Vəhy
وَمَا يَنْطِقُ عَنِ الْهَوَى Kefi istəyəni (havadan) danışmır. Nəcm 3-4
إِنْ هُوَ إِلا وَحْيٌ يُوحَى Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir.
Vəhyin tərifi
Vəhyin lüğətdə mənası– İbni Mənzur “Lisanul-ərəb”də deyir:
Vəhyin mənası işarə etmək, yazmaq, göndərmək, ilham və gizli kəlam, həm görüş bağlantısı, həmçinin o şeyə deyilər ki, başqasına çatdırılan olsun. Yəni, vəhy olunanla rabitə digərlərindən gizli şəkildə baş verməlidir.
Rağıb İsfahani: Vəhyin mənası sürətli bir işarədir və həm də təsir qoyan bir işarə. Buna görə də hər bir sürətlə görülən işə vəhy deyilər. Və mümkündür bu kəlamda, rəmzdə və kinayədə olsun və ya mücərrəd kəlmələrdən, sözlərdən bir avaz olsun. Yaxud da işarə sürətilə, yazıyla bildirilsin.
4-cü əsrin tanınmış mütəffəkiri İbni Farsi deyir: – illə hərflərindən olan Bu sözün kökü başqalarına elmin çatdırılması, agahlıq, istər aşkar surətdə, istərsə də məxfiyanə görüşə dəlalət edir. Vəhy üçün deyilən bütün mənalar bu növə qayıdır. Agah bir görüşün hər növü, hər bir keyfiyyətlə olarsa vəhydir.
Bütün bu deyilən mənalardan belə nəticə almaq olar ki, vəhyin lüğətdə mənası bunlardan ibarətdir: İşarə, avaz, röya, ilham, vəsvəsə, agah görüş, yazı, gizli xəbər, göndərmək, məxfi görüş. İbn Mənzur isə bu barədə belə yazır: “Vəhy, işarə, yazı, məktub, ilham, gizli söz və başqasına təlqin edilən hər bir şey mənasındadır”. Deyilən bu və digər mənaların ortaq mənası isə hər hansı bir şeyin qarşı tərəfə başa salınması və çatdırılmasıdır.
Vəhyin istilahda mənası
Istilahda vəhy Peyğəmbər (s) üçün İlahi bağlantı, rabitə mənasındadır. İlahi peyğəmbərlərlə qeyb aləmi arasında yaranan mənəvi rabitə və ya qeybi yolla asimani bir xəbər. Və bu irtibat vəhydir ki, onun vasitəsilə peyğəmbərə xəbər göndərilib və onlardan başqa heç kəs buna layiq görülməyib.
وَمَا كَانَ لِبَشَرٍ أَنْ يُكَلِّمَهُ اللَّهُ إِلَّا وَحْيًا أَوْ مِنْ وَرَاءِ حِجَابٍ أَوْ يُرْسِلَ رَسُولًا فَيُوحِيَ بِإِذْنِهِ مَا يَشَاءُ إِنَّهُ عَلِيٌّ حَكِيمٌ (Şura-51)
Vəhy sözünün istilahi mənası haqqında alimlərin nəzərləri:
1. Zərqani: “Vəhyin istilahi mənası Allah-Təalanın bəşər üçün adi olmayan, gizli və sirli yollarla bəndələri arasından seçdiyi şəxslərə elm və hidayət barəsində onların bilməsini istədiyi hər bir şeyi onlara öyrətməyindən ibarətdir”
2. Əllamə Təbatəbai: “Müsəlmanların vəhy məsələsinə Quranın zahiri mənasından qaynaqlanan münasibəti bundan ibarətdir ki, Quran öz mətni ilə Allahın sözü olub, səmavi mələklərdən biri vasitəsi ilə İslam Peyğəmbərinə (s) göndərilmişdir”.
3. Əllamə Mərifət: “Vəhy Allah ilə Peyğəmbərin batini şəxsiyyəti arasında olan rabitədir.”
