Özünə İnan və Çalış

Təbir (yuxu yozma)

                                                                                                  Təbir (yuxu yozma) elmi

Təbir elmi çox əhatəli və geniş bilim sahəsidir. Təbir ilahi övliyalara xas olan bir elmdir və onlara Allah tərəfindən lütf olunmuşdur. Heç şübhəsiz ki, onların gördüyü yuxu həqiqətdən xəbər verir. Bəşər üçün isə bu məsələ pünhandır. Peyğəmbərlərin gördüyü yuxuların gərçəkləşməsinı nümunə olaraq bir neçə mətləbi diqqətinizə çatdıraq.

Necə ki, Allah-Təala bu elmi Həzrəti Yusifə (ə) bəxş etmişdir. Beləliklə, Yusifi o yerdə (Misirdə) yerləşdirdik, həm də ona yuxu yozmağı öyrətdik”. [1]

İbni Abbas deyir: “Allah-Təalanın Həzrəti Muhəmmədə (s) nübuvvət müjdəsi bir mələyin ona yuxusunda “Ey Muhəmməd! Müjdə ver, Allah səni elçi seçərək vəhyə layiq görmüş və peyğəmbərlərin sonuncusu etmişdir” deməsi ilə olmuşdur”.[2]

Peyğəmbər (s) yuxusunu Həzrəti Xədicəyə danışır və həyat yoldaşı ona deyir: “Sevin, bu yuxu sənə xeyir və səadət gətirəcəkdir”.

Peyğəmbər (s) Merac gecəsindən sonra, həqiqətdə baş verən bir yuxu görmüşdü. Allah həmin yuxu barədə buyurur: “And olsun ki, Allah-təala Öz Peyğəmbərinin (Məkkə fəthi) rö’yasının çin olduğunu təsdiq etdi. (Ey mö’minlər!) Siz, inşallah, əmin-amanlıqla, (bə’ziniz) başınızı qırxdırmış, (bə’ziniz saçınızı) qısaltmış halda və (müşriklərdən) qorxmadan Məscidülhərama daxil olacaqsınız. (Allah) sizin bilmədiklərinizi bilir. O bundan əlavə (sizə) tezliklə bir qələbə (Xeybərin fəthini) də bəxş edəcəkdir”.[3]

Allah-Təala Həzrəti İbrahimin (ə) əhvalatlarını söyləyərkən onun gördüyü yuxudan bəhs edir: “O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda (İbrahim) dedi: "Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!”[4] Həmçinin Allah peyğəmbərinin yuxusunu təsdiq edərək buyurur: “Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin! Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.”[5]

Hədislərdə bu elm ən çox Yusif peyğəmbərin (ə) möcüzəsi kimi çatdırılır. Təbii ki, peyğəmbərin möcüzəsi sayılan bir elm dəyərli və dərin bir elmdir.

Peyğəmbər (s) buyurur: “Saleh yuxu peyğəmbərliyin (vəhyin, Allahla rabitənin tərci) qırx altı qismindən biridir”. Doğru yuxu Allahın mömin bəndəsini dünyaya aldanmasın, uca Allahın əmrlərindən qafil olmasın deyə qarşıda onu gözləyən xeyir və şərdən agah edən vəhydir.

Əbuzər deyir: “Səfərlərin birində Peyğəmbər (s) Mədinəyə qayıtdıqdan sonra dostları qəmgin halda onun ətrafına toplaşaraq dedilər: “Ey Allahın elçisi! Sənə Allah dərgahından vəhy gəlir və sən də bizi vəzifələrimizdən xəbərdar edirsən. Allah qorusun, bəs, əcəl səni haqladıqdan sonra bizi kim məlumatlandıracaq? Vəhy olmadan dini vəzifələrimizi necə öyrənəcəyik?” Peyğəmbər (s) onlara belə cavab verir: “Mənim vəfatımdan sonra vəhy kəsiləcək, lakin müjdəli xəbərlər davam edəcək”. Səhabələr dedilər: “Ya Rəsulallah (s), müjdəli xəbərlər deyərkən nəyi nəzərdə tutursunuz? Peyğəmbər cavab verdi: “Əməlisaleh bir insanın saleh bir yuxu görməsi, yaxud başqasının yuxusuna girməsi”.

