Əminü’l-İslam Əbu Əli Fəzl ibn Həsən Təbərsi və ya Şeyx Təbərsi (532-454 şamsi/548-468 hicri) «Əminü’l-İslam» ləqəbi ilə tanınan, müsəlman alimi və fəqihidir. O, dini elmlər haqqında bir sıra əsərlər yazmışdır.
Həyatı:
Fəzl ibn Həsən Təbərsi ruhani və elmə meylli bir ailədən gəlirdi. Onun doğum yeri ilə bağlı mübahisələr mövcuddur; bəzi mənbələr onu Təbərsli, bəziləri isə Təbəristanlı hesab edir. O, Xorasanə köçərək Məşhədə yerləşdi və həyatının sonlarına yaxın Səbzəvarda yaşayırdı, burada vəfat etdi. Cəsədi Məşhəd şəhərində, İmam Rza (ə) türbətinin yaxınlığında dəfn edilmişdir və burada onun şərəfinə Təbərsi küçəsi adlandırılmışdır.
Şeyx Təbərsi ilə bağlı ən diqqət çəkən xüsusiyyətlərdən biri onun mütəhəbbir olmamış olmasıdır. Məsələn, o, tanınmış Sünni alimi Zəməxşəriyə böyük hörmət bəsləmişdir. Fəzl ibn Həsən Təbərsi ərəb dilində böyük bir ustad idi və ərəb dilində sözləri gözəl və qısa şəkildə ifadə edirdi. O, həmçinin ədəbi incəliklərə maraq göstərirdi və bu xüsusiyyətləri onu Zəməxşərinin Kəşaf əsərindəki ədəbi incəlikləri özündə əks etdirən Əl-Kafi’ş-Şafi kitabını yazmağa sövq etmişdir.
Əsərləri:
Onun ən mühüm əsəri Məcmə’ul-Bəyandır, bu əsər Qurani-Kərimin ən əhatəli və etibarlı təfsirlərindən biridir. Bundan əlavə, Cəvami’ul-Cəmi adlı təfsir kitabı da onun ən vacib ərəb dilində yazılmış əsərlərindən biridir.
Məcmə’ul-Bəyân
“Məcmə’ul-Bəyân” Şeyx Təbərsinin (Fəzl bin Həsən Təbərsi) yazdığı ən məşhur və önəmli Qur’an təfsiri əsərlərindən biridir. Bu əsər, Qur’an ayələrinin təfsirini ətraflı və dolğun şəkildə təqdim edir və müxtəlif elmi və dini baxışları özündə birləşdirir. Bu təfsir, növü üzrə Qur’an təfsiri sahəsində ən etibarlı elmi mənbələrdən biri hesab olunur və hazırda da Qur’an elmləri sahəsində əsas qaynaq kitablarından biri kimi istifadə edilir.
Cəvami’ul-Bəyân
“Cəvami’ul-Bəyân” Şeyx Təbərsinin digər bir əsəridir və o, burada Qur’an ayələrini təfsir edərək həmin ayələrin mənalarını və məzmununu ətraflı şəkildə izah edir. Bu kitab da Qur’an təfsiri sahəsində mühüm bir əsərdir və məqsədi ayələrin doğru və dəqiq izahını təqdim etməkdir.
Cəvami’ul-Cami’
“Cəvami’ul-Cami'” Şeyx Təbərsinin başqa bir əsəridir və burada o, Əhli-Beyt (ə) və digər dini mənbələrdən gələn rəvayətlərə əsaslanaraq Qur’anın təfsirini təqdim edir. Bu əsər Qur’anın daha geniş və dərin təfsirini təqdim etməyə çalışır və yüksək elmi və dini dərinliyə malikdir.
əl-İxticac
“əl-İxticac” əsəri “Əminul-İslam Təbərsisinə” aid deyil, əslində bu əsər “Əbu Məs’ud Şeyx Əhməd bin Əli bin Əbu Talib Təbərsisi”yə aiddir. Bu kitabda Şiə imamlarının ziddiyyətlərə və Əhli-Sünnə alimlərinə qarşı apardığı mübahisələr və hücumlar yer alır. “əl-İxticac” dini tarix və mübahisələrin sənədləşdirilməsində mühüm mənbədir və imamların hüquqlarını müdafiə etmək üçün irəli sürdükləri elmi əsasları təmsil edir.