Vəhy Quranda
Vəhy Quranda bu mənalarda işlənir: İlham, Mələklər, şəyatin, insan, heyvan və yer mənasına dəlalət edir. Vəhy və onun xüsusunda olanlar peyğəmbərlərə rabitə şəkilində aid olur. Vəhyin müxtəlif mənalarından əsas altı hal üstünlük təşkil edir və bu mənalar onun lüğəvi mənaları ilə uyğundur və ibarətdir:
- Məlakələrə olunan ilham – إِذْ يُوحِي رَبُّكَ إِلَى الْمَلائِكَةِ أَنِّي مَعَكُمْ فَثَبِّتُوا الَّذِينَ آمَنُوا سَأُلْقِي فِي قُلُوبِ الَّذِينَ كَفَرُوا الرُّعْبَ فَاضْرِبُوا فَوْقَ الأعْنَاقِ وَاضْرِبُوا مِنْهُمْ كُلَّ بَنَانٍ
“O zaman Rəbbin mələklərə vəhy edirdi ki, “Mən sizinləyəm”. Ənfal-12
- İnsanlara olunan ilahi ilham – وَأَوْحَيْنَا إِلَى أُمِّ مُوسَى أَنْ أَرْضِعِيهِ فَإِذَا خِفْتِ عَلَيْهِ فَأَلْقِيهِ فِي الْيَمِّ وَلا تَخَافِي وَلا تَحْزَنِي إِنَّا رَادُّوهُ إِلَيْكِ وَجَاعِلُوهُ مِنَ الْمُرْسَلِينَ
“Biz Musanın anasına sirli və sürətli şəkildə ilham etdik: “Onu əmizdir”. Qəsəs-7
- Cansızlara (yerə) olunan ilahi ilham
يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا “Məhz o gün yer öz xəbərlərini açıb söyləyər.
بِأَنَّ رَبَّكَ أَوْحَى لَهَا Ona görə ki, sənin Rəbbin ona vəhy etmişdir”. Zəlzələ 4-5
- Şeytani vəsvəsə – وَكَذَلِكَ جَعَلْنَا لِكُلِّ نَبِيٍّ عَدُوًّا شَيَاطِينَ الإنْسِ وَالْجِنِّ يُوحِي بَعْضُهُمْ إِلَى بَعْضٍ زُخْرُفَ الْقَوْلِ غُرُورًا وَلَوْ شَاءَ رَبُّكَ مَا فَعَلُوهُ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ
“Beləcə, hər bir peyğəmbər üçün insan və cin seytanlarından düşmənlər qoyduq. Onların bəzisi puç və aldadıcı sözlər ötürürdülər ki, (başqalarını) aldatsınlar”. Ənam-112
Həmçinin, وَلا تَأْكُلُوا مِمَّا لَمْ يُذْكَرِ اسْمُ اللَّهِ عَلَيْهِ وَإِنَّهُ لَفِسْقٌ وَإِنَّ الشَّيَاطِينَ لَيُوحُونَ إِلَى أَوْلِيَائِهِمْ لِيُجَادِلُوكُمْ وَإِنْ أَطَعْتُمُوهُمْ إِنَّكُمْ لَمُشْرِكُونَ
“Həqiqətən, şeytanlar öz köməkçi və dostlarına sizinlə mübahisə edərək çəkişsinlər deyə gizlincə təlqin edirlər”. Ənam-121
- İşarə – فَخَرَجَ عَلَى قَوْمِهِ مِنَ الْمِحْرَابِ فَأَوْحَى إِلَيْهِمْ أَنْ سَبِّحُوا بُكْرَةً وَعَشِيًّا
“Beləliklə, o mehrabdan qövmünün yanına çıxdı və onlara işarə etdi ki, səhər və axşam Allahı pak sifətlərlə mədh edin”. Məryəm-11
- Ğərizə – (yəni instikt, qeyri-şüuri, qeyri-iradi) Allah-Təalanın kainatda mövcud olan varlıqlara təkvini ilhamı, heyvanlarda instikt yerləşdirməsi.
