Quran sözünün mənaları
Qurani-Kərim üçün çoxlu adlar çəkilmişdir ki, müsəlmanlar arasında yalnız bəziləri məşhurdur. Əlbəttə, Quranın adları kimi qeyd olunan bəzi sözlər, əslində Quranda onun sifətləri kimi gəlmişdir. Məhz bu səbəbdəndir ki, Quran elmləri sahəsində olan alimlər arasında Quranın adlarının müəyyənləşdirilməsi və say baxımından fikir ayrılıqları mövcuddur.
Quranın Adları
Qurani-Məcidd – müsəlmanların səmavi kitabı – çoxsaylı ad və sifətlərə malikdir. Bu ad və sifətlərin bəziləri Quran elmləri sahəsindəki alimlər tərəfindən araşdırılmış və açıqlanmışdır. Bu qədər çox ad və sifətin çəkilməsi bəzən bu kitabın sifətlərinin onun adları ilə qarışdırılmasına səbəb olmuşdur. Lakin hər bir sifət eyni zamanda bir ad kimi də işlədilə bildiyi üçün, bəzi hallarda bu sifətlərin ad kimi qeyd olunması əsaslandırıla bilər. Böyük təfsirçilərdən biri olan Əbülfətih Razi bu sifət və adların hamısını Quranın adları sırasında qeyd etmişdir.[1] O, Quran üçün 43 ad göstərmişdir ki, bunların bəziləri daha çox sifət xarakteri daşıyır.
Təfsirçilərin Baxışı
Təbərsi; Mərhum Təbərsi “Məcməʿul-bəyan” əsərində yalnız 4 adla kifayətlənmişdir. O, yalnız Quran, Furqan, Kitab və Zikr sözlərini Quranın adları kimi qeyd etmişdir.
Zərkəşi; Lakin Bədrəddin Zərkəşi bildirir ki, “Həralı” bu mövzu ilə bağlı bir kitab yazmış və Quran üçün 90-dan çox ad və ya sifət qeyd etmişdir.
Təmhid müəllifi; “Təmhid” kitabının müəllifi Qazi Əzizi-dən 55 Quran adı nəql edir ki, bunların 43-ü mərhum Əbülfütuh Razinin göstərdiyi adlarla ortaqdır.[4] Bu 55 ad (və ya sifət) birbaşa Qurandan götürülmüşdür.
Quranda işlənən adlar
Aşağıda Quranda işlənmiş bu adlara və onların qeyd olunduğu ayələrə işarə olunur:
- Quran (Taha, 2; Nisa, 82…)
- Furqan (Ənfal, 29; Ali-İmran, 3 və 4; Furqan, 1…)
- Kitab (Fatir, 29; Nisa, 105)
- Zikr (Ali-İmran, 58; Hicr, 9)
- Tənzil (Şuəra, 192; İnsan, 23)
- Hədis (Zumər, 23; Kəhf, 6)
- Möizə (Yunis, 57)
- Zikrə (Haqqə, 48)
- Zikra (Hud, 120)
- Bəyan (Ali-İmran, 138)
- Hüda (Bəqərə, 2)
- Şəfa (Fussilət, 44)
- Hökm (Rəd, 37)
- Hikmət (Əhzab, 34)
- Həkim (Ali-İmran, 58)
- Mühəymən (Maidə, 48)
- Hadi (Cin, 1 və 2) – “Hadi” sözü deyil, amma ayədəki “yəhdi” (hidayət edir) sözündən çıxarılıb
- Nur (Əraf, 157)
- Rəhmət (Nəml, 77)
- İsmət (Ali-İmran, 103) – “İsmət” sözü ayədə yoxdur, amma “və əʿtəsimū” (sığınmaq) sözündən götürülüb
- Nə’mət (Zuha, 11)
- Həqq (Haqqə, 51)
- Təbyin (Nəhl, 89)
- Bəsair (Qəsəs, 43)
- Mübarək (Ənbiya, 50)
- Məcid (Qaf, 1)
