Quran Elmləri

Quran necə toplandı

                         Quran necə toplandı

    Xilafət məqamının göstərişi ilə səhabə qarilərdən bir qrupu Zeyd ibn Sabitin birbaşa idarəçiliyi altında Peyğəmbəri Əkrəmin (ə) evində olan və vəhy katiblərinin xətti ilə yazılan lövhə, kətif (qoyun və dəvə sümüyündən olan yazı vəsaiti) və ya səhabənin müshəfində olan surə və ayələri bir müshəfdə cəmləyib, nüsxələrini ətraflara göndərdilər.

    Yəqubinin nəqlinə görə, Əbu Bəkirin nəzarəti ilə 25 nəfər ənsardan ibarət komitə təşkil edildi ki, bu işdə Zeydə yardım etsinlər. Onlara deyilmişdi ki, Quranı yazın və fəsahətli danışan Səid ibn Asa ərz edin.

   Hişam ibn Urvə atasından nəql edir ki, Əbu Bəkir Ömərlə Zeydə göstəriş verdi ki, məsciddə otursunlar və yalnız o ayəni yazsınlar ki, həmin ayənin müddəaçısı ona iki şahid gətirmiş olsun.

   Əbu Bəkirin zamanında Quranın cəmlənmə üsuluna tutulan iradlardan biri də budur ki, istər yuxarıdakı rəvayət, istərsə də buna bənzər rəvayətlər göstərir ki, onlar qəti və sübuta yetirilməmiş dəlillə sübuta yetirilən ayəni sadə və ibtidai bir üsulla cəmləyirdi. Beləliklə, bir ayə və ya surənin yazılması zamanı əgər iki şahid gətirilsə idi həmin ayə qəbul olunurdu, halbuki, Quranın nəssi (birmənalı aydın kəlməsi) təvatur yolu ilə sübuta yetməlidir, nəinki iki adil şəxsin şahidliyi ilə. İrad irəli sürənlər bildirmişlər ki, Quranın bu metodla cəmlənməsi Allahın kitabına təhrifin yol tapmasını meydana gətirəcəkdir; Çünki bu üsulda lazımlı zəmanət vermə və lazım olan diqqət mövcud deyil. Nəticədə isə cəmləmə qənaətbəxş deyildir.

 Lakin hamıya məlum idi ki, Quran hafizləri həddindən çox idi və Zeydin özü də Quran hafizi idi. Əllamə Bəlağinin təbiri ilə desək, Quranın cəmlənməsi minlərlə Quran hafizlərinin nəzarəti altında həyata keçirilirdi. Buna görə də bu rəvayətdə iki şahid deyildikdə nəyin nəzərdə tutulduğunu bilmək lazımdır.

 İbn Həcər demişdir: İki şahid gətirilməsində məqsəd bu ola bilər ki, o iki şahid həmin Quran yazısının Həzrət Məhəmmədin (s) öz hüzurunda yazıldığına şahidlik etməli idi.

 Əbu Şamil deyir: “İki şahid gətirilməsindən onların məqsədi yalnız Peyğəmbərin hüzurunda yazılmış olanları ələ gətirib onu yazmaq və hafizələrdə olanlara etimad göstərməmək idi. Buna görə də Zeyd Quran hafizi olmasına baxmayaraq, “Bəraət” surəsinin axırıncı ayəsi haqqında dedi: “Onu yalnız Əbu Xəzimeye Ənsarinin yanında gördüm. Zeydin hədəfi bu ayəni yazılı sürətdə əldə etmək idi. Yoxsa ki, Zeyd və səhabələrin bir çoxu o ayəni əzbər bilirdilər."

 İkincisinə gəldikdə isə iki adil şəxsin şahidliyi deyildikdə, müddəaçı şəxsdən qeyri iki nəfər nəzərdə tutulmur, əksinə ayə, ya sürənin müddəaçısı özü bir şahid, ikinci şahid onun müddəasını təsdiq edəndir. Buna görə də Xəzimənin iddiası məsələsində onun şahidliyi – Peyğəmbər (s) onun şahidliyini iki nəfərə bərabər qərar verdiyi üçün – qəbul olundu.

Beləliklə, Allahın yer üzərinə göndərdiyi ən müqəddəs və ali kitabı yığılıb bu günki şəklə salındı. Müsəlmanlar bir müddətdən sonra Əlinin (ə) onlar üçün etdiyinə qayıtmalı oldular. Bu onu göstərir ki, həzrət Əlinin (ə) elmi Allahda və Onun Rəsulundan (s) qaynaqlanır. Nə qədər ümmət təsübkeşlik etsə də sonunda ehtiyac hamını elmin qapısına gətirmişdir.                    

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 


 5533, 

Dostların veb səhifələri

15654313
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2717
7422
49860
15456216
129452
160067
15654313

sizin IP ünvanınız: 3.144.15.34
2024-12-22 08:27

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!