Şeyx Təbərsi öz dövründə təfsir, fiqh, kəlam, siyrə və İmamların tarixindən tanınmışdır və bu mövzularda bir çox kitab yazmışdır. O, həmçinin, dövrünün başqa alimlərinin əsərlərini xülasələyərək təfsir etmişdir. Məsələn, Məcmə’ul-Bəyan əsəri, özü də Şeyx Tusinin Tibyan təfsirinin bir xülasəsidir. Digər bir əsəri olan əl-Muətəlif minəl-Muxtələf isə Şeyx Tusinin Məsailul-Xilaf kitabının xülasəsidir.
Böyük tədqiqatçı alim, müfəssir, müctəhid və V-VI əsr İslam mədəniyyətinin ən parlaq simalarından biridir. Ehtimal olunur ki, 428 və ya 429-cu hicri ilində dünyaya gəlmiş və 548-ci ildə vəfat etmişdir. Gənclik illərini Məşhəd şəhərində elm öyrənməyə sərf edən alim ərəb ədəbiyyatından tutmuş hədis, fiqh, üsul, təfsir və digər o dövrdə mövcud olan elm sahələrinə dərindən yiyələnir. 523-cü ildə Səbzivar şəhərinə gedir və ömrünün sonunadək orada qalır.
Əli ibn Zeyd Beyhəqi, Mirzə Əbdullah Əfəndi, Yusif Bəhrani və digər böyük alimlər onun haqqında çox dəyərli sözlər söyləmiş, onu fazil, alim, müfəssir, fəqih, mühəddis, müctəhid və dinin əmin şəxsi kimi tərif etmişlər. Baxmayaraq ki, Təbərsi “Məcməul-Bəyan” və digər təfsir kitablarını yazmaqla böyük bir müfəssir kimi tanınıb lakin elə bu qiymətli təfsiri diqqətlə oxuduqda onun elmi məlumatlarının nə qədər geniş və əhatəli olduğu görmək olar. O, tədqiq və araşdırmada azad düşüncəli və geniş baxışlıdır.
Bü xüsusiyyətlər ona imkan verib ki, müxtəlif İslami mənbələrdə axtarış aparmaqla çox böyük məlumat və bilgilər əldə etsin. Təhqiqdə səmimiyyət, araşdırmada insaf, digərlərinin fikir və rəylərini, müxtəlif görüşləri nəql etmədə geniş ürəklilik, məsələlərə hərtərəfli yanaşma Təbərsinin elmi üslubunun əsas cəhətləridir.
Digər bir məlumata görə onun doğum tarixi ilə bağlıdır. Bir çox həyatını yazan şəxslər Təbərsini Təbəristan (bu günki Mazandaran) əyalətindən olduğunu qeyd edirlər. Bəzi digər tarixçilər isə onun Təbərs (bu günki Təfəş) şəhərindən olduğunu bildirirlər. Bu məlumatın əsasını, Əbu əl-Həsən Əli ibn Zeyd Bihəqi (565 hicri) tərəfindən yazılmış bir cümlə təşkil edir ki, burada o, Əbu Əli Fəzl ibn Həsən Təbərsinin (548 hicri) «Məcmə’ul-Bəyan fi Təfsirul-Quran» əsərinin müəllifi olduğunu bildirərək Təbərsin, Qaşan və İsfahan arasında yerləşən bir yerdə olduğunu qeyd edir. Bu fikrin təsdiqi olaraq, Səfəvi dövründə bir çox alimlər Təbərsini Təfəşlə əlaqələndiriblər. Əhməd Bəhmənyar (1334 Şəmsi) isə Bihəqi’nin sözlərini izləyərək nəticə çıxarmışdır ki, bütün Təbərsi ailəsi Təfəşlə əlaqəlidir. Hüseyn Kərimiyan (1372 Şəmsi) də Bəhmənyarın fikrini təsdiqləyərək, Təbərsinin Təfəşli olduğunu qəbul etmişdir.
