Print this page

Özünə İnan və Çalış

Gövhər vaxt

 
(1 Vote)

 

Gövhər vaxt

 

Ömrümüzün dəqiqələri gələcəkdən gəlir və keçmişə dönür. Biz isə diqqət etmirik ki, ömrümüzün illəri keçməklə nə qədər qiymətli sərmayəni əldən verir və itiririk. Çünki biz varlığımızın dəyərini ya bilmirik, ya da ömrümüz anbaan, yavaş-yavaş keçdiyi üçün bu dəqiqələrə etina etmir və onların qiymətini bilmirik.

Necə ki, buğda dənələri tək-tək çox dəyərsizdir, ömrün anları tək-tək dəyərsiz görünür və insan zamanın keçməsini hiss etmir. Allah-təala Qurani-kərimdə buyurur:

“Onlar orada dad-fəryad edərlər:

وَهُمْ يَصْطَرِخُونَ فِيهَا رَبَّنَا أَخْرِجْنَا نَعْمَلْ صَالِحًا غَيْرَ الَّذِي كُنَّا نَعْمَلُ أَوَلَمْ نُعَمِّرْكُمْ مَا يَتَذَكَّرُ فِيهِ مَنْ تَذَكَّرَ وَجَاءَكُمُ النَّذِيرُ فَذُوقُوا فَمَا لِلظَّالِمِينَ مِنْ نَصِيرٍ

“Ey Rəbbimiz, bizi (buradan) çıxart ki, (indiyədək) etdiklərimizdən fərqli olaraq yaxşı işlər görək. (Onlara deyiləcək:) “Məgər sizə nəsihət qəbul etmək istəyən kimsənin öyüd-nəsihət ala biləcəyi qədər ömür vermədikmi? Və sizə bir qorxudan (peyğəmbər) gəlmədimi? Belə isə, dadın (Cəhənnəmin əzabını). Əsla zalımların dadına yetən olmaz” (“Fatir” surəsi, ayə 37).

 

وَابْتَغِ فِيمَا آتَاكَ اللَّهُ الدَّارَ الْآخِرَةَ وَلَا تَنْسَ نَصِيبَكَ مِنَ الدُّنْيَا وَأَحْسِنْ كَمَا أَحْسَنَ اللَّهُ إِلَيْكَ وَلَا تَبْغِ الْفَسَادَ فِي الْأَرْضِ إِنَّ اللَّهَ لَا يُحِبُّ الْمُفْسِدِينَ

“Və Allahın sənə vermiş olduğundan axirət evini qazan, dünyadakı (ömür və maldan olan) nəsibini də unutma. Allah sizə yaxşılıq etdiyi kimi sən də (başqalarına) yaxşılıq et və yer üzündə fəsad dalınca düşmə. Çünki Allah fsad törədənləri sevməz” (“Qəsəs” surəsi, ayə 77).

 

Həzrət Rəsuldan (s) ömür barəsində soruşulduqda buyurdu: “İnsan Qiyamət günündə bu üç suala cavab verməyincə yerindən tərpənə bilməyəcək: Ömrünü necə yaşayıb? Gəncliyini nəyə sərf edib? Malını necə qazanıb və necə xərcləyib? Kimlərə tabe olub və kimlərin ardınca gedib? Allah-təala buyurub: Qiyamət günü hər dəstəni öz başçıları ilə çağırın”.

Peyğəmbər (s): “Həqiqətən də, ömür məhduddur, təyin olunmuş vaxtdan o yana keçməz. Elə isə möhlət bitməmişdən əvvəl xeyir işlərə tələs!”

Peyğəmbər (s): “Dünya bir saatdır, onu itaətə sərf et!”

Peyğəmbər (s): “Hər keçən gecə-gündüz sənin üçün işləyir, elə isə sən də onlar üçün işlə. Onlar səndən alır, sən də onlardan al”.

Peyğəmbər (s): “Ömürlərini tamamən düny işlərinə sərf edənlər haqqında nəbəvi bir hədisdə buyurur: “Bütün gücünü dünya üçün istifadə edənlər axirətlərinə ziyan vurmuşlar. Axirət üçün çalışanların əhəmiyyət verdiyi işlərdə Allah ona kifayət edər”.

Əli (ə): “Ömür saatlarla puç olur”.

Ömrün sənin ən qiymətli sərmayəndir. Onu itirməmiş sonradan peşiman olmayacağın işlərə sərf et. Ziyanlarla onu bitirmə.

 

Seyyid Həsən Mətləbi

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 


 4101,