Salman Mərvi deyir: “Allahın elçisinin (s) söhbətlərindən birində səhabələrinə belə dediyini eşitdim: “Sizlərdən kimsə yaxşı bir yuxu görərsə Haqq-Təalaya şükr etsin və yuxusunu dostlarına, möminlərə danışsın. Əməlisaleh bir bəndə xoşagəlməz bir yuxu görərsə, “Əuzu billəhi minəş-şəytanir-racim” (qovulmuş şeytandan Allaha sığınıram) desin və zərər görməmək üçün həmin yuxusunu kimsəyə danışmasın”.

Həzrət Əli (ə) buyurur: “Mömin bəndə bir yuxu gördükdə yaxşı yuxu olduğu təqdirdə (onun ehtiva etdiyi ilham və müjdədən) daha mükəmməl surətdə faydalanmaq, pis yuxu olduğu təqdirdə isə aqibətindən (xəbərdar edildiyi təhlükədən) dua, ibadət və sədəqə ilə qorunmaq üçün gördüyü yuxunun təbirini bilməsi vacibdir”.

İbn Sirin deyir: Kim bu elmin bütün mərhələlərini qət edərsə, bütün elmlərə sahib olmuş sayılır. Çünki insanın öyrənmək istədiyi digər elmlərin mövzusu bəllidir və həmin elmlər əlavə təbirə, şərhə ehtiyac duymayan müəyyən düsturlara malikdir. Yalnız bu elmin predmeti yuxu görən insanın xarakteristikasını müəyyən edən astroloji hadisələr, peşə, mənəvi dəyərlər, etiqadlar, adlar və doğum tarixləri kimi müxtəlif faktorları əhatə edir. Çünki yuxunu bəzən eynilə, bəzən isə predmetinin mahiyyətinə uyğun şəkildə təbir etmək lazım gəlir. Həmçinin, yuxu sahibinin kişi yaxud qadın olması da önəmli faktordur. Bununla belə yuxu bəzən qarmaqarışıq və mənasız yuxular qismindən də ola bilər.

İnsan hər hansı bir elmi öyrənərkən başqa elmləri dərindən bilməsinə gərək yoxdur. Yalnız müəbbirin (təbir elminin bilicisi) Quran təfsiri, hədisşünaslıq, müxtəlif millətlərin şifahi və yazılı ədəbiyyatına dair geniş biliklərə sahib olması zəruridir. O, həmçinin zirək və arif olmalı, insanların özəllikləri ilə bağlı məlumatlara sahib olmalı, onların xarakteristikasına yaxşı bələd olmalıdır. Bununla belə, Allahın yardımına ehtiyac duymadığını düşünməməlidir ki, Rəbbi də Öz lütfü ilə onu haqqa (düzgün təbirə) istiqamətləndirsin, dili həqiqəti, faydalı nəsihətləri söyləməyə qadir olsun. Uca Allah bizə ünvanladığı əmrləri (ilham, müjdə və xəbərdarlıqları) yalnız haram qidadan, mənasız və faydasız danışıqlardan və günahlardan uzaq olan pak təbiətli insanların dili ilə bizə çatdıra bilər. Müəbbir bu xislətlərə sahib olduqda ilahi müvəffəqiyyətdən nəsibini alar. Bu mənada sözü gedən ilahi nailiyyət onu peyğəmbərlərin varisi edir.

Beləliklə, təbir sənəti özündə bir sıra kamal xislətlərini, fəzilətləri ehtiva etdiyinə görə, aqil insana vacibdir ki, bu dəyərli elmi yaxşı öyrənsin. Bilsin ki, bu elmin sirlərinə vaqif olmaq ona insanlar tərəfindən də təqdir və mükafat qazandıracaqdır. Çünki alimdən cahilə, sinfi, dini və s. mənsubiyyətindən asılı olmayaraq hər kəsin bu elmə ehtiyacı var. Əlbətdə ki, yalnız Allah-Təalanın buyurduğu “Onlar heyvan kimidirlər, hətta daha da azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır!” insanlar istisna təşkil edir.

 

[1] Yusif-21

[2] Əhzab-40

[3] Fəth-27

[4] Saffat-102

[5] Saffat-105

Şeyx Əbulfəzl Hüseyn ibn Muhəmməd Ət-Tiflisi "Təbir ruya"

Hazırladı: İlahiyyatçı, Sara Əmirzadə

                                                                                         Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir


 1981, 

Dostların veb səhifələri

14271771
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
1190
8985
30745
14090902
163584
173495
14271771

sizin IP ünvanınız: 3.81.72.247
2024-03-29 04:39

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!