Quran Ziyafəti

“Nəhl” 90-cı ayə

“Nəhl” 90-cı ayə

 

إِنَّ اللَّهَ يَأْمُرُ بِالْعَدْلِ وَالإحْسَانِ وَإِيتَاءِ ذِي الْقُرْبَى وَيَنْهَى عَنِ الْفَحْشَاءِ وَالْمُنْكَرِ وَالْبَغْيِ يَعِظُكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ

“Allah ədalətə, ehsan və qohumlara haqlarını əda etməyə əmr edir və çox çirkin günahlardan, xoşagəlməz əməllərdən, zülm və həddi aşmaqdan çəkindirir. Sizə öyüd verir ki, bəlkə ibrət götürdünüz” (“Nəhl” surəsi, ayə 90).

 

Bu ayədə ictimai, insani, əxlaqi məsələləri özündə əks etdirən, İslamın ən əhatəli təlimlərindən söz açılır. Ayənin əvvəlində mühüm üç müsbət, üç mənfi olan altı əsas mətləbə toxunulur.

Ayənin əvvəlində deyir: “Allah ədalətə, ehsan və qohumlara yaxşılıq etməyə əmr edir”. “Ədalət”dən geniş, əhatəli və mükəmməl qanun varmı?

Ədalət – həmin qanundur ki, bütün varlıq aləmi onun ətrafında fırlanır. Göylər, yer və bütün varlıqlar ədalətlə durur. Bu geniş aləmin kiçik bir güşəsi olan insan cəmiyyəti də bütün varlığı bürüyən bu qanundan kənar, ədalətsiz öz sağlam həyatını davam etdirə bilməz.

“Ədaləti”in lüğəvi mənası “hər bir şeyi öz yerinə qoymaq”dır. Belə ki, hər cür azğınlıq, ifrat, təfrit, həddi aşmaq, ədalətin əksinə olaraq, başqalarının haqqını tapdalamaqdır.

Sağlam insan odur ki, onun bütün bədən üzvlərinin hər biri öz işini artırıb-azaltmadan yerinə yetirsin. Amma bir və ya bir neçə sistem öz işini düzgün yerinə yetirməsə onun mənfi təsiri bütün bədəndə özünü göstərəcək və mütləq bir xəstəliyə çevriləcək. İnsan cəmiyyəti də bir insanın bədəni kimidir, əgər ədalətə riayət olunmasa xəstələnəcək.

Ədalət bütün qüdrət, əzəmət və dərin təsirinə baxmayaraq böhranlı və istisna hallarda – təklikdə işə yaramır. Buna görə də ayədə ədalətin ardınca  “ehsan”ı gətirir. Başqa sözlə desək, insanın həyatı boyunca elə həssas anlar yaranır ki, onları yalnız  ədalətə əsaslanaraq həll etmək mümkün deyil. Burada güzəşt və fədakarlığa ehtiyac yaranır və bu ehsandan istifadə ilə gerçəkləşə bilir.  Məsələn tufan, sel, zəlzələ kimi fəlakətlər ölkənin bir hissəsini viran qoyduqda, camaat oturub ədalətli yardım, yaxud digər adi qanunların icrasını gözləsələr çətinlik həll olunmaz. Burada artıq daha çox fikri, cismi və maddi imkan sahibi olanlar fədakarlığa əl atmalı, mümkün qədər ehsan etməlidirlər. Əks halda fəlakətlər daha çox itkiyə səbəb olar. Bu iki qanun insan orqanizmində də hökm sürür. Adi halda bütün bədən üzvləri bir-birinə qarşılıqlı yardımla xidmət edir, bir üzv bütün bədən üçün işləyir və digər üzvlərin xidmətindən də bəhrələnir. Bu elə ədalətin özüdür.

Bədəndə bir üzv yaralandıqda və fəaliyyətini itirdikdə, digər üzvlər də onu unuda bilərmi? Yaralı üzvü himayə və qidalandırmaqdan çəkinə bilərmi? İnsan cəmiyyətində də bu iki hal mövcud olmasa cəmiyyət sağlam olmaz. İslami rəvayətlərdə ədl və ehsanın fərqində müxtəlif bəyanatlar gəlmişdir. Əli (ə) bir hədisdə buyurur:

“Ədalət – insanlara haqqını vermək, ehsan isə onlara qarşı alicənablıq etməkdir”.

Bəzilərinin fikrincə ədalət vacibatı əda etmək, ehsan isə müstəhəbatı yerinə yetirməkdir.

