Əllamə Məclisinin “Biharul-ənvar” (Nurlar dənizi) əsəri əsasında qələmə alınmış“Səfinətul-bihar” (Dənizlər gəmisi) əsəri adından göründüyü kimi ilahi mərifət nuru dənizlərində səyahət edə bilmək üçün hazırlanmış bir gəmidir. Aydındır ki, “Biharul-ənvar” kimi böyük həcmli (110 cild) bir əsərin istifadəsi rahat və münasib bir mündəricata ehtiyacı var idi. Və bu dalğalanan əzəmətli okeana baş vurub dürr və gövhərlərini əldə edə bilmək üçün ehtiyac duyulan vasitəni ən yaxşı şəkildə hazırlayan ilk alim Şeyx Abbas Qumi oldu. Tam şəkildə adı “Səfinətul-biharil-ənvar və mədinətul-hikəm vəl-asar” əsəri Şeyxin ən mühüm əsəri hesab olunur. Kitabı yazmaq üçün alim “Biharul-ənvar” əsərini iki dəfə və ya digər bir nəqlə görə iyirmi beş dəfə mütaliə edib. Əsərin yazılmasına 35 il vaxt sərf olunub.
Kitabın xüsusiyyətləri
“Biharul-ənvar” kitabının mövzuları əlifba sırası və mövzunun kök hərfləri əsasında tərtib olunmuşdur. Belə ki, oxucu asanlıqla min yeddi yüz dən çox mövzuya müraciət edə bilər ki, onların da hər biri öz növbəsində müxtəlif və çoxsaylı girişləri əhatə edəcəkdir.
Bu əsər Bihar adlı böyük bir ensiklopediyadan çox dəqiq və hesablı şəkildə edilmiş bir seçim və xülasə olub tələbələrin vaxtına əsaslı şəkildə qənaət edərək ömürlərinin tələf olmasının qarşısını alır. Həm də çox istedadlı bir ustad olan müəllif öz zövqü və xoş səliqəsi ilə ən yaxşılarını seçmiş və qeyd etdiyi hər bir şeyin də özünəməxsus xüsusiyyətləri var. Məsələn, əgər “elm” maddəsinə baxsanız Biharın elm bölməsinin ilk babından yalnız başlanğıc və son ayələrini gətirmiş, növbə hədislərə gəldikdə isə 122 rəvayətdən yalnız ikisini seçmişdir. Altıncı babadək heç bir nəql etməmiş, altıncı babdan yalnız bir ayə gətirərək yeddinci babın üzərindən keçmiş və səkkizinci babdan da on üç ayə arasından bir ayə və 92 rəvayət arasından da yalnız biri ilə kifayətlənmişdir. Müəllifin öz seçimində meyarı rəvayətin babın ünvanı ilə daha çox uyğun olması, möhkəmliyi, qısa lakin dolğun mənalı və s. olmasıdır.
Səfinəni mühüm imtiyazlarından biri də odur ki, müəllif müəyyən bir mövzuda yalnız həmin babla kifayətlənməmiş əksinə kitabın hər bir yerindən o mövzu ilə bağlı və ya ona uyğun tapdığı hər bir məsələni seşmiş və hamısına bir yerdə isnad etmışdir. Məsələn Haris Həmədani barəsində Bihar kitabının yeddi mövzusundan qeydlər gətirmişdir.
Bütün bunlarla yanaşı Şeyx Abbas Quminin tarix, hədis, rical elmi sahələrində kamil mütəxəssis olması da Səfinənin qalıcı, istifadə olunan və özünəməxsus bir kitab kimi tanınmasında təsirli olmuşdur.
Səfinətul-biharın tədqiqatçısı ustad Əli Əkbər İlahi Xorasani yazır ki, mərhum ayətullahil-uzma Xoyidən soruşdular: Əgər kitablarınızın hamısını əlinizdən alsalar və desələr ki, yalnız bir kitab götürə bilərsiniz. Siz hansı kitabı seçərdiniz? Cavabında buyurdu ki, Səfinətul-biharı. Əllamə Əskəri deyir: Mənim həmişəki proqramım budur ki, hər səfərdə iki kitabı özümlə götürüm. Və onlardan biri məhz Səfinətul-bihardır.