Məqbərə
Şeyx Təbərsinin məqbərəsi Məşhəd şəhərində, İmam Əli ibn Musa Rzanın (ə) ziyarətgahına yaxın yerləşir. Şeyx Təbərsinin məqbərəsi 1953-cü ildə ziyarətgah olaraq tikilmişdir. Lakin zamanla məqbərə zədələndi və Həram meydanının genişləndirilməsi layihəsi çərçivəsində yalnız məqbərə özü qalmışdır. Daha sonra 1970-ci ildə, yeraltı yol keçidi layihəsi çərçivəsində, Şeyx Təbərsinin qəbrinin betondan olan qəbri xüsusi bir layihə və mərasimlə 200 metr uzaqlığa köçürülmüşdür. Bu iş Məhdi Əziziyan tərəfindən rəhbərlik edilərək həyata keçirilmişdir. Şeyx Təbərsinin məqbərəsi üç mərtəbəli pilləli bir şəkildə inşa edilmişdir.
Başqa bir məqbərə isə Mazandaran bölgəsindəki Qalə Şeyx Təbərsi adlanır. Əldə edilən məlumatlara görə, o, 99 yaşında, 6-cı əsrdə vəfat etmişdir. Bu məqbərə, Qəmid-Şəhərdən 5 km məsafədə, Afra kəndində, Balatajan kəndinin ərazisində yerləşir.
“Məcməul-Bəyan”
Quranla bağlı yazılan əsərlər “Məcməul-Bəyan”ın özünəməxsus yeri var. Alim və tədqiqatçılar onu əhatəliyi, mətləblərinin səlist və möhkəmliyi, dəqiq tərtibi, ayələri aydın təfsir etməsi, rəy və görüşlərin araşdırılmasında obyektivliyi və digər cəhətləri baxımından yüksək qiymətləndirmişlər.
Şəhidi əvvəl onun kimi bir kitabın yazılmadığını qeyd edir: “Məcməul-Bəyan” təfsiri on cilddə bir təfsirdir ki, İslamda bənzəri yazılmamışdır. Bütün Quran fənnləri ən qısa bəyan və ən yaxşı tərzdə ərz etmişdir. Doğrusu “Məcməul-Bəyan” təfsir əsərlərinin mərcəyidir.
Misirin müftisi və əl-Əzhər Universitetinin keçmiş müdiri Əbdul-məcid Səlim yazır: “Məcməul-Bəyan” elm və biliklə zəngin, faydalarla dolu, gözəl tərtibə malik çox dəyərli bir kitabdır. Əgər desək ki, bu təfsir təfsir kitablarının ən üstünü, Qurani elm və bəhslər üçün bir mərcədir mübaliğə etmiş olmarıq.
Şeyx Mahmud Şəltut bu təfsirin Misir çapının müqəddiməsində qeyd edir ki, “Məcməul-Bəyan” təfsir kitabları arasında taysızdır. Bu təfsir təsnifat və tərtibində bəhslərinin əhatəliyi, dərinlik və rəngarəngliyi baxımından xüsusiyyət və imtiyazlara malikdir ki, özündən əvvəlki təfsirlər arasında bənzərsiz olub, özündən sonrakı əsərlər arasında isə az bənzəri var.
“Məcməul-Bəyan” əsəri gözəl bir üslubda tərtib olunmuşdur. Əvvəlcə surənin məkki və ya mədəni olması araşdırılır. Sonra surədəki ayələrin sayı və bu barədə ixtilaflı görüşlər, surələrin adları və həmin adların verilmə səbəbləri qeyd olunduqdan sonra surənin tilavətinin fəziləti barədə məlumat verilir. Daha sonra ayələrin təfsiri başlayır. Burada əvvəlcə qarilərin ixtilafların işarə olunur. Sonra diqqət “eraba” (“hərəkələmə”) yönəldilir, faydalı qrammatik və ədəbi açıqlamalar verilir.
Müəllif kəlmələrin lüğəvi mənasını araşdırarkən qədim ərəb şairlərinin şeirlərindən nümunələr gətirir. Nüzul səbəbləri qeyd olunduqdan sonra əsas mərhələ olan kəlmələrin təfsiri və açıqlanması başlayır. Burada hədis və rəvayətlər nəql olunur, müfəssirlərin sözləri araşdırılır, ayələrdən istinbat olunan hökmlər bəyan olunur. Bir sözlə, “Məcməul-Bəyan” əvvəldən sonadək elmi, əqidəvi, fiqhi… təhqiqlərlə zəngindir.
Allahın Rəsulu (s) buyurub: “Göylərdə və yerdə olan hər bir şey alim üçün bağışlanmaq diləyər” (Sunəni Əbi Davud, c.2, səh.285).
“Hoze” jurnalının məlumatlarından istifadə olunmuşdur.
Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir