Yazar Qələmlər

Qunut tutmaq düzgündür?

 
(2 votes)

 

Qunut tutmaq düzgündür?


Lüğətdə (leksikalogiya) mənası: İtaətin davamı, itaət, xuzu ilə itaət, davam, namaz, qiyamın (ayaq üstə durmaq) uzunluğu, dua, sukut.
Bəzi məzhəblər bütün namazlarda, bəziləri müəyyən namazlarda, bəzisi isə yalnız müstəhəbb namazlarında müstəhəbb (bəyənilmiş, savablı əməl) bilmişlər. Bəzisi isə ümumiyyətlə qunutu müstəhəbb bilmirlər.
İmamiyyə (şiə) alimləri:

Həm vacib və həmdə müstəhəbb namazlarda ikinci rükətdə fatihə və ixlasdan sonra, rukudan öncə bu əməl müstəhəbbdir.


Müstəhəbb olmasına ayələr:


1)                                                             

 الصَّلَاةِ الْوُسْطَى وَقُومُوا لِلَّهِ قَانِتِينَ

“Allah üçün xuzu ilə itaət edin” (Bəqərə-238).

Mümkündür iddia olunsun ki, ayədə keçən qunut sözündən məqsəd uzun qiyamdır. Cavab: Şəriətdə bildiyimiz qunut, namazda dua mənasındadır və bu kəlmə başqa mənada işlədilmir. Hətta uzun qiyam mənasında da olsa, hər iki mənaya aid edə bilərik.


2)

وَمَنْ يَقْنُتْ مِنْكُنَّ لِلَّهِ وَرَسُولِهِ وَتَعْمَلْ صَالِحًا نُؤْتِهَا أَجْرَهَا مَرَّتَيْنِ وَأَعْتَدْنَا لَهَا رِزْقًا كَرِيمًا

 

”Sizlərdən kimsə Allah və peyğəmbər üşün namazını uzatsa və saleh əməl etə, ona neçə qat mükafatını verəcəyik” (Əhzab-31)

3)

إِنَّ إِبْرَاهِيمَ كَانَ أُمَّةً قَانِتًا لِلَّهِ حَنِيفًا وَلَمْ يَكُ مِنَ الْمُشْرِكِينَ 

 

”İbrahim Allah üçün, çox itaət edən biri idi” (Nəhl-120)

4)

أَمَّنْ هُوَ قَانِتٌ آنَاءَ اللَّيْلِ سَاجِدًا 

”Gecəni ibadətlə keçirən...” (Zumər-9)

5)

وَلَهُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ كُلٌّ لَهُ قَانِتُونَ

 

”Göylərdə və yerdə olanlar ona məxsusdur. Hamısı ona uzun itaət edər” (Rum-26)


Sünni mənbələri:


Peyğəmbər (s): “Qunut tutun” (Musnədi əhməd. c-1, səh-211)


Beyhəqi: “Peyğəmbər qunutsuz namaz qılmazdı” (Sunəni beyhəqi. c-2, səh-198)


Ənəs ibn Malik: “Peyğəmbər namazlarda qunut tutardı” (Sunəni dar Qetni. c-2, səh-37, 39)


İbn Əbi Şeybə, İbn Kəsir: “İmam Əli (ə) qunut tutardı və müəyyən şəxslərə lənət oxuyardı” (Əlmusənnəf. c-2, səh-317; Kamil ibn Kəsir. c-3, səh-333)


Əbu Davud, Nəsai: “Peyğəmbər vitr (gecə qılınan 1 rükətli namaz) namazında, rukudan öncə qunut tutdu” (Kənzul ummal. c-4, səh-197)


Tirmizi: “İmam Əli (ə), təkbir deyib qunut turardı”(Sunəni tirmizi. c-1, səh-53)


Nuri: “Ömər ibn Xəttab, sübh namazında qunut tutar və deyərdi: İlahi, biz sənə pərəstiş edirik” (Ələzkar; İzalətul xəfa. c-2, səh-53)


İbn Əsir: “Aişə xanımın qardaşı Muhəmməd öldü. Namazdan sonra qunut turtdu və müəyyən şəxlərə nifrin etdi” (Əlkamil. c-3, səh-143)


Nəticə: Hər iki mənbəədə, müstəhəbb və vacib namazalarda qunut tutmaqlıq müstəhəbbdir.

 

Beynəlxalq Aykido Akademiyasının üzvü 1-ci kyu (qəhvəyi kəmər)

İlahiyyatçı, islamşünas, aykido müəllimi Muhəmməd Nicat

 

MÜƏLLİFLİK HÜQUQU ƏBƏDİ NUR MÜƏSSİSƏSİNƏ AİDDİR

 


 4941, 

Dostların veb səhifələri

15653215
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
1619
7422
48762
15456216
128354
160067
15653215

sizin IP ünvanınız: 3.144.109.147
2024-12-22 05:35

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!