وَأَوْحَى رَبُّكَ إِلَى النَّحْلِ أَنِ اتَّخِذِي مِنَ الْجِبَالِ بُيُوتًا وَمِنَ الشَّجَرِ وَمِمَّا يَعْرِشُونَ
“Və Rəbbin bal arısına vəhy etdi (onun təbiətində bu əməlin şövq və qüdrətini qoydu) ki: «Dağlardan, ağaclardan və qurulan çardaqlardan (özünə münasib) evlər götür!” Nəhl 68
Əli ibni Əbutalibdən gələn rəvayətlərə görə Quranda deyilən vəhyin növləri bunlardır: ilham, işarə, təqdir, əmr, kizb (şəyatin), xəbər.
Nübuvi vəhy və onun növləri
Burada qeyd olunan vəhy haqqındakı mətləblər daha üstündür və o peyğəmbərlərə olan vəhydir. Quranda bu xüsusiyyət 70 dəfəyə yaxın peyğəmbərlər üçün işlənmişdir. Vəhy, maddi olmayan elə bir asimani söhbətdir ki, təkcə hiss və ağlın təfəkkürü ilə dərk olunmur. Bu söhbət İlahi iradəyə sahib bir başqasının şüuruna yaxındır və peyğəmbərlərlə bağlı olub . Həmçinin, o qeybin qanunlarıdır ki, hiss və əqldən pünhandır. Onlar buna Allahın vəhyi və təlimi vasitəsilə nail olublar.
Ağıl da bunu deyir ki, bu üstün məqama yalnız peyğəmbərlər çata bilər. Allah-Təala bu mətləbə Quranda işarə edir:
فَقَالَ الْمَلأ الَّذِينَ كَفَرُوا مِنْ قَوْمِهِ مَا هَذَا إِلا بَشَرٌ مِثْلُكُمْ يُرِيدُ أَنْ يَتَفَضَّلَ عَلَيْكُمْ وَلَوْ شَاءَ اللَّهُ لأنْزَلَ مَلائِكَةً مَا سَمِعْنَا بِهَذَا فِي آبَائِنَا الأوَّلِينَ
“Beləliklə, onun qövmünün küfr etmiş böyükləri dedilər: “Bu (kişi) yalnız sizin kimi bir bəşərdir ki, sizə üstün olmaq istəyir. Əgər Allah istəsəydi, mələklər endirərdi. (Həzrət Nuhun hekayəsidir)”. Muminun-24
Və bu əmri düşünərək qəbul etmək onlar üçün çox çətin idi, elə bu səbəbdən peyğəmbərlərə divanəliyi nisbət verirdilər.
“O yalnız dəli bir kişidir. Buna görə də bir müddətə kimi gözləyin (bəlkə sağaldı, yaxud öldü). Mumin-25 Başqa yerdə deyilir:
فَقَالُوا أَبَشَرٌ يَهْدُونَنَا فَكَفَرُوا وَتَوَلَّوْا وَاسْتَغْنَى اللَّهُ وَاللَّهُ غَنِيٌّ حَمِيدٌ
“Onlar deyirdilər: “Məgər (özümüzdən olan) bəşərəmi bizi doğru yola yönəldəcək” Təğabun-6
Qurani kərim onları cavabsız qoymur və onlara bildirir ki, peyğəmbərlər hamılıqla bəşərdilər. Elə bu cəhətdən onlarla ayri seçkilik qoyulmur. Yeganə fərq vəhyi qəbul etmək cəhətinə görədir, çünki, ilahi vəhy peyğəmbərlərə verilib.