“Səfinətul-bihar və Mədinətul-hikəm vəl-asar” – “Biharul-ənvar” haqqında ən mühüm və məşhur əsər hesab olunur; bu kitab Şeyx Abbas Qummi tərəfindən tərtib edilmişdir.
“Səfinətul-bihar”, Əllamə Məclisinin yazdığı “Biharul-ənvar” əsərinin mövzu baxımından tərtib edilmiş bir növ məzmunlu göstəricisidir və 20 illik zəhmət nəticəsində tamamlanmışdır. Şeyx Abbas Qummi özü yazır ki, bu kitab onun buraxdığı ən yaxşı əsərdir. O, bu əsəri iki cilddə tərtib etmiş və məqsədi “Biharul-ənvar”a müraciəti asanlaşdırmaq olmuşdur.
Kitabın təshihi
Bu kitabın təshih olunmuş (düzəliş edilmiş) nəşri hicri-şəmsi 1374-cü ildə çap olunmuş və İran İslam Respublikasının “İlin Kitabı” tədbirində seçilmiş kitab kimi təqdim edilmişdir.
Müəllif haqqında məlumat
Mühəddis Qummi – əsl adı Abbas, ləqəbi Mühəddis, atası isə Məhəmmədrza olmuşdur. O, hicri-qəməri 1294-cü ildə Qum şəhərində mömin və təqvalı bir ailədə dünyaya gəlmişdir. Anası heç vaxt onu dəstəmazsız halda əmizdirməmiş, atası isə dövrünün mömin şəxslərindən biri olmuşdur.
Mühəddis ilkin dini təhsilini Mirzə Məhəmməd Ərbabın yanında almışdır. Daha sonra 20 yaşında (hicri-qəməri 1316-cı il) fəzilət və kamala çatmaq üçün Nəcəf-əş-Şərif şəhərinə köç etmişdir. O, “Müstədrəkül-vəsail” kitabının müəllifi olan Mirzə Həsən Nuri ilə münasibətini Allahın ən böyük nemətlərindən biri saymışdır. Hicri 1318-ci ildə Həccə getmiş, sonra Quma dönərək ailəsini ziyarət etmiş və dərhal yenidən Nəcəfə, ustadının yanına qayıtmışdır.
O, ustadı mərhum Hacı Nuri’nin əsərlərinin tərtib olunmasında çox böyük yardım göstərmişdir. Ustadının vəfatından iki il sonra yenidən Quma köçmüş və orada yeddi il ərzində müxtəlif ustadlardan elm öyrənmişdir. Daha sonra ikinci dəfə Həccə getmişdir. İki il sonra Məşhədə yola düşmüş və orada Ayətullah Hacı Ağa Hüseyn Qummi ilə tanışlığını İmam Rzanın (ə) bərəkətlərindən saymışdır. O, həmin şəhərdə evlənmiş və altı ay sonra üçüncü dəfə Həccə yola düşmüşdür. Daha sonra Məşhədə dönmüş və müxtəlif kitabların tərtibinə başlamışdır.
Onun əsərləri sırasında aşağıdakılar qeyd edilə bilər:
Mafatihul-cinan
Əl-fəvaidur-rəcəbiyyə
Bəytül-əhzan
Mənazilül-axirə
Fəvaidur-rzaviyyə
və s.
Ən mühüm əsəri isə “Səfinətül-bihar və Mədinətül-hikəm vəl-asar”dır.
Mühəddis Qummi 20 il İmam Rzanın (ə) hərəminin qonşuluğunda yaşadıqdan sonra Nəcəfə köçmüş və orada Cəfəri məzhəbinin təbliği və kitabların yazılması ilə məşğul olmuşdur. O, hicri-qəməri 1352-ci ildə, çərşənbə gecəsi vəfat etmiş və möhtəşəm bir izdihamla alim və fəzilət sahibləri tərəfindən Əmirəlmöminin (ə) hərəmində dəfn olunmuşdur.
Kitab haqqında bəzi izahlar
Müəllif kitabının müqəddiməsində hədis elminin əhəmiyyəti barədə belə deyir:
“Ağıl və elm yolu ilə həqiqətə qədəm qoymuş alim və tanınmış şəxslər arasında bu gerçək sübut olunmuşdur ki, hədis elmi və Əhli-Beyt (ə) irsinin öyrənilməsi İslam elmləri arasında ən üstün mövqeyə sahibdir. Bu elmin İslam cəmiyyətinə verdiyi fayda digər elmlərdən daha çoxdur. Bu səbəbdən mən gəncliyimdən etibarən bu elmə qarşı ciddi maraq göstərmiş və bu sahənin ən yaxşı cəhətlərini öyrənmək üçün çox çalışmışam.”
Təhlifin məqsədi
Şeyx Abbas Qummi kitabının müqəddiməsində bildirir:
“Hədis elmini daha çox öyrənmək üçün müxtəlif kitabları araşdırdım və Əhli-Beyt (ə) xəbər bağından meyvələr dərdim, toxumlar yığdım – o toxumlar ki, zamanın əli onlara toxunmamışdı. Bu araşdırmalar zamanı bir kitabla rastlaşdım ki, əsrlər onun gözəlliyi, dəyəri və üstünlüyünə bənzər bir əsər görməmişdi – bu kitab mərhum Əllamə Məclisinin ‘Biharül-ənvar’ əsəridir.
Lakin gördüm ki, bu kitabdakı xəbərlər çox geniş şəkildə, müxtəlif fəsillərdə və mövzularda səpələnmişdir. Tədqiqatçılar və bu sahənin öyrəniciləri bu səbəbdən onun incəliklərindən asanlıqla faydalana bilmirlər. Bu səbəbdən Allahın köməyi və mərhəməti ilə qərara gəldim ki, bu əsərin asan istifadə olunması üçün əlifba sırasına uyğun bir göstərici yazım.”
Kitabın məzmunu
Şeyx Abbas Qummi yalnızca “Biharül-ənvar” kitabının göstəricisini hazırlamaqla kifayətlənməmişdir. O, “Səfinətül-bihar” əsərində hər bir başlığın əvvəlində müvafiq şəkildə Əhli-Beyt (ə) tərəfindən nəql olunan bir və ya bir neçə hədis gətirmişdir. Mümkün qədər qısa hədislər seçməyə çalışmışdır. Bununla yanaşı, bəzən peyğəmbər səhabələri, imamların dostları və tanınmış şəxslərin həyatı haqqında qısa məlumatlar da vermişdir.
Bu səbəbdən bu əsər bir neçə baxımdan əhəmiyyətlidir:
Əvvəlcə “Biharül-ənvar” adlı böyük və çoxcildli əsərin (25 cild) mövzu göstəricisidir.
Hər başlıq altında uyğun olan bir və ya iki qısa hədis qeyd edilmişdir.
Lazım olan hallarda bəzi məşhur şəxslər və hadisələr haqqında qısa izahlar verilmişdir.
Bu iki son xüsusiyyət – yəni hər mövzu üçün qısa hədislərin əlavə olunması və tanınmış şəxslər haqqında məlumatlar verilməsi – bu əsəri sadəcə “Biharül-ənvar” üçün mövzu göstəricisi olmaqdan çıxarır və ona ayrıca dəyər qazandırır.
Məhz bu xüsusiyyətlərə görə Şeyx Abbas Qumminin bu kitabı hədis elmi sahəsində mütəxəssislər tərəfindən böyük maraqla qarşılanmışdır.
Bu əsər ərəb dilində 2 cilddə yazılmışdır və sonralar Hacı Şeyx Məhəmməd Baqir Səidi və Hacı Şeyx Məhəmməd Rza Ədadi tərəfindən fars dilinə tərcümə edilmişdir.
Şifrələmə sistemi və kitabdan istifadə qaydası
Əllamə Məclisinin “Biharül-ənvar” əsəri çoxcildli və genişhəcmli bir kitab olduğu üçün, Şeyx Abbas Qummi bu möhtəşəm külliyyatdakı hədislərə asanlıqla çatmaq üçün xüsusi bir şifrələmə sistemi tərtib etmişdir. Bu sistem tədqiqatçının, Əllamə Məclisinin hər hansı bir imamdan nəql etdiyi hədisə doğru şəkildə çatmasına kömək edir.
