Nüzul və Besət

şərh yoxdur

Peyğəmbər 40 yaşında (610-611), Məkkə şəhərində risalətə çatıb. Həmçinin Besətin başlanğıcı Həra dağında (mağarada) Ələq surəsinin 5 ayəsinin nüzulu ilə başlayıb. Bu barədə müsəlmanlar arasında fikir birliyi var. Amma Besətin hansı zamanda başlanmasıyla bağlı nəzərlər müxtəlifdir. Bu fikirlər əsasən Quranın nüzulunun hansı zamanda başlaması ilə ixtilaflara səbəb olub. Quranın nazil olması və Besətin zamanı haqqında müxtəlif rəylər mövcuddur.

  • Rəcəbin 27-si
  • Ramazan ayının 17-si
  • Ramazan ayının 18-i
  • Ramazan ayının 24-ü
  • Rabiul-əvvəlin 12-si
  • Şəbanın 15-i
  • Rabiul-əvvəlin 8-i
  • Rabiul-əvvəlin 3-ü

Besətin Rəcəb ayının 27-də başlamasına əhli-şiənin etiqadı var. Əhli-beytdən gələn bir çox rəvayət və dəlillər bu sahədə öz əksini tapır. Şeyx Tusi öz “Amal”-inda imam Sadiqdən (ə) nəql edir:

1- Rəcəb ayının 27-si peyğəmbərin  risaləti başlayıb. Hər kəs bu günü oruc tutsa, onun savabı altmiş ay oruc tutanın savabı qədər olar.

2- İmam Kazimdən (ə) nəql olunur: Allah Təala Muhəmmədi (s) cahan üçün bir rəhmət olaraq Rəcəb ayının 27-si onu peyğəmbərliyə seçdi. Hər kəs bu günü oruc tutsa Allah Təala onun əməl dəftərində altmış ayın orucunu qeyd edər.

3- Yenə də imam Sadiqdən (ə) nəql edilir: Rəcəbin  27-ci günü orucu tərk etməyin, çünki, bu elə bir gündür ki, Allah Muhəmmədi (s) peyğəmbərliyə layiq görüb və həmin günün orucunun səvabı altmış aya bərabərdir.

Həmin məzmumda digər bir sıra rəvayətlər də mövcuddur. Əhli-sünnənin alimləri besətin Ramazan ayında baş verməsini isbat etmək üçün Bəqərə, Duxan və Qədr surələrinin ayələrinə istinad ediblər. Onlar deyiblər ki, Rəcəb ayında bütövlükdə Quran adıyla bağlı bu ayələrdə heç bir söz deyilmir.  Onun Ramazan ayında nazil olmasına dəlalət edən, tam açıq və aydın ayələr bunlardır.

….شَهْرُ رَمَضَانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ (Quran Ramazan ayında…) Bəqərə-185

إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةٍ مُبَارَكَةٍ   (mübarək gecədə…..) Duxan-3

   إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ (yuxarıda qeyd olunan mübarək gecə Qədr gecəsidir)

Bəqərə-185, Qədr-1 bu ayələr Quranın bütövlükdə mübarək gecədə nazil olmasına dəlalət edir. Duxan-3 isə Quranın bütöv, kamil surətdə nazil olmasını daha aydın şəkildə çatdırır və burda  أَنْزَلْنَاهُ  kəlməsi kitab kəlməsinə qayıdır ki, burada ayələrin toplusu, kamil ilahi kitab nəzərdə tutulur. Besətin başlanğıcı isə Ələq-5 ayənin nazil olması ilə aydınlaşır. Buna əsasən də bu ayələrin məhz peyğəmbərin (s) besəti ilə bağlığını demək olmaz.

Dəyərli “Əttəmhid” kitabının yazıçısı bu müşkülün digər həlli yolunu belə izah edir, o deyir:

Əhli-beytdən gələn rəvayətlərə əsasən besət Rəcəb ayında baş verib, amma Quranın nüzulu asimani və həmişəlik ilahi qanunlar ünvanında üç il fasilədən sonra peyğəmbərə nazil oldu. Bu illərdə Peyğəmbərin (s) məxfiyanə dəvəti olmuşdur və bu hadisə bir çox rəvayətlərdə öz əksini tapır. Besətdən üç il keçəndən sonra Hicr surəsinin 95 və 94-cü ayələri nazil oldu.

                 فَاصْدَعْ بِمَا تُؤْمَرُ وَأَعْرِضْ عَنِ الْمُشْرِكِينَ

(Ya Rəsulum!) Sənə əmr olunanı (Quranı) açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər!

