Əqsa məscidi

şərh yoxdur

 Əqsa məscidi İslamda mühüm sayılan müsəlmanların üçüncü müqəddəs məkanıdır. Əqsa məscidinin adı “İsra” surəsinin 1-ci ayəsində gəlmişdir. Ayə Peyğəmbərə (s) meracda olduğu vaxt çatdırılmış və onun Məscidül-həramdan Məscidül-əqsaya seyri mənasındadır. Peyğəmbərin (s) möcüzələrindən biri o Həzrətin bir gecədə Məscidul-həramdan Məscidul-Əqsaya səfər etməsidir.

“(Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidül-hərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir”.[1]

“Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri vəəcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbəri (s) bir gecəMəkkədəki) Məscidül-həramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidül-əqsaya (Beytül-müqəddəsə) aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!”[2]

Peyğəmbər (s) Məkkədə düz on üç il üzü Beytül-müqəddəsə doğru namaz qılmışdı.  Bu ayələr Əqsa məscidinə dəlalət edir.

Yaxşılıq da etsəniz, özünüzə etmiş olursunuz, pislik də! İkinci fitnə-fəsadınızın (cəza) vaxtı gəldikdə üzünüzü qara (sizi xəcil) etmək, məscidə (Məscidül-əqsaya) birinci dəfə girdikləri kimi girmək vəələ keçirtdikləri hər şeyi büsbütün məhv etmək üçün (fars və rum padşahlarını) üstünüzə göndərdik.[3]

Bu ayə 621-ci ildə, təxminən məscidin tikilməsindən 91 il əvvəl həmin adla Beytül-müqəddəsdə və ya Uraşlimdə nazil olmuşdur. Bu iki ad tarixdə bir-biri ilə əlaqəlidir. Çünki bu məscid Şərq hissədə müqəddəs şəhərdə (Uraşlimdə) yerləşir, 710-cu ildə isə tikilmişdir.

Müsəlmanlar Mədinəyə hicrət etdikdən sonra əvvəlinci hicri ilinə qədər Beytül-müqəddəsə tərəf namaz qılırdılar. Peyğəmbərin (s) Mədinəyə hicrətindən çox keçməmişdi ki, yəhudilərin etiraz sədaları, dedi-qoduları baş qaldırır. Hicrətin 17-ci ayında müsəlmanların qibləsini Kəbə olacağı haqqında vəhy nazil oldu.

Həmçinin diqqət etmək lazımdır ki, Quranda məscid kilsə və məbəd mənasında da işlənmişdir. Buna əsasən, bütün dünya müsəlmanları üçün bu məsələ xüsusi əhəmiyyət daşıyır. Əqsa məscidi fələstinlilərin mərkəzi idarəsi olan “Ramullah”dan təxminən 14 km. aralıqda yerləşir. Yəhudi sakinlərindən bəziləri Beytül-müqəddəsə (Uraşlimə) etiqad bəsləyirlər. Digərləri isə məbədə (heykələ) sitayiş edirlər. Həmin məbəd Allahın əmri ilə Süleyman (ə) peyğəmbərin tikdiyi məsciddir və onun barəsində ətraflı məlumat əldə etmək üçün “Kitabul müqəddəs”in “Qədim əsr” hissəsinə müraciət etmək olar.

Yəhudilərin sitayiş etdikləri məbəd Beytül-Müqəddəsin altında qərar tutur və onlar Əqsa məscidini dağıdıb yerinə həmin məbədi qoymağa çalışırdılar. O cümlədən Maykl Denis Ruhn 21 avqust 1969-cu ildə məscidin cənub-şərq hissəsini yandırmışdı və məscidin tavanının 200 m2-i uçulmuşdur. Məscidin günbəzi isə 5 yerdən yanmışdır və bunun nəticəsində məscidin qədim əsərlərindən biri və xüsusi şöhrət qazanmış bir minbər tamamilə aradan getmişdir. Amma yeni axtarışlara uyğun olaraq böyük ehtimalla heykəlin hal-hazırda mövcud yeri məscidin binası ilə müvafiq deyil və fəzanın cənub-şərqində qərar tutmuşdur.

