Əyyami Fatimiyyə

şərh yoxdur

Fatimiyyə — Həzrət Fatimə (s.ə)-nın şəhadət günləri münasibətilə qeyd edilən matəm günləridir. Tarixi mənbələrdə şəhadət tarixi barədə iki fərqli rəvayət olduğuna görə bu mərasimlər iki ayrı dövrdə keçirilir:

Fatimiyyə birinci dövrü:

Tarixlər: 13 Cəmadiul-əvvəl – 22 Cəmadius-sani

Milad:  4 noyabr 2025

Son: Cümə axşamı, 13 noyabr 2025

Fatimiyyə ikinci dövrü:

Tarixlər: 3 Cəmadiul-əvvəl – 12 Cəmadius-sani
Başlanğıc: Bazar ertəsi, 24 noyabr 2025

Son: Çərşənbə, 3 dekabr 2025

Həzrət Fatimə (s.ə)-nın şəhadət tarixi barədə iki məşhur rəvayət:

  1. 13 Cəmadiul-əvvəl
  2. 3 Cəmadius-sani

Bu səbəbdən müsəlmanlar hər il hər iki dövrdə – Fatimiiyyə I və Fatiməiyyə II günlərində – əzadarlıq mərasimləri keçirirlər.

               Başlıq

            Hicri tarix

 

          Miladi tarix

Fatimiyyə I – başlanğıc

    13 Cəmadiul-əvvəl 1446

 

      4 noyabr 2025

Fatimiyyə I – son

    22 Cəmadiul 1446

 

      13 noyabr 2025

Fatimiyyə II – başlanğıc

    3 Cəmadius-sani 1446

 

       24 noyabr 2025

Fatimiyyə II – son

    12 Cəmadius-sani 1446

 

        3 dekabr 2025

Fatimiyyə günlərinin əməlləri və mərasimləri

Fatimiyyə günləri — Həzrət Fatimə Zəhranın (s.ə) şəhadətini yad etmək, Onun pak həyat yolunu və fəzilətlərini xatırlamaq üçün xüsusi mərasimlərin keçirildiyi mübarək günlərdir. Bu dövr təkcə matəm deyil, həm də mənəvi yenilənmə və ibrət götürmə fürsətidir.

Fatimiyyə günlərində yerinə yetirilən əməllər və adətlər

1. Məscidlərdə mərsiyə və əzadarlıq məclisləri keçirmək – Həzrət Zəhranın (s.ə) müsibətlərini yad etmək və ailə üzvlərinə Onun səbr və iman nümunəsini tanıtmaq. Həzrət Zəhranın (s.ə) səbr, iman və məsumluq nümunələri xatırlanır.

2. Həzrət Fatimə (s.ə)-nın ziyarətnaməsini oxumaq – Bu ziyarət insanın qəlbini İtrətə (Peyğəmbərin (s) ailəsinə) bağlayır və imanını möhkəmləndirir.

3. İmam Zamanın (ə.c) zühuru üçün dua etmək – “Allahummə əccil li-vəliyyikəl-fərəc” zikri və dua məclisləri bu günlərdə xüsusi yer tutur.

4. Sadə nəzir süfrələri açmaq və ehtiyacı olanlara ehsan vermək – Fatiməiyyə günləri xeyirxahlıq, mərhəmət və paylaşma rəmzidir.

5. Qara geyimlər geyinmək və şən mərasimlərdən uzaq durmaq – Bu, matəm və hörmətin rəmzidir.

6. Ehsan vermək, fəqirləri yedirtmək və xeyir işlər görmək – Bu əməllər Həzrət Zəhranın (s.ə) mərhəmət və fədakarlıq ruhuna uyğun şəkildə yerinə yetirilir.

Fatimiyyə günləri münasibətilə dini heyətlər, məscidlər və ailələr müxtəlif miqyaslı əzadarlıq mərasimləri təşkil edirlər. Adətən hazırlıqlar bir neçə gün öncədən başlanır. Bu minvalla Peyğəmbərin (s) əziz qızının xatirəsi yad edilir. Fatimiyyənin mənəvi əhəmiyyəti

Fatimiyyə yalnız matəm günləri deyil, həm də Həzrət Zəhranın (s.ə) həyat dərslərini yenidən oxumaq və onun ədalət, təqva, iffət və ailə dəyərlərini bu günün cəmiyyətinə çatdırmaq üçün bir fürsətdir.

Bu günləri düzgün tanımaq və vaxtında planlamaq ailələrin, dini heyətlərin və mədəni fəalların daha məqsədyönlü şəkildə mərasimlər keçirməsinə kömək edir.

Fatimiyyə və niyə iki dəfə qeyd olunur?

İslam tarixində Həzrət Fatimə Zəhranın (s.ə) şəhadət tarixi ilə bağlı iki fərqli rəvayət mövcuddur. Bu səbəbdən hər iki rəvayətə ehtiram olaraq iki dövrdə – “Fatimiyyə I” və “Fatimiyyə II” mərasimləri keçirirlər.

Bu rəvayətə görə, Həzrət Zəhra (s.ə) Peyğəmbərin (s) vəfatından 75 gün sonra, yəni 13–15 Cəmadiul-əvvəl tarixlərində şəhadətə yetmişdir. Bu dövr Fatiməiyyə birinci adlanır.

Digər rəvayətə əsasən, şəhadət hadisəsi 95 gün sonra, yəni 3–5 Cəmadius-sani tarixlərində baş vermişdir.
Bu mərasim dövrü Fatimiyyə ikinci adlanır.
Fatimiyyə günləri yalnız matəm deyil — ədalət, təqva, ailə dəyərləri və İslam qadınının nümunəvi siması kimi dərin mənəvi dərsləri xatırlamaq fürsətidir.

Həzrət Fatimə Zəhra (s.ə)-nın məqamına qısa baxış

Həzrət Fatimə Zəhra (s.ə) – İslam Peyğəmbərinin (s) yeganə yadigarı – qısa, lakin bərəkətli ömrü ərzində İslamın və vilayətin müdafiəsində bənzərsiz rol oynamışdır. O, iffət, fədakarlıq və zülm qarşısında cəsarətin simvolu kimi tanınır.

Həzrət Zəhranın (s.ə) məşhur “Xütbəyi-Fədəkiyyə”si bu günədək Əhli-beytin (ə) haqqının müdafiəsi və İslam ədalətinin q`orunması baxımından ən mühüm tarixi sənədlərdən biri sayılır.

Fatimiyyə mərasimlərinin keçirilməsi isə təkcə matəm xarakteri daşımır; bu günlər İslam qadınının nurani yolunu, ədalət və haqq uğrunda mübarizəsini yad etmək, onun maarif dolu həyatından dərs almaq üçün bir fürsətdir.

Müəlliflik Hüququ Əbədi Nur Saytına Məxsusdur

0 0 səslər
Məqalənin reytinqi
Abunə ol
Notify of
guest
0 Şərhlər
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Inline Feedbacks
View all comments