Qari lar

    1964-cü ildə dünyaya göz açmış Şəhriyar Pərhizkar 9 yaşında valideynlərinin təşviqi və öz istəyi ilə Quran dərslərində iştirak edərək qiraət fənnini öyrənməyə başladı. Üç ildən sonra isə qiraətlə yanaşı Qurani-kərimi hifz etməyə başladı və müxtəlif Quran müsabiqələrində hifz və qiraət sahələri üzrə iştirak edərək yüksək rütbələr əldə etdi. Belə ki, 1983-cü ildə Vəqflər və Xeyriyyə İşləri Birliyinin təşkil etdiyi müsabiqədə qiraət üzrə III yeri, 15-ci cüzün hifzi üzrə isə I yeri tutmuşdur. Həmin birlik tərəfindən 1984-cü ildə təşkil olunmuş müsabiqədə isə bütün Quranın hifzi üzrə II yerə, Silahlı Qüvvələrin 1985-ci ildə keçirdiyi müsabiqədə qiraət üzrə I yerə layiq görülmüşdür. Vəqflər birliyinin 1986-cı ildə keçirdiyi müsabiqədə Quranın tam hifzi üzrə I yeri tutmuşdur. Beynəlxalq rütbələrə gəlincə:

  • Liviyada keçirilən beynəlmiləl Qurani-kərim müsabiqəsində 20 cüzün hifzi üzrə II yer (1981);
  • İranda keçirilən beynəlxalq Quran müsabiqəsində 20 cüzün hifzi üzrə I yer (1983);
  •  Ərəbistanda təşkil olunmuş beynəlxalq müsabiqədə 20 cüzün hifzi üzrə II yer (1985);
  • 1986-cı ildə İran İslam Respublikasındakı beynəlxalq müsabiqədə Quranın tam hifzi üzrə I yer, 1991-ci ildə Ərəbistanda keçirilən beynəlxalq Quran müsabiqəsində Quranın tam hifzi üzrə I yerə layiq görülmüşdür.

    Digər Qurani fəaliyyətlərinə gəlincə ölkə üzrə müxtəlif Quran müsabiqələrində münsif olmuşdur. Həmçinin, 1992-ci ildə Malaziyada beynəlxalq Quran müsabiqəsində münsiflik etmişdir. Müxtəlif Qurani proqramların icrası məqsədilə Səudiyyə Ərəbistanı, Tanzaniya, Avstriya, Malaziya və Livan ölkələrinə səfər etmişdir.

Müəlliflik hüququ "Əbədi nur" jurnalına məxsusdur.