وَمَا كَانَ لِبَشَرٍ أَنْ يُكَلِّمَهُ اللَّهُ إِلا وَحْيًا أَوْ مِنْ وَرَاءِ حِجَابٍ أَوْ يُرْسِلَ رَسُولا فَيُوحِيَ بِإِذْنِهِ مَا يَشَاءُ إِنَّهُ عَلِيٌّ حَكِيمٌ
(Heç bir bəşər övladına Allahla danışmaq müyəssər olmaz, çünki bəşər övladı olan peyğəmbərlər maddi aləmdə, zaman və məkan daxilində olduqları halda, Allah qeyri-maddidir, zaman və məkan xaricindədir. Allahla onlar arasında minlərlə zülmət və nur pərdəsi vardır. Buna görə də Allahın peyğəmbərlərlə bir yerdə qarşı-qarşıya durub danışması qeyri-mümkündür). Allah bəşər övladı ilə (Musanın anası ilə olduğu kimi) ancaq vəhylə (ilham və röya ilə), yaxud (Musa kimi) pərdə arxasından danışar (Allahın kəlamı eşidilər, amma Özü görünməz). Və ya bir elçi (mələk) göndərər ki, o da Allahın izni ilə (göndərildiyi kimsəyə) Onun istədiyini vəhy edər. Həqiqətən, O (hər şeydən) ucadır, hikmət sahibidir! Şura-51
Quranın baxışında peyğəmbərlərə vəhyin verilmə yolları hansılardır?
Yuxarıda qeyd olunan ayədə bəşərlə bağlı ilahi söhbət üç cür bəyan olunur:
Peyğəmbərlərlə qeyb aləmi arasında bağlılıq, Allah tərəfindən rabitə kimi bizə tanıtdırılan “vəhy” əsasən üç cürdür.
1 “Müstəqim” (birbaşa, qəlbə ilham, yuxu)
2 “Hicab arxasında” (həzrəti Musanin (ə) Allahla söhbəti)
3 “Qeyri-müstəqim” – Mələk vasitəsi ilə (mələyin gözə görünməsi, müxtəlif səslər eşitməklə)
Vəhyin birinci qismi birbaşa, vasitəsiz və müstəqimdir.
Digər qeyd olunan ikinci qism pərdə ya peyğəmbərlərlə bağlı, vasitəli və üçüncü isə qeyri-müstəqimdir. Allahla söhbət, yəni, Allahla məxluq arasında heç bir vasitə olmadan söhbət. Həzrət Musanın (ə) Tur ağacı arxasından eşitdiyi Allahın sözü idi. Lakin Musa (ə) o nidanı yalnız həmin nahiyədə eşitdi.
Mələk vasitəsilə Allahla söhbət, bu vəhyin Peyğəmbəri-Əkrəmə aid olduğu aydınlaşır.
وَكَذَلِكَ أَوْحَيْنَا إِلَيْكَ رُوحًا مِنْ أَمْرِنَا مَا كُنْتَ تَدْرِي مَا الْكِتَابُ وَلَا الْإِيمَانُ وَلَكِنْ جَعَلْنَاهُ نُورًا نَهْدِي بِهِ مَنْ نَشَاءُ مِنْ عِبَادِنَا وَإِنَّكَ لَتَهْدِي إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ
(Ya Rəsulum! Əvvəlki peyğəmbərlərə vəhy nazil etdiyimiz kimi) sənə də beləcə əmrimizdən olan bir ruh vəhy (möminlərə mənəvi həyat verən Quran) göndərdik. (Şüəra surəsi, ayə-52)
Bu ayədən məlum olur ki, “ruh” kəlməsi ayədə olan həmin “ruhul-əmin”dir. Buna əsasən, Quran və onun hissələri Allah tərəfindən vəhy mələyinin vasitəsilə (Cəbrayıl və ruhul-əmin) göndərilmişdir (Şuəra-194).
Müstəqim vəhyin necəliyi
“Müstəqim” vəhy – Birbaşa (vasitəsiz) olan vəhy. Bura həm Allahın Peyğəmbərin batininə hər hansı bir şeyi birbaşa və vasitəsiz ötürməyi və ilham etməyi, həm də sadiq (doğru( yuxular daxildir. Birbaşa və vasitəsiz olan vəhy hz. Peyğəmbər (s) üçün vəhyin ən ağır növü idi. Çünki heç bir vasitə olmadan peyğəmbər Allahın qarşısında rabitəyə bağlanır və buna dözmək çətindir. Bu vəhy baş verən zaman peyğəmbərin (s) halı dəyişirdi, hərarəti çoxalır və vücudunda titrəmə yaranırdı. Üzünün rəngi dəyişər, bəzən qızarar və bəzən isə tutqunlaşardı. Sanki, həzrətin iztirabı üzünün rənginin dəyişməsi ilə özünü biruzə verirdi. Hətta vəhyin təsirindən özündən getdiyi hallar da olurdu. Bir sözlə ağrılardan Peyğəmbərin (s) bütün vücudunda halsızlıq yaranırdı.
نَّا سَنُلْقِي عَلَيْكَ قَوْلا ثَقِيلا Həqiqətən, Biz sənə ağır bir kəlam (Quran) vəhy edəcəyik. (Muzəmmil-5)
Təbərsidən gələn rəvayətdə qeyd olunur. Haris ibn Hişam peyğəmbərdən soruşur: Vəhy sizə necə nazil olur? Buyurur: “Bəzən zəng səsi gəlir və bu şiddətli surətdə məni əzgin və xəstə edir. Bu halda bütün deyilənləri əzbərləyirəm və bəzən də kişi surətində mələk mənlə irtibata keçir. O nə desə, mən əzbərliyirəm.
Abdullah ibni Ömər deyir: Peyğəmbərdən soruşdumki, vəhyi necə hiss edirsiniz? Buyurdular: ̶̶ Bir zəng səsi eşidirəm və həmin an tamamilə sakit oluram. Vəhy bitənə qədər bədənimdə qeyri-adi bir hissi yaşayıram.
Ayişə belə nəql edir: Çox soyuq günlərin birində Peyğəmbərə vəhy nazil oldu. Vəhydən sonra onun alnından tər axırdı.
Bu hal müstəqim vəhyin əlaməti idi və həzrət üçün çox çətin olurdu. Bəzi rəvayətlərdə vəhyə “Burahai vəhy” də deyilib, yəni şiddətli, hərarətli vəhy və bu mənanı müstəqim vəhyə yozublar. Sonunda bu mövzuyla bağlı Doktor Muhəmməd Ramyarinin “Quranın tarixi” kitabındakı rəvayətlərə əsasən müstəqim vəhyin halətlərini nəzərdən keçirək.
1) Zəng cingiltisi və ya iki dəmiri bir-birinə vurarkən eşidilən səs, yaxud bal arısı kimi səslənərdi.
2) Peyğəmbərin vücudunu həyəcan, təşviş bürüyər və hərarətdən qızarardı. Təskinlik tapması üçün sərin su ilə yuyunar və üstünü örtərdi.
3) İstiliyi o qədər şiddətli olurdu ki, hətta soyuq bir gündə üzündən və başından tər axırdı.
4) Bəzən çöhrəsində qırmızılıq və bəzən də göylük zahir olardı.
5) Bəzən özündən gedər və qəşş edərdi.
6) Əzabların şiddətinə dözməyi bacarırdı.
7) Bəzən o qədər ağır olurdu ki, hətta yatağından qalxa bilmirdi.
8) Bəzən də güclü baş ağrılarına düçar olurdu.
Zürarə İmam Sadiqə (ə) belə ərz edir: Sənə fəda olum, hz. Peyğəmbərdə (s) vəhy nazil olarkən baş verən özündən getmə və huşsuz olma necə idi? İmam Sadiq (ə) buyurudu: “Bu vəhyin həmin qismində idi ki, O həzrətlə Allah arasında heç bir vasitə olmurdu. Allah-təala o həzrət üçün təcəlla edirdi.” Sonra İmam xuşu halında buyurdu: “Ey Zürarə, bu həmin nübuvvətdir.”
Qeyri müstəqim vəhyin necəliyi
“Qeyri-müstəqim” vəhy – Peyğəmbərə (s) Cəbrailin (ə) vasitəsilə gələn vəhydir və bu növ çətin deyildi. Mələk (Cəbrail) vasitəsi ilə olan vəhy bəzən mələk Allah-Təalanın kəlamlarını Peyğəmbərlərə çatdırır və Peyğəmbər də bəzən onu görür, bəzən isə onu görməyərək dediklərini eşidirdi.
İlahi vəhyin daşıyıcısı olan Cəbrail (ə) ayələri mələklərin dəstəsi və xüsusi mühafizəsi ilə nazil edərmiş. Qeyri-müstəqim vəhydə Cəbrail (ə) bəzən insan simasında Peyğəmbərin (s) qarşısında mücəssəm olurdu.
Qeyri-müstəqim vəhydən ələ gələn məlumatlardan belə məlum olur ki, onu qəbul etmək peyğəmbər üçün çox ağır olmayıb. İmam Sadiq (ə): “Cəbrayıl gələndə bəndələr kimi Peyğəmbərin hüzurunda oturardı və icazəsiz daxil olmazdı və bu Peyğəmbərin əzəmətinə işarədir”.
وَإِنَّهُ لَتَنْزِيلُ رَبِّ الْعَالَمِين Şübhəsiz ki, bu (Quran) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir!
نَزَلَ بِهِ الرُّوحُ الأمِين Onu Cəbrail (Ruhul-Əmin) endirdi:
عَلَى قَلْبِكَ لِتَكُونَ مِنَ الْمُنْذِرِين (Günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi) Şuəra 192-194.
Pərdə arxasından olan vəhy
Vəhyin bu növündə Allah-təala səs yaradır və Peyğəmbər həmin səsi eşidir. Ancaq danışanın kim olduğunu görmür. Bu səbəbdən vəhyin bu növünü pərdə arxasından olan danışığa oxşadıblar. Hz. Musaya Tur dağında olan vəhy vəhyin bu növündəndir.
“Musa odun yaxınlığına gəldikdə o vadinin sağ tərəfindən, o bərəkətli (mübarək) torpaq sahəsindən, (oradakı) ağacdan nida gəldi ki; «Ya Musa, şübhəsiz, aləmlərin Rəbbi olan yeganə Allah Mənəm».”
Peyğəmbərlərin vəhyi tanımaları
Bütün peyğəmbərlər vəhyi tanımış və onu diğər ilhamlardan ayırd edə biliblər. Cəbrail vasitəsi ilə olan vəhyi və Allah kəlamını aydın bilirdilər. İmam Sadiqdən (ə) rəvayət olunmuş hədisdə bu barədə belə deyilir: Zürarə deyir: İmam Sadiqə (ə) ərz etdim ki, necə Peyğəmbər (s) Allah-təala tərəfindən ona vəhy gəldiyi zaman qorxmurdu ki, bu xəbər İblis tərəfindən olar və bunu şeytan onun qəlbinə daxil edər. İmam Sadiq (ə) buyurdu: “Allah-Təala hər hansı bir bəndəni özünə rəsul seçdikdə onun qəlbinə sükunət və vüqar nazil edir. Sonra Allahın xəbər gətirəni onun yanına gəlir. Peyğəmbər digər şəxsləri gözü ilə gördüyü kimi onu da gözü ilə görür.”
Əhli-sünnədən gələn saxta rəvayət
Tarixi rəvayətlərdə Vərəqat ibni Nofəldən gələn bir rəvayət vardır ki, onu Peyğəmbərin (s) ali məqamına heç cür nisbət vermək mümkün deyil. Çünki, Peyğəmbərlərə ilk vəhy gəldikdə onu tanıyır və bilirdilər. İslam Peyğəmbəri ona vəhy nazil olanda tanıyıb və bilib ki, o vəhydir. Həm mələyi görürdü və həm də qəlbinə aramlıq, sükunət gəlirdi. Əhli-sünnədən gələn bu rəvayətə görə; Vərəqət ibni Nofəl (Xədicənin əmisi oğlu) İslamdan əvvəlki kitablardan xəbəri vardı. Deyilənə görə o, Hənif dinində idi (İbrahimin dini) və hədisində belə nəql edir; Peyğəmbərə vəhy gələndə o qorxar, pis olardı. Bir dəfə bir neçə gün Həra mağarasında qaldı. Xədicə onu çox axtardı. Sonra evə qayıdanda peyğəmbərin halının pis olduğunu görüb səbəbini soruşdu. Daha sonra rəsulallah hadisəni Xədicəyə danışdı (mağarada vəhyi qəbul etməsini). Sonra peyğəmbər sanki məsələnin həqiqətini bilmək üçün Xədicəyə danışdı və Xədicə də həmin an ona deyir ki, sən peyğəmbərsən. Sonra xanım Xədicə bu hadisəni əmisi oğlu Nofələ danışır, o çox təəccüblənib deyir, bu həmin vəhydir ki, Musaya da gəlmişdir.Bu hədisdən üç şübhə meydana gəlir.
