“Təfsir üsulu” dedikdə, hər bir müfəssirin Qurani-Kərimin bir və ya bir neçə ayəsini təfsir edərkən seçdiyi yol və metod nəzərdə tutulur. Bu, əsasən müfəssirin təfsirdə istifadə etdiyi vasitələrdən asılı olur. Müfəssir bəzən ağıl əsasında, bəzən nəql, yəni rəvayətlərə istinad edərək və bəzən də Qurani-Kərimin özündən kömək alaraq ayələri izah edir. Qurani-Kərimin məşhur təfsir üsulları, onların doğru və ya yanlış olmasından asılı olmayaraq aşağıdakı şəkildə təsnif olunur:
- Təfsir-i tərtibi Tərtib üzrə təfsir: Formasına görə: Quran ayələrinin surə və ayə sırasına uyğun ardıcıllıqla təfsir edilməsi üsuludur.
- Təfsir-i mövzui Mövzu üzrə təfsir: Quranda müəyyən bir mövzu ətrafında olan ayələrin bir yerə toplanaraq təhlil və təfsir edilməsidir (məsələn, “təqva”, “cihad”, “imamət” mövzularında ayələrin birlikdə incələnməsi).
- Təfsiri aye be aye Mənbələrinə görə: Quranın Quranla təfsiri: Bir ayənin digər ayələr vasitəsilə izah edilməsidir. Yəni Quran özü-özünü açıqlayır.
- Təfsiri əqli Müfəssirin ağıl, məntiq və təfəkkürə əsaslanaraq etdiyi təfsir. Bu, “əqli təfsir” adlanır.
- Təfsiri rivayi Rəvayət əsaslı təfsir (təfsir-i nəqli / təfsir-i məsur): Peyğəmbər (s) və İmamların (ə) hədis və rəvayətlərindən istifadə edilərək aparılan təfsir növüdür.
- Təfsiri ictihadi İctihadi təfsir: Müfəssirin ixtisas və dini elmlərə əsaslanaraq etdiyi müstəqil təfsir.
- Təfsiri fiqhi Fiqhi təfsir: Quran ayələrinin fiqh (İslam hüququ) prizmasından izah edilməsi.
- Təfsiri ədəbi Ədəbi təfsir: Dilçilik və ədəbiyyat elmləri əsasında edilən təfsirdir (qrammatika, bəlağət və s.).
- Təfsiri əxlaqi Tərbiyəvi təfsir: Qurani-Kərimin əxlaqi və insani dəyərlər yönündən şərh edilməsidir.
- Təfsiri kəlami Kəlami təfsir: İslamın teoloji və əqidəvi prinsipləri əsasında təfsir üsuludur.
- Təfsiri fəlsəfi Fəlsəfi təfsir: Qurani-Kərimin fəlsəfi prinsiplər və düşüncələrlə təhlil edilməsi.
- Təfsiri irfani İrfani (mistik) təfsir: Quran ayələrinin mənəvi və batini (daxili) mənalarla izah edilməsi, sufi və ariflik yanaşması.
- Təfsiri elmi-təcrübi Elmi-təcrübəvi təfsir: Müasir elmi bilik və təcrübələrə istinadən Quran ayələrinin şərhi.
- Təfsiri rəmzi Rəmzi təfsir: Ayələrdəki simvolik və rəmzi mənaların izahı.
- Təfsiri bir-rəy Rəyə əsaslanan təfsir (təfsir bi’r-rəy): Subyektiv düşüncə, şəxsi fikir və təxəyyüllə edilən təfsir ki, İslam alimləri tərəfindən çox vaxt qadağan və təhlükəli hesab olunur.
Təfsir yöntəmi ilə təfsir yönümləri arasındakı fərq
Bəzən müfəssirlər elmi meyllərinə və şəxsi yönümlərinə əsaslanaraq Qurani-Kərimi təfsir edirlər. Bu yönümlər aşağıdakılardır:
Kəlami (əqidə və imanla bağlı məsələlər),
Fiqhi (şəriət hökmləri),
Tarixi (tarixi hadisələr və keçmiş ümmətlərin hekayələri),
Fəlsəfi (əqli və fəlsəfi baxışlar).