Bu məqsədlə o, üç növ şifrə müəyyən etmişdir:
Birinci şifrə: “Biharül-ənvar”ın hansı cildində həmin hədisin yerləşdiyini göstərir. Bu şifrə hərf formasında göstərilmişdir.
İkinci şifrə: Əbəcəd hesabı ilə verilmişdir və həmin cilddəki babın (fəsilin) nömrəsini göstərir.
Üçüncü şifrə: Hədisin yerləşdiyi səhifənin nömrəsidir.
Bəzən bir mövzunun qarşısında bir neçə fərqli şifrə qeyd oluna bilər ki, bu da “Biharül-ənvar”ın özündə mövzuların pərakəndə şəkildə yerləşməsi ilə bağlıdır.
“Biharül-ənvar” cildlərinin şifrələri
(Aşağıda fars dilindən tərcümə edilmiş formada “Səfinətül-bihar”ın tərcüməsindəki şifrələr verilmişdir):
(ا) – 1-ci cild
(ب) – 2-ci cild
(مع) – 3-cü cild
(د) – 4-cü cild
(ه) – 5-ci cild
(و) – 6-cı cild
(ز) – 7-ci cild
(ح) – 8-ci cild
(ط) – 9-cu cild
(ی) – 10-cu cild
(یا) – 11-ci cild
(یب) – 12-ci cild
(یج) – 13-cü cild
(ید) – 14-cü cild
15-ci cild dörd hissədən ibarət olduğu üçün hər hissəyə ayrıca şifrə verilib:
(یمن) – İman haqqında hissə
(خلق) – Əxlaq haqqında hissə
(کفر) – Küfr haqqında hissə
(عشر) – İctimai münasibətlər (münaşirət) haqqında hissə
Digər cildlərin şifrələri:
(یو) – 16-cı cild
(ضه) – 17-ci cild
18-ci cild iki hissədən ibarət olduğu üçün:
(طه) – Təharət
(صل) – Namaz haqqında hissə
19-cu cildin də iki hissəsi var:
(قر) – Qurani-Kərim haqqında
(عا) – Dua haqqında
Digərləri
(ک) – 20-ci cild
(کا) – 21-ci cild
(کب) – 22-ci cild
(کج) – 23-cü cild
(کد) – 24-cü cild
(اجازات) – 25-ci cild (bu cild müəllifin və digər böyük alimlərin icazə məktublarına həsr olunmuşdur)
Misal üçün:
Mövzu: “Əsəl” (bal)
– Yazılıb: (ید قفه ۸۶۵)
– Yəni:
(ید): 14-cü cild
(قه): Bab (fəsil) 185
865: Səhifə nömrəsi
– Yəni həmin mövzu “Biharül-ənvar”ın 14-cü cildinin 185-ci babında, 865-ci səhifəsində yerləşir.
Mövzu: “Basəl” (soğan)
– Yazılıb: (ید قعج ۸۶۵)
– Bu isə deməkdir ki:
(ید): 14-cü cild
(قعج): 173-cü bab
865: səhifə nömrəsi
Əgər həmin babdan bir neçə səhifədə hədislər yerləşirsə, əlavə səhifə nömrəsi “و” (və) bağlayıcı ilə yazılır və ya həmin hədisin mənşəyi olan kitabın sonunda ayrıca qeyd olunur.
Əlavə qeydlər
Kitabın “Səfinətül-bihar” adlı tərcüməsinin müqəddiməsində, Əllamə Məclisinin hədisləri nəql etdiyi müxtəlif əsas kitablara aid simvolik işarələr və şifrələr də qeyd olunmuşdur. Maraqlananlar bu şifrələrin izahı üçün Hacı Şeyx Məhəmməd Baqir Səidinin tərcümə etdiyi “Səfinətül-bihar” kitabına müraciət edə bilərlər.
Səfinətül-Bihar və Mədinətül-Hikəm vəl-Asar – “Biharül-ənvar”dakı mətnlərin tətbiqi ilə birlikdə, Şeyx Abbas Qummi tərəfindən yazılmış şiə hədis məcmuələrindən biridir. Bu kitab daha çox “Səfinətül-Bihar” adı ilə tanınır.
Müəllif, Əllamə Məclisinin “Biharül-ənvar” əsərindəki hədisləri əlifba sırasına və 1700-dən artıq mövzuya görə təsnif etmiş və onları müəyyən bir qayda ilə nizama salmışdır.
Abbas ibn Məhəmmədrza Qummi (1294–1359 hicri-qəməri) – məşhur Şeyx Abbas Qummi, yaxud Mühəddis Qummi kimi tanınır. O, hicri-qəməri XIV əsrin tanınmış şiə alimlərindən biridir.
Hədis, tarix elmlərində və həmçinin moizə və xütbə sənətində tanınmış şəxsiyyət olub.
Ən məşhur əsərləri arasında Məfatihül-cinan, Səfinətül-Bihar və Müntəha’l-əmal yer alır.
Mühəddis Qummi 1359-cu ildə Nəcəfdə vəfat etmiş və İmam Əlinin (ə) hərəminə dəfn olunmuşdur.
Yazılma səbəbi
Şeyx Abbas Qummi əsərin müqəddiməsində qeyd edir ki, “Biharül-ənvar” kitabında bir çox mövzular öz uyğun yerlərində verilməyib, bu da tədqiqatçılar üçün çətinlik yaradır.
Ona görə də bu əsəri yazmaqla, bu möhtəşəm külliyyatın mövzular üzrə əlifba sırası ilə asan axtarışını təmin etməyə çalışmışdır.
Xüsusiyyətləri
Səfinətül-Bihar, Biharul-ənvar əsərinin seçmə və tematik versiyasıdır. Kitabda təxminən 1700 mövzu yer alır və əlifba sırasına, xüsusilə də üç hərfli kök (mücərrəd) sözlərə əsasən düzülüb. Müəllif hədisləri və ayələri seçim əsasında daxil etmişdir. Məsələn, “elm” bölməsində “Biharul-ənvar”da 122 hədis olduğu halda, bu kitabda yalnız 2 hədis verilmişdir. Mövzu başlıqları tanınmış künyə və ləqəblərə görə seçilmişdir. Məsələn, Haris ibn Səid haqqında məlumat onun məşhur künəsi olan Əbu Firas əl-Həmdani başlığı altında verilib.
Kitabın strukturu
Kitabın quruluşu İbn Əsirin “Nihayət” adlı əsərinə bənzəyir. “Əbbə” (اَبب) sözü ilə başlayır və “Yəvm” (یوم) sözü ilə bitir. Müəllif kitabın sonunu Peyğəmbər (s) və İmamların adı ilə tamamlayır. Kitabın yazılma tarixi 17 Rəbiül-əvvəl 1344-cü il hicri-qəməri olaraq qeyd olunub. Bu tarix Həzrət Məhəmməd (s) və İmam Sadiqin (ə) mövludu ilə eyni gündür.
Başqa hədis məcmuələri və sayı ilə müqayisə
“Əl-Muhəssin” Əhməd ibn Məhəmməd Bərqi 274 h.q. Təxminən 2604 fiqh və əxlaq sahələrində müxtəlif mövzular
“Əl-Kafi” Şeyx Kuleyni 329 h.q.Təxminən 16,000 Etiqad, əxlaq, fiqh və s. mövzularda
“Mən la yəhzuruhul-fəqih”, Şeyx Səduq 381 h.q. Təxminən 6,000 fiqhi hədislər toplusu
“Təhzibul-Əhkam” Şeyx Tusi, 460 h.q. Təxminən 13,600 fiqhi hədislər
“Əl-İstibsar”, Şeyx Tusi, 460 h.q. Təxminən 5,500 müxtəlif fiqhi məsələlərdə hədislər
“Əl-Vafi” Feyz Kaşani 1091 h.q. Təxminən 50,000 dörd əsas kitabın (kutubu-ərbəə) hədisləri, təkrarlar çıxarılıb
“Vəsailuş-şiə” Şeyx Hurr Amili, 1104 h.q. 35,850 fiqhi hədislər, 70-dən çox kitabdan tərtib olunub