Şübhə-1 Necə ola bilər ki, Allah öz peyğəmbərini təyin edir, amma ona peyğəmbər olduğunu bildirmir. Xanım Xədicə ona deyir ki, sən peyğəmbərsən.
Şübhə-2 Peyğəmbər mələklə görüşdüyünü Xədicəyə deyəndə o da guya belə cavab verir; bu ya mələkdir ya da şeytan. Sonra peyğəmbərə o tərəf-bu tərəfə dönməsini xahiş edir və görür ki, sağlamdır. Yalnız o vaxt deyir ki, sənin görüşdüyün adam mələkdir və Allah tərəfindən göndərilib. Məgər Allah mələyi peyğəmbərə tanıtdırmamışdımı? Başqası bunu necə ayırd edə bilər? Belə məlum olur ki, peyğəmbər bunları bilmirdi?
Şübhə-3 Vəraqat ibni Nofəlin özünün əqidəsində şübhə var. Deyilənə görə o, əvvəllər xristyan olub (əhli-sünnənin alimlərinin nəzərinə əsasən) və xanım Xədicənin əmisi olduğu üçün həmişə peyğəmbərin yanında məqam həvəsində olub və təbii ki, belə hədislər nəql etməklə özünü peyğəmbərə yaxın qohum kimi qələmə vermək istəyib. Bundan başqas heç bir peyğəmbər vəhydən qorxmayıb. Həzrət Musa (ə) Allahla danışardı. Bundan əlavə, Peyğəmbər vəhyi və mələyi tanımıyandan sonra necə ola bilər ki, Xədicə və Nofəl onu daha yaxşı tanıyırlar və peyğəmbərə tanıtdırırlar, bir halda ki, Quranda buyurulur: “Bu söhbət heç bir bəşər övladına müəssər olmayıb”. Bu fikirlər belə bir böyük şəxsin elminə, peyğəmbərliyinə iftira deyilmi?! Tarixdə bunun kimi əfsanəvi, saxta hədislər çoxdur.
Ayətullah Cavadi Amuli, “Vəhy və nübuvvət dər Quran”, səh. 66
Qəsəs, 30, Şüəra, 193-194
Ayətullah Cavadi Amuli, “Vəhy və nübuvvət dər Quran”, səh. 70
İbn Mənzur, “Lisanul-Ərəb” səh. 4787
Zərqani, “Mənahilul-İrfan fi ulumil-Quran”, səh. 55
Əllamə Mərifət, “Ət-təmhid”, 1-ci cild
İlahiyyatçı; Əmirzadə Sara
1- ilham, avaz
2- gizli xəbər
3- sürətli işarə
|
Vəhyin lüğətdə mənaları |
4- məxfi görüş
5- agahlıq, röya
6- vəsvəsə
7- işarə, yazı
8- göndərmək
1- Peyğəmbərin Allahla rabitəsi
2- Peyğəmbərlə qeyb aləmi arasında mənəvi rabitə
3- Ilahi rabitə yalnız peyğəmbərlərə aiddir (Şura-51)
|
Vəhyin istilahi mənası |
Peyğəmbərlərə sirli yollarla verilən ilahi elm
Mələk vasitəsilə Peyğəmbərə çatdırılan xəbər
- 2. Əllamə Təbatəbai: “Müsəlmanların vəhy məsələsinə Quranın zahiri mənasından qaynaqlanan münasibəti bundan ibarətdir ki, Quran öz mətni ilə Allahın sözü olub, səmavi mələklərdən biri vasitəsi ilə İslam Peyğəmbərinə (s) göndərilmişdir”
- 3. Əllamə Mərifət: “Vəhy Allah ilə Peyğəmbərin batini şəxsiyyəti arasında olan rabitədir.”