Bu cür yanaşmalara təfsir yönümləri (təmayülləri) deyilir. Yəni müfəssir Quran ayələrini öz ixtisas sahəsi və maraq dairəsinə uyğun şərh edir. Amma təfsir üsulu (yöntəmi), istənilən yönümə sahib müfəssirin ayəni hansı metodla izah etməsidir. Yəni o, Quran ayəsini: ya rəvayətlərə əsaslanaraq, ya Qurani digər ayələr ilə, ya da ağıl və məntiq yolu ilə təfsir edə bilər. Bu baxımdan, təfsir yönümü (məzmun baxışı) və təfsir üsulu (metodoloji yanaşma) fərqli anlayışlardır. Müfəssir hansı yöndən baxırsa-baxsın, təfsiri bu metodlardan biri və ya bir neçəsinə əsaslanaraq aparmalıdır. Bəzi təfsir kitablarında və araşdırmalarda bu iki anlayış arasında aydın fərq qoyulmamış, təfsir üsulları ilə yönümlər birlikdə və qarışıq şəkildə izah olunmuşdur.
Müxtəlif təfsir yöntəmlərinin ortaya çıxma səbəbi
Peyğəmbər Əkrəm (s) dövründə insanlar vəhyin dövründə yaşadıqları üçün birbaşa (hədis, rəvayət olmadan) məlumat əldə etmə imkanına malik idilər. Onlar hər hansı bir Quran ayəsini başa düşmədikdə, birbaşa Peyğəmbərdən soruşur, o da ayəni izah edirdi. Bu səbəbdən islam rəvayətlərinin bir çoxu əslində Quran ayələrinin təfsiridir – yəni sahabələr sual verir, Peyğəmbər (s) isə ayənin mənasını izah edir. Ancaq Peyğəmbərin (s) vəfatından sonra vəhyin qapısı bağlandı, müxtəlif elmi sahələr inkişaf etdi və insanlar artıq fərqli yöntəmlərlə və meyllərlə Quranı anlamağa çalışdılar. Bu da müxtəlif təfsir məktəblərinin və metodlarının formalaşmasına səbəb oldu. Məsum imamlar (ə) dövründə, vəziyyət hələ də əvvəlki kimi idi; xüsusilə də şiə məzhəbi üçün, çünki onlar imamların sözlərini höccət (şəri dəlil) hesab edirdilər və Qurani-Kərimin təfsiri ilə bağlı da onlardan sual verilirdi. Lakin daha sonralar, İslamın ilk əsrlərində, yavaş-yavaş kəlami (əqidəvi) məsələlər ön plana çıxdı. Bu, bir tərəfdən İslamın fərqli xalqlara yayılması, digər tərəfdən də fərqli fikri cərəyanlarla (məzhəblərlə) qarşılaşma nəticəsində baş verdi.
Əsas səbəblər və tarixi şərait
Xilafət dövründə, xüsusilə Abbasilər zamanında (hicri I əsrin sonları və II əsrin əvvəlləri), Yunan fəlsəfəsi ərəb dilinə tərcümə olundu. Bu dövrdə əqli və fəlsəfi mübahisələr geniş yayıldı. Eləcə də təsəvvüf (sufizm) ortaya çıxdı və bir qrup insan riyazət, nəfsin cihadı kimi mənəvi yollara yönəldi. Başqa bir qrup isə “Əhli-hədis” adlanaraq sırf zahiri mətnlərə və rəvayətlərə bağlı qalmağı əsas prinsip seçdi. Bunun nəticəsində nə baş verdi? Bütün bu fikir ayrılıqları təfsir yanaşmalarında da fərqliliyin yaranmasına səbəb oldu: Mühəddislər (hədis alimləri) təfsirdə səhabə və saleh sələflərin[1] rəvayətlərinə əsaslanırdılar.