Bu zamandan etibarən Quranın nüzulu ardıcıl olaraq başladı. Başqa bir rəvayətdə qeyd olunur ki, nüzulun müddəti 20-il davam etdi. Belə nəticəyə gəlmək olar ki, Quranın nüzulunun başlanğıcı besətin başlanğıcından sonra, üç il fasilə arasında, Ramazan ayının Qədr gecəsində olmuşdur.

Nüzulun besətin əvvəlinə dəlalət etməsi yalnız gizli dəvətə işarədir. Onların heç birində ayələrin bu üç il ərzində nazil olmamasına toxunulmur. Gizli dəvətlə Quranın nüzulunda ziddiyyət yoxdur. Ziddiyyət yalnız bundadır ki, 3-il ərzində fəqət Ələq-5 ayə nazil olub.

اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَق

خَلَقَ الْإِنْسَانَ مِنْ عَلَقٍ 

اقْرَأْ وَرَبُّكَ الْأَكْرَمُ 

الَّذِي عَلَّمَ بِالْقَلَمِ 

عَلَّمَ الْإِنْسَانَ مَا لَمْ يَعْلَمْ

 və bütün bu nəzərlərə baxışdan sonra həmin mətləb insanda təəccüb doğurur. Çünki bu, nəinki, tarixi hadisələrlə uyğunsuzluq yaradır hətta məxfiyanə dəvətlə bağlı rəvayətlərə də xələl gətirir. Başqa rəvayətlərdə Quranın 23-il ərzində nazil olması daha aydın nəzərə çarpır.

Həfəsə bin Ğiyas deyir: İmam Sadiqdən (ə) soruşdum; Quran, nazil olmanı  necə bir gecədə deyir ki, halbuki o, 20-il müddətində əvvəldən axıra kimi nazil olub? İmam buyurdu:

“Quran bir dəfəyə Beytul-məmura nazil olub, sonra onun nüzulu 20-il müddətində davam edib”.

 1- Quranın nazil olma başlanğıcı Besətdən üç il sonra olmuşdur və 5-ayə Besət zamanında nazil olmuşdur, həmçinin bu Quran ünvanında olmamışdır. Hicr-94 bu ayə nazil olaraq Peyğəmbərə (s) açıq-aşkar dəvət etməyə əmr olundu. Ondan sonra Quran ayə və surələri ilə nazil oldu.

 (Ya Rəsulum!) Sənə əmr olunanı (Quranı) açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər!

2- Əgər Peyğəmbərin (s) zamanında Həmd surəsi “Fatihətul-kitab” adlandırılırdısa bu, Peyğəmbərə (s) nazil olan kamil surəyə dəlildir. Bəzi rəvayətlərin nəqlinə görə Besətdən əvvəlki gün Cəbrayıl (ə) İslam ayinlərini, dəstnamazı və namazı Peyğəmbərə (s) təlim etdi. Buna əsasən “Həmd” surəsinin kamil surətdə nazil olması aydındır, çünki, heç bir namaz Fatihə oxunmamış qəbul deyil.

3- Quranın Qədr gecəsində nazil olması və Peyğəmbərin (s) həyatında 20-il müddətində onun tədricən nazil olması ilə bağlı müxtəlif mətləblərə işarə edilir. Bəziləri Quranın nüzulunun Qədr gecəsində başlandığını deyiblər. Bəqərə-185. Mühəqqiqlərin çoxunun bu fikirdə nəzər birliyi var və onlar deyiblər ki, Quranda olan mövzuların bir yerdə, bir gecədə nazil olması mümkün deyil, çünki, əgər belə olsaydı mənalar başa düşülməzdi. Məs: Quranda keçmişdən xəbər verilir, Qədr gecəsi isə əvvələ nisbətdir və s.    

Quran neçə mərhələdə nazil olub? Bəziləri 2-mərhələdə və bəziləri isə 3-mərhələdə deyiblər.

  • Quran lövhi-məhfuza nazil olub. (lövhi-məhfuz elə bir yerdir ki, onu dərk etmək bizim ağlımıza sığmır.
  • Lövhi-məhfuzdan Beytul-məmura. Beytul-məmur səmada olan 1-ci məkandır. Bəziləri qeyd edirki, Beytul-məmur peyğəmbərin qəlbidir.
  • 23-il ərzində tədricən nazil olub.

Əllamə Mərifət, “Ət-təmhid”, 1-ci cild

İlahiyyatçı;  Əmirzadə Sara

Müəlliflik Hüququ Əbədi Nur Saytına Məxsusdur

0 0 səslər
Məqalənin reytinqi
Abunə ol
Notify of
guest
0 Şərhlər
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Inline Feedbacks
View all comments