun ölümü yetişdikdə oğlanlarına dedi: Məndən sonra nəyə ibadət edəcəksiniz? Oğlanları dedilər: “ Sənin Allahına və ataların İbrahim, İsmail və İshaqın Allahına. Yeganə Allaha ibadət edib, onun fərmanına təslim olacağıq ” .

Bu ayələrin təfsirinə əsasən, İbrahimin və  övladlarının iman gətirdiyi haqq  və doğru din İslam dini idi. Odur ki, yəhudilərin  Həzrəti Yəquba nisbət verib oğlanlarına  oğlanlarına həmişə yəhud dinində qalmağı vəsiyyət  etməsini lazım bilməsini  demələri, yalnız bir töhmətdir. Həzrət belə bir sözü oğlanlarına deməmişdir. Ömrü 147 il olmuşdur. Vəsiyyətinə uyğun olaraq, babası İbrahim peyğəmbərin və Saranın yanında dəfn olunmuşdur. Yəqubun şəriətində, oğrunu qulluqçu kimi saxlayardılar.

İstifadə olunmuş mənbəələr:

1)İləluş-şəraye 1-ci cild. Müəllif: Şeyx Səduq.

2)Peyğəmbərlər  hayatı 1-ci cild. Müəllif:Əllamə Məclisi.

3)Peyğəmbərlər  tarixi. Müəllif: Əhməd Əmiri Pur.

4)Məcməul- Bəyan cild -2. Səh- 475.

5)Bəharul-Ənvar. Cild-12. Səh-299.

                                                                              

Hazırladı: Muhəmməd Nicat

İlahiyyatçı, islamşünas, aykido müəllimi 

Beynəlxalq Aykido Akademiyasının üzvü 1-ci kyu (qəhvəyi kəmər)

 

MÜƏLLİFLİK HÜQUQU ƏBƏDİ NUR MÜƏSSİSƏSİNƏ AİDDİR


 4119,