- Əziz (Fussilət, 41)
- Əzim (Hicr, 87)
- Kərim (Vaqiə, 77)
- Sirac (Əhzab, 46) – Əgər “siracun münir” (nurlu çıraq) Qurana işarədirsə
- Münir (Əhzab, 46)
- Bəşir (Fussilət, 3-4)
- Nəzir (Fussilət, 4)
- Sırat (Fatihə, 6)
- Həbl (Ali-İmran, 106)
- Ruh (Şura, 52)
- Qısəs (Yusif, 3)
- Fəsl (Tariq, 13)
- Nücum (Vaqiə, 75) – Əgər bu söz Quranın tədricən nazil olmasına işarədirsə
- Əcəb (Cin, 1)
- Qəyyim (Kəhf, 1-2)
- Mübin (Yusif, 1)
- Əliyy (Zuxruf, 4)
- Kəlam (Tövbə, 6)
- Qövl (Qəsəs, 51)
- Bəlağ (İbrahim, 52)
- Mutəşabih (Zumər, 23)
- Ərəbi (Zumər, 28)
- Büşra (Nəml, 2)
- Ədl (Ənam, 115)
- Əmr (Talaq, 5)
- İman (Ali-İmran, 193)
- Nəbə (Nəbə, 1-2)
- Vəhy (Ənbiya, 45)
- Elm (Rəd, 37)
Qeyd;
Əlbəttə, bu adların bəziləri mübahisəlidir. Yəni bu sözlərin Quran üçün işlənməsi bəzi təfsirlərə əsasən doğru ola bilər, lakin bəzi qəti təfsirlərə əsasən bu sözlər Quran anlamına gəlmir. Məsələn, əgər “sıratəl-müstəqim” (doğru yol) Qurana işarə kimi qəbul olunarsa, bu zaman onu Quranın adı kimi qəbul etmək olar. Bu adların hamısı birbaşa Quranın özündən götürülüb.
Quran üçün “Mushəf” ifadəsi
Bəzi rəvayətlərdə Qurana “Mushəf” deyə istinad olunub (baxmayaraq ki, Quranda digər səmavi kitablara “suhuf” deyilir, lakin “mushəf” sözü Quranda çəkilməyib).
Feys Kaşaninin rəvayəti
Mərhum Molla Məhəmməd Möhsin Feys Kaşani “Kafi” kitabından bir rəvayət nəql edir ki, imam Sadiq (ə) bir suala cavab olaraq buyurur: “Əgər Quran oxuyursansa, mushafa baxaraq oxu; çünki mushafa baxmaq ibadətdir.”
Razi, Əbülfütuh, Təfsiri Ruhul-cinan, cild 1, səh. 5, İslamiyyə nəşri
Təbərsi, Təfsiri Məcməul-bəyan, “Fən Rabi”
Məhəmmədhadi Mərifət, Ulumul-Quran, s. 106
Əla surəsi, ayə 19
Feys Kaşani, Təfsiri Safi, cild 1, səh. 70, İslamiyyə nəşri
“Quran” sözü ərəb dilində “qıraat” sözündən törəmişdir və əsasən “oxumaq”, “tilavət etmək” mənalarını verir. Sözün kökü “qərəə” (قرأ) felidir ki, bu da “oxumaq” anlamını daşıyır. Quran İslamın müqəddəs kitabıdır və Allahın peyğəmbər Məhəmməd (s)-ə nazil etdiyi vəhyin toplusudur.
Quran sözü bir neçə mənada işlənir:
Müqəddəs kitab: İslam dinində Quran Allahın kəlamı, yəni ilahi kitab olaraq qəbul edilir.
Oxunan mətn: “Quran” sözü “oxunan” və ya “tilavət olunan” mətn mənasında da işlədilir.
Hidayət mənbəyi: Quran, müsəlmanlar üçün həyat yolu göstərən, hidayət və hikmət qaynağıdır.
Toplanmış vəhy: Quran, müxtəlif dövrlərdə nazil olmuş vəhyin bir kitabda toplanmış halıdır.
Quranın bu mənaları onun əsas mahiyyətini və müsəlmanlar üçün əhəmiyyətini ifadə edir.