Amma qohumlara yaxşılıq etmək, ehsanın bir hissəsidir. Sadəcə olaraq ehsan bütün cəmiyyətə, ikincisi isə kiçik cəmiyyət sayılan qohumlara aiddir. Nəzərə alsaq ki, böyük cəmiyyət kiçik cəmiyyətdən təşkil olunur, onun təsiri bütün cəmiyyətdə görünür, vəzifə və məsuliyyətlər camaat arasında düzgün şəkildə bölünər. Belə ki, hər qrup əvvəlcə öz yaxınlarına yardım edər, nəticədə bütün zəif və ehtiyaclılar öz qohumlarının himayəsində olar.

Bəzi hədislərə görə “ذِي الْقُرْبَى”  “Peyğəmbərlərin yaxınları”,  yəni “Əhli-beyt imamları”dır və “وَإِيتَاءِ ذِي الْقُرْبَى ”-da  məqsəd onlara “xüms vermək”dir.

Ayədə bu üç mətləb tamamlandıqdan sonra “üç” digər mətləbə toxunulur və deyilir:

 

وَيَنْهَى عَنِ الْفَحْشَاءِ وَالْمُنْكَرِ وَالْبَغْيِ يَعِظُكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ

“Allah çirkin günahlardan, xoşagəlməz işlərdən və həddi aşmaqdan çəkinir”.

 

الْفَحْشَاءِ”-da məqsəd “gizlin”, “الْمُنْكَرِ”-dən məqsəd isə “aşkar günahlar”dır. “الْبَغْيِ” “hər cür həddi aşmaq, başqalarına zülm etmək, özünü üstün bilmək”dir.

Təfsirçilərin fikrinə görə əxlaqi rəzalətlərin kökü üç qüvvədən ibarətdir: şəhvət, qəzəb və şeytani xəyallardır. Şəhvət qüvvəsi insanı daha çox ləzzət almağa çağırır və əxlaqsızlıq və çirkinliklərə qərq edir.

Qəzəb qüvvəsi – insanı münkərə və camaatı incitməyə sövq edir. Şeytani təxəyyül isə üstünlük, məqam və inhisarçılığa çəkir ki, bu da nəticədə “başqalarının haqqını tapdalamağa” gətirib çıxarır.

Mütəal Allah bu üç ifadə ilə bu meyillərin tuğyan etməsinə qarşı xəbərdarlıq edir, bütün əxlaqi rəzalətləri əhatə edən ümumi bir bəyanla haqqa hidayət edir.

Ayənin sonunda bu altı mətləb üzərində yenidən təkid etməklə buyurur: “Allah sizə öyüd verir bəlkə ibrət alasınız”.

يَعِظُكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ

Peyğəmbər (s) bu ayəni ərəblərin məşhur alimi və şirk başçıları olan Vəlid ibn Muğeyrəyə oxudu. Vəlid dedi: “Qardaşoğlu, bir də oxu”. Peyğəmbər (s) təkrar etdi.  Vəlid dedi: “Xüsusi bir şirinliyi, gözəlliyi və nuru var, budaqları meyvə dolu, kökləri çox bərəkətlidir. Bu bəşər sözü deyil”.  Dünya səviyyəsində üç mətləbi: ədl, ehsan və yaxınlara yaxşılıq etməyi, diriltmək və üç mətləblə: fəhşa, münkər və həddi aşmaqla mübarizə, dünyanı abad etməyə, hər cür fəsadı təmizləməyə kifayət edər. Elə buna görə də məşhur səhabə ibn Məsud deyir: “Bu ayə Quranda ən mükəmməl xeyir və şər ayəsidir”.

Mərhum Muhəddis Qumi “Səfinətul bihar”da Peyğəmbərdən (s) nəql edir ki, o həzrət (s) buyurdu: “Qiyamət günü cəhənnəm atəşi üç dəstə ilə danışar: hakimlər, alimlər və varlılar”.

Hakimlərə deyər: “Ey Allahın qüdrət verdiyi kəslər! Siz ədalətə riayət etmədiniz!“ Bu zaman atəş onları bürüyər, necə ki, quşlar küncüt dənələrinə toplaşarlar”.

Alimlərə deyər: “Ey zahirini xalq üçün bəzəyib, Allaha üsyan edənlər!” Sonra onları bürüyər. Varlılara deyər: “Ey Allahın geniş imkanlar verdiyi kəslər! O, səndən sərvətinin az bir hissəsini insaf etməni istədi, sənsə xəsislik etdin”. Sonra onu  da sarar.

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 5474, 

Dostların veb səhifələri

15699097
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2289
2851
5140
15540485
174236
160067
15699097

sizin IP ünvanınız: 52.14.125.137
2024-12-30 16:07

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!