Kəlamçılar (əqidə alimləri) və fəlsəfəçilər isə ayələri öz məzəblərinə uyğun şərh edir, uyğun gəlməyən ayələri təvil (yəni məcazi və dərin mənada izah) edirdilər. Sufilər (təsəvvüf əhli)[2] də ayələri batini (daxili və rəmzi) mənalarla izah edirdilər. Beləliklə, müxtəlif düşüncə tərzləri və dini zümrələr, Qurani-Kərimi fərqli təfsir metodları ilə izah etməyə başladılar və nəticədə çoxsaylı təfsir məktəbləri ortaya çıxdı.
Qurani-Kərimin Təfsiri
“Qurani-Kərimin təfsiri” dedikdə, Quran ayələrinin mənalarının və məqsədlərinin aydınlaşdırılması və izah edilməsi nəzərdə tutulur. Bu izah etibarlı mənbələrə əsaslanaraq, o cümlədən Qurani-Kərimin özünə, sünnəyə (Peyğəmbərin (s) və İmamların (ə) söz və davranışlarına) və əqli sübutlara dayanaraq aparılır. Quranın təfsiri müxtəlif üsullarla həyata keçirilmişdir. Bu üsullar rəvayətə əsaslanan, ədəbi-dilçilik, kəlami (əqidəvi), fiqhi (şəriət hüququ) və digər təfsir metodlarıdır. Müfəssirlərin bu cür fərqli yanaşmaları “təfsir üsulları” adlanır.
[1] Sələf – “əvvəlki, öncəki, keçmişdə yaşamış” deməkdir. İslam terminologiyasında isə, ümmətin ilk nəsillərini – Peyğəmbərin (s) dövründə və ondan sonra yaşamış müsəlmanları bildirir. Saleh – doğru, təqvalı, ədalətli, günahlardan uzaq olan deməkdir. İslam alimlərinin izahına görə “Saleh sələflər” dedikdə əsasən belə nəsillər nəzərdə tutulur: Səhabələr – Peyğəmbəri (s) görüb, iman gətirib onunla birlikdə yaşamış müsəlmanlar. Tabeinlər– səhabələri görüb onlardan elm alan nəsil. Təbə-tabeinlər– tabiiləri görüb elm öyrənənlər. Bu üç nəsil “Xeyirli nəsillər” adlanır. Hədisdə deyilir: “İnsanların ən xeyirlisi mənim əsrimdir, sonra onların arxasınca gələnlər, sonra da onların arxasınca gələnlər.” (Buxari, Müslim) Saleh sələflər – İslamın ilk üç nəsil möminləri, yəni səhabələr, tabeinlərvə təbə-tabiinlərdir. Onlar ümmət üçün nümunə sayılır, çünki həm iman, həm əməl, həm də elm baxımından Peyğəmbərə (s) ən yaxın olanlardır.
[2] “Təsəvvüf əhli” ifadəsi – təsəvvüf yolunu tutan, yəni qəlb təmizliyi, mənəvi tərbiyə və Allaha yaxınlıq yolunu seçən insanlara deyilir. Təsəvvüf – İslamda qəlb və ruhun saflaşdırılması, nəfsin islahı, Allah məhəbbəti və zikr ilə məşğul olma yoludur. Əhli – bir şeyin ardıcılları, ona bağlı olanlar. Deməli, təsəvvüf əhli – qəlb və ruhun saflaşdırılması yolunu tutan, zahiri ibadətlə yanaşı batini təmizliyə də xüsusi əhəmiyyət verən müsəlmanlardır. Təsəvvüf əhlinin xüsusiyyətləri;
Zikr və ibadət ilə qəlblərini diri saxlamağa çalışırlar. Nəfsə qarşı mübarizə aparırlar (riyadan, təkəbbürdən, haramdan uzaq durmaq). Təvazökar və təmiz qəlbli olmağa çalışırlar. Məhəbbət və mərhəməti əsas götürürlər. Allaha yaxınlıq üçün mürşid–mürid sistemi ilə ruhani tərbiyə yolunu izləyirlər. Təsəvvüf əhli – sufilərdir; yəni Allah yolunda nəfsini təmizləyən, qəlbini saflaşdıran və mənəviyyata üstünlük verən müsəlmanlar.