Quran sözünün lüğəvi mənası:
Lüğət və Quran alimləri tərəfindən “Quran” sözünün hansı kök və məsdərdən alınması və beləliklə onun hansı mənaya malik olması barədə müxtəlif fikirlər mövcuddur. Bu fikirlər aşağıda qeyd olunmuş nəzərlərdən ibarətdir:
1- “Tilavət” – Quran “qaraə” [قرأ] kökündən olub, lüğət baxımından “tilavət” (oxumaq) mənasını daşıyır. Bu fikir Qurani-Kərimin çox oxunulması məqsədi ilə irəli sürülmüşdür. Necə ki, Allah-Təala Quranın ilk ayəsini “oxu” əmri ilə nazil etmişdir. Bu məna üçün Qiyamət surəsinin 16-18 ci ayələrini də dəlil kimi göstərmək olar;
لَا تُحَرِّكْ بِهِ لِسَانَكَ لِتَعْجَلَ بِهِ – إِنَّ عَلَيْنَا جَمْعَهُ وَقُرْآنَهُ
فَإِذَا قَرَأْنَاهُ فَاتَّبِعْ قُرْآنَهُ – Yəni, bu Quranı sənin sinəndə toplamaq və ya səhifələrdə surələr əsasında ayələri yerləşdirmək bizim öhdəmizdədir.
2- “Cəm” – Quran sözü “cəm” və “toplamaq” mənasına aiddir. Çünki, xüsusi bir üslub (surələr və ayələr) əsasında toplanmışdır. Beləki, bu müqəddəs kitab öncə nazil olmuş bütün səmavi kitablardakı həqiqətləri özündə ehtiva etmiş və həmin kitablarda mövcud olan bütün maarif Quranda toplanmışdır.
3- “Camed” isimdir – “Quran” sözü ismi ələm, camid və qeyri-muştəq isimdir. Bu kəlmə ərəb dilində əvvəllər olmayıb, təkcə Allah-təalanın hz. Peyğəmbərə (s) nazil etdiyi kitaba məxsus olan bir addır. Necə ki, hz. Musaya nazil olan kitab Tövrat və hz. İsaya (ə) nazil olan kitabın adı İncil adlanır (Bu söz Şafeidən nəql olunur). Onun dəlilinə əsasən əgər Quran sözü “oxumaq” felindən götürülsəydi, bu zaman gərək bütün oxunulan kitablara “Quran” deyilərdi.
Zərdüştilərin kitabı “Avesta”, yəhudilərin kitabı “Tövrat”, xristyanların kitabı “İncil” adlandığı kimi müsəlmanların müqəddəs kitabı da “Quran” adlandırılmış, həmin ad hansısa sözdən və ya məsdərdən alınmamışdır.
4 – “Muştəq və qeyri-məhmuz” Quran müştəq (düzəltmə) və qeyri-məhmuz (həmzəsiz) isimdir. Bu sözü deyən alimlər də bir neçə fikir irəli sürüblər:
a) Quran sözü قرن الشيء بالشيء sözündən götürülüb və mənası bir şeyi digər bir şeyə artırmaqdır. Surə, ayə və hərflər bir-birinə bağlandığı üçün bu adla adlanıb (Əşərinin bir qrup aliminin nəzərinə görə).
b) Fərra deyir: Quran sözü “ قَرِینَة” felindən götürülüb. “قَرَائن” felin cəmidir. “Nişanə və əlamət” mənasındadır. Çünki onun ayələrinin bəzisi bəzisini təsdiq edir və bəzisi bəzisinə oxşayır.
5- “Müştəq və məhmuz” isimdir. Bunu deyən alimlər də iki nəzərə malik olublar:
a) Quran sözü [قرْء] sözündən götürülüb. “Cəm etmək, toplamaq” mənalarında işlənir. Ərəblər “hovuza su yığdım” cümləsini belə ifadə edirlər: قَرَأتُ المَاءَ فِی الحَوضِ Bu kitab özündən əvvəl nazil olmuş kitabların səmərəsini özündə cəm etdiyi üçün bu cür adlanıb (ibni Əsirin, Zucacın və başqa alimlərin nəzərinə görə).
b) Quran sözü [قرأَ] felindən götürülüb məsdərdir. Məsdər olmasına baxmayaraq “oxunan” mənasındadır .Alimlərin əksəriyyəti bu nəzərlərdən sonuncusunu daha doğru və düzgün hesab etmişlər.
Əllamə Təbatəbai: Ayələrdən də aydın olur ki, cəm mənasından əlavə axırıncı məna daha üstündür. Çünki, bu məna onun davamlı və təkrar oxunmasına aiddir və əgər bu cür olmasaydı, onun təkrarlanma əmri ləğv olunar və Quranın fəsahəti ilə ziddiyyət daşıyardı.
Beşinci mənanın üstünlüyü barəsində digər nəzəriyyə
Vəhyin başlanğıcında peyğəmbərə (s) “اقْرَأْ” əmrinin verilməsidir və bu təkidlə “oxu” mənasındadır. Həmçinin
“وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا” Muzəmmil-4 də nazil olan “Quranı aram-aram oxu” mənası da bu qəbildəndir.
“وَإِنَّهُ فِي أُمِّ الْكِتَابِ لَدَيْنَا لَعَلِيٌّ حَكِيمٌ” – Zuxruf-4 də “Ummul-kitab” adlandırılması həmin “lövhi-məhfuz”-a nazil olması ilə bağlıdır və o səmada elə bir yerdir ki, insan əqlinin dərkinə sığmır.
Qurani-kərimdə “Quran” sözü hansı mənalarda işlənmişdir?
Qurani-kərimdə “Quran” sözü bir neçə mənada işlənmişdir. Bu mənalar aşağıdakılardır:
a) “Namaz” mənasında; أَقِمِ الصَّلَاةَ لِدُلُوكِ الشَّمْسِ إِلَى غَسَقِ اللَّيْلِ وَقُرْآنَ الْفَجْرِ إِنَّ قُرْآنَ الْفَجْرِ كَانَ مَشْهُودًا
“Namazı günəşin batmağa doğru meyl etməsinin əvvəlindən gecənin tam qaranlığına qədər qıl və həmçinin sübh namazını. Həqiqətən sübh namazı (gecə və gündüz mələkləri tərəfindən yazılmaq üçün) müşahidə olunur.” İsra-78
b) “Oxumaq” mənasında; فَإِذَا قَرَأْنَاهُ فَاتَّبِعْ قُرْآنَهُ Biz onu (Cəbrailin dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə. Əl-Qiyamə-18
c) “Xüsusi isim” mənasında; وَأُوحِيَ إِلَيَّ هَذَا الْقُرْآنُ لِأُنْذِرَكُمْ بِهِ Bu Quran mənə sizi və ona (gələcəkdə) yetişəcək kimsələri (qiyamətə qədər) xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu. Ənam-19
Qurani-kərimin istilahi mənası
Qurani-kərimin istilahi mənası haqqında müxtəlif təriflər mövcuddur. Onlardan biri aşağıda qeyd olunan tərifdir:
“Quran, hz. Peyğəmbərə (s) vəhy yolu ilə endirilən, müshəflərdə yazılan, təvatür şəklində nəql edilən və oxunması ibadət olan möcüzəvi bir kəlamdır.”
Quran ona görə Quran, yəni “oxunan” adlanıb ki, həmin ad bizim zehnimizdə bu fikri yaratsın: Quran, Lövhi-məhfuzda uca məqama malik mütləq bir həqiqətdir. Lövhiməhfuzda söz və ifadə anlayışı yoxdur. Quran bəşəri hidayət etməkdən ötrü bəşərin dərk edə biləcəyi bir qəlibə salınmış, “oxunan” olmuşdur.
Quran sözünün mənaları, Quran sözünün lüğəvi mənası: 1- Tilavət, 2- cəm, 3- camed isim (xüsusi isim), 4- muştəq (düzəltmə) və qeyri-məhmuz (həmzəsiz), 5- muştəq və məhmuz (düzətmə və həmzəli).
Qurani-Kərimdə Quran sözünün mənaları: 1- Namaz mənasında, 2- oxumaq mənasında, 3- xüsusi isim,
Qurani-Kərimin istilahi mənası: “Quran, hz. Peyğəmbərə (s) vəhy yolu ilə endirilən, müshəflərdə yazılan, təvatür şəklində nəql edilən və oxunması ibadət olan möcüzəvi bir kəlamdır.”
Quranda İşlənən 55 Ad və Onların Mənaları
№
|
Ad (Ərəbcə)
|
Tərcümə / Mənası
|
1
|
Qur’an
|
Oxunan, tilavət olunan
|
2
|
Furqan
|
Haqqla batili ayıran
|
3
|
Kitab
|
Kitab, yazılmış mətn
|
4
|
Zikr
|
Xatırlatma, yad etmə
|
5
|
Tanzil
|
Nazil olan, endirilmiş
|
6
|
Hadis
|
Söz, yeni xəbər
|
7
|
Möizə
|
Nəsihət, öyüd
|
8
|
Tizkirə
|
Xatırlatma, xəbərdarlıq
|
9
|
Zikra
|
Dərs, ibrət, öyüd
|
10
|
Bəyan
|
Aydınlaşdırma, izah
|
11
|
Hüda
|
Doğru yol, hidayət
|
12
|
Şəfa
|
Şəfa, sağalma
|
13
|
Hökm
|
Qanun, hökm
|
14
|
Hikmət
|
Müdriklik
|
15
|
Həkim
|
Hikmət sahibi, müdrik
|
16
|
Muhəymən
|
Qoruyan, nəzarət edən
|
17
|
Hadi
|
Hidayət edən, yol göstərən
|
18
|
Nur
|
İşıq, aydınlıq
|
19
|
Rəhmət
|
Rəhmət, mərhəmət
|
20
|
İsmət
|
Qorunma, günahsızlıq (məcazi mənada)
|
21
|
Nə’mət
|
Nemət, ilahi lütf
|
22
|
Həqq
|
Haqq, gerçək, dəyişməz həqiqət
|
23
|
Təbyin
|
İzah, təfsil
|
24
|
Bəsair
|
Daxili baxışlar, dəlillər
|
25
|
Mübarək
|
Bərəkətli, xeyirli
|
26
|
Məcid
|
Uca, izzətli
|
27
|
Əziz
|
Qüdrətli, qalib gələn
|
28
|
Əzim
|
Böyük, uca
|
29
|
Kərim
|
Əliaçıq, qiymətli, şərəfli
|
30
|
Sirac
|
Çıraq, işıq mənbəyi
|
31
|
Münir
|
Nurlandıran, işıqlandıran
|
32
|
Bəşir
|
Müjdə verən
|
33
|
Nəzir
|
Xəbərdarlıq edən, qorxudan xəbər verən
|
34
|
Sırat
|
Yol, istiqamət
|
35
|
Həbl
|
İp, bağ – birləşdirici vasitə
|
36
|
Ruh
|
Ruh, həyat verən mahiyyət
|
37
|
Qissəs
|
Hekayələr, ibrətli əhvalatlar
|
38
|
Fəsl
|
Hökm, ayırma
|
39
|
Nücum
|
Ulduzlar (burada Quranın hissə-hissə nazil olması)
|
40
|
Əcəb
|
Təəccüblü, heyrətləndirici
|
41
|
Qəyyim
|
Sarsılmaz, düzgün, möhkəm
|
42
|
Mübin
|
Aydın, açıq, izahlı
|
43
|
Əliyy
|
Uca, yüksək
|
44
|
Kəlam
|
Söz, nitq, ilahi kəlam
|
45
|
Qövl
|
Söz, ifadə
|
46
|
Bəlağ
|
Təbliğ, çatdırılma
|
47
|
Mutəşabih
|
Bənzər, simvolik mənalı
|
48
|
Ərəbi
|
Ərəb dili ilə olan
|
49
|
Büşra
|
Müjdə, sevincli xəbər
|
50
|
Ədl
|
Ədalət, düzlük
|
51
|
Əmr
|
Əmr, göstəriş, ilahi hökm
|
52
|
İman
|
İnanmaq, inanc
|
53
|
Nəbə
|
Böyük xəbər
|
54
|
Vəhy
|
İlahi ilham, vəhy
|
55
|
Elm
|
Bilik, məlumat
|