“Biharül-ənvar”, Əllamə Məclisi, 1110 h.q. Təxminən 85,000 məsumların hədislərinin geniş ensiklopediyası
“Müstədrəkül-vəsail”, Mirzə Hüseyn Nuri, 1320 h.q. 23,514
“Vəsailuş-şiə”nin tamamlayıcı hissəsi “Səfinətül-Bihar” Şeyx Abbas Qummi 1359 h.q. 10 cild “Biharul-ənvar” üçün mövzu üzrə əlifba göstəricisi
“Müstədrək Səfinətül-Bihar” Şeyx Əli Nəmazi 1405 h.q. 10 cild,
“Səfinətul-Bihar” əsərinin tamamlanması “Camiu-Əhadisi’ş-şiə” Ayətullah Buruceyrdi 1380 h.q. 48,342 fiqhi hədislərin toplanması və fəsil-fəsil təsnifi “Mizanul-hikmə” Muhəmmədi Reyşəhri, müasir 23,030 fiqhdən kənar 564 mövzu üzrə hədislər
“Əl-Həyat” M. Rza Həkimi Xorasanı, müasir 12 cild, müxtəlif praktik-fəlsəfi mövzularda 40 fəsil
Əlaqəli kitablar
Səfinətül-Biharın iki fərqli farsca tərcüməsi nəşr olunmuşdur:
Məhəmməd Baqir Səidi Xorasaninin tərcüməsi – Məşhəd şəhərində “Cəfəri Kitabxanası” tərəfindən çap olunub.
Hadi Səlavətinin tərcüməsi – 8 cildlik şəkildə Qum şəhərində “Nəvidül-İslam” nəşriyyatı tərəfindən yayımlanıb.
Müstədrək Səfinətül-Bihar – Bu əsər Əli Nəmazi Şahrudi tərəfindən Səfinətül-Biharın davamı və tamamlayıcısı kimi yazılıb. İlk dəfə hicri-qəməri 1409-cu ildə “Bəsət Fondu” tərəfindən 10 cilddə nəşr edilib. Daha sonra “Camiu muəllimin” tərəfindən yenidən çap olunub
Əlavə mənbələr
Seyyid Mehdi Şəmsəddin, “Səfinətül-Bihar” kitabındakı məzmun əsasında “Mövzurul-əxbar min kitabi Səfinətul-Bihar” adlı əsər yazıb. Bu kitab Qum şəhərində, “Darun-Nəşril-İslami” tərəfindən hicri-şəmsi 1371-ci ildə 128 səhifə olaraq çap edilib.
“Ləalil-Əxbar min kitab Səfinətul-Bihar”. Müəllif: Məhəmməd Şəbbir Hüseyni. Bu əsər 4 cilddə, 1389 h.ş. ildə Tehranda, “Muhibbanu’l-Hüseyn” nəşriyyatı tərəfindən yayımlanıb. Bu kitab ilk dəfə orta üslubla 2 cilddə nəşr olunmuşdur. Bu çapda Mühəddis Qumminin “Biharül-ənvar” kitabına verdiyi istinadlar, o dövrdəki 25 cildlik nəşrlə uyğunluq təşkil edirdi. Bu versiyanın nəşriyyatçılarından biri Fərəhani Nəşriyyatı olmuşdur. İranda Vəqflər və Xeyriyyə İşləri Təşkilatına bağlı “Osve” nəşriyyatı, bu kitabı hicri-qəməri 1414-cü ildə 8 cilddə nəşr etmişdir. Məşhəddə yerləşən “İmam Rzanın Hərəminə bağlı İslam Araşdırmaları Fondu” da bu əsəri 1416-cı hicri-qəməri ildə 2 cilddə və 1383-cü şəmsi ildə isə 4 cilddə yayımlamışdır. Son nəşr, Əli Əkbər Elahi Xorasaninin müqəddiməsi və nəzarəti altında hazırlanmışdır. Bu nəşrdə, Səfinətul-Bihar əsərindəki hədislər, 110 cildlik “Biharul-ənvar” nəşri ilə uyğunlaşdırılmış və Əllamə Məclisinin istifadə etdiyi əsas qaynaqlara da istinadlarla birlikdə təqdim edilmişdir.