Əqsa məscidinin mövqeyi

Camaat güman edir ki, Əqsa məscidi həmin qayadır (Yəni qızıl günbəzli müqəddəs qaya). Həmçinin müsəlmanların çoxu güman edirlər ki, Qurani-kərimdə adı çəkilən Əqsa məscidi hal-hazırda Beytül-Müqəddəsdə yerləşir. Çünki tarixin səhifələrində qeyd olunmuşdur ki, hazırkı Əqsa məscidinin Beytül-Müqəddəsdəki yeri Quranın nazil olmasından daha öncə mövcuddur. Hazırkı Əqsa məscidinin bünövrəsi ikinci xəlifə Ömər Xəttabın dövründə olub və sonradan Mərvan ibn Həkəm onu təkmilləşdirmişdir.

Əhli-şiənin kitablarından ələ gələn rəvayətlərə əsasən, Quranda qeyd olunan Əqsa məscidi nə Beytül-Müqəddəs deyil, nə də ki yer üzərində yerləşir. Əksinə, onun əlaməti göy üzündədir (adi insanların dərkindən uzaqdır). Əlbəttə, şiə mənbələrində digər çoxlu rəvayətlərdə mövcuddur və Əqsa məscidini həmin Beytül-Müqəddəs bilmişlər. Çünki Peyğəmbərin (s) meracını Beytül-müqəddəsə nisbət vermişlər. Təbərsi “Məcməul-bəyan”da “İsra” surəsinin əvvəlinci ayəsini belə şərh edir: “Peyğəmbərin (s) israsının (gecə vaxtı seyr) başlanğıcı Məscidül-Həram və sonu isə Məscidül-Əqsadır, yəni Beytül-Müqəddəsdir”.

Əllamə Təbatəbai də “Təfsiri-mizan” da yazır: “İsra və peyğəmbərin meracı Məscidül-Həramdan Məscidül-əqsaya tərəf olmuşdur və o həmin Beytul-Müqəddəsdir (Beytül-müqəddəsdə yerləşir). Həmçinin, Süleyman peyğəmbərin (ə) abidəsidir ki, Allah onu Bəni-İsrail üçün müqəddəs qərargah təyin etmişdir”.

 Rəvayət olunur ki, Məscidül-əqsa dedikdə məqsəd elə həmin Beytül-Müqəddəsdir.

Əqsa məscidinin müqəddəsliyi

Adətən deyilir, Əqsa məscidi müsəlmanlar üçün İslamda müqəddəs hesab olunan məkanlardandır. Bəzi əhli-sünnə rəvayətlərini buna misal kimi vurğulamaq olar. Onlar deyirlər ki, bu məscid Məkkə və Mədinədəki şərif hərəmlər, Məscidül-Həram və Məscidün-Nəbidən (Peyğəmbər məscidi) sonra üçüncü əzəmətli məsciddir. Həmçinin nəql olunur ki, Əqsa məscidini Adəm (ə) tikmiş və inşasından qırx il sonra onun binasının altında Allahın göstərişi ilə “Beytullah” hərəminin bünövrəsini qoymuşdur.

Amma əhli-şiənin bəzi hədislərində Əqsa məscidi Kufə məscidindən sonra fəzilətli hesab olunur. Beləki “Vəsaiul-şiə” (Müstədrək) kitabının “Kufə məscidi və orada namaz qılmağın Məscidül-Əqsanı ziyarət etməyə olan nisbəti” adlı bölməsində bu mətləbin incəliyini görmək olar. İmam Cəfər Sadiqdən (ə) bir şəxs məscidlərin fəziləti barədə soruşduqda həzrət belə cavab verir: “Məscidül-həram və Məscidür-Rasul”. Həmin şəxs yenə sual etdi: “Canım sizə fəda olsun, bəs Məscidül-Əqsa?” Həzrət (ə) yenidən buyurur: «O səmadadır və Allahın Rəsulu (s) ona tərəf seyr etmişdir. Kufə məscidi ondan daha fəzilətlidir».

Əlbəttə, məscidin fəziləti barədə digər əhli-şiə rəvayətləri də mövcuddur. Hətta bəziləri bu məscidi Peyğəmbər məscidindən üstün bilmişlər. İslam Peyğəmbəri (s) buyurur: “Mənim məscidimdə (Məscidün-nəbi) bir namaz qılmaq başqa məscidlərdə min namaz qılmaqdan daha yaxşıdır. Amma Məscidül-həram və Məscidül-əqsadan başqa”.

İmam Muhəmməd Baqirdən (ə) bir hədis var ki, onu Əbu Həmzəyə xitab edərkən buyurmuşdur: Üstün dəyər və fəzilətə sahib olan məscidlər deyildikdə dörd məscid nəzərdə tutulur: Məscidül-həram, Məscidün-nəbi, Beytül-müqəddəs və Kufə məscidi. Ey Əbu Həmzə, vacib namazları o məscidlərdə qılmaq həccə  və nafilə namazlarını qılmaq isə ümrəyə bərabərdir”.

Əli İbn Əbutalib (ə) də bu dörd məscidi dünyanın behişt saraylarıkimi tanıtdırmışdır.

Tarixi sənədlərə əsasən Beytül-müqəddəs müsəlmanların ilk qibləsi olub, yəni həmin yerdir ki,Rəsullahın (ə) risalətinin ilkin mərhələsində üzü bu məscidə tərəf namaz qılınırdı.

Əqsa məscidinin sahəsi

Əqsa məscidi qədim şəhərlərdən olan Qüdsün cənub-şərqində, düzbucaqlı formasında divarla əhatələnmiş ərazidə yerləşir. Bu mscidin ərazisi təxminən 910 m2-dir. Ərazidə Qubbətul-Səxra, Əqsa məscidi, Qibli məscidi və 200-dək digər tarixi abidə vardır. Əqsa məscidi Muriya təpəsində, Qubbətul-Səxra məscidi isə ərazinin həm mərkəzində, həm də ən hündür yerində yerləşir.

Əqsa məscidinin sahə ölçüləri cənubdan 281, şimaldan 318, şərqdən 462, qərbdən isə 491 metr olub, bu qədim ərazinin altıdabirini  təşkil edir. Həmçinin məscidin ərazisinə  şərqdəki “Rəhmət”, cənubdakı “Münfərid”, “Müzdəvic” və “Süləsi” qapıları daxildir. Bunlar “Məğaribə” (Peyğəmbər  qapısı), “Silsilə” (Davud  qapısı), “Mütəvəzza” ( və ya: “Məthəra”), “Qəttanin”, “Hədid”, “Nazir” və “Qəvanimə” (və ya: “əl-Xəlil”) qapılarıdır. Bu qapılar məscidin qərbində yerləşir. “İtəm”  (Şərəfülənbiya), “Hitta”  və “Əsba” qapıları  isə məscidin şimal tərəfindədir. Məscidin dörd minarəsi vardır. Birinci minarə məsciddən cənub-qərbdə yerləşir və “Məğaribə qapısı” adlanır. İkincisi “Silsilə” qapısının yaxınlığında, məscidin qərb istiqamətində yerləşən “Silsilə qapısı” minarəsidir. “Qəvanimə qapısı” adlandırılan üçüncü minarə məscidin şimal-qərb istiqamətində yerləşir. Dördüncü minarə isə məsciddən  şimalda yerləşən “Əsbat qapısı” minarəsidir.

“Əqsa” adının məscidə verilməsi

 Məscidin bu adla adlandırılmasının səbəbi vardır. Beləki ərəb dilində “əqsa” sözünün mənası  “uzaq” (çox uzaq) deməkdir. Məscidin bu cür adlandırılmasının səbəbi onun Məkkədəki Məscidul-həram və Mədinədəki Məscidun-Nəbi məscidlərindən uzaqda yerləşməsidir. Hədislərdə məscidin adı “Beytülməqdis” kimi keçmişdir. Tarixi mənbələr göstərir ki, Qüds ərazisi vaxtı ilə “İliya” adı ilə də tanınırmış.

Dini mənbələrə görə, eramızdan  2000 il əvvəl İbrahim peyğəmbər (ə) Əqsa məscidini  təmir etmişdir. Ondan sonra bu işi oğulları İshaq (ə) və Yaqub (ə) davam etdirmişlər. Eramızdan  təxminən 1000 il əvvəl Süleyman peyğəmbər (ə) məscidi restavrasiya etmişdir.

Müsəlmanlar Qüdsü fəth etdikdən sonra Xəlifə Ömər  (r.a) Əqsa məscidinin bir hissəsi olaraq Qibli məscidini  inşa etdirmişdir. Əməvilərin hakimiyyəti illərində isə Qubbətul-Səxra məscidi inşa edilmiş, Qibli məscidi isə yenidən təmir olunmuşdur. Əqsa məscidinin bugünkü formaya düşməsi üçün aparılan işlər  30 il (685-715) çəkmişdir.

Əqsa məscidi ərazisində yerləşən mühüm tikililər

Əqsa məscidinin yerləşdiyi ərazidə sayı 200-ə çatan tarixi abidə: məscidlər, qübbələr, portiklər, mehrablar, minbərlər, minarələr, quyular və s. vardır. Bu tikililərin ən mühümləri bunlardır:

Qubbətul-Səxra məscidi – qübbəsi qızıl təbəqədən ibarət tikilidir. Azacıq qərbə olmaqla Əqsa məscidinə nəzərən ərazinin  mərkəzində yerləşib. Bu qübbə bütün məscidi əhatə edir və müsəlman memarlığının ən qədim möhtəşəm nümunəsi hesab olunur. “Səxra” sözü məscidin içərisində yerləşən və üzərindən Peyğəmbərin (s) göyə ucaldığı (merac etdiyi) qaya parçası (ərəbcə – əs-səxra) mənasındadır. Bu qaya məscidin döşəməsində ən hündür yerdir. Qaya çoxlarının da zənn etdiyi kimi, asılı vəziyyətdə deyildir.  Onun aşağısında kiçik mağara yerləşir. Bu məscid bu gün də qadınların namaz qıldıqları yerdir.

Qibli məscidi Əqsa məscidindən qiblə istiqamətində yerləşir. Bu səbəbdən Qibli (ərəb dilində “əl-qibli” sözü  “qibləyə aid” deməkdir) adlandırılıb. Qübbəsi qurğuşun rəngli tikilidir. Bura Əqsa məscidinin kişilərin namaz qıldığı əsas hissəsi olub, imamın namaz qıldığı yerdir. Bu məscid hicri 15-ci ildə (637) – İslam orduları Qüdsü fəth etdiyi vaxt Raşidi xəlifəsi Ömər ibn Xəttabın (r.a) namaz qıldığı yerdə tikilib. Məscidin inşasına əməvi xəlifəsi Əbdülməlik ibn Mərvanın zamanında başlanmış, oğlu Vəlid ibn Əbdülməlikin dövründə başa çatmışdır.

Mərvani namazgahı Cənub-şərq istiqamətində olmaqla Əqsa məscidinin zirzəmisində yerləşir.

Əqsayi-Qədim – Qədim Əqsa Qibli məscidinin altında yerləşir. Əməvilər tərəfindən inşa edilmiş bu tikilidən xəlifələr cənub tərəfdən Əqsa məscidindən kənarda yerləşən əməvi saraylarından  məscidə daxil olurdular.

Buraq məscidi Buraq divarının yanında yerləşir.

Bununla yanaşı, Əqsa məscidinin  yanından çoxlu tarixi yollar keçir, Əşrəfiyyə mədrəsəsi, ətrafında isə  başqa mədrəsələr yerləşir. Ərazidə tarixi quyular da vardır.

  Məscidul-Əqsanın yanması

21 avqust 1969-cu ildə yəhudilərin hakimiyyətinin gücləndiyi zamanda “Michael Dennis Rohan” adlı bir divanə yəhudi Məscidul-Əqsanı yandırdı. Yəhudilər bu şəxsi avstraliyalı bir məsihi kimi qələmə verdilər. Yanğın demək olar ki, məscidin 4400 kv/m-dən 1500 kv/m-ni bürüdü. Yanğın nəticəsində məscidin əsasən bu hissələri məhv oldu: “Səlahəddin Əyyub minbəri”, “Ömər məscidi”, “Zəkəriyyə mehrabı”, “Məqamul-ərbəin”, cənub hissəsindən üç rivaq, şimal tərəfdən sütunlar, eyvanlar, tavan bəzəkləri və məscidin mərkəz hissəsi tamamilə dağıldı. Həmçinin üzərində günbəzi saxlayan iki əsas sütun, cənub tərəfdəki mehrab və divarlar, mərmər örtüklər, kipsdən tikilmiş 48 pəncərə, mazayka şüşə işləmələri və üzərində “İsra” surəsinin yazıldığı xalça və digər bəzəklər də yanıb məhv oldu. Bundan başqa şərqdən mehrab tərəfdə digər bəzəkli xətlərlə yazılmış Quran ayələrinin nümunələri də yandı.

Təəssüflər olsun ki, məscidlə bağlı hal-hazırda dəqiq məlumat yoxdur. Bilmirik “Qubbətus-suxra” əvvəlkidir, yaxud Məscidul-Əqsa şəkildəkidir. Çünki tarixi hadisələrə görə yəhudilər dəfələrlə bu məkanla bağlı dəyişikliklər ediblər. Həmçinin Quranda və tarixdə onların törətdiyi bir çox cinayətlər də buna dəlildir.

Məscidul-Əqsa və Bəni-İsrail fəsadı tarixi mənbələrdə

“Biz kitabda İsrail oğullarına: “Siz yer üzündə iki dəfə fəsad törədəcəksiniz və olduqca təkəbbür göstərəcəksiniz” – deyə xəbər verdik”.[4]

Ayədə sözügedən məkan Məscidul-Əqsanın yerləşdiyi müqəddəs Fələstin torpağıdır. Daha sonra isə Bəni-İsrailin iki böyük tarixi fəsadına işarə olunur və onların fəsadla nəticələnən iki ictimai azğınlığından söz açılır və hər birinin ardınca, Allah güclü, döyüşkən bir dəstəni onlara müsəllət etmişdir ki, bu əməllərinə görə onları sərt cəzalandırsın.

Baxmayaraq ki, Bəni-İsrailin macəralarla dolu tarixində çoxlu eniş-yoxuşlar var və bir çox məğlubiyyətlərə rast gəlinir. Lakin Quranda bu hadisələrdən hansına işarə edilməsi barəsində təfsirçilər müxtəlif fərziyyələr irəli sürürlər. Buna misal olaraq onlardan bir neçəsini qeyd edək:

Bəni-İsrail tarixindəki məlumatlara əsasən, onların üzərinə hücum edən və Beytül-Müqəddəsi dağıdan ilk şəxs, Babil padşahı Buxtun-Nəsr olmuşdur. Beytül-Müqəddəs 70 il həmin vəziyyətdə qalmış, sonda yəhudilər qiyam etmiş və onu yenidən inşa etmişlər.

Onlara hücum edən ikinci şəxs Rum imperatoru İspiyanus olmuşdur. O, bu işi öz vəziri Tərtuza tapşırmış, o da Beytül-Müqəddəsi viran qoymuş, Bəni-İsrailin müəyyən bir qismini qətlə yetirərək onları zəiflətmişdir. Bu hadisə təxminən miladdan 100 il əvvəl baş vermişdir.

Quranda işarə olunan iki hadisə də Bəni-İsrail tarixində də öz əksini tapan həmin bu hadisələrdir. Çünki başqa hadisələr Bəni-İsrail tarixində elə də şiddətli olmamışdır ki, onların hakimiyyətini tamamilə sarsıtmış olsun. Ancaq Buxtun-Nəsrin hücumu onların qüdrət və əzəmətini tamamilə aradan aparmışdı.

Bu, Kirin zamanına qədər davam etmiş və Bəni-İsrail yalnız ondan sonra yenidən qüdrət əldə etmişdir. Bu vəziyyət Rum imperatorunun onların üzərinə hücum edərək hakimiyyətini sarsıtdığı və imperialist güclərin onlar üçün hökumət yaratdığı müddətə kimi davam etdi.

Təbərisi öz təfsirində Peyğəmbərdən (s) belə nəql edir: “Birinci fəsad dedikdə məqsəd Həzrəti Zəkəriyya (ə) və bəzi digər peyğəmbərlərin qətli və birinci vədə, Allahın Bəni-İsraildən Buxtun-Nəsrin əli ilə aldığı intiqam vədəsidir. İkinci isə fars sultanlarından birinin vasitəsilə azad olduqdan sonra, etdikləri qiyam və törətdikləri fəsaddır. İkinci vədə isə Rum imperatoru İntiyaxosun hücumudur”.

Bu təfsir birinci təfsirlə müəyyən dərəcədə uyğun gəlir, ancaq həm bu hədisi nəql edən şəxs mötəbər deyil, həm də Zəkəriyyanın (ə), eləcə də Yəhyanın (ə) tarixi Buxtun-Nəsr və İspiyanus və ya İntiyaxosun tarixi üst-üstə düşmür. Bəzilərinin dediklərinə əsasən, Buxtun-Nəsr Ərmiya və ya Daniyal peyğəmbərin müasiri olmuşdur və onun hücumu Yəhyadan (ə) altı yüz əvvəl baş vermişdir. Bu səbəbdən necə ola bilər ki, Buxtun-Nəsr Yəhyanın (ə) intiqamını almaq üçün hücum etmiş olsun?

Digər təfsirçilər isə qeyd edirlər ki, Beytül-Müqəddəs bir dəfə Davud (ə) və Süleymanın (ə) vaxtında tikildi. Buxtun-Nəsr onu dağıtdı. Bu, Quranın işarə etdiyi həmin birinci vədədir. İkinci dəfə Həxamənilər dövründə inşa edildi və onu Rumlu Təytus viran qoydu (diqqət etsəniz, Təytus və ya yuxarıda işarə olunan Tərtuz bir-birinə uyğun gəlir). Bundan sonra ikinci xəlifənin zamanında həmin torpaqlar müsəlmanlar tərəfindən fəth edilənə kimi həmin vəziyyətdə qaldı.

Yuxarıdakı və az-çox onlara uyğun gələn başqa təfsirlərlə yanaşı, digər bir təfsir də mövcuddur ki, bu ehtimalı da Seyyid Qütb “Fi Zilal” təfsirində irəli sürmüşdür:

“Bu iki tarixi hadisə keçmişdə və Quranın nazil olduğu dövrə kimi baş verməmiş, əksinə gələcəklə əlaqədardır. Beləki onlardan biri İslamın əvvəlində olmuş, bu da Peyğəmbərin (s) göstərişi ilə müsəlmanların onlara qarşı savaşı ilə nəticələnmiş, nəticədə, onlar bütünlüklə Ərəbistan yarımadasından qovulmuşlar. Digəri isə Hitlerin başçılığı ilə alman faşistlərinin yəhudiləri qırması ilə əlaqədardır”.

İrəli sürülən sonuncu ehtimal isə budur ki, bu iki hadisə İkinci Dünya müharibəsi, “Sionizm” adlı təşkilatın və müsəlman ölkələrinin mərkəzində “İsrail” adlı dövlətin yaradılmasından sonrakı hadisələrə aiddir.

Bəni-İsrailin birinci fəsadı və onların özlərini hamıdan üstün tutmaları məhz budur. Birinci intiqam da belədir ki, müsəlman ölkələri onların bu məkrli planından xəbər tutub, əl-ələ verərək Beytül-Müqəddəsi və Fələstinin bəzi şəhər, eləcə də qəsəbələrini yəhudilərin əlindən xilas edə bildilər. Bununla da yəhudilərin Məscidül-Əqsaya nüfuz etməsinin qarşısı alındı.

İkinci fəsad dedikdə məqsəd isə imperialist güclərin köməyi ilə Bəni-İsrailin hücumu, müsəlman ölkələrini işğal etməsi və Beytül-Müqəddəsi, həmçinin Məscidül-Əqsanı ələ keçirməsidir.

Bu minvalla, müsəlmanlar gərək Bəni-İsrail üzərində ikinci qələbənin, yəni Məscidül-Əqsanın və bu İslam torpağının tamamilə onların cəngindən xilas edilməsinin intizarında olsunlar. Çünki bu, bütün dünya müsəlmanlarının intizarında olduqları, eyni zamanda müsəlmanlara zəfər, eləcə də ilahi yardım vədəsidir.    

Təfsiri Şeyx Qummi c.2, s.244

Mustədrakul-vəsail c.3, s.409

Əl-mizan c.13, s.6

Mən la yəhzurul fəqih c.1, s.229

Əmali Tusi s.369

[1] Bəqərə-144

[2] İsra-1

[3] İsra-7

[4] İsra-4

Müəlliflik Hüququ Əbədi Nur Saytına Məxsusdur

0 0 səslər
Məqalənin reytinqi
Abunə ol
Notify of
guest
0 Şərhlər
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Inline Feedbacks
View all comments